Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!.. Humanitar elmlər, AzTU, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı 22 декабря 2025 41 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Bu günlərdə dəyərli eloğlumuz, görkəmli ədəbiyyatşünas-alim, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, istedadlı yazıçı, tanınmış jurnalist, publisist, naşir və ictimai xadim, çox hörmətli Baş redaktorumuz, sevimli həmkarımız Müşfiq Borçalının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunması xəbərı hamı kimi bizi də sevindirdi.Bu medal - İmzasından da məlum olduğu kimi, qədim Borçalı mahalında dünyaya göz açan, Borçalıda böyüyən, harada yaşamasından və ya çalışmasından asılı olmayaraq daim Borçalı adını böyük qürurla, fəxarətlə, namusla, vicdanla daşıyan, elinə-obasına cani-könüldən bağlı olan, neçə-neçə elmi əsərlərin, onlarla kitabların, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan, həmişə də öz imzasının şərəfini uca tutan Müşfiq Borçalının halal haqq etdiyi, gərgin əməyinin, böyük zəhmətinin məhsuludur. Bu medal Müşfiq Borçalının uzun illərdir ki, media aləmində vicdanla çalişmağının nəticəsidir... Qeyd edək ki, AzTU-nun əməkdaşı, “ZİYA” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN", "YURD", “ZİRVƏ” və “ZƏFƏR” İnformasiya Mərkəzlərinin, "Turan.İnfo.Az", "Yurd.İnfo.Az", "Zirve.İnfo.Az" və "Zefer.İnfo.Az" saytlarının rəhbəri, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, həmçinin, "Abulla Şaiq", "Həsənbəy Zərdabi", "Nəriman Nərimanov", "Ömər Faiq Nemanzadə", "Zirvə", "Zəfər", "Qafqaz", "Ustad", "Qızıl Qələm", "Peşəkar jurnalist", "Cəsarətli qələm sahibi", "Kamil sənətkar" və s. mükafatların laureatı olan Müşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov) Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan işçi qruplarının üzvü olmuş və qanunların hazırlanmasında yaxından iştirak etmiş, dəfələrlə Fəxri Fərman, Fəxri diplom və müxtəlif mükafatlarla, o cümlədən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Diplom və sertifikatlarına, 2024-cü ildə PREZİDENT TƏQAÜDÜnə layiq görülmüş,2025-ci ildə isə anadan olmasının 55 və Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyi münasibətilə Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi naminə göstərdiyi böyük xidmətlərə görə, qardaş Türkiyə Cumhuriyyətinin Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunmuşdur. Hörmətli Müşfiq müəllim!..Biz Sizin uğurlarınıza sevinir və fəaliyyətinizi alqışlayırıq... Siz - atanız, unudulmaz ziyalımız, çox hörmətli elağsaqqalımız, tanınmış dilçi-alim, görkəmli türkoloq, akademik Mədəd Cobanovun adına layiq övladı olmaqla yanaşı, həm də onun ləyaqətli davamçısınız. Nə yaxşı ki, varsınız! Nə yaxşı ki, bizim vətənimizin övladınız! Dəyərli dostumuzsunuz! Bizimləsiniz! Həmişə sukanı belə saxlayın!!! Bir daha Sizi öz adımdan, ailəmiz adından, bütün Borçalılılar adından,Redaksiya Heyətimiz və Yaradıcı kollektivimiz adındanhəmçinin, "Borçalı" nəşriyyatının, "Borçalı" qəzetinin, "borcali.org", "Bolnisi.az" və "Yurd.İnfo.Az" saytlarının çoxsaylı kollektivi adından -əziz və sevimli həmkarımızı,dəyərli ziyalımızı,bacarıqlı qələm dostumuzuçox hörmətli Müşfiq müəllimianadan olmanızın 55, əmək fəaiyyətinizin 35,uzun illərdir ki, şərəf və ləyaqətlə çalışdığınız, dəfələrlə Fəxri Fərman və mükafatlarla təltif olunduğuz Azərbaycan Texniki Universitetinin 75 və Azərbaycan Milli Mətbuatının 150 illik Yubileyi, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilətəltif olunmanız münasibətilə ürəkdən təbrik edirik.Sizə uzun ömür, möhkəm cansağlığı,şəxsi həyatınızda, ədəbi-bədii yaradıcılığınızda,eləcə də, şərəfli elmi-pedaqoji, həmçinin,jurnalistlik və ictimai fəaliyyətinizdəyeni-yeni uğurlar arzulayırıq!..Böyük hörmət və ehtiramla,ELMİRA ƏHMƏD,"Borçalı" nəşriyyatının,"Borçalı" qəzetinin və"Borcali.org" saytının şöbə müdiri. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.