Elmin yoluna işıq salan alim....

Elmin yoluna işıq salan alim.... ADPU Quba filialının direktoru, fizika elmləri doktoru professor Alıyev Yusif İmrayıl oğlu çox zəhmətkeş, qədirşünas bir gəncdir. Yüksək təşkilatçılıq, modern idarəetmə bacarığına malik olmaqla yanaşı, o, həm də öz nümunəsilə Azərbaycan gəncliyinin nələrə qadir olduğunu göstərməyi bacaran bir ziyalıdır. Onun kollektivi yeni-yeni uğurlara ruhlandırması möhtərəm prezidentimizin kadrların gəncləşdirilməsi sahəsində həyata keçirməkdə olduğu çox perspektivli siyasətinin gözəl nümunələrindən biridir. Bir təhsil ağsaqqalı kimi bu yazımla mən də prezidentimizin siyasətnəi və gəncliyə dəstək olmaq istədim.

Hər bir insan uşaqlığını arzuların qanadlarında yaşayır, görmək istədiyi gələcəyini xəyallarının laylası ilə bəsləyir. İllər ötdükcə kimlərsə arzularından uzaqlaşır, kimlərsə də dünyaya harada göz açmasından, hansı şəraitdə böyüməsindən asılı olmayaraq arzuarını illərin axarına verməyib, onları öz iradəsi, zəhməti, dözümlülüyü sayəsində reallığa çevrib abidələşdirir. Azuları ilə böyüyüb boya-başa çatan, arzulardan qüvvət alıb ucalanlardan biri də ADPU Quba filialının direktoru, fizika elmləri doktoru professor Alıyev Yusif İmrayıl oğludur. Gənc olmasına baxmayaraq, Yusif müəllim uşaqlıq arzularının demək olar ki hamısına nail olub, ancaq gündəlik fəaliyyətini, işgüzarlığı, ələ aldığı işdə yüksək keyfiyyətə nail olmaq məsuliyyətini müşahidə etdikdə hər şeyə indicə başlayacaqmış kimi görünür.


Yusif müəllim ADPU Quba filialına rəhbərlik etdiyi beş il ərzində on-on beş illik zaman diliminə sığmayan qədər işlər görmüşdür. Öz şəxsi həyatından tutmuş filialın fəaliyyətinə kimi beş il bundan əvvələ nəzər salanda bu hadisələr silsiləsinin əhatə daisrəsinə heyran olmamaq mümkün deyil. Direktor kimi fəaliyyətə başladığı gün bəyan etdiyi yol xəritəsi çox mürəkkəb, bir qədər də utopik görünsə də, indi onların hamısı hamımız üçün real faktlar, üz güldürən, baş ucaldan uğurlardır.
Kollektivin hər bir üzvünü əlinin içi kimi tanıyan Yusif müəllim onların çoxunun öz potensiallarından xəbərsiz olduğunu, tərəddüd çərçivəsindən çıxmaları üçün mənəvi dəstəyə ehtiyac duyduqlarını görüb, onlara məqsədyönlü istiqamət verməyi qərara aldı. Pandemiya dövründə Yusif müəllimin təşkilatçılığı və idarəetmə qabiliyyəti praktik olaraq hamıda – həm professor-müəllim heyətində, həm də tələbələrdə böyük ruh yüksəkliyinə səbəb oldu. Müasir rəhbər öz kollektivinə təkcə rahatçılıq, əmin-amanlıq dövründə deyil, problemlərlə üzləşdikdə də etbibarlı dayaq olmağı bacarmalıdır.
Yusif müəllim kollektivin öz potensialına inamını artırmaq üçün onların ard-ardınca lokal, respublika və beynəlxalq forum, seminar və konfranslarda fəal iştirak etməlrinə nail oldu. Necə deyərlər, güləşməyən pəhləvan öz gücünü bilməz. ADPU Quba filialı artıq beynəlxalq arenada bir elm, araşdırma mərkəzi kimi tanınır, onun kollektivi tez-tez müxtəlif elmi konfranslara dəvət alır. İllər keçdikcə Yusif müəllim fəliyyət proqramı və kollektivinin gözəl nəticələrinə sevinir və öz nümunəsi ilə milli elmimizin inkişafı və beynəlxalq elm aləminə inteqrasiyası üçün hələ çox işlərin görülməsinin lazım olduğunu nümayiş etdirir.
“Nümunə” sözünü əbəs yerə işlətmədim. Sokrat deyirdi ki, mən heç kəsə heç nə öyrədə bilmərəm. Mən yalnız ruhlandıra bilərəm. Bax, Yusif müəllim həm nümunəsi, həm də kollektivin hər bir üzvünə etimadı ilə bizləri yeni-yeni üfüqlərə ruhlandırır. Bu illər ərzində neçə-neçə gənc doktorantımız müdafiə edib fəlsəfə doktoru elmi dərəcəsini alıb, neçələri də yaxın gələcək üçün iddialıdırlar. Mən özüm də ruhlanaraq, xarici dil müəllimi kimi mövcud potensialımı yoxlamaq üçün 67 yaşımda IELTS imtahanı verib 7 bal ilə sertifikat almışam.
Pofessor Yusif Alıyev həm də milli elmimizin çox sadiq təəssübkeş alimlərindəndir. O, hələ 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun müsabiqəsi üçün hazırladığı və “Şərq” qəzetində çap olunmuş “Qloballaşan dünyada Azərbaycan elmi” adlı məqaləsində elmimizin mövcud vəziyyəti, perspektivləri, alimlərimizin beynəlxalq elm meydanında öz nəticələrini nümayiş etdirə bilməmələrinin əsas səbəbləri və həlli yollarını yüksək səviyyədə təhlil etmişdir.
Yusif müəllim həm gənc həmkarları, həm də tələbələrinə Azərbaycan elminin beynəlxalq aləmdə tanınması üçün çalışmalarını tövsiyyə və tələb edir, həmin məqalədə bir məqamı xüsusilə vurğulayır: - “Dil və kompyuter bilikəlrini artırmaq üçün tələbə bütün vasitələrini səfərbər etməlidir. Universitetlərdə dil dərslərinin saatları artırılmalı və əlavə olaraq müasir dil proqramlarına uyğun (məsələn, TOEFL, IELTS) dil kursları təşkil edilməli. Həmçinin tələbələrin kompyuterdə müasir proqramlarla işləmə imkanları artırılmalıdır.”
Zamanla ayaqlaşmaq üçün özümüzü dövrün təhsil fəlsəfəsinin tələblərinə uyğun kökləməliyik. Universitet müəllimi olmaq bilavasitə şərəf məsələsi, məzulnarımız isə keyfiyyət nişanımızdır. Ali təhsil alıb iş tapmağa cəsarət etməyən, və ya dəvət olunduğu işdə özünü doğrulda bilməyən məzun özü ilə yanaşı elə bizim də xəcalətimizdir. Ona görə də qarşılaşdığımız problemlərin həllini kimlərdənsə gözləmək yerinə, özümüzə də zamanın iti gözləri ilə baxmağı bacarmalıyıq.
Amerikanın 16-cı prezidenti, tarixin ən mütərəqqi insanlarından olmuş A. Linkoln yazırdı ki, sabahın məsuliyyətindən bu gün ona göz yummaqla yayınmaq olmaz. Yusif müəllim öz elmi-ictimai fəaliyyəti ilə əsl alim olduğunu göstərir. Sirr deyildir ki, alim var, alim də var. Alim var ki, səhra bitkiləri kimi ancaq öz canının hayında olur, öz şöhrətinin dərdi ilə yaşayır, egosunun cazibəsi ilə qidalanır. Alim də var ki, önündə Nyutonu, Eynşteyni, Lütfüzadəni görməklə yanaşı, bütün gücü ilə arxasında onun nuruna nur qatan bir ordu görmək üçün çalışır. Bax, istər respublikamızın şimal bölgəsində, istərsə də respublika miqyasında öz nümunəvi fəyiyyəti ilə hamının sevimlisi olmuş professor Yusif Alıyev belə alimlərimizdəndir.

Alim haqqında müfəssəl təsviri alim kəslər verə bilər.
Mən də bir təhsil ağsaqqalı kimi Yusif müəllimi professor diplomu alması münasibətilə bir daha ürəkdən təbrik edir, ona cansağlığı və yeni-yeni uğurlar arzulayıram.


Hörmətlə,
RAHİB ALPANLI
(SƏDULLAYEV),
ADPU-nun Quba filialı
filologiya kafedrasının
baş müəllimi,
qabaqcıl təhsil işçisi,
YAP üzvü


ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzMİU-nun 50 illik yubileyi münasibətilə TƏBRİK MƏKTUBU

AzMİU-nun 50 illik yubileyi münasibətilə TƏBRİK MƏKTUBU

Təbriklər
Rahib Alpanlı: TƏHSİLDƏ TƏFƏKKÜR

Rahib Alpanlı: TƏHSİLDƏ TƏFƏKKÜR

ADPU, MEDİA, "Elm və Təhsil"
ADPU-nun Filologiya fakültəsinin 2025-ci ildən gözləntiləri çoxdur

ADPU-nun Filologiya fakültəsinin 2025-ci ildən gözləntiləri çoxdur

ADPU
Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Şəki REM-nin şöbə rəhbəri Yusif Rəhimovun 65 yaşı tamam olur

Digər bölmələr, Təbriklər
Quba filialının qabaqcıl müəllimləri təltif edilib

Quba filialının qabaqcıl müəllimləri təltif edilib

ADPU, Təbriklər
Şərəfli həyat yolu - Qələmşah İdrisov

Şərəfli həyat yolu - Qələmşah İdrisov

ADPU, "XXI əsrin Ziyalıları"
Qubada Kitab bağışlama günü qeyd olunub

Qubada Kitab bağışlama günü qeyd olunub

Regionlar, ADPU
ATA (YUSİF YUSİFOVun  əziz xatirəsinə)

ATA (YUSİF YUSİFOVun əziz xatirəsinə)

Borçalı
ADPU Quba filialında

ADPU Quba filialında "44 günlük tarixi möcüzə" kitabının təqdimat mərasim ...

ADPU
Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Borçalıda yaşayıb-yaradan dəyərli ziyalımız YUSİF YUSİFOV vəfat edib

Nekroloqlar
ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu!

ADPU Quba filialının 30 ilik şərəfli təhsil yolu!

ADPU
Qələmşah İDRİSOV:

Qələmşah İDRİSOV: "DİLİMİZİN BÖYÜK HAMİSİ"

YAP, Köşə yazılar
Müəllim ömrü

Müəllim ömrü

Məktəblər, Təbriklər
Vətənə layiqli övlad ol, Yusif!..

Vətənə layiqli övlad ol, Yusif!..

"Elm və Təhsil", Gənc istedadlar
AzTU-nun rektoru, professor Vilayət Vəliyevin yeni tədris ili ilə bağlı təb ...

AzTU-nun rektoru, professor Vilayət Vəliyevin yeni tədris ili ilə bağlı təb ...

AzTU
Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir

Azərbaycan elmi ictimaiyyəti Milli Ordumuzu inamla dəstəkləyir

Əsas xəbər, "Zirvə"
ADPU: 90 ilin işığında

ADPU: 90 ilin işığında

ADPU
Obyektivlik, şəffaflıq və keyfiyyət diqqət mərkəzindədir

Obyektivlik, şəffaflıq və keyfiyyət diqqət mərkəzindədir

ADPU
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. elm.info.az/Tv-nin q ...

Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. elm.info.az/Tv-nin q ...

ADPU, Tv
Rəy yazın: