AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ ƏMİNƏ XANIM!.. ADPU, Təbriklər 6 декабря 2025 301 100 1 2 3 4 5 ƏMİNƏ İBRAHİMLİ - mənim üçün tələbəlik illərimin ən böyük tapıntısı! İstedadı, dünyagörüşü, fədakarlığı və savadı ilə daim diqqətində olduğum, daim diqqətimdə olan və məndə həmişə dərin maraq doğuran gözəl insan, qızqardaşım! Balalarının cəfakeş anası, nəvələrinin nağıl nənəsi! Bütün dövrlərin etibarlı və səmimi dostu! Öyrənməyi və öyrətməyi sevən alim! Müəllim! Kitab adam! Kitabçı!..Əgər bilsən, hələ nə qədər demədiyim, sadalamadığım, amma həmişə, hər an ürəyimin ən çılğın, ən təlatümlü yerində dönə-dönə təkrarladığım sanballı sözlərin və fikirlərin ünvanısan, əziz bacım! Nəyə görəsə həyatda özümü həmişə Sənə borclu saymışam. Qoy bu mənim doğum günündə Sənin qarşında ən böyük etirafım olsun! Sən dəyərsən, Əminə! Dəyərlisən! Səni bizə bəxş edən valideynlərinin ruhu şad, məkanı abad olsun! Səni tanıdığıma görə o qədər şadam ki!.. Bilirsən, mən öz həyatımın çox hissəsini uşaq kimi yaşamışam. İndi də uşaq kimi yaşamaqdayam! Məni uşaqlığımdan ayrılmağa qoymayan insanlardan biri, bəlkə də, birincisi Sənsən, Əminə! Sənin kimi azsaylı dostlarımdır. Necə gözəl ürəyin var Sənin! O ürəyi qoru! Yaşa! Yaşat!..Sonsuz minnətdarlıq hissi ilə doğum gününü təbrik edirəm, əziz və əvəzsiz DOSTUM! Həmişə yazmaq-yaratmaq həvəsilə çırpınan üəyimin güvənc yeri!..İBRAHİM RÜSTƏMLİ.REDAKSİYADAN:Biz də Redaksiya Heyətimiz, eləcə də, bütün tələbə yoldaşlarımız adından, çox hörmətli İbrahim qardaşımızın bu gözəl təbrikinə və xoş arzularına qoşularaq, dəyərli ziyalımız, tanınmış ədəbiyyatşünas-alim, Azərbaycan Universitetinin dosenti, LİBRAFF-ın nəşrlər üzrə məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Əminə xanım İbrahimlini Ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can-sağlığı, şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.