ÇADIR ŞƏHƏRCİYİNİN UŞAQLARI

ÇADIR ŞƏHƏRCİYİNİN UŞAQLARI MƏNZƏR NİYARLI
(HÜSEYNOVA)
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
böyük elmi işçisi, yazıçı


Yazıçı, jurnalist əslən Laçından olan Sevinc Rzayla (laçınlı) Xankəndinə gedərkən avtobusda tanış oldum. Türkiyəli bir neçə yazar qadınlar da bizimləydi. Gedişimizin məqsədi Qarabağ Universitetinin təşkil etdiyi “Bir şəhid, bir hekayə, bir şeir” kitabının təqdimatı idi. On altı nəfərlik avtobusda şəhid ailələrindən də vardı. Yolumuz uzaq olsa da başımız bir-birimizlə tanışlığa Türkiyədən gələn qadınlarla və İstanbullu şair İbrahim bəylə söhbətə qarışdığı üçün yorğunluğumuzu hiss etmirdik. Bir az da həyəcanlı idik. İşğaldan azad olan Xankəndinə ilk dəfəydi ayaq basırdıq. Bir neçə il qabaq Şuşada olanda Xankəndi mənfur düşmənin əlində idi. Qaladan Xankəndinə baxırdım. “Görən, o dədə-baba torpaqlarımızı, bu gözəl səfalı şəhərimizi azad edə biləcəyikmi”. Şükür əsgərlərimizin qanı bahasına qədim diyarımız da azad oldu, artıq Xankəndi bizimdir. Otelə yerləşdikdən sonra həyətə düşdük. Sevinc xanımla səkidə dayanıb evlərin həyətindən üzüm salxımlarına, armud, alma ağaclarına gözümüz sataşır. Sevinc xanım əli çatan yerdən üzüm, armud dərib mənə verir. Söhbətimiz burada da tutur. Həm də onun publisist yazılarıyla bərabər “Biz heç böyümədik” xatirə povestinin olduğunu və povestin iki dəfə nəşr edildiyini bildirdi. On iki yaşından doğma yurdlarından ayrı düşən Sevinc xanım bu əsərində Çadır şəhərciyində keçirtdikləri acılı, ağrılı illərini qələmə almışdır. Bu xatirə povestin əsas qəhrəmanı Gülər elə Sevinc xanımın özüdür.

– Laçını görməmişəm. Oranın təbiətini, havasını çox tərifləyirlər, – deyirəm. Bir dəfə Allah qoysa yolumuz oraya da düşər. Şəhərə qaydan kimi siz mənə kitabınızı göndərin, – deyirəm.
– Əlbəttə, göndərərəm – Sevinc xanım köks ötürür. O çadırlarda, vaqonlarda çox ağır günlərimiz keçdi. Yadıma düşəndə göz yaşlarımı saxlaya bilmirəm.
– Hər şey arxada qaldı. Haqq öz yolunu tutdu, – deyirəm. Biz öz torpaqlarımıza yiyələndik. Sənin o haqqında yazdığın şəhid balalarımızın, qazilərimizin mərdliyi, qəhrəmanlığı sayəsində.
Bizim şəhərə qayıtmağımızdan bir, iki gün keçmədiki Sevinc xanım “Biz heç böyümədik” kitabını mənə göndərdi. Kitabın redaktoru və ön sözünün müəllifi tanınmış şair, publisist Nazim Əhmədlidir. O ön sözdə povest haqqında təəssüratını belə ifadə edir. “Qarabağ müharibəsinin vurduğu yaralar, doğma ev-eşiyindən didərgin düşən insanların urcah olduğu dözülməz şərait Sevincin xatirələrində sakit-sakit öz sızıltı, ağrılı notlarını yaradır. Bu povest ötən günlərdən indimizə kimi öz acısı, ağrısı ilə gələn bir qizin taleyindən doğan, uşaqlıq xatirələrindən süzülən acı təəssüratlarının təsiri, eləcə də xalqımızın yaşam tarixinə yazılan salnamədir, həqiqətlərin bir hissəsidir”. Bəli, tariximizə yazılan çadır şəhərciklərimizdir, orda vaxtsız dünyalarını dəyişən yurd həsrətli insanlarımızdır, müharibənin acısını çəkən uşaqlıq illərini yaşamayan fidan balalarımızdır. Bu əsəri oxuyarkən bu çadır şəhərciyi boz şəhərcik adlandıran əsərin qəhrəmanı Gülərə hər şey boz görünür, insanların üzü də, yaşıl ağacların, bulaqların həsrətini çəkən torpağı şoranlıqdan çadar-çadar olmuş düzənliklər də, humanitar yardımlarda onlara verilən ədyallar da ona boz kimi görünür. Bu povesti avtobioqrafik əsər də adlandırmaq olar, – desək yanılmarıq. Povesi oxuyarkən mənə elə gəldi ki, o boz çadır şəhərciyin acısını dadan Sevinc xanım heç vaxt ozünə boz paltar, boz ayaqqabı almaz, boza çalan rənglərdən qaçar. Axı uşaqlığı boz rənglərin içində keçib.
Müəllif kitabda qapızsız, pəncərəsiz şoran torpaq üstə qurulan çadırlarda, köhnə vaqonlarda yerləşdirilən (özü də anası, qardaşı ilə birgə) köçkün soydaşlarımızın, qocaların, körpə balaların çəkdikləri müsibətlərdən yazır.
Haşiyə: Mənim bir hekayəm var. Çadırda doğulan uşaqlardan danışılır. Gözlərini doğularkən çadırda açan uşaqlar çadırı ev bilirlər. Elə bilirlər ki evlərin nə qapısı olur, nə də pəncərəsi. Ancaq böyüdükcə çadırların yan-yörələrindəki evləri görürlər. Daşdan, kərpicdən hörülmüş bu evlərin həyət-bacaları, qapısı, pəncərəsi vardı. Fidan balalara bu gördükləri təəccüblü gəlir. Sən demə, əsl evlərin pəncərəsi olarmış, qapısı olarmış. Gülərin də bir zaman xosbəxt uşaqlıq illəri varmış. Atası həkim, anası müəllimə idi. Geniş, yaraşıqlı evlərində atalı, analı böyüyürdü Gülər. Ermənilər qəfil basqını nəticəsində yüzlərlə ailəni evsiz eşiksiz qoyduğu kimi, onları da yurdlarından diərgin saldı.
Müəllif gördüyü hadisələri dilə gətirir, insanların ağır guzaranlarını – yarı tox, yarı ac, qışı soyuq, yayı içərisi tonqal kimi yanan çadırları, köhnə paslı vaqonları təsvir edir. Bu köçkün insanlara yerli əhalinin münasibətləri fərqli olur. Kimi onlara yuxarıdan aşağı baxır, kimi də ürək ağrısı ilə təsəlli verirdilər.
Öz təsirli təhkiyəsiylə hadisələri nəql edən (personajın diliylə) müəllif orta məktəb illərindən də söz açır. Meşşan təbiətli ailələrdən birinin (Gülərin sinif yoldaşı Samirənin anası) qaçqın uşaqlara ikrah hissiylə baxmağı, Gülərin qızının ad gününə gəldiyini görüb: “– Sənə yüz dəfə demişəm ki, bu qaçqın-qusqun uşaqları bura gətirmə” deməyi qızı sarsıdır və o, otağa keçməyib evlərinə qayıdır. Və yaxud məktəb direktorunun Güləri sinifə aparıb ona “qaçqın qız” deməyi həssas qəlbi qıza çox pis təsir edir. Buna baxmayaraq köçkün soydaşlarımızın çəkdikləri mənəvi əzabları ilə yanaşı, ürəklərində bir ümid işığı da var. Nə vaxtsa öz ata- baba yurdlarına qayıtmaq ümidi, onları yaşadan da onların qəlblərinə dolan ümidin işığıdır.
Köçkünlük həyatı yaşayan, kimi atasını, kimi anasını itirən, əsir düşən doğmalarının taleyinə sarsılan şəhərciyin sakinlərin gözlərində bir kədər var. Müharibə onların sakit, qayğısız illərinə son qoydu. Mən deyərdim ki, həyatları faciələrlə keçən, darmadağın olan köçkün ailəsinin bir şəhidi var.
Cadır şəhərciyində hər iki valideynini itirən uşaqlara da rast gəlmək olur. Gülərin anası çadırların birində babaları dünyasını dəyişəndən sonra qalan iki uşağı gətirib qaldıqları vaqonda saxlayır.
Gülər tez-tez şəhidlər xiyabanına gedib, ölümündən sonra Milli qəhrəman adına layiq görülən atasıyl.a xəyalən söhbət edir, onunla dərdləşir. Ən sevincli, ən kədərli anlarını da onunla bölür.
Yuxarda dediyimiz kimi əsər real faktlara əsaslanır. İnsan həyatının bəzən sevincli anları da olur. Gülərin ali məktəbə daxil olmağı, hərbiçi oğlan – Elnura rast gəlməyi, bir-birlərini sevməsi qızın həyatda ən xoşbəxt anları kimi yaddaşına həkk olunur.
Povestdə müəllif təsvir etdiyi xüsusən ananın obrazı diqqət çəkir. Ana, atasız qalan övladlarını, xəstə qaynanasını aclıqdan qurtarmaq üçün hər cür çətinliklərə qatlaşmalı olur. Müəllif ananın daxili istirablarını, hiss və həyəcanlarını, həmçinin Gülərin sevgilisi Elnurun saflığını, paklığını, ona olan təmiz hisslərini təbii şəkildə əks etdirir.

“Mən anamın bütün günü düşüncəli baxışlarından anlayırdım ki, o çox çarəsizdir. Mənim də hələ çox şeyi anlamayan balaca Laçının da, qoca nənəmin də yükü anamın çiyinlərinə düşmüşdü. Bir yandan atamızı vaxtsız itirmək, o biri yandan da qəfil düşdüyü bu vəziyyət anamı lap çaşbaş salmışdır. Anam bütün bu çətinlikləri bizdən gizlətməyə çalışsa da mən bunları görür və hiss edirdim. Onu ən çox da sıxan atam kimi qayğıkeş, hər baxımdan dəyərli bir insanı itirmək idi”.

Sevinc Rza bu əsəri yazarkən 44 günlük qələbəmizlə bitən müharibə hələ başlamamışdır. Buna baxmayaraq qələbəmizə inanan müəllif əsərin sonluğunu nikbin notlarla bitirir. Balaca oğlu ilə söhbət edərkən o deyir. “Mənim ağıllı balam! Mənim babamın və burada gördüyün bütün şəhid əmilərin sevinəcəyi gün Qarabağın azad olacağı gün olacaq. O gün ki, biz yenə də öz vətənimizdə, öz torpağımızda rahat gəzib dolana biləcəyik və o günə çox az qalıb.


ZiM.Az

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“İNCİLƏR” KİTABININ İNCƏ QƏHRƏMANLARI

“İNCİLƏR” KİTABININ İNCƏ QƏHRƏMANLARI

Humanitar elmlər, Elmi Məqalələr
Prof.Dr. Merziyye Necefova: “Elza Məmmədovanın şeirlərinə bir baxış”

Prof.Dr. Merziyye Necefova: “Elza Məmmədovanın şeirlərinə bir baxış”

Humanitar elmlər, Ədəbi tənqid
Mərziyyə Nəcəfova:

Mərziyyə Nəcəfova: "Əkbər Qoşalı poeziyasında Vətən mövzusunun poetik dərk ...

Humanitar elmlər, Elmi Məqalələr
Şəhid psixoloqumuz - RUHİD İSLAMLI

Şəhid psixoloqumuz - RUHİD İSLAMLI

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Akşin Xəyalın “Mənim erməni oğlum” əsərində ananın mənə ...

Elmi Məqalələr, Müsabiqə
Mərziyyə Nəcəfova:

Mərziyyə Nəcəfova: "Xocalı soyqırımı bədii ədəbiyyatımızda"

Humanitar elmlər, Elmi Məqalələr
ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!

"Şərqin səsi", "Elm və Təhsil"
Unutsaq, unudularıq!

Unutsaq, unudularıq!

Sumqayıt
Şəhid Xəqani Füzuli oğlu Məmmədov

Şəhid Xəqani Füzuli oğlu Məmmədov

UNUTSAQ, UNUDULARIQ!....
Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

Üzünə həsrət qaldığım balam - şəhid Əmrah Çingiz oglu Səfərliyə

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
PƏRİXANİM MİKAYILQIZI:

PƏRİXANİM MİKAYILQIZI: "YARİMÇIQ QALMIŞ SEVGİNİN NOTLARI" (Hekayə)

"Elm və Təhsil", Nəsr, Müsabiqə
Pərvanə ZALAMLI:

Pərvanə ZALAMLI: "Torpaq uğrunda ölən varsa, vətəndir!.."

Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!...., Köşə yazılar
HƏSRƏTƏ BÖLÜNƏN ÖMÜR

HƏSRƏTƏ BÖLÜNƏN ÖMÜR

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik ...

Laçınlı günlərimizə qovuşacağımız günləri böyük inamla və ümidlə gözləyirik ...

Qarabağ, Köşə yazılar
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
Nümunəvi həkimlər

Nümunəvi həkimlər

Bakı, Səhiyyə
Aysu Arpaçaylı:

Aysu Arpaçaylı: "Analı dünyam"

Nəsr
QARŞISINDA BAŞ ƏYDİYİM QƏHRƏMANIM!

QARŞISINDA BAŞ ƏYDİYİM QƏHRƏMANIM!

Qarabağ, Köşə yazılar
Sevinc Əliyevaya BAŞSAĞLIĞI

Sevinc Əliyevaya BAŞSAĞLIĞI

Nekroloqlar
Həyatımızdakı “SON”lar

Həyatımızdakı “SON”lar

Publisistika, Müsabiqə
Rəy yazın: