AMEA-nın müxbir üzvü Pənah Muradovun 65 yaşı tamam olur Biologiya və tibb elmləri, Təbriklər 1 октября 2025 53 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..2025-ci il oktyabrın 1-də əziz və dəyərli ziyalımız, tanınmış alim və ictimai xadim, vətənpərvər və xeyirxah insan, biologiya sahəsində görkəmli tədqiqatçı-mütəxəssis, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, çox hörmətli professor Pənah Muradovun 65 yaşı tamam olur.Pənah Zülfiqar oğlu Muradov - 1960-cı ildə Ağcabədi rayonunun Şahsevən kəndində anadan olmuş, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini, 1988-ci ildə Azərbaycan SSR EA Mikrobiologiya İnstitutunun aspiranturasını bitirmişdir. O, 1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1995-ci ildə dosent, 2011-ci ildə professor elmi adlarına layiq görülmüş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.Pənah Muradov 1985-1990-cı illərdə Azərbaycan SSR EA-nın Mikrobiologiya sektorunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, qrup rəhbəri, baş elmi işçi, laboratoriya müdiri, 1995-2020-ci illərdə AMEA-nın Mikrobiologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, direktor vəzifəsini icra edən vəzifələrində çalışmışdır. 2021-ci ildən AMEA (hazırda AR ETN) Mikrobiologiya İnstitutunun baş direktorudur. Pənah Muradovun əsas elmi fəaliyyəti Azərbaycan Respublikasının ərazisində yayılan göbələklərin müxtəlif (qida, yem və tibbi) təyinatlı bioloji fəal maddə sintezinin fizioloji-biokimyəvi, biotexnoloji və ekoloji əsaslarına görə, ksilotrof göbələklərin bazidiomisetlərə aid nümayəndələrinin bitki tullantılarının bioloji üsullarla səmərəli utilizasiyası baxımından yararlığının kompleks şəkildə konversiya dərəcəsinə, tullantıların tərkibinə daxil olan mürəkkəb polimerlərin deqradasiyasını kataliz edən fermentlərin aktivliyinə, həm də ksiolotrof göbələklərdən alınmış texniki ferment preparatlarinin köməyi ilə aparılan fermentativ hidroliz prosesinin effektivliyinə görə tədqiqi və bitki tullantılarının "az tullantılı və ya konkret mərhələdə tullantısız" texnologiya prinsipinə əsasən istifadəsinə imkan verən biotexnoloji üsulun elmi və praktiki əsaslarının işlənib hazırlanması, eləcə də Azərbaycanda ksilotrof göbələklərin “Qırmızı Kitab” obyekti kimi ilk tədqiqi ilə bağlıdır.Pənah Muradov 290 elmi əsərin, o cümlədən 1 monoqrafiya, 4 kitab, 6 müəlliflik şəhadətnaməsinin müəllifidir. O, dəfələrlə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmiş, bir çox beynəlxalq konfransların təşkilat komitəsinin üzvü, beynəlxalq (SRDF və STSU) və yerli (AEF) qrant layihələrənin qalibi və rəhbəri olmuşdur. Alimin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 31 fəlsəfə və 4 elmlər doktoru hazırlanmışdır.Pənah Muradov 2006-2009-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya və aqrar elmləri üzrə Ekspert komissiyasının üzvü, 2009-2021-ci illərdə sədr müavini olmuşdur. 2021-ci ildən AMEA (hazırda AR ETN) Mikrobiologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasının sədri, 2020-ci ildən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasının üzvü, 2009-cu ildən Gürcüstan Mikrobioloqlar Cəmiyyətinin “Mikrobiologiya və biotexnologiya” və “Moskva Dövlət Vilayət Universitetinin Xəbərləri, təbiət elmləri seriyası”, 2016-ci ildən “Mikrobiologiya və virusologiya” (Qazaxıstan Respublikası), 2019-cu ildən isə AMEA-nın “Həyat Elmləri və biotibb” jurnallarının redaksiya heyətlərinin üzvüdür.Pənah Muradov dörd dəfə AMEA-nın Fəxri fərmanına layiq görülmüşdür.Biz də Redaksiya Heyətimiz adından, əziz və dəyərli ziyalımız, tanınmış alim və ictimai xadim, vətənpərvər və xeyirxah insan, biologiya sahəsində görkəmli tədqiqatçı-mütəxəssis, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru, çox hörmətli professor Pənah Muradovu anadan olmasının 65 illik yubileyi münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, şərəfli fəaliyyətində yeni-yeni uğurlar və daha böyük nailiyyətlər arzulayırıq!..Müşfiq BORÇALI,AYB-nin, AJB-nin və TYB-nin üzvü,Prezident təqaüdçüsüZiM.Azzirve.infobolnisi.azborcali.orgelm.info.azyurd.info.azziya.info.azzirve.info.azzefer.info.azturan.info.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.