El-Bakuvinin poetik aləminə kiçik səyahət...

El-Bakuvinin poetik aləminə kiçik səyahət... El-Bakuvi təxəllüsü altında yazıb-yaradan, bir neçə kitabın müəllifi olan Azərbaycanın rusdilli şairi Eldar Hüseynovla əyani tanışlığım olmasa belə, lakin kitabları haqqında məlumatım var. Mütəmadi olaraq, onun yaradıcılığı haqqında internet saytlarında müxtəlif ədəbiyyatşünasların dərcləri ilə tanış oluram. Bir neçə ay bundan öncə Eldar Hüseynovun oğlu mənə şairin “Ruhumun çağırışları” («Позывные моей души») kitabını hədiyyə qismində təqdim etmişdir. Həmin kitab haqqında burada öz təəssüratlarımı ifadə etmək etmək istəyirəm. Bəlkə də bu kiçik bir rəy olacaqdır.

Öz şeirlərində müəllif poeziyanın kifayət qədər çox janrlara toxunur. Burada həm poemalar, həm adi lirik şeirlər, həm də sonetləri tapmaq mümkündür. Kitab həm də geniş spektrli, geniş şaxəli mövzuları ilə oxucunun diqqətini cəlb edir. Məhəbbət mövzusu, ilin fəsilləri, sosial şeirlər, şəhər lirikası, insan münasibətləri zəminində dərin fəlsəfi düşüncələri, eləcə də antik mifologiyanın süjetlərinə yaxından toxunması rast gəlmək mümkündür. Amma burada sadaladığımla mövzuların ehtiyatı tükənmir. Şübhəsizdir ki, gələcəkdə Bakuvinin yaradıcılığı, onun lirikası müxtəlif mütəxəssislərin – fililoloqların, ədəbiyyatşünasların, lingvistlərin, psixolog və fəlsəfəçilərinin tədqiqat obyekti olacaqdır.
“Ruhumun çağırışları” Respublikamızın Vitse-Prezidenti, hörmətli Mehriban xanım Əliyevaya həsr olunmuş sonetlərlə açılır. Bu sonetlərin şairin təmiz və saf qəlbindən gəldiyini görmək olur. Buradakı əsas mövzular kimi Şərqin və Bakının gözəlliyi, sədaqət, sevgi və fədakarlıq, şairin daxili aləmi və öz muzaya olan yüksək hisslər. Burada Bakı sadəcə bir şəhər deyil — poetik obrazdır, ilhamın mərkəzidir, xəyalların beşiyidir. “Brilliant kimi ulduzlar çadırı altında Bakı necə də gözəldir” . Bu çox zəngin şərq motivləri daşıyan bir metaforadır. Səma bir çadır kimi təqdim olunur, bu isə klassik Şərq poeziyasında sıx rast gəlinən bədii obrazdır. Bakı – həm real coğrafi məkan, həm də rəmzi ruhani mühitdir. Bu mühit şairin ruhunu qidalandırır. Şeirin ikinci bəndi qadına olan hissləri bildirir. “Prima Donna” ifadəsi ilə qadın bədii-ideallaşdırılmış, ucaldılmış bir obraz kimi təqdim olunur. Bu obrazda bir neçə təbəqə var: Şərq gözəli — başında "Şərqin tacı" var; İlham pərisi — yaradıcı enerjinin mənbəyidir; Ən uca məxluq — tək ona şeirlər həsr olunur. Bu qadın, şairin gözündə, sadəcə sevilən biri deyil — müqəddəsləşdirilmiş, ehtirama layiq bir varlıqdır. Ümumiyyətlə, Bakuvinin Mehriban xanım üçün yaratdığı şeirlərin, sonetlərin hamısında bu xanımın ilahiləşdirilməsi, Qədim Yunan mifologiyasında “muza” kimi tanınan (yəni “ilham mənbəyi”) obrazında təqdim olunması izlənilir. Ayrıca burada onu qeyd etmək istərdim ki, Bakuvi 2024-cü ildə sırf Mehriban xanım Əliyevaya, onun ad gününə, yubileyinə həsr olunmuş və 30 müxtəlif sonetdən ibarət olan kitab dərc etmişdir. Bu sonetlərdə şair söz palitrası ilə, söz fırçasılə xanımın obrazın yaratmış olmuşdur. Bu obraz dünyada məşhur olan xanımın müxtəlif insani keyfiyyətlərin ön plana çəkmişdir. Qadının gözəlliyi, Ana obrazı, Prezident, kraliça, poeziya “muzası”... Şərq qadının idealı, öz Xalqı üçün nəhəng tarixi fiqur kimi əbədi qalacaq bir obraz. Öz Xalqın rifahı və xoşbəxt gələcəyi uğrunda çalışan, öz həyatını fəda verən bir obraz... «Уголок поэтической мысли» - “poetik düşüncə güşəsi” – bəli, şair öz doğma şəhərin, Bakını sanki poeziya ocağı ilə müqayisə edir.
Diqqətimi özünə cəlb edən digər bir məqam – bütün şeirlərin, sonetlərin kitabda, onların müəyyən yaranma xronoloji ardıcıllıqla verilməsidir. Bu gələcək nəsillər üçün həm böyük ədəbi-tarixi, həm bioqrafik, həm də ümumi filoloji (müəllifin mətnin təhlili zamanı) əhəmiyyət kəsb edəcəkdir. Onların xronoloji ardıcıllıqla verilməsi şairin necə illər boyu, cavanlıq vaxtlarından ədəbi mühitdə formalaşması və tədricən təkamül etməsindən deyəcəkdir. Misal üçün Bakuvinin erkən lirikasında dini mövzu müəyyən yer tutur. Bu fakt gələcəkdə həm tarixi-ədəbi, həm də sosioloji əhəmiyyət daşıyacaq. Sosioloji aspekt burada ondan ibarətdir ki, yaradıcı insanın fərdi həyatın müxtəlif mərhəllərində onun həmin mərhələlərdə hansı əsərlərin yaradıb-yazılmasını izləməklə, onların qarşılıqlı əlaqəsini və səbəblərini bilmiş oluruq. Ədəbi-tarixi əhəmiyyət – müəllifin yaşadığı ictimayi-siyasi və tarixi mühitdən dolayısı ilə bizə bəhs edir. Əsərin ədəbi-tarixi əhəmiyyəti onun ədəbiyyat tarixində tutduğu mövqe ilə, dövrlə əlaqəsi, tarixi şəraiti və həqiqəti necə əks etdirməsilə, yeni ədəbi cərəyanlara və janrlara təsirilə, cəmiyyətin mənəvi-əxlaqi həyatına gətirdiyi töhfə ilə müəyyən olunur. Şübhəsizdir ki, gələcəkdə Bakuvinin yaradıcılığı dünya ədəbiyyatında özünəməxsus layiqli yer tutub, bu sahədə digər görkəmli xadimlərin əsərləri ilə dayanacaq. Zamanın təsirini müəllifin sovet hökümətinin dağılması ərəfəsində yazdığı bir neçə şeirlərdə müşahidə etmək mümkündür.Və bunu bir qanunauyğunluq və ya tarixi tələb kimi adlandırmaq olar, çünki hər bir yazıçının, şairin, hətta rəssamın yaşadığı dövrü onun yazdığı şeirlərdə, hekayələrdə, romanlarda, çəkdiyi rəsm əsərlərində əks olunur. Bu danılmaz və qaçılmaz bir faktdır.
“Mən İnsanam, mən Sülhməramlıyam, mən Gəlməyəm” üz qabığındakı sözlər müəllifin yaradıcılığı və şəxsiyyəti haqqında oxucunun düşüncəsini, fikirlərini istər-istəməz artıq müəyyən fəlsəfi istiqamətdə yönəldir.
Heç birimiz əbədi deyilik, həyatımız başlayırsa, haçansa bitməlidir. Lakin kitab, ədəbiyyat, şairlərin, yazıçıların yazdıqları əsərləri onları əbədiləşdirir. Yazıçılar öz əsərlərində sanki zamanın axarını dayandırır, dondurur.
Bakuvinin şeirlərini, sonetlərini daha bir fərqləndirən cəhət – işlətdiyi leksikanın zənginliyidir. Belə ki, fikir versək, ümumi məişət, dialekt, peşəkar, terminoloji leksikadan istifadə etdiyini görə bilərik. Burada sadəlik və eyni zamanda qeyri-adilik bir vəhdət təşkil edir. Bakuvi lirikasının sadəliyi onun tez qavranma qabiliyyətinə, anlaması üçün rahat olmasından ibarətdir.
El Bakuvinin lirikasında mənbələrin probleminə gəlincə isə, hər iki mənbənin növü ilə rastlaşırıq – həyatın özü, ictimai reallıq, şairin həyat təcrübəsi bir tərəfdən, ədəbi əsər nümunələri, başqa yazıçıların əsərləri digər tərəfdən. Şeirlərinin bir çox qismi bəyağı həyatdan qaynaqlığını, o həyatın hadisələrin ədəbi təsvir vasitələrlə gerçəkləşməsi və sözlərlə ifadəsidir. Ədəbi qaynaqlara gəlincə, görkəmli rus yazıçıları A.S. Puşkin və S. Yeseninə həsr edilmiş şeirləri misal çəkmək olar. Bu şeirlərdə Bakuvi sanki bu müəlliflərin şəxsi yaradıcı portretlərin cizgilərini söz vasitəsilə qələmə almışdır. Onların yaradıcılığının stilistik xüsusiyyətlərini bir neçə bənddən ibarət şeirlərdə tuta bilmişdir.
Kitabın sonunda oxucunun diqqətinə “Prometey” poemasına müqəddimə təqdim olunur. Bu əsərin da kifayət qədər dərin və geniş ədəbi qaynaqları mövcuddur. "Prometey" Qədim Yunan mifologiyada ən məşhur fiqurlardan biridir və antik dövrlərdən başlayaraq çoxlu müəlliflərin əsərlərində yer alıb. Prometey yunan mifologiyasında titanlar nəslindən olan bir fiqurdur. O, insanlara od verməklə onların mədəni inkişafına böyük töhfə verən və bunun üçün də Zevs tərəfindən cəzalandırılan simvolik qəhrəmandır. Onun əfsanəsi insanlıq, bilik və yaradıcı iradənin mübarizəsi kimi dəyərləndirilir. Hesiod (VIII-VII əsr əvvəl), Esxil (e.ə. V əsr), eləcə də Sofokl, Evripid, Platon kimi Qədim Yunan mütəfəkkirlər və dramaturqları bu mövzuya müraciət etmişlər, sonradan isə Qədim Romanın məşhur şairlərindən biri Ovidiy öz “Metamarfozlarda” bu süjeti qələmə almışdır. Dünya ədəbiyyatın tarixinə bir qədər nəzər yetirsək, görə bilərik ki, antik dövrü istisna olmaqla, Bakuvi kimi o cür geniş şəkildə bu süjetə toxunan olmamışdır. Hər bir halda kitabda yer almış poemanın müqəddiməsi oxucuya böyük ümidlər bəsləyir. Bu gürurverici hissin doğurur.

Ümid edirik və çox istərdik ki, bizdən sonrakı mütəxəssislər də müasirimiz olan Eldar Hüseynovun yaradıcılığına nəzər yetirib, onu müxtəlif aspektlərdən araşdırıb, təhlil edib, bu təhlilin nəticələrini oxuculara, gələcək nəsillərə çatdırsınlar.

El-Bakuvinin poetik aləminə kiçik səyahət...QABİL HÜSEYNLİ,
fəlsəfə elmləri doktoru,
professor


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əyyub Kərimov:

Əyyub Kərimov: "El Bakuvinin (Eldar Hüseynov) “Prometey” əsərinin müqəddim ...

Elmi Məqalələr, AzTU
Adil Abdullayev:

Adil Abdullayev: "El Bakuvinin (Eldar Hüseynov) yaradıcılığının qısa icmal ...

Ədəbi tənqid
Ankarada “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” adlı kitab  ...

Ankarada “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” adlı kitab ...

Yeni nəşrlər, Humanitar elmlər, Turan
Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Humanitar elmlər
SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

SAHİBƏ YUSİF QƏLƏMİNDƏN ÇIXAN FİKİRLƏRƏ ƏDƏBİ TƏHLİL, BƏDİİ YANAŞMA

Elmi Məqalələr
Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri (II hiss ...

Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri (II hiss ...

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

İlham Əliyev Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib

Azərbaycan, Gəncə, Ədəbi əlaqələr
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Əliağa Kürçaylının lirik poemaları

Əliağa Kürçaylının lirik poemaları

Ədəbi tənqid
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
İki Vətənin şair övladı

İki Vətənin şair övladı

"Varlıq", Bolus
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Rəy yazın: