LEYLA ƏLİYEVANIN YARADICILIĞINDA ANA, VƏTƏN, SEVGİ və ZƏFƏR MÖVZUSU Elmi Məqalələr, Təbriklər 26 октября 2025 179 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Zülfüqarova Fərqanə Sübhan qızı – Şirvanda doğulub. 1992-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-Alman dilləri fakültəsini bitirib. Elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb. Əvvəlcə Azərbaycan Dövlət Dillər Universitetində, 2008-ci ildən Moskva Dövlət Universitetinin Bakı filialında ingilis dili fənni üzrə baş müəllim vəzifəsində çalışıb. Eyni zamanda, 2000-2020-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ingilis dilini tədris edib. 2010-cu ildə dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb. Elə həmin ildən Azərbaycan Respublkasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışır. Hazırda “Dillər” kafedrasının dosentidir. “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” adlı elmi tədqiqat əsəri, “Dünya ədəbiyyatında qadın mövzusu: Genezis və tipologiya” və “XIX əsrin sonu XX əsrin əvvəllərində ingilis ədəbiyyatı” adlı kitabları görkəmli alimlər tərəfindən yüksək dəyərləndirilib. O, həmçinin, Bakalavr hazırlığı üçün “Xarici dil (İngilis dili)” Reading, doktorantura və dissertantura hazırlığı üçün "İngilis dili", Bakalavr hazırlığı üçün “Xarici dil (İngilis dili)” və doktorantura və dissertantura hazırlığı üçün "İNGİLİS DİLİ"fənni üzrə Proqramların tərtibçisi və eyniadlı dərsliklərin, Azərbaycanda və xaricdə Azərbaycan, alman, rus, ingilis və türk dillərində çap olunmuş 150-dən artıq məqalə, konfrans, tezis və tərcümələrin müəllifidir. Fərqanə Zülfüqarova Azərbaycan Yazıçılar Birliyinin, Dünya Azərbaycan Qadınları İctimai Birliyinin, Turan Qadın Yazarlar Birliyinin, Umay Ana Türk Dünyasi Kadinlar Birliğinin və Yeni Azərbaycan Partiyasının üzvüdür. “Qızıl qələm” mükafatı laureatıdır. Azərbaycan Respublkasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ”İstedadlar” layihəsinin ekspertidir. İntellektual, məsuliyyətli, nizamlı, nəcib, humanist, bacarıqlı, səmimi, istedadlı, təcrübəli, özünə güvənli, işini sevən, kollektivləişləməyi bacaran sivil xanım kimi ictimaiyyət arasında böyük nüfuz qazanıb. Elə buna görə də, 2025-ci il yanvarın 30-da Beynəlxalq Sülh Liderlərinin İnsitutuna üzv və Beynəlxalq Sülh Liderlərinin Azərbaycan üzrə Səfiri seçilib. Azərbaycanın görkəmli dramturqu Cəfər Cabbarlının ədəbi irsinin təbliğindəki fəal iştirakına görə “DİPLOM”la təltif olunub.Filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Zülfüqarova bu günlərdə “ELM” və “ZƏFƏR” İnformasiya mərkəzlərinin elm.info.az və zefer.info.az saytlarının redaktoru təyin olunub. Fərqanə xanımı bu münasibətlə ürəkdən təbrik edir, ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir məqaləsini dəyərli oxucularımıza təqdim edirik!..Onu da qeyd edək ki, Fərqanə Zülfüqarova AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturanı da müvəffəqiyyətlə bitirib, doktorluq dissertasiyasını tamamlayıb, əminik ki, yaxın günlərdə uğurla müdafiə müdafiə edəcək, Filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görüləcək.Müşfiq BORÇALI,ZiM.AzLEYLA ƏLİYEVANIN YARADICILIĞINDA ANA, VƏTƏN, SEVGİ və ZƏFƏR MÖVZUSU Əbədiyaşar, ümummilli liderimiz Heydər Əliyevin müasir Azərbaycan ədəbiyyatının dəyərli nümayəndəsi - çağdaş şairə Leyla Əliyeva haqqında unudulmaz təəssüratları...Bu gün biz Azərbaycanımız üçün möcüzələr yaradan, dövlətçilik salnaməmizdə müqəddəs izlər qoyan, azərbaycanlı olması ilə daima fəxr edən, milli qürur, iftixar mənbəyimiz olan və bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilən əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyevi unudulmaz sevgi, hörmət və qürur hissi ilə anırıq. Çünki, əbədiyaşar, ümummilli liderimz Heydər Əliyev xalqımızın qəlbində daima yaşayır, o unudulmayıb, indi də xatırlanır, onun gördüyü bütün işlər də tez-tez yada salınır. Ümummilli liderimiz Heydər Əliyev nəinki, Azərbaycan xalqının o, dünya xalqlarının qəlbində əbədi olaraq yaşayır.Həqiqətən də əbədi yaşar ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın, o cümlədən dünyanın ən nüfuzlu siyasətçisi olmuş daima insanların mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın hərtərəfli inkişafını, yüksəlişini daima izləmiş, ona ən ümdə vəzifəsi kimi baxmışdır. O, Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.Qeyd edək ki, hər bir xalq öz milli-mənəvi dəyərləri, soy-kökü, tarixi, mədəniyyəti ilə tanınır. Mədəniyyətimizin, incəsənətimizin, inkişafında yeni yollar, yeni cığırlar açan xalqımızın əvəzolunmaz dahi rəhbəri olan əbədi yaşar ümummilli liderimiz Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, müasir ədəbiyyatımızın təkmilləşməsində və bəşəri arenasında öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması onun müdrikliyini təsdiq edir. Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Çağdaş Azərbaycan ədəbiyyatından söz açarkən müasir yazar Leyla Əliyeva həyatda ona parlaq mayak kimi yol göstərən dahi babası Heydər Əliyevdən, dünya şöhrətli prezident İlham Əliyevdən və xeyriyyəçilik fəaliyyəti, fədakarlıq missiyası ilə seçilən anası – Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan nümunə götürərək dünyanın zəhmətsevər yaradıcı şəxsiyyəti olmağa nail olub. Gənc şairə, xalqımızın layiqli təmsilçisi L.Əliyevaya pravoslav mükafatının təqdim edilməsi onu göstərir ki, Allah qarşısında hamı bərabərdir. Zəhmətsevər şairə bu məsələlərin çözümündə, aidiyyatı təşkilatlarla, qurumlarla qarşılıqlı əlaqəsində müxtəlif instansiyalara müraciət edərək çox diqqətli və məsuliyyətlidir.Bu gün biz onların xidmətlərini qeyd etməklə bərabər, xalqımızın öz elminə, mədəniyyətinə, vətəninə, dininə, milliyyətinə verdiyi yüksək qiymətin şahidi oluruq, elə məhz buna görə müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Leyla Əliyevanın yaradıcılığına müraciət etmişik. Akademik Nizami Cəfərov yazır: “Leyla Əliyevanın şairlik istedadına ilk xeyir-duanı onun babası–Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan yazıçılarının iştirak etdiyi mötəbər (və son dərəcədə səmimi!) bir ailə məclisində “mənim nəvəm də şeir yazır” sözlərilə vermişdi. Və Azərbaycan ədəbiyyatının hamisinin bu sözlərini ədəbi ictimaiyyətin, xüsusilə ədəbi prosesi diqqətlə izləyən tənqidçilərin–ədəbiyyatın vicdanı olmaq missiyasını könüllü olaraq öz üzərinə almış ədəbi mücahidlərin diqqətindən, təbii ki, qaçmamışdı. Leyla xanım onun poetik istedadına bəslənən ümidləri doğrultmaqda gecikmədi. Hisslərinin, düşüncələrinin (taleyinin) sirlərini yalnız dünyanın ən səmimi insanları (“peyğəmbərlərdən sonra gələn” şairləri!) kimi dünya ilə paylaşmağın gözəl bədii örnəklərini təqdim elədi. Və sübut etdi ki, dahi babası onun yaradıcılıq istedadını yüksək qiymətləndirməkdə tamamilə haqlı imiş. Bütün dövrlərdə olduğu kimi müasir Azərbaycan ədəbiyyatının ən önəmli mövzusu olan ana, vətən, sevgi və zəfər mövzusu daima aktuallıq kəsb edib və o cümlədən bu gün də çox önəmlidir. Bu mövzu Leyla Əliyevanın bütün yaradıcı dünyasından qırmızı xətlə keçir. Ümumən istedadlı şairənin poeziyası oxucu qəlbini təlatümə, riqqətə gətirir. Müasir ədəbiyyatımızın çağdaş şairəsi Leyla Əliyevanın yaradıcılıq istedadı hərtərəflidir, o, fərqli şeirlər yazır “Getmə ana“, “Tək deyilsən”, “Mənə güc ver”, “Allahım”, “Elegiya”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Fanarlar”, “Bakı”, “Sevgi və nifrət”, ”Qu quşu”,”Əsgər” və sairə kimi şeirlərində ruhun çırpıntıları bu poeziya nümunələrində onun zərif qəlbi daxili aləminin zənginliyin təzahürüdür. O, şeirlərində insanın həyəcan doğuran suallarına cavab tapmağa çalışır, qadının həyat kolliziyalarının qavranma dərinliyi, onların fəlsəfi mənası, nüfuzedici lirizmi oxucunu valeh edir. Leyla Əliyevanın könül aləmini başlıca bədii araşdırma predmetinə çevirmək və əsasən ruhun, fikrin, duyğunun süjetini vermək, simvolları fəlsəfi-psixoloji planda qəbul etmək kimi məqamlar onun bütün şeirlərində informasiya bolluğunun sonsuzluğu, gənc şairəni digər qələm ustalarından fərqləndirir.Çağdaş ədəbiyyatın gənc şairəsi Leyla Əliyeva yaradıcılığında dünyanın adi gözlə görünməyən həqiqətləri aşkarlanır.Onun babası, Azərbaycan xalqının ümummilli lideri, Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Elegiya” şeiri milyonlarla oxucu kütləsinin qəlbinə yol tapıb və dərin marağına səbəb olub. Həqiqətən də tale bizə daima qəlbimizdə yaşar, unudulmaz insan, türk dünyasının böyük oğlu, ömrünü Azərbaycan xalqının əminamanlığına, tərəqqisinə, milli mənliyimizin qürur və iftixar mənbəyinə çevrilməsinə həsr etmiş ulu öndər Heydər Əliyevi yaxından tanıtdı. Müasir şairə Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi “Elegiya” şeiri 2008-ci il dekabrın 12-də Heydər Əliyevin vəfatının 5-ci ildönümündə “Azərbaycan” qəzetində dərc olunmuşdur. Müasir şairə L.Əliyeva – məşhur ailənin xeyirxah işlərinin davamçısı olmaqla bərabər öz müasir şeirləri ilə ədəbiyyatımıza dəyərli töhvələrini verib. Çağdaş yazıçı və şairlərimizin elmi yaradıcılığını tədqiqata cəlb etmək, gənc nəslə çatdırmaq gərgin zəhmət, vaxt tələb edir. Həqiqətən də, Azərbaycan ədəbiyyatının gənc şairəsi Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi “Elegiya” şeirində deyildiyi kimi:Ulduzlara uçan quşa dönəydiAy da yollarıma nur ələyəydi.Məğrur yerişinlə qoşa dönəydin,Sənə Yer üzündə yer eləyəydim.Dinlə kədərimin pıçıltısını –Babasına olan tükənməz sevgi və onun yoxluğuna dözə bilməyən şairə bu misralarda kədərini, pıçıltısını Yaradanla bölüşərək babasının məğrur yerişiylə ulduzlara uçan quş kimi qoşa dönməsini və Ayın da onun yollarına nur ələməsini arzulayır çünki, o bu ayrılıqla barışa bilmir.Mən yaxşı bilirəm ayrılıq nədi!..Küləklər könlümün qışqırtısınıKaş ki, kainata yaya biləydi.Könüllər yaşadır gur nəfəsini,Sənsiz hər bir anın öz qüssəsi var.Babasının dünyasının dəyişməsindən olduqca təsirlənən müəllif bu şeirdə nisgil, ayrılıq, həsrət hissi ilə yanan incə qəlbinin çırpıntalırını dilə gətirib, bu da oxucuların qəlbini riqqətə gətirib.Yuxarıdakı sətirlərdə -“küləklər könlümün qışqırtısını kaş ki, kainata yaya biləydi“ ifadələriylə şairənin ruhu, könlü sanki, qışqıraraq tüğyan edir. Müqəddəs səsinin xatirəsiniAnlada bilərmi çağlayan çaylar?Bulud karvanına qoşulaq yenə,Gəzim asimanı, hardasan görüm,Çatıb ucalığa, yetişim sənə,-deyərək şairənin kövrək qəlbi sanki, qəfəsdə quştək çırpınaraq ali ucalığa çatıb, asimanı gəzmək, bulud karvanına qoşulmağa tələsir. Gənc şairə yeri, göyü, asimanı, təbiəti köməyə çağıraraq bütün kainata müraciət edir, lakin onun dərdinin odu soyumur.Dağ idin, çiynimi dağlara verdim,Dağların dərdini çəksə, dağ çəkər.Sənə məhəbbətim dağlar qədərdi,Yerini dağlardan soruşum bəlkə?Bəlkə çinarlarla baş-başa verim.Hələ uşaqlıq illərindən babasının yolu ilə gedən şairə yuxarıdakı sətirlərdə babasını əlçatmaz, ünyetməz, nəhəng dağa bənzədərək ona olan misilsiz, sonsuz nəvə sevgisini ifadə edir. Gerçək həyatda insanın ümüdü üzüləndə yalnız o, ulu Tanrının möcüzəsini gözləyir. Möcüzə yaratmaq gəlmir əlimdən.Parçalan, ey zülmət, çəkil ey gecə,Günəşə qovuşmaq istəyirəm mən!Biz bu şeir kitabının səhifələrində yeri gəldikcə onların bəziləri barəsində söhbət açmağı, həmin insanların xatirəsinə ehtiram göstərməyi və onları gənc nəslə tanıtdırmağı özümüzə borc bilirik. Yuxarıdakı misralara əsasən istər- istəməz Böyük Səməd Vurğunun fikirləri yada düşür:Əzəldən belədir çünki kainat, Cahan daimidir, ömür amanat. Həqiqətən də ömür insana əmanət olaraq, yalnız sınaq üçün verilib. ...Dünya bir pəncərədir, hər gələn baxar, gedər... Həsrət, dərin məna və yanğı ilə ifadə olunan bu sözlərdə, təəssüf hissi vardır. Xatirələrin ədəbi aləmdə təsdiqı, müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yüksəldilməsi, Azərbaycanın çiçəklənən bir diyara çevrilib dünya dövlətləri arasında daha layiqli yer tutması işində böyük şəxsiyyətin nəvəsi gənc qadın iradəsiylə onun yolunu davam etdirməklə bərabər ədəbiyyatımıza da öz şerləri ilə layiqli töhvələrini verir və bu yaradıcılıq yolunu davam etməkdədir.Müasir düşüncəli şairə L.Əliyevanın bütün poeziyasında “ana, vətən, həsrət, qadın, kainat -varlıq, bəşəriyyət, əbədiyyət, ölüm, həyat, uğur, zəfər, məğlubiyyət, əbədiyyət”... kimi fərqli qütblər və onların vəhdəti kimi Tanrıya gedən yol müqəddəs, İlahi sevgiyə söykənir, Sonsuzluğa aparan zamanın sonu olmadığı kimi sevginin və poeziyanın, insaniliyin də heç vaxt sonu olmur.Ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti, ədəbiyyata, mədəniyyətə, incəsənətə, təhsilə qadına, anaya verdiyi dəyərlərlə daima yaşadır və yaşayacaq, xalqımız onun əziz xatirəsini daima uca tutur, minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının ən mühüm dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir və edəcək. Çünki, müstəqil Azərbaycan əbədiyaşar Ümummilli Liderimizin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir və bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.Leyla Əliyevanın poetik təfəkkürünün ilk baxışda nəzəri cəlb edən zəngin hissi – emosional qatının dərinliklərində kifayət qədər düşündürücü (və həqiqətən fəlsəfi mükalimələrə meydan açan) olduqca məhsuldar mülahizələr mövcuddur.Ümumən Leyla Əliyevanın yaradıcılığı onun təbiətə, gülə, çiçəyə, torpağa, vətənə bağlılığı, ana, vətən mövzusu Sülhün təmsilçisi kimi çağdaş şairəni daima düşündürür və bu mövzu sanki, müəllifin bütün şeirlərinə hopub insaniliyə, aliliyə əsaslanaaraq xüsusi diqqətə layiqdir. Gənc şairə 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində başlayan erməni təxribatı ilə bağlı şəhid olan hərbçilərimizə və onların övladlarına şeir həsr edib. Anaların naləsinin, fəryadının yerdə qalmayacağını, müharibənin tezliklə sona çatmasını, düşmənin layiqli cavab alacağını arzulayan istedadlı şairə bu şeiri yazıb. (Leyla Əliyeva şəhidlərimizin dəfn mərasimindən çəkilən və onların övladlarının da yer aldığı fotolarla birgə şeirini İnstaqram hesabında...paylaşıb.Kult.az) Analar ovcunda ürəyin sıxıb,Oğlum haradadır deyib, ah çəkər!Axı hələ dünən o bir körpəydiArtıq o da yoxdur! Ah! Müharibə!Leyla Əliyeva bu misralarda müqəddəs varlıq olan ananın ürək ağrısından, ah-naləsindən, çəkdiyi əzab-əziyyətindən söz açaraq çətinliklə böyütdüyü dünən körpə olub bu gün igid əsgər olan oğlunun yoxluğuyla barışa bilmədiyi faciəsini təsvir edərək müharibəni lənətləyir. Vətən uğrunda canından keçən igid əsgərlərimizin qanının yerdə qalmayacağını, düşmənin layiqli cavab alacağını yuxarıdakı sətirlərdə ifadə edən gənc şairə atasını axtaran körpə oğlan uşağının intizarla, həsrətlə gözünün yollarda qaldığından təsirlənərək bu misraları qeyd edir....Düşməni susdurmaq çox uzun çəkməzVətəni uğrunda əsgər can verər!Bircə körpə oğlan səbrin dəfn edibAtanın gəlişin artıq gözləməz. Yuxarıdakı misralarda L.Əliyevanın çox böyük inamla kövrək qəlbindən qopub gələn o nəhəng sətirlər şairənin qeyri-adi istedadından xəbər verir desək, fikirlərimizə daha çox reallıq gətirmiş olarıq. “Düşməni susdurmaq çox uzun çəkməz” kəlməsinin zamanında işlədilməsi nəhayət ki, Ali Baş Komandanın, onun ailəsinin, xalqımızın qəhrəman oğul və qızlarının köməyi ilə Şuşanın alınması xəbərinin (2020 ci il 8 noyabr) həyata keçməsi, təsdiqlənməsi Azərbaycan və Türkiyənin ən böyük uğurlu nailiyyətinə çevrildi.Bu bir həqiqətdir ki, bu amal, Ulu Öndərin müqəddəs vəsiyyəti-əsasən qarşıya qoyduğu başlıca məqsədi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququnun norma, prinsipləri əsasında həlli olmuş və ölkəmizin bütün resurslarının, xalqımızın potensialının tarixi ədalətin bərpası üçün səfərbər edilməsi onun şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu, 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirilməsini, məhz əbədiyaşar Ümummilli Liderimizin layiqli davamçısı dünyaşöhrətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilmişdir.Müdrik, sivil düşüncəli gənc şairə Leyla Əliyeva bu münasibətlə Ali Baş Komandan İlham Əliyevə Vətən müharibəsində qazanılan zəfər münasibətilə “Əsgər” şeirini həsr edib. “Qafqazinfo” bildirir ki, L.Əliyeva bu şeiri şəxsi instaqram hesabında paylaşıb. Şeirdən bir parçanı təqdim edirik. Baxmayayaq ki, mövzumuz qadınla bağlıdır bu faktları açıqlamaq dissertasiyamız üçün ən mühüm amil olaraq yenilikdir.Çünki, xalqımız, qadın, ana, insan oğlu 27 ildən artıqdır ki, bu uğurlu xəbərin intizarındaydıq, həsrətindəyik.44günlük müharibəyə son qoyuldu.İşğal altında olan torpaqlarımız Ali Baş Komandanın, onun ailəsinin, xalqımızın qəhrəman oğul və qızlarının köməyi ilə nəhayət ki, azad edildi.Əsgər zirvələr zirvəsi,Onun yeri yüksəklərdir!O, vicdanın, xalqın səsi,Həqiqətə and içəndir!Qorxu nədir bilməz əsgər,O, Allahın balasıdırAçıqdır yolu dünyayaYaddaşlarda qalasıdır!Yuxarıdakı misralardan göründüyü kimi dünyaya yolu açıq olan, heç bir güllədən qorxmayan Allahın balası əsgər haqq-ədalət, həqiqət yolunda yüksək zirvələri fəth edərək, vicdanının, xalqının səsinə sığınaraq mübarizə aparır və daima yaddaşlardadır. Leyla.Əliyevanın qəhrəmanları “Əsgər” şeirində qeyd etdiyimiz kimi dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi ingilis şairi C.Q.Bayronun qəhrəmanlarıdək əsasən fədakarcasına döyüşə atılır. İstedadlı şəxsiyyət, gənc şairə L.Əliyevanın poeziyasında bəzi şeirləri dünya poeziyasının korifeylərindən hesab edilən tanınmış ingilis şairi, bəşər tarixinin bənzərsiz siması C.Q.Bayronun bəzi şeirləri ilə vəhdət təşkil edir. L.Əliyevanın poeziyası, yetərincə imkan verir ki, müqayisəyə cəlb edilsin. Müasir şairə Leyla Əliyevanın şeirlərində Şərq bədii-estetik düşüncə elementlərinin varlığı tamamlanmış formadadır və oxucu kütləsinin qəlbini təlatümə gətirir. Öz zəngin fəaliyyəti və yaradıcılığı ilə dünya ədəbiyyatına dərindən bələd olan müasir şairənin bütün ruhu - bu mədəniyyətə mənsub olanlara sonacan açılan sirli dünyaduyumu onun Şərq-Qərb dünya duyumunun sirrinə vaqifliyini göstərir. Nəticə olaraq qeyd edək ki, Şərqdə, Qərbdən fərqli olaraq, o cümlədən, Azərbaycanda ən müqəddəs dəyər olan milli-mənəvi ailə dəyərlərimizə ta qədim dövrlərdən ehtiram və hörmətlə yanaşılmış və bu ənənə indiyə qədər davam edir. Böyüklərə hörmət, xəstələrə diqqət, kiçiklərə qayğı daima nəsillərdən-nəsillərə ötürülmüş ən gözəl ənənə kimi böyük diqqətlə yanaşılır. Azərbaycan ədəbiyyatında daima aktuallıq və çox böyük önəm kəsb edən ana, vətən, sevgi və zəfər mövzusu Leyla Əliyevanın bütün yaradıcı dünyasından qırmızı xətlə keçir. İstedadlı şairənin poeziyası oxucu qəlbini təlatümə, riqqətə gətirir. Bu onun alicənablığına, insaniliyinə söykənir. Ümumən Leyla Əliyevanın klassik mövzulara müraciəti onun milli poeziya tariximizin inkişaf məntiqi ilə təsdiqlənir. Bu fikirləri Leyla Əliyevanın təkcə bir şeiri yox, bütün poeziyasına şamil etmək olar. Gənc şairənin şeirində həm romantik dövr ingilis poeziyası, həm də milli bədii düşüncə ilə əlaqə özünün daha aydın ifadəsini tapır. Şairənin yaradıcılığında ümumbəşəri və milli bədii düşüncənin vəhdətini elmi baxımdan araşdırmağımız da, Azərbaycanın, müasir gəncliyimizin dünyaya inteqrasiyası mədəniyyətə, elmə, maarifə, ədəbiyyata, qarşı civil inkişafına səbəbdən irəli gəlir. Şeirləri ilə könülləri ovsunlayan çağdaş şairə Leyla Əliyevanın poeziya aləminə ədəbi-bədii, milli-mənəvi, fəlsəfi-psixoloji qaynaqlara söykənmə baxımından yanaşılanda, onun poetik dünyası mövzu, obrazlar sistemi ilə müasir şeirimizdən daha çox bənzərsizlik, romantik çağ ədəbiyyatı ilə səsləşir. O, şeirlərində mərd, ziyalı insanların keçdiyi çətin və şərəfli yolun təkamülünü oxuculara böyük ustalıqla, gözəl, psixoloji təhlillərlə çatdırır. Bu isə bir daha gənc şairənin müasirliyi ilə bağlılığını təsdiq edir. Bir sözlə, Leyla Əliyevanın adı oxucular üçün çox əzizdir... FƏRQANƏ ZÜLFÜQAROVA,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “ELM” və “ZƏFƏR” İnformasiya mərkəzlərinin elm.info.az və zefer.info.az saytlarının redaktoru,filologiya üzrə fəlsəfə doktoru, dosentZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.