FƏTƏLİ XAN XOYSKİ NEMEZİS ƏMƏLİYYATININ HƏDƏFİNDƏ İctimai elmlər, Elmi Məqalələr 18 ноября 2025 157 0 1 2 3 4 5 Azərbaycanın görkəmli dövlət xadimi, AXC-nin qurucularından biri, ilk baş naziri, daxili və xarici işlər, hərbi və ədliyyə naziri Fətəli Xan Xoyskinin anadan olmasının 150 illiyidir.Onun şəhid olmasından 105 il keçir. Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin17 sentyabr 2025-ci il tarixli Sərəncamında deyilir:“2025-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur.Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini imzalayanlardan biri olmuşdur.Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabinetləri Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarını atdığı vaxtdan etibarən demokratik dövlət idarəçiliyinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində mühüm nailiyyətlər qazanmış, Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən tanınması və diplomatik münasibətlərinin yaradılması işinə layiqli töhfələr vermişdir.”Fətəli xan İsgəndər oğlu Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İsgəndər xan Kəlbəli xan oğlu Xoyski Rusiya İmpe¬riyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Hacı Molla Zeynalın qızı Şərə¬banı xanım idi. Fətəli xan Xoyski Güney Azərbaycanın Xoy xanları və Şəki xanları nəslindəndir.Atası İsgəndər Kəlbəli xan oğlu 1820-ci ildə Gəncə şəhərində doğulmuşdu.16 iyul 1894-cü ildə Gəncədə vəfat etmişdir. Xoy şəhərinin əhalisi Azərbaycan türklərindən ibarətdir. Xoy xanı olan ulu babası Cəfərqulu xan Qacar Dövlətinin hökmdarı Fətəli şah Qacar ilə savaşda məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə-Eçmiədzinə sığınmışdı. General Sisianov Peterburqa göndərdiyi raportda Fətəli xanın ulu babası, Xoy xanı olan Cəfərqulu xanı Xan Xoyski kimi təqdim edib. Elə həmin dövrdən bu nəsil Rusiyanın müstəmləkəsi olan Azərbaycanda Xoyski soyadı ilə məşhurlaşıb.Fətəli xan Xoyski təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırmış sonra, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Yelizavetpol, Bakı dairə məhkəmələrində, Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli xan Xoyski Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi. 1917-ci il Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya Müsəlman Şurasının İcariyyə Komitəsinin üzvü oldu.Bitərəf olmasına baxmayaraq “Müsavat” partiyasının 1-ci qurultayında iştirak etmişdir. Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi.Bakı şəhər Dumasına rəhbərlik etmişdir. 1917-ci ilin noyabr ayında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaqafqaziya Seymi yaranıb. Həmin Seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvlərindən biri də Fətəli xan olub. Xoyski daim Qafqaz birliyinin tərəfdarı olub.Zaqafqaziya komissarlığı nəzdində xalq maarif komissarı olmuşdur. Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri olmuşdur. Zaqafqaziya Seyminin üzvü; “Müsavat” və demokratik bitərəf qrupunun fraksiyasına daxil olmuşdur. Müvəqqəti Azərbaycan Milli Şurasının üzvü, Milli Şuranın İcariyyə komitəsinin sədri olmuşdur.Zaqafqaziya Demokratik Federativ Respublikası buraxıldıqdan sonra Fətəli xan Xoyski Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası yanında 9 nəfərdən ibarət icraiyyə orqanının sədri seçildi. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cumhuriyyətinin müstəqilliyi bəyan olunub və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan Xoyski gətirilib. Azərbaycan Cumhuriyyətinin baş naziri olduğu illərdə ölkəni ləyaqət və şərəflə təmsil edib.Fətəli xan Xoyski baş nazir olduğu ilk gündən bütün dövlət müəssisələrini milliləşdirilmiş, Azərbaycanda hərbi vəziyyət elan edilib. Azərbaycan dövlət bayrağı haqqında qərar verilib, Azərbaycan dili dövlər dili elan edilib. Fətəli xan Xoyski parlamentdən tariximizin ən uğurlu işlərindən birini – Paris Sülh Konfransında təsdiqlənməmizi elan etdi. O zaman Azərbaycanın müstəqilliyinə əsas təhlükə şimaldan, Rusiyadan gəlməkdə idi. Fətəli xan bunu görür və yaxınlaşmaqda olan təhlükənin qarşısını diplomatik vasitələrlə almağa cəhd edirdiFətəli xan Xoyski Müvəqqəti hökumətinin başçısı Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Naziri, xarici işlər naziri vəzifələrini tutdu. Xoyski Azərbaycan Parlamentinin üzvü oldu.Məlum olduğu kimi, Nemezis əməliyyatının rəhbərliyi onu 1918-ci ildə guya erməni əhalisinin qırğınınn təşkilinə görə ittiham edirdi.Halbuki belə bir qırğını əvvəlcə erməni daşnakları törətmişlər."Mart qırğını" (Mart soyqırımı) 1918-ci ilin mart-aprel aylarında erməni daşnak birlikləri tərəfindən Bakı, Şamaxı, Quba və digər bölgələrdə azərbaycanlılara qarşı törədilən etnik təmizləmə və soyqırım aktlarıdır. 1998-ci ildə Heydər Əliyevin sərəncamı ilə martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. • Dəqiq məlumatlar: Təxmini hesablamalara görə, bu qırğınlar zamanı Bakıda 15-20 min, Şamaxıda 7 min, Qubada isə 6 min azərbaycanlı öldürülmüşdür.• Digər bölgələr: Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi digər rayonlarda da qırğınlar törədilmiş, lakin öldürülən insanların sayı dəqiq bilinmir.• Bu hadisələr, Azərbaycan xalqının tarixindəki ən böyük faciələrdən biri hesab olunur.• Rəsmi qeyd olunma: 31 mart tarixi, Azərbaycanlıların Soyqırımı Günü kimi, ölkədə rəsmi olaraq qeyd edilir. Tadeuş Svyatoçovski “Rusiya və Azərbaycan: sərhədyanı bölgə keçid dövründə” əsərində göstərir ki, Bakıda bolşeviklər tərəfindən hakimiyyətin ələ keçirilməsi zamanı etnik toqquşma baş verdi.”Bu zaman əksəriyyəti Anadoludan olan qaçqınlardan olan Bakı daşnak qüvvələri şəhər müsəlmanlarının qəfil qirğınını təşkil etdilər.Qırğın martın 31-dən-aprelin 2-dək davam etdi və ən azı 3000 nəfərin ölümü ilə nəticələndi.Özü də ölənlərin çoxusu iranlılar (cənubi azərbaycanlılar) idi.Rəqəmlər müxtəlifdir.1919-cu il Parisdə nəşr olunan “Qafqaz Azərbaycan Respublikası”əsərində ölənlərin 12000 nəfər olduğu, Bihlin “Qafqaz siyasəti” (1918) əsərində isə 19.600 iranlının (cənubi azərbaycanlı) öldüyü göstərilir..1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakı azad edildi. Tadeuş Svyatoçovski “Rusiya və Azərbaycan:sərhədyanı bölgə keçid dövründə” əsərində göstərir ki, qüvvəsi tükənmiş Britaniya qoşunları sentyabrın 15-nə qədər gəldikləri yolla geri qayıdanadək Bakıda qaldılar. Yola düşən gəmilər imkan edib götürə bildikləri qədər erməni mülki vətəndaşlarını özləri ilə apardılar.Bu arada şəhərin erməni məhəllələrində qanlı Mart günlərinin intiqamı alınırdı.Amansız döyüşlər gedirdi.Ölənlərin sayı bəzi mənbələrə görə, 9000-10000 arasında olardı.F.Kazımzadə erməni mənbələrinə əsaslanaraq ölənlərin sayının 9.988 nəfər olduğunu göstərir.Q.Korqanov ölənlərin sayının 15.000-dən 30.000 nəfərə qədər olduğunu,Uoker isə 20.000 nəfər olduğunu göstərir. Bu dövrdə Fətəli xan Xoyskinin başçılığı altında Azərbaycan hökumətinin ən mühüm işlərindən biri 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olub. Bu komissiya Birinci Dünya müharibəsi illərində, Bakıdakı mart qırğını zamanı, bütövlükdə Cənubi Qafqaz ərazisində türklərə və digər müsəlmanlara qarşı törədilən vəhşilikləri öyrənmək, bu işdə günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək işi ilə məşğul olmaq idi.1918-ci il avqust ayının 30-da Fətəli xan Xoyski hökuməti 1806-cı ildə çar hökuməti tərəfindən ləğv edilən adı Yelizavetpol qoyulan Gəncə şəhərinin adını bərpa edib. Gəncə şəhəri 1935-ci ilə kimi öz tarixi adını daşıdı. Sentyabr ayının 17-də Fətəli xan Xoyskinin rəhbərliyilə Azərbaycan hökuməti Bakıya gəldi və Bakıda əmin-amanlıq yaratmağa başladı. 1918-ci il sentyabrın 18-də Fətəli xan Xoyskinin imzası ilə “Azərbaycan Respublikası hökumətinin məlumatı” elan edilib. Məlumatda belə deyilirdi: “Azərbaycan hökuməti şəhərin və ətrafının bütün əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və əmlakını bərabər surətdə müdafiə edəcək. Soyğunçular, adam öldürənlər və ümumiyyətlə belə şəxslər hərbi dövrün ciddi qanunları ilə cəzalanacaqlar, hətta ölüm hökmü belə veriləcəkdir.” Fətəli xan sonralar Azərbaycan parlamentində etdiyi çıxışlarının birində bu barədə belə deyib: “Şəhər alınarkən nalayiq hərəkətlər olub. Hökumət bunu gizlətmir. Bəlkə bir çoxlarına əziyyət, bəlkə də cəza verilib. Fəqət mümkün idimi ki, hökumət bunun qarşısını alsın? Azərbaycan deyil, heç bir hökumət bunun qarşını almağı bacarmazdı. Burada müsəlmanlar qırılmış, namusuna, canına təcavüz edilmiş, əlindən ixtiyarı qoparılmış, üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmişdi... Hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə olmuşdusa da, hökumət gəldikdən sonra bu işlər dayandırıldı”.Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-daşnak qüvvələrindən azad edən türk hərbi hissələri Mondros sazişinə görə Azərbaycandan çıxmalı oldu. Onları ingilislər əvəz etdi. Bu zaman Bakının general-qubernatoru olan, daşnakların təsiri altına düşən general Tomson Azərbaycan hökumətini tanımaq istəmirdi. Fətəli xan Xoyskinin Tomsonla apardığı diplomatik danışıqlar nəticəsində onun Azərbaycan hökumətinə münasibəti dəyişdi və Fətəli xanın başçılıq etdiyi Azərbaycan hökumətini tanıdığını bildirdi. Xoyskinin Tomsonla apardığı diplomatik danışıqların nəticəsi özünü çox gözlətmədi. General Tomson 1918 –ci il dekabrın 29-da bəyanat verdi: ”Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb, elan edirəm ki, İttifaq Komandanlığı tərəfindən bu hökumət Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə ediləcək. 1920-ci ilin aprelində Azərbaycanın Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra görkəmli dövlət qurucuları demək olar ki, ölkəni tərk etmək məcburiyyətində qaldılar. Məhəmməd Əmin Rəsulzadə Lahıcda gedib gizli həyat yaşamağa başladı. Fətəli Xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Çünki, onlar başa düşürdülər ki, onlara qarşı ciddi cəza tədbirləri görüləcək. Belə bir zamanda Nəsib bəy Yusifbəyli də Azərbaycandan getməyə məcbur oldu. Amma onlar Gürcüstana gedirdilər. Çünki, Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli Xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu. Orada bir müddət qaldıqdan sonra “Nemezis” əməliyyatının üzvləi olan daşnaklar tərəfindən təqib edildi. 1920-ci ilin iyunun 19-da Cümhuriyyətin xarici işlər naziri olmuş Fətəli xan Xoyski kinoteatrdan çıxan zaman erməni daşnakları onu güllələdilər. Erməni milliyətcisi, qatil Aram Yerkanyanın Tiflisdə arxadan açıdığı güllə ilə qətlə yetirildi. O, yalnız Azərbaycan Cümhuriyyətinin ilk baş naziri kimi deyil, həm də şəhid baş naziri kimi tarixə adını yazdırır. Fətəli xan Xoyski çox qısa ömür yaşasa da, gördüyü böyük işlərlə adını Azərbaycanın müstəqillik tarixinə əbədi həkk edə bildi.Hər il iyunun 19-u Azərbaycan Cümhuriyyətinin baş naziri, ilk milli hökumətimizin rəhbəri olan Fətəli xan Xoyskinin anım günüdür. Ermənilərin Nemezis terror təşkilatının üzvləri, qatillər “Daşnaksutyun” partiyasının üzvləri Aram Yerkanyan (Daşnak Ararat Respublikası bu qatilə, terrorçuya Ermənistanın Milli Qəhrəmanı adını verdi) və Mişak Kirakosyan Tiflisdəki İrəvan meydanında Qolovin prospektində (indiki Şota Rustaveli prospekti) Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. Fətəli xan Xoyski qətlə yetirilir, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralanır. Aksiya nəticəsində terrorçu Misak Kirakosyan da yaralanmışdı. Fətəli xan Xoyski indiki Tiflis Botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir. H.Ağayev isə bir ay sonra - həmin ilin iyulun 19-da Tbilisidə muzdlu erməni terrorçu tərəfindən qətlə yetirilib. 19 iyul 1921–ci il İstanbulda, Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş daxili işlər naziri Behbud xan Cavanşir guya Şuşada ermənilərin qırğınını təşkil etdiyinə görə (halbuki ermənilər hökumətə qarşı üsyan etmişdilər) öldürülür. 31 may 1920-ci il Kürdəmirdə, Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy qətlə yetirilir.AXC banilərinin əziz xatirələri hər zaman böyük hörmət və ehtiramla anılır: “SOCAR şirkətinin Gürcüstan nümayəndəliyi tərəfindən 2012-ci ildən Tbilisidəki panteon xüsusi nəzarətə götürülüb. Məkanın mühafizəsi və təmizliyinə nəzarət üçün bir bağban-nəzarətçi ayrılıb. Panteonda səliqə-sahman işlərinin aparılmasını nəzarəti SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi yerinə yetirilir.Tbilisidə Botanika bağı ərazisində panteon ərazisində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə AXC qurucularının məzarları yaxınlığında lövhənin quraşdırılmışdır: “Lövhə üzərində F.Xoyski və H.Ağayev barədə bioqrafik məlumatlar əks etdirilmişdir. Məqsəd panteona baş çəkən həm yer¬li, həm də xarici ziyarətçilərin Azərbaycanın iki görkəmli dövlət xadimi barədə ətraflı məlumatlan¬dır¬maq¬dır."Nemezis" əməliyyatı — Daşnaksütyun partiyasının həyata keçirdiyi terror aksiyasıdır. Aksiyanın məqsədi erməni soyqırımını və Bakıda 1918-ci ildə erməni əhalisinin qətlini təşkil etmiş şəxslərdən qisas alınması idi. Qətlə yetirilən şəxslərin arasında həm Osmanlı imperiyasının, həm də Azərbaycan Cumhuriyyətinin keçmiş rəhbərləri var idi. Əməliyyatın adı, qədim yunan intiqam ilahəsi "Nemezidanın" adından götürülmuşdür. Nemezida qədim yunan inan¬cında neme-sis (yun. nέμεσις), tanrıların hüzurunda günah işlədən insanlara verilən ilahi cəzanın ruhu¬dur. Nemesisin məbədi Marafonun şimalında yerləşən Rhamnous şəhərindədir. Nemesis adı yunan dilində bir kəlmə olan νέμειν némein "layiq olduğunu vermək" və Hind-Avropa dil qrupunda nem- "dağıtmaq" deməkdir. Əməliyyatın təşkili.Əməliyyatın keçirilməsi erməni Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında, İrə¬vanda keçirilən Daşnaksütyun partiyasının IX qurultayında qərara alınmışdır.Soyqırıma guya aidiyyəti olan insanların 650 nəfərlik bir siyahı tutulur, onların içərisindən 41 nəfər, "əsas günahkarlar" elan edilir. Əməliyyata rəhbərlik üçün xüsusi orqan yaradılır, bütün əməliyyat üçün o orqan məsul idi (orqanın rəhbəri Ermənistan Respublikasının ABŞ-dəki elçisi Armen Qaro idi) bununla yanaşı xüsusi fond da yaradılır (fondun rəhbəri – Şaan Satçaklyan). Operativ rəhpərlik və əməliyyatın maddi dəstəyi ilə Şaan Natali və Qriqor Merdjanov məşğul idi.İnformasiyanın yığılmasında özünü türk tələbə kimi qələmə verən Hraç Papazyan aktiv iştirak edirdi, o mühacirətdə yaşayan "gənc türklərlə" yaxın əlaqələr qura bilmişdi. Qətlin törədilməsi üçün, 3–5 nəfərdən ibarət qrup yaradılırdı, bu qrup qətlə yetiriləcək şəxsi izləməklə məşğul olurdu, sonra qrupdan bir nəfər qətli törədirdi, əgər öldürmək istədikləri şəxsi cangüdənlər qoruyurdusa onda qətlə iki-üç nəfər gedirdi.. “Nemezis” əməliyyatının gedişi zamanı hətta bu əməliyyatla bağlı məlumat sızdıran ermənilər belə xalq düşməni elan olunaraq təqib edilir və ən ağır şəkildə cəzalandırılırdılar. Guya Osmanlı Türkiyəsindəki Erməni Soyqırımı qısa fasilələrlə 1923-cü ilə qədər davam etdi. Bu illər ərzində 1,5 milyondan çox erməni həlak oldu; qalanları isə türklər tərəfindən Ərəbistan səhralarına sürgün edildi, əksəriyyəti isə susuzluqdan, aclıqdan və xəstəlikdən öldü. Nemezis əməliyyatının əsas təşkilati mərkəzləri Türkiyənin İstanbul şəhərindəki Çakatamart və ABŞ-ın Boston şəhərindəki Droşak qəzetlərinin redaksiyaları idi. Əməliyyat 1919-1920-ci illər Paris Sülh Konfransının ermənilər üçün əlverişsiz nəticəsi, eləcə də 1921-ci ilin oktyabrında Qars müqaviləsinin imzalanması ilə başladı. Bütün bu genişmiqyaslı əməliyyatın əsas təşkilatçılarını qeyd etməmək mümkün deyil. İlklərdən biri Şaqan Natali idi4 il ərzində baş verən “Nemezis” terror əməliyyatı ermənilər tərəfindən uğurlu hesab edildi və əməliyyat zamanı qarşıya qoyulmuş bütün nəticələrə nail olundu. Lakin türk və azərbaycanlı diplomatlarının qatillərinin çox böyük bir hissəsi bu günə kimi yaxalanmadı. Dindirilməyə çağırılan ermənilər isə bir neçə gün sonra sərbəst buraxıldı.Ermənilər tərəfindən türkçülüyə qarşı yönəlmiş məşhur “Nemezis” terror əməliyyatının qurbanlarının siyahısı belədir:Əməliyyat nəticəsində bir çox baş tutmayan cinayətlər də olmuşdur. Belə ki, terrorçuların hazırladığı ölüm siyahısında ilk adlardan biri olan Türkiyənin keçmiş hərbi naziri Ənvər paşa, İttihad və Tərəqqi cəmiyyətinin keçmiş baş katibi doktor Nazim də erməni terrorçuları tərəfindən uzun müddət izlənilsələr də terrorçular onları qətlə yetirə bilməyib.Osmanlı İmperiyasından:Tələt paşa, Osmanlı imperiyasının daxili işlər naziri və sədrəzəmi.Camal paşa, Türkiyə dövlət və hərbi xadimiSəid Hilmi paşa, keçmiş sədrəzəmiBahaəddin Şakir, Təşkilati Məxsusənin yaradıcısıCamal Əzmi, keçmiş Trabzon valisi öldürüldülər.Məlum olduğu kimi, vəhşi “Nemezis əməliyyatı” ermənilərin dövlət siyasətini həyata keçirən Daşnaksütyun partiyasının keçirdiyi silsilə terror aksiyalarından biri idi.. 1920-ci ildə İstanbulda terrorçuların türklərlə əməkdaşlıqda günahlandırdığı bir neçə ermənini qətlə yetirirlər. Mkrtıç Arutunyanı "sadist və türk gizli polisininn siyasi şöbəsinin üzvü idi" hesab etdiklərinə görə Soqomon Teyliryan tərəfindən qətlə yetirilmişdir.Vahe İsxan (Yesayan) 1915-ci ildə soyqırımı olunacaq erməni cinayətkarların siyahısının tərtibində iştrak etmişdir. Arşavir Şirakyan tərəfindən qətlə yetirilmişdir.Hamayak Aramyants, Qınçaq partiyasının keçmiş üzvü, 1914-cü ildə erməni terrorçularının Tələt paşaya qarşı hazırladığı sui qəsd barədə polisə xəbər vermişdi. Arşak Yezdanyan tərəfindən qətlə yetiril¬mişdir.Azərbaycan, Ermənistan və Gürcüstan mühacirləri Polşada “Prometey” təşkilatı yaratdıqdan sonra Nemezis əməliyyatına son qoyulması qərara alınmışdı.Nemezis əməliyyatini icra edən terrorçulara İrəvanda abidə qo¬yul¬muş¬¬dur. İrəvanın mərkəzində, Dairəvi Bağçanın 4-cü hissəsində Nemesis əməliyyatını təşkil edən və həyata keçirən terrorçulara və quldurlara ermənilərin nəzərincə isə “milli ləyaqət cəngavərlərinə” həsr olunmuş abidə-fəvvarənin açılışı olub. Müəllif Ermənistan Respublikasının Əməkdar memarı, memarlıq üzrə fəlsəfə doktoru və Memarlıq Mühitinin Memarlıq Mühəndisliyi və Dizaynı kafedrasının professoru Tiqran Barseqyandır.Abidə quldur terrorçulara Soqomon Tehliryana, Aram Yerkanyana, Arşavir Şirakyana, Petros Ter-Poqosyana, Artaşes Gevorgyana, Misak Torlakyana, Stepan Tsagikyana, Hakob Melkumova, Yervand Fundukyana, Armen Qaroya, Qriqor Merjanova, Avetik İsahakyana, Arşak Yezdanyana, Ara Sarkisyana, Hraç Papazyana və Şahan Nataliyə həsr olunubdur.Xatirə ucaldılması üçün ərizə mövcud olmayan erməni soyqırımının qisasçılarının” quldur və terrorçuların nəsillərinin nümayəndələri tərəfindən təqdim edilib.Ermənilər vəhşi "Nemezis" terror əməliyyatını “erməni xalqının ləyaqəti və ədaləti naminə həyata keçirilən bir əməliyyat adlandırır” və “erməni xalqının sadiq övladlarını” əslində terrorçu və quldurları “həmişə ehtiramla yad etməyi bütün ermənilərin borcu bilirlər”Xoyskinin ailəsinin taleyi. Xoyski İslamı qəbul edib və Ceyran xanım adı almış Yevgeniya Vasilyevna ilə ailə həyatı qurmuşdur.Fətəli xanın üç övladı vardı. Böyük qızı Tamara, oğlu Murad idi. O, 1910-cu ildə anadan olub. Ənvər isə ən kiçik övladı olub.1920-ci ildə Fətəli xan Gürcüstana getmək məcburiyyətində qaldığı zaman ailəsi Bakıda qaldı. So¬vet hökuməti qurulduqdan sonra Xoyskinin ailəsi Filarmoniya ilə üzbəüz mənzildən qovulur.Cümhuriyyətin qurucusu və ilk baş naziri Fətəli xan Xoylu (Xoyski) Tiflisdə qətlə yetiriləndə 18 yaşlı Tamara Xoyski nəyin bahasına olursa-olsun, özünü atasının dəfn mərasiminə çatdırmaq istəyib. Tamara atasının Tiflisdə, azərbaycanlıların qəbristanlığında dəfn olunması barədə xəbəri qəzetdən oxuyub O zaman Gürcüstanı hələ Sovetlər işğal etməmişdi. Tiflisə getmək üçün Azərbaycan hökumətinin rəsmi icazəsi və xarici pasport tələb olunurdu. Tamara xanım təzəcə yaranmağa başlayan sovet idarələrinə üz tutub və Azərbaycanın Hərbi-İnqilab Komitəsinin sədrinin müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşüb.Mirzə Davud Hüseynov bir müddət sonra Tamara Xoyski ilə evlənib və 17 il birlikdə yaşayıblar. Mirzə Davud Hüseynov 1894-cü ilin martında Bakı şəhərində ruhani ailəsində anadan olub. 1906-cı ildə şəhər məktəbini bitirib və Bakı realnı məktəbinə daxil olub. 1913-cü ildə Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsində təhsilini davam etdirib. Rusiya Kommunist Partiyasına üzv olub. 1917-ci ildə Bakıya qayıdıb, Azərbaycan tələbələri arasında inqilabi iş aparıb, tələbə komitəsini yaradıb. 1918-1919-cu illərdə bolşevik "Hümmət" təşkila¬tının əvvəl sədr müavini, sonra sədri, RKP-nın Bakı komitəsinin və partiyanın Qafqaz Ölkə Komi¬təsinin üzvü olub. Azərbaycan KP-nın I qurultayında (1920-ci il fevral) cari vəziyyət barəsində məruzə edib, MK Rəyasət Heyətinin sədri seçilib.Azərbaycanda Rusiyanın müdaxiləsi ilə Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR İnqilabi Komitəsinin sədrinin müavini, Azərbaycan SSR-in Xalq Maliyyə naziri, Xarici İşlər Komissarı, Ali İqtisadi Şuranın sədri, ZSFSR XKS Sədrinin müavini, ZSFSR Xalq maliyyə və Xarici İşlər Komissarı vəzifələrində çalışıb. 1930-1933-cü illərdə Tacikistan KP MK-nin birinci katibi, sonralar Moskvada RSFSR Xalq Maarifi Komissarlığında qeyri-rus məktəbləri şöbəsinin müdiri olub. Dəfələrlə Azərbaycan KP MK Siyasi Şurasının, ÜİK(b)P ZÖK və Orta Asiya bürolarının, Azərbaycan SSR, Tacikistan SSR və ZSFSR MİK Rəyasət Heyətlərinin, SSRİ MİK-nin üzvü seçilib. Tamara Xoyski həyat yoldaşı Mirzə Davudla birlikdə Moskvada yaşamışdır.Onlar Molotovun ailəsi ilə dostluq edirdilər. 1937-ci ildə həyat yoldaşı ilə birlikdə onları Moskvada həbs ediblər.Həmin vaxt əksər sovet məmurlarının ailə üzvləri həbs olunacaqları vaxtı əvvəldən bilirdilər.Onlar öz evlərində “çekist”lərin peyda olmasını gözləyirdilər. Mirzə Davudu Xüsusi dustaq maşını olan “qara qarğa”ya mindiriblər, arakəsmənin o biri tərəfində isə həyat yoldaşı Tamara Xoyskini oturdublar.O xəstə həyat yoldaşının öskürəyinin səsini eşidib.Amma qaranlıqda, arakəsməyə görə onu görə bilməyib. Mirzə Davudu “düşmən qızı” (Fətəli Xan Xoyskinin qızı) ilə evləndiyinə görə ittiham ediblər. Fətəli xanının kürəkəninin məhkəməsi Bakıda keçirilib. 21 mart 1938-ci ildə Bakıda güllələlənib. Tamara xanımı 10 il müddətinə sürgünə göndərilib. Onu Orta Asiyada bir kəndə sürgünə göndəriblər. Orada Ruhulla Axundovun ittiham edilmiş həyat yoldaşı, siyasi “xalq düşmən”lərinin xanımları ilə tanış olub.1956-cı ildə Tamara Xoyski bəraət alıb. Uzun müddət Moskvada yaşadı.Həyatının bir qismi məhbəs və sürgünlərdə keçən, 1956-cı ildə qayıdan Tamara Xoyski bir müddət Azərbaycanın Nazirlər Kabinetində çalışıb, 1990-cı ildə Bakıda, Neftçilər prospektində tək-tənha yaşadığı birotaqlı mənzildə dünyadan köçüb. 1920-ci ildə, AXC devrildikdən sonra onun ailəsini evlərindəndən çıxartdıqları vaxt Fətəli xanın oğlu Murad Xoycki Moskvada yaşayan tanışının Bakıda İstiqlaliyyət küçəsində, Elmlər Akademiyasının indi Rəyasət Heyəti yerləşən binası yaxınlığında “İtalyan məhəlləsindəki böyük bir evdə Fətəli xanın ailəsi yaşamağa başladı. Daha sonra həmin binaya başqa ailələrdə köçdülər. Murad Xoyskiyə həmin vaxtlarda hakimiyyət ali təhsil almağa icazə verməyib. O, Neft Akademiyasına daxil olmuşdu. Lakin soyadı, Xoyski olduğuna görə onu universitetdən qovdular. Amma o, savadlı olub, O, “gəzən ensklopediya” idi. Fətəli xan baş nazir olan vaxtlarda onun cəmi 10 yaşı vardı. O, heç vaxt yüksək vəzifələrdə çalışmayıb.O, tramvay-trolleybus idarəsində qaraj müdiri işləyirdi. -Bakıda yaşayırdı. 62 yaşında ürək tutmasından vəfat etdi. Fətəli xanın kiçik oğlu Ənvər Xoyski ağır xəstələnib. Həkimlər onun ayaqlarını əməliyyat etməyə qərar veriblər. Ənvər “diabet” xəstəsi olub. “Narkoz”dan oyanmayıb. Fətəli xanın böyük qardaşı general-mayor Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həyat yoldaşı Şirinbəyim xanımı (o, Gəncə xanı Cavad xanın nəslindən olan Əbülfət xanın qızı idi), qızı Valiyəni, 6 aylıq nəvəsi Abbası və kürəkəni məşhur Gəncə üsyanına başçılıq etmiş polkovnik Cahangir bəy Kazımbəylini götürüb İrana keçmişdi. Kürəkəni sonra geri qayıtmış və 1920-ci il mayın sonunda sovet hakimiyyətinə qarşı üsyana rəhbərlik etmişdi. Hüseynqulu xan Xoyski İrandan Türkiyəyə getmiş, 1955-ci ildə orada vəfat etmişdir.Fətəli xanın kiçik qardaşı hüquqşünas və dövlət xadimi, Azərbaycan Cümhuriyyətinin ümuri-xeyriyyə (sosial təminat) naziri və nazir müavini, ümuri-xeyriyyə və səhiyyə nazirinin müavini, Azərbaycan İctimai Şuralar Cümhuriyyəti sosial təminat komissarının müavini vəzifələrində çalışmış, sovet hakimiyyəti illərində həbs və sürgün olunmuş Rüstəm xan Xoyski 1939-cu ildə Moskvada vəfat edib.Sovet hakimiyyəti illərində təkcə Fətəli xanın ailəsi Xoyski soyadını daşımışdır. Vahid Allahverdi oğlu Ömərov, AMEA-nın Fəlsəfə və Sosioloğiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosentZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.