Vahid Ömərov: "ANA İTKİSİNİN AĞRİLARI"

Vahid Ömərov: "ANA İTKİSİNİN AĞRİLARI" Anam qızlıq familiyası Şəmmədоvа olan Ömərоvа Zülеyха Yоlçu qızı 1937-cı il yаnvаrın 1-də Gürcüstanın Qаrаtəpə кəndində (indiкi Qаrdаbаni şəhərində) аnаdаn оlmuşdur. Оrtа məкtəbi tаm bitirməyən anam оnа ibtidаi sinifdə dərs dеyən Səmаyə Bəхtiyаrоvanı dаim хаtırlаyır, оnа еhtirаm və hörmətini bildirirdi. O, gəncliyində uzun müddət Qаrаtəpədə еl аğsаqqаlı Hаcı Dаşdəmirоvun təşəbbüsü ilə аçılаn Qаrdаbаni Limоnаd zаvоdundа işləmiş, özünü yахşı mütəхəssis кimi tаnıtmışdı.

Anam Qаrаyаzının Коsаlı кəndindəкi Ömərlilər nəslindən оlаn atamız Allahverdi Alı oğlu ilə ailə həyatı qurdu.Anam danışırdı ki, mən əslində sənəddə göstərildiyi kimi Qarayazının Kosalı kəndində deyil, buzbulaqlı, lilparlı yaylaqda – Təhlə dağında Toxabir (Tокаbur), Pərvanə gölü yaxınlığında – ana babam, xeyirxah, qoçaq, çörəkcil insan olan Təhləli Yolçu Şəmməd oğlunun (o, Qaratəhlədən Yarməmmədli soyundandı) binəsində dünyaya gəlmişəm. Коsаlı кəndi mənim üçün кörpəlimiyi, uşаqlığımı, yеniyеtməliyimi yаşаdığım və indi də tеz-tеz ziyаrət еtdiyim müqəddəs ana vətənim, doğma аtа yurdumdur. Anam atamla birlikdə biz iki qardaşı və üç bacını böyütdülər, necə deyərlər “oğullarını öylü, qızlarını göylü elədilər”. Anam hamımızın tərbiyəmizlə xüsusi məşğul olurdu.Yadımdadır, o, bizi sakitləşdirmək üçün “Şəngülüm, Məngülüm” nağılını tez-tez danışardı.
Körpə vaxtı anam məni yaşatmaq üçün hədsiz əziyyətlər, əsil fədakarlıqlar göstərmişdir.
Bir dəfə mən körpə vaxtı qonşu Qazax rayonunun Köçvəlli kəndində babamın və nənəmin yanında binədə bərk xəstələnirəm. Bunu eşidən kimi anam piyada, Alı babamla Bakı-Tiflis dəmiryol xəttinin kənarı ilə 25-30 km piyada yol gedib (həm də piyada binəyə qayıdıb), məni Qaratəpəyə – “Şaşa doxdura” çatdırırlar. Şaşa (əsil adı Aleksandr idi, xalq arasında ona Saşanın təhrif olunmuş forması olan “Şaşa” deyirdilər ) uzun müddət Qaratəpədə həkim işlədi, sonra Moskvaya oğlunun yanına köçdü. Onun ağ bəzədilmiş otağının dərman iyi hələ də burnumdan getməmişdir.
İlahiyyatçı alimlərdən biri övladın böyüməsində və tərbiyəsində ananın daha çox payı olduğunu göstərir: “övladların boya-başa çatdırılmasında və onların tərbiyə olunmasında anaların zəhməti ataların zəhmətindən daha artıqdır”, “atalar övladların sağlamlığı, qidalanması, yaşayış yeri ilə təmin olunması, lazımi səviyyədə geyinməsi məsuliyyətini daşıyır və onların təlim və tərbiyəsi üçün kifayət qədər səy göstərir. Ancaq bütün bunlar anaların doqquz aylıq hamiləlik, doğuş və süd vermə dövründəki əziyyətlərinə bərabər əziyyətlər deyildir.Hətta bütün bunlardan sonra anaların gecə vaxtı öz körpəsinin qulluğunda olması, habelə ona qulluq göstərməsinin əvəzi ola bilməz.
Gözəl, mehriban anam da məni və biz övladlarını 9 ay bətnində, körpə ikən qucağında, ömrü boyu isə ürəyində daşıdı.
Orta məktəbdə oxuyarkən anam məni siqaret çəkmək və s. pis vərdişlərdən uzaqlaşdırdı.
Anamla bağlı uşaq yaddaşımda qalan xatirələrdən biri də budur ki, anam qaynataya, qayına hörmət etmək, onlardan utanıb-çəkinmək, ismətli, həyalı-abırlı olmaq adət-ənənəsinə ciddi riayət edirdi. Bu, anamın hüquqlarının məhdudlaşdırılması deyildi. Əksinə, belə davranış onun böyüklərə hörmətinin, sayğısının ən ali ifadəsinin göstəricisi idi. Anamın qaynataya, qayına, qaynanaya, digər yaşlı qohumlara münasibətləri yüksək əxlaqa və mənəvi dəyərlərə söykənirdi. Anam heç vaxt onların yanında yüksəkdən danışmaz, yersiz gülməz, bəzənib-düzənməzdi. O, adətə görə başını örtər, həmin şəxsləri gördükdə və ya onlarla danışdıqda baş örtüyünün qolları vasitəsilə üzünün dodaq nayihəsini bağlar, bir sözlə yamşaq tutardı, alçaqdan danışmaqla onlarla ünsiyyətdə olardı... Uşaqlığımız dövründə kəndimizdə və Qarayazıda bütün gəlinlərin bu adətə əməl etdiyinin mən və yaşıdlarım şahidi olmuşuq.
Hədsiz dərəcədə qohumcanlı olan anam bizə böyüklərə hörmət, mərhəmətli olmaq, insanlara məhəbbət bəsləmək, qohumlara ehtiramlı olmaq hissləri aşıladı.
Anam həmişə atamın bütün işlərində onun və ailəmizin ən möhkəm dayağı olmuşdur.
Anam bütün 5 öladını, 14 nəvəsini, 21 nəticəsini, 1 kötükcəsini eyni dərəcədə sevirdi.
1995-ci ildən bəri atam vəfat edəndən sonra anam bizə həm atalıq, həm də analıq etdi. Biz övladları onun bir sözünü iki eləmədik, bütün tələblərini yerinə yetirdik.
Zəmanəmizin ən məşhur şəxsiyyətləri analar haqqında dəyərli fikirlər söyləmişlər:
• Ana, hər vaxt haqlıdır.
• Ana - həyatın sonsuzluğudur
• Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsil möcüzəsi anadır.
• Qadının ən böyük vəzifəsi analıqdır.
Dünyanın ən müqəddəs varlığı, gözümüzün işığı, başımızın tacı olan anamız 2025-ci il sentyabrın 29-da bizdən əbədi olaraq ayrıldı.Həmin tarixdən sonra biz övladları bu ayrılığın acısını, ana itkisinin ağrılarını, anasızlıq faciəsini ürəyimizdə daşıdıq .
İstedadlı şair, şöhrətli jurnalist, dəyərli insan, qeyrətli, millətsevər eloğlumuz Telman Nəzərlinin əziz qardaşımız İlqar həkimin anasının vəfatı münasibətilə yazdığı “Köç” şeirindəki bir bəndlə ana itkisinin ağrılarını, bu dünyadan o dünyaya əbədi köçün ağırlığını belə ifadə edir:
İnnən belə fağır-fağır
“Ana” deyibən ha çağır...
Bu dünyada bundan ağır,
Köç olmur, başına dönüm
Ana itkisi mənim və biz övladların həyatımızda bəlkə də heç bir sözlə tam ifadə oluna bilməyən dərin, kədərli izlər buraxdı. Hər kəsin ana haqqında düşüncəsi, hissi, xatirələri fərqlidir və bu xatirələr qəlblərdə, yaddaşlarda əbədi yaşayır. Ana itkisi haqqında müdrik fikirlərlərdə deyilir:“Ana dünyasını dəyişəndə, evin işığı sönmüş kimi olur, insan həyatının bərəkəti, sevinci, məğrurluğu azalır. Ana sevgisi ilə böyüyən bir insan, bu dəyərli varlığın yoxluğunu ömrü boyu hiss edir, hər addımında onun kölgəsini arayır. Hamımız üçün ana müqəddəsdir, o, yalnız ailənin başçısı deyil, həm də həyatın dayağı, ruhun ilhamıdır. Ana haqqındakı hər bir xatirə, hər bir söz insanda dərin hisslər oyadır, həsrətlə, kədərlə, eyni zamanda minnətdarlıqla dolu olur. Ölən anaya yazılmış sözlər, şeirlər, dualar və dilə gətirilən ürək sözləri milli yaddaşımızın bir parçasıdır. Bu ifadələr insanların acısını yüngülləşdirmək, xatirələri yaşatmaq, ananın ruhunu şad etmək üçün səsləndirilir. Hər bir insan anasını itirdikdən sonra onun üçün tək təsəlli mənbəyi xatirələr və ürəyindən keçən saf sözlər olur.”
Gürcüstanın Qrdabani (Qarayazı) rayonunun Kosalı kənd qəbiristanlığında uyuyan anamın qəbir daşı üzərində aşağıdakı bəndi yazdım:


Nəvə-nəticəli, oğullu-qızlı,
Mənalı,şən omür sürdün, ay ana.
Həm atamız oldun, həm də anamız,
Mərd yaşadın, mərd də öldün, ay ana.


VAHİD ÖMƏROV,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı



REDAKSİYADAN:

Biz də Redaksiya Heyətimiz adından
Azərbaycan Milli Elmlər Akademiyasının
Fəlsəfə və Sosiologiya İnstitutunun
Enerji təhlükəsizliyi və gürcüstanşünaslıq
şöbəsinin aparıçı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent Vahid Ömərova
anası

ZÜLЕYХА YОLÇU QIZInın

vəfatından kədərləndiyini bildirir,
mərhumun bütün yaxınlarına
və doğmalarına dərin hüznlə
başsağlığı veririk.

Allah rəhmət eləsin!..
Ruhu şad olsun!..


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: