MÜƏLLİM VƏ RƏHBƏR – BİR AMALIN İKİ TƏRƏFİ

MÜƏLLİM VƏ RƏHBƏR – BİR AMALIN İKİ TƏRƏFİMüasir dövrün tələblərinə uyğun olaraq daim öz üzərində çalışan, yeniliklərə açıq olan, texnologiyaları, pedaqoji metodları mənimsəyərək dərslərində tətbiq edən müəllimlərimiz məktəbimizin ən böyük dəyəridir. Hər biriniz məktəbimizin simasını formalaşdıran, onun ruhunu yaşadan şəxslərsiniz.
Məktəb – cəmiyyətin təməl sütunlarından biridir. Gələcəyin qurulduğu ən önəmli məkanlardan biridə məktəbdir. Sağlam şəkildə şagirdləri formalaşdırmaq isə birbaşa olaraq məktəb rəhbərliyindən, məktəb müəllimlərindən, xüsusilə də məktəb direktorundan asılıdır. Peşəkar idarəçilik, insani münasibətlər, nizam-intizam və daim yeniliyə açıq olmaq – yaxşı bir məktəb direktorunun əsas xüsusiyyətləridir. Gülşən müəllimə də məhz belə direktorlardan biridir.

Novruzova Gülşən Ağarəzi qızı orta təhsilini Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə almışdır. 2001-2005-ci illərdə Sumqayıt Dövlət Universitetinin Kimya fakültəsində bakalavr təhsili, 2011-2013-cü illərdə Gəncə Dövlət Universitetinin “ Kimya“ fakültəsində magistr təhsili almışdır. 2008-ci ildə Sumqayıt şəhər 11 №-li tam orta məktəbdə laborant, 2009-cu ildən isə həmin məktəbdə müəllim kimi işləmişdir . 2016-2021-ci illərdə Füzuli rayon 7 nömrəli tam orta məktəbin direktoru kimi fəaliyyət göstərmişdir. 27.09.2021-ci ildən Yasamal rayonu 153 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. Peşəkar təlimçidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif müsabiqələrin qalibidir.04.10.2019-cu ildə Azərbaycan Respublikası Təhsil nazirinin "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşdür. 27.01.2023-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, Saleh Poladi adına 159 nömrəli tam orta məktəbə direktor təyin edilmişdir.


O, direktor vəzifəsinə təyin olunduğu gündən məktəbdə nizam-intizam və daim yenilliy yaradır. Bu da məktəb direktorun təkcə inzibati idarəçi deyil, həm də bir müəllim, psixoloq, təşkilatçı və liderliyindən irəli gəlir. O, müəllim və şagird kollektivi arasında körpü rolunu oynayır, təhsilin keyfiyyətini artırmaq üçün bütün qüvvəsini səfərbər edir. Məktəbdə yaradılan sağlam təlim-tərbiyə mühiti, uğurlu nəticələr və innovativ yanaşmalar onun fəaliyyətinin göstəricisidir.

Qeyd etmək istəyirəm ki, “Müəllim” peşəsi cəmiyyətin ən hörmətli, ən şərəfli və eyni zamanda ən məsuliyyətli peşələrindəndir. Hər birimiz yalnız dərs deyən bir şəxs deyil, eyni zamanda bir yol göstərən, bir ruh bəxş edən, bir şəxsiyyət yetişdirən ustadsınız. Siz insanların taleyinə, gələcəyinə, dünyagörüşünə toxunursunuz – sözünüzlə, davranışınızla, nümunənizlə.
Savadlı, işini bilən direktor həm müəllim heyətini ruhlandırır, həm də valideynlərlə işbirliyini gücləndirir. Gülşən xanım, şagirdlərin bacarıqlarını üzə çıxarır, onların cəmiyyətə yararlı fərd kimi yetişməsi üçün əlindən gələni edir. Belə rəhbərlər məktəbdə həm elmi, həm də mənəvi dəyərlərin qorunmasını əsas məqsəd kimi qarşıya qoyurlar.

Sizin səbirlə, mərhəmətlə, sevgi ilə yanaşdığınız hər bir şagird - sabahın ziyalısı, həkimi, mühəndisi, sənətkarı və ya rəhbəridir. Bəlkə bu gün o uşaq sadəcə bir suala düzgün cavab verməyə çalışır, amma siz bilirsiniz ki, bu sadə cəhdin arxasında gələcək bir həyatın mayası var.
Sizin rəhbərliyinizlə məktəbimiz təkcə bir təhsil müəssisəsi deyil, həm də bilik, mənəviyyat və gələcəyə ümid bəxş edən bir ocaq olmuşdur. Sizin prinsipial mövqeyiniz, humanist yanaşmanız və pedaqoji liderliyiniz sayəsində müəllimlər bir ailə kimi birləşmiş, şagirdlər isə əmin və yaradıcı bir mühitdə öz potensiallarını həyata keçirməyə imkan tapmışlar.

Hər bir müəllimin inkişafına dəstək olmağınız, şagirdlərin uğurlarını öz şəxsi nailiyyətiniz kimi qəbul etməyiniz, valideynlərlə qurduğunuz açıq və səmimi münasibət - bütün bunlar Sizin yüksək rəhbərlik mədəniyyətinizin bariz nümunəsidir.
Sizin əməyiniz illərlə ölçülmür. Müəllim zəhməti illərin deyil, nəsillərin yaddaşında yaşayır. Bəzən bir şagirdin uğuru – sizin səbrinizin, bir ailənin qüruru – sizin qayğınızın, bir xalqın gələcəyi – sizin vəfa ilə yerinə yetirdiyiniz borcunuzun nəticəsi olur.
Sizin təcrübəniz, intizamlı və eyni zamanda qayğıkeş yanaşmanız, məktəbin gündəlik həyatında təkcə idarəçi kimi deyil, həm də ruhlandırıcı lider kimi iştirak etməyiniz gənc nəsillərə örnəkdir. Gülşən xanım təkcə bu günün deyil, gələcəyin də təməllərini qurursunuz. Bir valideyin kimi məktəbimizin qazandığı uğurlar, yetirdiyi uğurlu məzunlar və cəmiyyətə verdiyi töhfələr birbaşa Sizin zəhmətinizin, məsuliyyətli yanaşmanızın və sarsılmaz iradənizin nəticəsidir.

Gülşən xanım, Sizə və Dəyərli müəllimlərmizə, dərin minnətdarlığımızı bildiririk. Möhkəm can sağlığı, tükənməz ruh yüksəkliyi və mənəvi rahatlıq arzulayırıq. Uğurlarınız bol, zəhmətiniz daim bəhrəli, adı və izi daim ehtiramla yad edilənlərdən olasınız. Sizə və məktəbin kollektivinə tükənməz enerji və bundan sonrakı fəaliyyətinizdə daha böyük nailiyyətlər arzu edirik. İnanırıqki, sizin kimi rəhbərlərlə təhsilimizin gələcəyi daha da parlaq olacaqdır!

Elnarə Gülağa qızı NİFTƏLİYEVA,
ADPU-nun Azərbaycan dili
və onun tədrisi texnologiyası
kafedrasının əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: