SEVİNC AĞAXƏLİLQIZI: "MÜƏLLİM - MÜQƏDDƏS, ÜLVİ BİR VARLIQ..."

SEVİNC AĞAXƏLİLQIZI: "MÜƏLLİM - MÜQƏDDƏS, ÜLVİ BİR VARLIQ..."Sevinc Ağaxəlil qızı - 1968-ci ildə Bakı şəhərində anadan olub. 1975-1985-ci illərdə Yasamal rayonundakı 21 saylı orta məktəbdə təhsil alıb. 1986-cı ildə BDU-nun Biologiya fakültəsinə daxil olub, 1991-ci ildə həmin fakültəni bitirib. İxtisasca fi-zioloqdur. 1991-ci ildən Kənd təssərüfatı Aqro-ekologiya mərkəzində, 1992-ci ildən isə Azərbaycan Səhiyyə nazirliyi M.Topçubaşov adına Eksperimental cərahiyyə mərkəzində elmi işçi vəzifəsində çalışıb. 2013-cü ildən məqalələri "Bütöv Azər-baycan", "Yeni təfəkkür", "Vışka" qəzetlərində dərc olunub. 100-dən çox publisistik yazıların, əfsanələrin, təmsillərin müəllifidir. 2015-ci ildə "Anamın gülüstanı" adlı ilk kitabi işiq üzü görüb. Sonra ard-arda "Məryəm" romanı, "Qarabağ əfsanələri" (Azər-baycan, rus və ingilis dillərində), "Əlvida söyləmədən" (sabiq dövlət katibi, mərhum akademik Tofiq İsmayılov barədə povest), "Könül səhifəm" (Qarabağ zəfərinə dair), "Cinayətin izi ilə" detektiv romani işiq üzü görüb.
Müəllifin təşəbbüsü ilə keçirilən kitabxana layihəsi əsasinda yazdığı "Bu dünyanin fidanlari" (Azərbaycan, rus dilində) kitab-dakı hekayələr MDB ölkələri üzrə müsabiqədə yer tutub. Ən məhsuldar yazıçı 2021-ci ildə, 2022-ci ildə M.Ş.Vazeh adına kitabxananın Fəxri fərmanına, 2022-ci ildə "Türk dünyası-info" ictimai birliyinin layihəsi üzrə "ədəbiyyatda türk dünyasına verdiyi töhfələrə görə" diplomu ilə təltif olunub. 2021-ci ildə M.Ş.Vazeh adına kitabxanada Azərbaycan və rus dillərində yaradılan 1000 səhfəlik "Uşaqlar tanrının səltənətidir" adlı elektron antologiyanın ideya müəllifidir.
Sevinc Ağaxəlil qızının şeirləri, əfsanələri bir sira antologiya-larda yer alib. 2024-cü il yanvarin 13-də "Zəfər mənimdir" kitabı işıq üzü görüb. 11-ci kitabi "Ön cəbhə əfsanələri" çapa hazırlanır.
2024-cü il mayin 7-də "QƏQİB" tərəfindən vətənpərvər yazıçı, şair kimi fəxri fərmana layiq görülüb.


MÜƏLLİM
MÜƏLLİM SÖZÜNÜN HƏR BİR HƏRFİNİN FƏLSƏFİ MƏNASI VAR.
MÜQƏDDƏS, ÜLVİ, QAYĞIKEŞ, ƏZƏMƏTLİ, DİQQƏTLİ, DƏYA-NƏTLİ, ƏZMKAR, İLK İZ SALAN...
BAX BU SÖZLƏR MÜƏLLİM SÖZÜNÜN BÖYÜKLÜYÜNÜN DƏYƏR ÖLÇÜSÜNÜN AĞIRLIĞINI SÜBUT EDİR!!!


SEVİNC AĞAXƏLİLQIZI: "MÜƏLLİM - MÜQƏDDƏS, ÜLVİ BİR VARLIQ..." Coğrafiya elminin inkişafında
mühüm xidmətləri olan tanınmış alim,
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı,
Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti,
Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini,
AMEA-nın müxbir üzvü Elburus Əlizadənin
əziz xatirəsinə həsr olunur
(ixtisarla)


Müəllim - müqəddəs, ülvi bir varlıq,
Ağıldır, zəkadır o, parlaq Günəş.
Hər yerdə, hər kəsdə zəhmətin sənin,
Əbədiyaşardır əməyin sənin.
Şoranlıq bitirməz sünbül heç zaman!
Bağda lalə bitər, şoranda tikan.
Torpaq əzizləyir səni, müəllim.
Torpağa, təbiətə bağlı müəllim.
Elburus kimi yaşadın bu torpaqda sən,
Elburus kimi qovuşdun bu torpağa sən.


SEVİNC AĞAXƏLİLQIZI: "MÜƏLLİM - MÜQƏDDƏS, ÜLVİ BİR VARLIQ..."

ƏSGƏR ANASIYAM

Əsgər anasıyam mən də bu gündən,
Duysun ana Vətən, eşitsin ellər.
Bu mənim fəxrimdir bilsin bu aləm!
Sevib doymadığım Azərbaycanım.

Sənsən cənnətim, günəşim, ayım,
Vətəni qorumaq borclusan oğul.
Bu borca sadiq ol sevimli oğlum!
Sev Vətəni canım, bir anan kimi...

Qoru sən də onu gözlərin kimi...
Ləkəsiz büllurdur mənəviyyatın.
Şəfəqdən yoğrulub eşqin, vicdanın,
İndi keşiyin çək, doğma diyarın!

Qəlbinə yol tapmasın qara kədərlər,
Adını fəxrlə daşı, vüqarlı oğlum!
Bir il çox yaşaram, əsgər anasıyam!
Ömrün yollarına düşdü bir iz də

Baxıram divardakı təqvimə tez-tez,
Üstündən xətt çəkirəm - bir gün də bitdi...
Görəsən, övladımın halı necədir?
Şirni çox sevir o, görəsən yeyir?

Soyuqdur, görəsən üstünü örtür?
Özümə təsəlli verirəm, dayan!
İgidlik məktəbi, həyat dərsidir!
Sinə gəlməlisən, o eniş-yoxuşa.

Xalqın səsi - haqqın səsi,
Çox müqəddəsdi, bir ülvi səsdi.
Bu amalla yaşa, can oğlum!
Əmanət edirəm səni, bütün oğulları

Uca Yaradana, böyük Tanrıya!
Yalvarıram, hifz et Vətəni qoruyan əsgərləri!
Əsgər anasıyam, bilsin bu aləm!
Səadət keşiyində, qələmlə dayanmışam,
Onların mərdliyini qələmə də almışam!

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“GECİKMİŞ MƏHƏBBƏT”

“GECİKMİŞ MƏHƏBBƏT”

Yeni nəşrlər
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
ŞƏRQİYYƏ SEYİDOVA:

ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM"

Poeziya, Müsabiqə
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb

Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb

Qarabağ, Mədəniyyət, Tv
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI)

TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI)

Müsabiqə

"ƏSGƏR ANASI"

Məktəblər, Müsabiqə

"ƏSGƏR OĞLUM"

Məktəblər, Müsabiqə
Saleh Qasım oğlu Nağıyev (1950)

Saleh Qasım oğlu Nağıyev (1950)

BDU, "XXI əsrin Ziyalıları", Borçalı
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "Vətən sənə, sən Tanrıya əmanət!.."

Müsabiqə, Başkeçid
“Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dill ...

“Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dill ...

Yeni nəşrlər, Humanitar elmlər
AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

Naxçıvan
Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Elm, Humanitar elmlər, "Zirvə"
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Baş müəllim: Mübariz Orucov (Abdallı)

Baş müəllim: Mübariz Orucov (Abdallı)

BDU, Bolus
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Rəy yazın: