Rahib Alpanlı: TƏHSİLDƏ TƏFƏKKÜR

Rahib Alpanlı: TƏHSİLDƏ TƏFƏKKÜR “Təfəkkür” insanın dərindən fikirləşmək, düşünmək, nəticə çıxarmaq bacarığı kimi şüurun obyektiv varlığı əksetdirmə prosesində xüsusi pillə olmaqla insanın təkcə ətraf mühiti dərk etməsini deyil, onun özünü dərk etməsində də çox mühüm rol oynayır. Psixoloji təbirlə “təfəkkür dərk etmə səviyyəsinin keyfiyyətcə yeni və daha yüksək mərhələsidir.... Duyğu, qavrayış və təsəvvürlərin əhatə edə bilmədiyini təfəkkür əhatə edə bilir.” (https://kayzen.az/blog/psixologiya/)

Təfəkkürlə əlaqəli ayətlərlə zəngin olan Qurani Kərimin Əl-Ənam surəsinin 50-ci ayətində bu məsələnin əhəmiyyəti çox aydın şəkildə şərh edilmişdir: - “De: "Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?" https://az.wikisource.org/wiki/Quran)
Müxtəlif dillərdə, o cümlədən ana dilimizdə tez-tez işlənən, tövsiyyə və təsəlli xarakterli “sonrakı peşmançılıq fayda verməz”, “ehtiyatlı igidin anası ağlamz” kimi – atalar sözləri bəlkə də dərindən düşünməyin, məntiqi, tənqidi təfəkkürün sınaqdan çıxmış dəyərinin bariz nümunələridir.
Təhsildə təfəkkür dedikdə onun müəllim, öyrədən və şagird, tələbə - öyrənən tərəfindən dərk edilib yaşanması nəzərdə tutulur. Sürətlə dəyişən və dəyişdikcə də yeni-yeni problemlər yaradan müasir dünya istər local, istərsə də qlobal təhsilin qarşısında ağır vəzifələr qoymuşdur.


Son zamanlar hər yerdə təhsil problemlərinin həllinin ancaq məktəb və müəllimdən gözlənilməsi, bu işdə ailə və ictimaiyyətin rolunun arxa plana keçirilməsi, hətta unudulması müəllimlərdən daha yüksək peşə hazırlığı, mükəmməl elmi-metodiki səviyyə tələb edir. Yaşadığımız 21-ci əsr öyrəncisi öz maraq dairəsi, həyata baxışı, gələcəyə münasibəti, öyrənmə məqsədi və s. ilə müəllimin hərtərəfli hazırlığı üçün sınaq meydanına bənzəyir. Dünya nə qədər rəqəmsallaşsa da, süni intellekt nə qədər qol-qanad açıb bəzi peşələri siləcəyi ilə hədələsə də, işinin içərisinə ürəyini qoyan müəllimi əvəz edə bilməyəcək. Süni intellektlin bütün vasitələrinin də “müəllimi” var. Onları da insan “qidalandırır”. Ona görə də müəllim həm onlardan səmərəli istifadə etməyi, öz işini zamanın tələblərinə uyğun qurmağı, həm də peşə fəaliyyətinə bu prizmadan baxmağı öyrənməlidir. Bu çətin və əhəmiyyətli vəzifə isə təfəkkür etmədən mümkün deyildir.

***
İnsan nə qədər azad olsa da, daxilində onu müəyyən hərəkətlərdən çəkindirən, yaxud həvəsləndirən bir qüvvə, nəzarət sistemi vardır. Allah aşiqi Yunus İmrə bu sirri nə gözəl ifadə etmişdir:
...Süleyman quş dilin bilir dedilər,
Süleyman var Süleymandan içəri...

Peşəsindən asılı olmayaraq hər bir insan öz fəaliyyətini təfəkkür süzgəcindən keçirmədən təkmilləşə bilməz. Bəzən bu mürəkkəb proses qeyri-ixtiyari şəkildə baş verir. Məsələn, bir adama layiq olduğu tənqidi sözləri deyəndə belə, çox keçmədən daxili bir etiraz səsi eşdirsən: - Deyəsən, həddimi aşdım axı! Qarşı tərəfdən üzr istəməyə ehtiyac da məhz bu zaman yaranır. Nə yaxşı ki yaranır.

***
Süni intelekt yüklü “müəllimlər” əsl müəllimdən yüksək çox işlər görə biləcək. Lakin öz işinə tənqidi münasibət bəsləmək, onu təfəkkür tərəzisində ölçüb, müvafiq nəticə çıxarıb daha mükəmməl formada tətbiq etməkdə onların canlı müəllimlə yarışa bilməyəcəyinə inanıram.
Pedaqoji təfəkkür öz mahiyyətinə - ikitərəfli olmasına görə fərqlənir. O, müəllim qədər, öyrənənlər üçün də əhəmiyyətlidir. Müəllim peşə hazırlığı, pedaqoji taktını inkişaf etdirməyin qayğısını çəkməklə yanaşı öyrənənlərin də təfəkkürünü inkişaf etdirməyə, onu fasiləsiz təhsilin hərəkətverici qüvvəsinə çevirməyə calışmalıdır.

***
Təfəkkür aləminə səyahət qapısının açarı “Niyə?” sualıdır. İstər müəllim, istərsə də öyrənənlər bu sirli sualın cavabını axtarmaqla dalır təfəkkür dünyasına. Tarix bu məsələdə əliboş deyil. Kiçik yaşlarında o qədər də zəki öyrənci olmayan, “məktəbə, xüsusilə də riyaziyyata nifrət edən”, hələ məktəbli ikən “insanlar işıq sürətilə yerisəydilər nə olardı? – sualını düşünən A. Eynşteyini təfəkkür dünyasına yolçu edən, elə “Niyə?” sualı olmuşdur:
“Albert beş yaşında olanda atası ona bir kompas vermişdi. Bu cihazın iynəsinin həmişə eyni istiqamətə - şimala yönəldiyini görəndə marağı aşıb-daşırdı. Atası və əmisindən iynənin hərəkətinin səbəbini soruşardı. Onların maqnit və cazibə qüvvəsi haqqında dediklərini anlamaq azyaşlı üçün çətin idi. Buna baxmayaraq o, bu sirlər haqqında düşünməyinə davam edirdi. Sonralar o, bunların arxasında gizli bir şey hiss etdiyini deyirdi.” (http://www.manythings.org/voa/people/Albert_Einstein.html)

***
“Niyə?” sualı ilə başlanan təfəkkür zənciri bu gün də aktualdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) “Təhsil və bacarıqların gələcəyi-2030” layihəsinin izahat vərəqi gələcək nəsillərin təhsili və gələcək iş həyatına hazırlanamsı üçün narahatçılıqla dolu bu cümlələrlə başlanır: - Öyrənciləri hələ yaranmamış iş yerləri üçün necə hazırlaya bilərik, onlara hələ təsəvvür edə bilmədiyimiz sosial problemlərin öhdəsindən gəlməyi, hələ kəşf olunmamış texnologiyalardan istifadə etməyi necə öyrədə bilərik?
Əsas məqsədi günümüzün qlobal gənc nəslini “qeyri-müəyyən” gələcəyə kökləməkdən ibarət olan sənəddə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdən də gözəl bir sitat öz əksini tapmışdır: -
“Təhsil artıq öyrənənlərə təkcə nəyi isə öyrətməkdən ibarət deyil; getdikcə mürəkkəbləşən, dəyişkən və qeyri-müəyyən dünyada öz yollarını tapmaları üçün onlara etibarlı kompas və naviqasiya alətlərindən istifadə etməyi öyrətmək daha vacibdir. Təxəyyülümüz, şüurumuz, biliyimiz, bacarıqlarımız və ən əsası ortaq dəyərlərimiz, intellektual və mənəvi yetkinliyimiz, məsuliyyət hissimiz bizə dünyamızı daha yaxşı bir yerə çevirməkdə bələdçilik edəcək.” (https://www.oecd.org/en/about/projects/future-of-education-and-skills-2030.html)

Bu beynəlxalq sənədin yeddi mərhələdən ibarət -Tədris kompasında (AAR) (Learning Compass 2030) sonuncu mərhələ təfəkkürdən ibarətdir:

Qabaqlama /Tədbir alma → Fəaliyyət →Təfəkkür
(Anticipation → Action → Reflection)

Anticipation →Action → Reflection (AAR) dövriyyəsi elə bir öyrənmə prosesidir ki, bu zaman öyrəncilər davamlı olaraq düşüncələrini təkmilləşdirir, məqsədyönlü və məsuliyyətli fəaliyyət göstərirlər.

Qabaqlama /Tədbir alma (Anticipation) mərhələsində öyrənənlər bu gün görülən tədbirlərin gələcək üçün hansı nəticələri verə biləcəyini nəzərə alaraq məlumatlı olurlar.

Fəaliyyət (Action) mərhələsində öyrənənlər öz rifahları üçün tədbir görmək iradə və qabiliyyəti qazanırlar.

Təfəkkür (Reflection) mərhələsində şagirdlər fərdi, ictimai və ətraf mühitin rifahı naminə düşünmə qabiliyyətlərini təkmilləşdirirlər. (https://link.springer.com/)

Nəzərdə tutulan gələcək yönümlü tədris proqramlarında ediləcək ikinci dəyişiklik məhz mövzuların daha ciddi, dərin düşünmə və təfəkkür etmə aşılayıcı olmasıdır.

Andreas Şleyxer bu məsələ ilə bağlı olaraq yazdığı məqaləsini Birləşmiş Ərəb Əmirlikləri (Əbu-Dabi) İcma İnkişafı Naziri Shamma Al Mazruinin təlimə yeni yanaşma –
“uzun illər biz təlimi asnlaşdırmaqla məşğul olmuşuq, indi isə insanları daha möhkəm etməyə fikir verməliyik” – ideyasına əsaslanaraq “İşləri asanlaşdırmayın, insanları gücləndirin” (Don’t make things easier, make people stronger, OECD Education and Skills May 7, 2025) adlandırmışdır. Müəllifə görə “mübarzə müqavimətin memarıdır. Öyrəncilərin üzləşdikləri çətinlikləri həddindən artıq asanlaşdırmaq qabiliyyətdən çox asılılıq yaradır. Təfəkkür və anlamanı oyadan kiçik təkanlar dərhal reaksiya vermək üçün hazırlanmış dərsdən qat-qat dəyərli olacaqdır.”

Yeri gəlmişkən, bu sənəd Azərbaycan pedaqoji mətbuatında ətraflı təhlil olunmayıb.

***
Öyrəncilərdə məntiqi və tənqidi təfəkkürü inkişaf etdirmək üçün hər fənnin özünəməxsus imkanları vardır. Bu imkanlardan istifadə edərək onları həyəcandırmaq, fasiləsiz, müstəqil öyrənməyə həvəsləndirmək mümkündür. Şarirdlərdə dərslərin əvvəlindən başlamış son dəqiqəsinə qədər hər anı dəyərləndirmək, zamanın qədrini bilmək bacarığı aşılamaq müəllimin diqqət mərkəzində olmalıdır. Nəyi öyrənmək və niyə öyrənmək təfəkkürü elə müəllimin nəyi və niyə öyrətmək təfəkkürü ilə paralel olmalı, şagirdlərin fasiləsiz təhsilinə istiqamətlənməlidir.

Düşünərək, təfəkkür edərək öyrənən şagird repetitor “qaşığına” ehtiyac duymaz. Təfəkkürlə öyrənilən elmin qəbahəti olmaz, əksinə belə elmin fəzilətindən həm elm sahibi, həm onun ətrafı, həm də dünya faydalanar. Məktəb də öz tarixi global missiyasını bərpa edər. Başı üzərində III Dünya müharicəsi kabusu dövr etməkdə olan planetimiz də rahat nəfəs alar.

Təfəkkür etmənin əhəmiyyətini bir daha Yunus İmrənin şirin dilindən, əbədiyaşar sözlərilə eşidək:

Elm eli bilməkdir,
Özünü dərk etməkdir.
Sən özünü bilməsən,
Elm nəyə gərəkdir?

* Sitatların tərcüməsi müəllifə məxsusdur.


Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı filologiya kafedrasının
baş müəllimi, qabaqcıl təhsil işçisi


ZiM.Az


.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RAHİB ALPANLI:

RAHİB ALPANLI: "ƏZABLI YOLLARLA, YAXUD YAZMAQ İSTƏMƏDİYİM YAZI"

ADPU, "Elm və Təhsil", Köşə yazılar
ABİTURİYENT VALİDEYN MUNASİBƏTLƏRİNİN DÜZGÜN QURULMASI

ABİTURİYENT VALİDEYN MUNASİBƏTLƏRİNİN DÜZGÜN QURULMASI

Elmi Məqalələr, "Elm və Təhsil"
Cəmiyyət kurikulumu niyə bəyənmir?

Cəmiyyət kurikulumu niyə bəyənmir?

Məktəblər, Köşə yazılar
Azərbaycanda EYUDER-çilərin nailiyyətləri

Azərbaycanda EYUDER-çilərin nailiyyətləri

QHT, Köşə yazılar
Soltan Hüseynoğlu:

Soltan Hüseynoğlu: "Təlimdə yeni texnologiyaların tətbiqi"

Elmi Məqalələr, ADPU
Gülşən Sadıxova:

Gülşən Sadıxova: "Bir daha estetik tərbiyənin rolu haqqında"

Gəncə, "Elm və Təhsil"
Leyla Quliyeva:

Leyla Quliyeva: "Öyrənənin Qiymətləndirilməsi"

Elmi Məqalələr, Turan
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "ƏTRAF ALƏMLƏ TANIŞLIĞIN MƏZMUNU VƏ ƏHƏMİYYƏTİ”

Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil"
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Təlim məqsədlərinin taksanomiyası"

Elmi Məqalələr
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

DİQQƏT, QAYĞI VƏ ALİ MƏQSƏDLƏRƏ DOĞRU

Regionlar, Məktəblər
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Təhsil, Sosial, Köşə yazılar
Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Məktəblər
İnteraktiv mühazirə peşə  hazırlığının səmərəliliyinin artırılmasında  mühü ...

İnteraktiv mühazirə peşə hazırlığının səmərəliliyinin artırılmasında mühü ...

ADPU
PİSA nəyi dəyişir?

PİSA nəyi dəyişir?

Təhsil, Nazirlik, Köşə yazılar

"Təfəkkür”ün tələbələri başqa universitetlərə köçürüləcək – Nazirlikdən A ...

Nazirlik
Yeni təhsil proqramları və fizika

Yeni təhsil proqramları və fizika

Regionlar, Məktəblər
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Mikayıl Cabbarov: Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur

Təhsil
Rəy yazın: