ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

27 sentyabr - Anım Günü Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunub.

2025-ci il sentyabrın 27-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Marneulidəki “Çay evi”nin rəhbəri Emin Əhmədov və kollektivi, eləcə də ziyalılar, Anım Günü münasibətilə Marneuli bələdiyyəsinin Lecbəddin kəndində, əslən Lecbəddin kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı, kapitan Cəlil Əziz oğlu Səfərovun xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə təzə tər gül-çiçək dəstələri düzüblər.

Əvvəlcə Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.


ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Sonra Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Faiq Quliyev çıxış edərək, Azərbaycan xalqının azadlıq və suverenlik uğurundakı mübarizəsindən söz açıb, Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda mübarizədə Gürcüstanda yaşayan soydaşlarımızın rolunu qeyd edib. Bildirib ki, istər 1990-cı ilin yanvar hadisələri zamanı, istərsə də Birinci və İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana mənəvi dəstək göstəriblər. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına vuruşublar. Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş 40-dan çox soydaşımız var. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovdur.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Səfir şəhidin xatirəsinə ucaldılmış abidənin ətrafında aparılan təmir və yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, bütün şəhidlərimiz Azərbaycan dövləti tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. Onların xatirəsi daim əziz tutulur. 27 sentyabr – Anım Günündə şəhid Cəlil Səfərovun abidəsinin ziyarət olunması bunun bariz nümunəsidir.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Səfir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizin xatirəsini dərin hörmətlə anıb və onların göstərdiyi şücaətdən bəhs edib.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Sonra Gürcüstan parlamentinin sabiq deputatı, ictimai-siyasi xadim Mahir Dərziyev, Marneulidəki “Çay evi”nin rəhbəri, "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov və başqaları çıxış edərək Azərbaycan xalqının suverenlik, azadlıq uğurundakı mübarizə tarixindən danışıb, 44 günlük Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq tarixinə qızıl həriflərlər yazıldığını vurğulayıblar, Şəhidlərin xalqımızın yaddaşındakı əbədi yerindən və onların göstərdiyi igidliyin vətənpərvərlik ruhunun qorunub yaşadılmasında mühüm rol oynadığından bəhs ediblər.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Tədbirdə çıxış edən "Saral İnkişaf və Təhsil Mərkəzi"nin meneceri Sara İsgəndərova iştirakçılara 1992-ci ildə Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun həyat yolu, döyüş fəaliyyəti və göstərdiyi şücaət barədə geniş məlumat verib, GASU - Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Aytəkin Allahverdiyeva 27 sentyabr - Anım Günü tarixi haqqında danışıb. Aytəkin Allahverdiyevanın aparıcılıq etdiyi tədbirdə GASU üzvləri və kənd sakinləri də iştirak ediblər.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Sonra səfir Lecbəddin kənd tam orta məktəbində olub, müəllim və şagirdlərin qayğıları ilə maraqlanıb.

***

Anım tədbiri daha sonra Marneuli şəhərində davam etdirilib.

“Azərbaycan evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 27 sentyabr - Anım Günü ilə əlaqədar 2 hissədən ibarət “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

Anım Günündə şəhid ailələri, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirliyin nümayəndə heyəti, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Gürcüstan Parlamentinin keçmiş deputatları Mahir Dərziyev, Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov və GAK-ın nümayəndələri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov, Marneuli, Bolnisi, Dmanisi, Qardabani və digər müxtəlif bölgələrdən gələn ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.


ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Əvvəlcə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Tədbiri giriş sözü ilə “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov açıb.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

O, bildirib ki, 1990-cı illərin əvvəlində yaranmış xaos nəticəsində Azərbaycan torpaqları Ermənistanın hərbi birləşmələri tərəfindən işğal edilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədəki xaos aradan qaldırılıb və atəşkəs əldə olunub. Bütün fəaliyyəti dövründə Ümummilli Lider münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin 30 il davam edən sülh danışıqları daim Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları tərəfindən uzadılıb, bu müddət ərzində müxtəlif təxribatlar törədilib. Nəhayət, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Qısa müddət ərzində tarixi torpaqlarımız işğaldan azad edilib və Şuşa şəhərində Azərbaycan bayrağı ucaldılıb.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev geniş məruzə ilə çıxış edib. O, öz məruzəsində Gürcüstan dövlətinin və vətəndaşlarının göstərdikləri dəstəyi, Gürcüstanda yaşayan azərbaycanlı gənclərin mübaribədə iştirakını və şəhidləri xüsusi olaraq vurğulayıb və öz təşəkkürünü bildirib.
Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir.
Onun sözlərinə görə, Anım Günü gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunması və ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Səfir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar birinci və ikinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı müddətdə həmişə Azərbaycana mənəvi dəstək göstəriblər. Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidələrindən asılı olmayaraq Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Diplomat qeyd edib ki, bu gün həm də Gürcüstanın Suxumi şəhərinin süqutu günüdür. O, Gürcüstanın ərazi bütövlüyünün tezliklə bərpa olunacağına ümid etdiyini qeyd edib. Bildirib ki, Azərbaycan Gürcüstan dövlətinə etibar edir, inanır. Tbilisinin vasitəçiliyi ilə Ermənistan tərəfinin mina xəritələrini Azərbaycana təhvil verməsi, Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin, nazir müavinlərinin görüşlərinin Tbilisidə təşkil olunması bunu sübut edir.
F.Quliyev onu da bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda 40-dan çox gürcüstanəsilli azərbaycanlı şəhid olub. Azərbaycan dövləti onların adlarının əbədiləşdirir, onların ailələrinə daim diqqət və qayğı göstərilir.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxış edərək Anım Gününün əhəmiyyətindən, Azərbaycan-Gürcü xalqlarının dostluğundan, Azərbaycan və Gürcüstan dövlətlərinin bir-birinə daimi dəstəyindən danışıb. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti ilə uzun illər işğal altında olan torpaqların azad olunmasını böyük tarixi nailiyyət kimi dəyərləndirib və Marneulidəki “Azərbaycan Evi”ndə baş tutan tədbirin bu zəfərin təntənəsi olduğunu xüsusi vurğulayıb.
Parlamentdə xalqımızı ləyaqətlə təmsil edən deputatımız Zaur Darğallı öz çıxışında həmçinin Cənubi Qafqazda sülhün əhəmiyyətini və Azərbaycan-Ermənistan arasında sülh danışıqları üçün Gürcüstanın həmişə ən güvənili yer olduğunu vurğulayıb. Ağdamda minalanmış ərazilərin xəritəsini Ermənistanın Azərbaycana təqdim etməsində Gürcüstanın böyük rol oynadığını xatırlayıb. Deputat, həmçinin Suxumi şəhərinin süqutu gününü xatırlayaraq bu tarixi hadisənin Gürcüstan xalqının yaddaşında dərin iz buraxdığını bildirib. O, Gürcüstanın da ərazi bütövlüyünün tezliklə bərpa olunacağına inandığını və bu istiqamətdə beynəlxalq ictimaiyyətin ədalətli mövqe tutacağına ümid etdiyini ifadə edib.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Gürcüstan Parlamentinin keçmiş deputatlarından Azər Süleymanov, Ruslan Hacıyev və başqaları çıxış edərək, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıblar. Onlar qeyd ediblər ki, bu zəfər yalnız torpaqlarımızın azad olunması ilə deyil, həm də milli birliyin, xalq-iqtidar həmrəyliyinin və şəhidlərimizin qəhrəmanlığının təntənəsi kimi tarixə həkk olunub.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Daha sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar EminovQafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov şəhidlərin ruhuna dualar oxuyublar, şəhidliyin ən yüksək məqam olduğunu vurğulayıblar.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmovaşəhid Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova da çıxış edərək, şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim hörmətlə anıldığını bildiriblər. Onlar həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və ölkəmizin Gürcüstandakı səfirliyinə dərin təşəkkürlərini ifadə ediblər.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin ssenari müəllifi və rejissoru olduğu “Zəfərə gedən yol” adlı səhnə əsəri məktəblilər tərəfindən çox gözəl şəkildə nümayiş etdirilib.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Tamaşa Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda hazırlanıb. Məktəblilərin ifasında təqdim olunan bu səhnə əsəri tamaşaçılara duyğulu anlar yaşadıb və sürəkli alqışlarla qarşılanıb.
Tamaşada rol alan məktəblilərin əməyi xüsusi olaraq qiymətləndirilib və onların hər biri “Azərbaycan Evi” tərəfindən Təşəkkürnamələrlə təltif olunub.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Sonda bir daha şəhidlərin ruhuna dualar oxunub, bütün tədbir iştirakçıları “Azərbaycan Evi”nin həyətində şəhidlərin əziz xatirəsinə açılmış ehsan süfrəsinə dəvət olunublar.

ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB
ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

***

Biz də redaksiya heyətimiz adından, həmçinin, əslən Lecbəddin kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı kapitan Cəlil Əziz oğlu Səfərovun bacısı olaraq, şəxsən öz adımdan və onun ailəsi adından, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev başda olmaqla, səfirliyin nümayəndə heyətinə, Gürcüstan Parlamentinin keçmiş və indiki deputatlarına, o cümlədən, Mahir Dərziyev, Azər Süleymanov, Ruslan Hacıyev və Zaur Darğallıya, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubova, “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanova, Marneulidəki “Çay evi”nin rəhbəri, "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədova, bir sözlə, Anım Gününün yüksək səviyyədə təşkil olunmasında əməyi olan hər kəsə öz xüsusi təşəkkürümüzü bildiririk.


ANIM GÜNÜ BORÇALIDA YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNUB

Süsən ƏLİYEVA,
“BORÇALI” qəzetinin redaktoru.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qardabahi Təhsil və İnteqrasiya Mərkəzində “Zəfər Günü” qeyd olunub

Qardabahi Təhsil və İnteqrasiya Mərkəzində “Zəfər Günü” qeyd olunub

Qarayazı
AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU-da 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib

AzTU
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

AzTU
Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

Vətən müharibəsində şəhid olan AzTU-nun tələbə və məzunları haqqında kitabı ...

AzTU
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçir ...

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi UTECA-da anım tədbiri keçir ...

ŞƏHİDLƏRİMİZ, Gəncə
Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

Şəhid Sərxan Eldar oğlu Hacıyev Qızılkilsə (08.07.1990- 23.10.2020)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Səfir FUAD QULİYEV:

Səfir FUAD QULİYEV: "Dünya azərbaycanlıları builki müqəddəs Ramazan bayram ...

Gürcüstan, Borçalı
Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman  ...

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan idman ...

Tiflis, İdman
Bolnisi rayonunda 20 Yanvar faciəsi anılıb

Bolnisi rayonunda 20 Yanvar faciəsi anılıb

Gürcüstan, Bolus, Diaspora
Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliy ...

Borçalı
Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

Qaraçöpdə Qanlı 20 yanvar façiəsi anılıb

ŞƏHİDLƏRİMİZ, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anı ...

Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anı ...

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Gürcüstanda yaşayan İdmançı soydaşlarımızla görüş keçirilib

Tiflis, Borçalı
Birləşmiş Gürcüstan Aşıqlar İttifaqı fəaliyyətə başlayıb

Birləşmiş Gürcüstan Aşıqlar İttifaqı fəaliyyətə başlayıb

Borçalı
Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

Tiflisdə Azərbaycan səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr ...

ŞƏHİDLƏRİMİZ, Tiflis, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

Gürcüstanda 20 Yanvar şəhidlərinin ailələrinə yardım edilib

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, Bolus, Qaraçöp, UNUTSAQ, UNUDULARIQ!...., Diaspora
Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb ...

Gürcüstanda SOCAR-ın maliyyə vəsaiti hesabına təmir olunmuş daha bir məktəb ...

Borçalı
20 Yanvar faciəsi Rustavidə də anılıb

20 Yanvar faciəsi Rustavidə də anılıb

Rustavi
Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Gürcüstan, Tiflis, Borçalı, Bolus
Rəy yazın: