Qiymətli hədiyyə: "SUVENİR"

Qiymətli hədiyyə: "SUVENİR"Bu yaxınlarda bizim rusdilli sonetçi-şairimiz Eldar Hüseynovun (yaradıcılıq təxəllüsü El Bakuvi) yaradıcılığı haqqında mətbuatda qısa bir rəylə çıxış etmişdim. Orada mən onun əsərləri barədə ümumi fikirlərimi bildirmişdim.

Ədəbi əsər haqqında müəyyən fikir söyləmək kifayət qədər çətin və məsuliyyət tələb edən məsələdir. Filologiya elminin bir qolu olaraq, ədəbiyyatşünsalıq bir çox humanitar elmlərlə sıx bağlıdır – fəlsəfə, tarix, sosiologiya, hətta politologiya, çünki bir çox hallarda ideoloji fikirlərin bildirilməsi və təbliği aləti kimi çıxış edir, və əlbəttə və şübhəsiz ki, lingvistika ilə. Ona görə elə bir hadisə ilə tez-tez rastlaşmaq olur ki, ayrı-ayrı mütəxəssislər hansısa ədəbi əsərin yalnız bir aspektdən, bir nöqteyi-nəzərdən araşdırmanı aparır, digər bir mütəxəssis isə həmin əsəri başqa bir istiqamətdə tədqiqat obyektinə çevirir.


Qiymətli hədiyyə: "SUVENİR"Şair Eldar Hüseynovun kitabları haqqında xəbərdaram. Xüsusən də, onun axırıncı dəfə nəşr etdiyi “Suvenir” adlı broşur barədə. Bu kiçik kitab 2024-cü ilin avqust ayında, Mehriban xanım Əliyevanın ad günü, yubileyi münasibətilə dərc edilmişdir. Toplu otuz müxtəlif sonetdən ibarətdir. Kitabın yaradılmasında müəllifin əsas ideyası – Mehriban xanıma mənəvi və estetik məmnunluq hissi bəxş etmək, eləcə də Azərbaycan xalqının və mədəni oxucu kütləsinin gözündə onun obrazını daha da yüksək zirvələrə qaldırmaqdan ibarət olmuşdur. Toplu ayrı-ayrı sonetlərdən təşkil edildiyinə baxmayaraq, ideyanın vahidliyi oxucuda elə bir hiss oyadır ki, sanki bütöv bir əsərdir. Fikrimcə, bu bir neçə amillə, şərtlə bağılıdır, həmin amillərin qarşılıqlı və birgə təsirinin nəticəsidir. İlk öncə, bu otuz sonet bir nəfər insana həsr olunmuşdur. İkinci mühüm amil müəllifin qeyri-adi, özünəməxsus üslubdur. Ümumiyyətlə, müəllifin üslubu bədii ədəbiyyatda vacib bir rol oynayır. Belə ki, məhz üslub ədəbi əsərin individuallığın, unikallıqın yaradır və oxucu tərəfindən qavranmasına təsir edir. Demək olar ki, bunların hər biri Bakuvinin yaratdığı “söz” portretin ayrı-ayrı elementləri, cizgiləridir.
Əsər haqqında adi sıravi oxucunun rəyi peşəkarlar tərəfindən yazılmış rəylərdən, məqalələrdən həmişə fərqlənir. Bu bir qaydadır və bunun izahı var. Adi oxucunun “filoloji mədəniyyəti” adətən olmur, lakin peşəkar ədəbiyyatşünas və ya lingvistin əsərin oxunuşundan sonrakı yaranan təəssürat daha geniş, həm müəllifin demək istədiklərinə, onun ideyasına fərqli baxış bucaqları mövcuddur. Müasir ədəbiyyatşünaslıq elminin müxtəlif tədqiqat və araşdırma alətləri mövcuddur. Bunlara misal olaraq, ədəbiyyat tarixi, paleoqrafiya, tekstologiya, epiqrafika, tarixi-müqayisəli, mədəni-tarixi, təsviri, bioqrafik metodlar və s. Hansısa bədii əsərin interpretasiyası zamanı bu sadaladığımız üsullar geniş istifadə olunur. Hermenevtika – mətnlərin başa düşülməsi, nəzəri cəhətdən interpretasiyası, yəni şərhi, nəzəriyyəsi və incəsənətidir. O, müəllifin kontekstini və niyyətini nəzərə alaraq, əsərdə yer alan mənanın açılmasına kömək edən təfsir prinsiplərini, üsullarını və qaydalarını öyrənir.
Əsərin düzgün təfsiri üçün, daha doğrusu isə tənqidçi tərəfindən başa düşülməsi və anlamı üçün, yuxarıda sadaladığımız metodlar olduqca vacibdir. Bədii ədəbiyyatın əsas və mühüm xassələrindən biri də onun “bədiilik” meyarı sayılmalıdır. Burada bədii sənətkarlıq dərəcəsi əsərin forma və məzmunu, habelə onun oxucuya (tamaşaçıya, dinləyiciyə) təsiri ilə bağlı amillərin məcmusu ilə müəyyən edilir. Reallığın əks olunmasının dərinliyi və orijinallığı, bədii vasitələrdən istifadənin zənginliyi və məharəti, eləcə də tamaşaçıya emosional təsir gücü mühüm meyarlardır.
Bakuvinin “Suvenir” kitabçasındakı bədii təsvir vasitələrin köməyi ilə yaratdığı Şərq qadının obrazı, demək olar ki, dünya ədəbiyyatında misilsiz, nümunəsi olmayan bir əsərdir. Baxmayaraq ki, kitab otuz müxtəlif və sərbəst (forma baxımından) olan sonetdən ibarətdir, onlar məzmunca vəhdət təşkil edir. Burada nəyinki adi Şərq qadının gözəlliyinin tərənnüm etməsi, lakin müdrik və uzaqgörən, öz Xalqının rifahını həmişə diqqət mərkəzində saxlayan bir xanım obrazı yaradılmışdır. Sonetlərin birində müəllif yazır ki, “И стремления наши едины – на благо страны» (“İstək-niyyətlərimiz də eynidir – ölkənin rifahı”). Bakuvinin bu misrada nə demək istədiyini anlamaq mümkündür – həm Mehriban xanım, həm özü haqda deyir ki, Azərbaycanın çiçəklənməsi uğrunda çalışırlar. Həmin sonetin axırıncı iki misrasında müəllif Mehriban xanıma öz qəlbin saf və səmimi arzusunu çatdırır –
“Дай Вам Бог процветать и работать хоть тысячу лет
В нашем дивном краю изобилия, счастья, свободы!”
Yəni, “Lap min il çiçəklənmək və çalışmaq Allah nəsib etsin Sizə
Bu gözəl, ruzi-bərəkətli, xoşbəxtlik və azadlıq diyarında”.
Mehriban xanıma həsr olunmuş əksər sonetlərdə fəlsəfi motivləri, çalarları izləmək mümkündür. Müəllif bəzi şeirlərdə Mehriban xanımın obrazını hətta ilahiləşdirir, onu səmavi incə qüvvələrlə müqayisələndirir. Nəzm formasında geniş istifadə edilən, insanı ilahiləşdirmə texnikası apofeoz adlanır (yunanca ἀποθέωσις - "ilahiləşdirmə"). Bu, bir insana və ya hansısa hadisəyə məbud cizgiləri bəxş olunduğu, ucaldılmış və izzətləndirildiyi, onu ən yüksək kamillik və qüdrətlə təqdim edən bədii texnikadır. Apofeoz şairə insanı ucaltmağa, onun obrazına monumentallıq və əhəmiyyət verməyə imkan verən, onu ilahi ideala yaxınlaşdıran güclü bədii alətdir. Ədəbiyyatda fəlsəfi ideyaların, məsələlərin qaldırlması, onların təzahür etməsi müxtəlif formalarda mövcuddur. Bu onunla bağlıdır ki, bədii ədəbiyyat nə qədər xəyali olsa belə, yenə də süjetləri, obrazları xalqın, insanın, real həyatından qaynaqlanır. Və necə ki biz adi bayağı həyatda mövcud problemlərə fəlsəfi nöqteyi-nəzərdən yanaşaraqsa, həmçinin bədii ədəbiyyatda həmin sualları, məsələləri qaldırmış oluruq, və cəmiyyətdə baş verən hadisələri fəlsəfəçilik prizmasından, müstəvisindən keçiririk. 1. Həyatın məqsədi nədir? 2. İnsanın, fərdin həyatdakı rolu nədən ibarətdir? Bu cür sualların müəllif tərəfindən öz qarşısında, şüur səviyyəsində qaldırılması və onlara müəyyən cavabların axtarılması və həll olunması bədii əsərin “fəlsəfi pərdəsini, örtüyü, strukturanı” yaradır. Yuxarıda gətirdiyimiz misraların bu cür fəlsəfi mənasın təzahür etməsi aydın şəkildə izlənilir.
Şübhəsizdir ki, Mehriban xanımın milli mənəviyyətimizin, mədəniyyətimizin, ədəbiyyatımızın nəyinki Respublika səviyyəsində, lakin ölkə xaricində də yayılması, geniş şəkildə təbliği üzrə keçirdiyi siyasəti və fəaliyyəti ən yüksək sözlərə və alqışlara layiqdir. Mehriban xanım Əliyeva, bildiyimiz kimi, Heydər Əliyev Fondunun Prezidentidir. Fondun təşəbbüsü ilə ölkəmizdə mədəni həyatın bir çox sahələri gerçəkləşir, reallaşdırılır, təntənəli tədbirlər keçirilir. Buna misal kimi, bu yaxınlarda vətənimizin mədəniyyət paytaxtında Şuşa şəhərində Vaqif Poeziya Günləri tədbiri baş tutmuşdur. Daha sonra, Azərbaycan klassik poeziyanın görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin İtalyanın Roma şəhərindəki abidənin açılışını da həmçinin bura misal kimi gətirmək olar. Abidənin açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Roma Şəhər şurasının beynəlxalq şöbənin rəhbəri Serena Forni, Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndələri, mədəniyyət və turizm nazirin müavini Ədalət Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı Azərbaycan Xalqının zəngin dünya ədəbiyyatına sıx şəkildə qovuşmasında böyük bir rol oynayır.
Mehriban xanım – nəyinki yerli, milli miqyasda, hətta dünya miqyasında belə Azərbaycan mədəniyyətinin, incəsənətin, ədəbiyyatın, mənəviyyatımızın böyük təbliğatçısıdır. Azərbaycan – ədəbi və incəsənət şedevrləri, inciləri ilə tanınan və olduqca zəngin bir ölkədir. Nizami Gəncəvi, onun müəllimi Xəqani, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və s. görkəmli xadimlərimizin, ədiblərimizin inciləri dünya səvəyyəsində geniş şəkildə yayılmasındadır.

Bu baxımından da şair Eldar Hüseynovun (El Bakuvi) yazıb-yaratdığı “Suvenir” kitabı geniş oxucu kütləsinə, nəyinki Respublika səviyyəsində, hətta onun kənarında belə, çatdırılması və təbliği üçün layiq sayıla bilər. Sonda isə, fürsətdən istifadə edərək, “Suvenir” toplusunun müəllifinə ən xoş ürək sözlərimi çatdırmaq istərdim – möhkəm və sağlam ömür, xoşbəxt günlər və ədəbi yollarda böyük nailiyyətlər arzulayıram.

Qiymətli hədiyyə: "SUVENİR"Qabil Hüseynli
Fəlsəfə elmləri doktoru, professor

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
El-Bakuvinin poetik aləminə kiçik səyahət...

El-Bakuvinin poetik aləminə kiçik səyahət...

Ədəbi tənqid
Əyyub Kərimov:

Əyyub Kərimov: "El Bakuvinin (Eldar Hüseynov) “Prometey” əsərinin müqəddim ...

Elmi Məqalələr, AzTU
Yeni kitab – mədəniyyət və  humanitar elm problemlərinə yeni baxış

Yeni kitab – mədəniyyət və humanitar elm problemlərinə yeni baxış

Yeni nəşrlər, Humanitar elmlər
Adil Abdullayev:

Adil Abdullayev: "El Bakuvinin (Eldar Hüseynov) yaradıcılığının qısa icmal ...

Ədəbi tənqid
Ankarada “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” adlı kitab  ...

Ankarada “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” adlı kitab ...

Yeni nəşrlər, Humanitar elmlər, Turan

"QARLI AŞIRIM"IN TƏNQİD VARİANTLARI: AZƏRBAYCAN ƏDƏBİYYATINDA YENİ PERSPE ...

Yeni nəşrlər, Elmi Məqalələr, ADPU
Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Poetik üslubu heç kimə bənzəməyən Eldar Hüseynov

Humanitar elmlər
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU

"Nizami ili" çərçivəsində muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

«Ömür bir nağıldır» romanının janr xüsusiyyətləri

Humanitar elmlər, Elmi Məqalələr
AYNELİN TÜRKOLOJİ AXTARIŞLARI

AYNELİN TÜRKOLOJİ AXTARIŞLARI

Humanitar elmlər
Böyük ədəbiyyatın təmsilçisi

Böyük ədəbiyyatın təmsilçisi

Ədəbi tənqid, Bədii Tərcümə
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

Azərbaycan ərəbşünaslığında İmamverdi Həmidov imzası

"Zirvə"
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
Rəy yazın: