BİR DAHA MAHİRƏ NAĞIQIZININ “ANA DİLİM” ŞEİRİ HAQQINDA

BİR DAHA MAHİRƏ NAĞIQIZININ “ANA DİLİM” ŞEİRİ HAQQINDA

“Dilimiz çox zəngin və ahəngdar dildir,
dərin tarixi köklərə malikdir.
Şəxsən mən öz ana dilimi çox sevir
və bu dildə danışmağımla fəxr edirəm.”
Ümummilli Lider Heydər Əliyev.


Professor Mahirə Nağıqızı Hüseynovanın “Ana dilim” adlı şeiri milli varlığımızı, milli kimliyimizi əks etdirən, oxuduqca qürurverici, iftixar edici duyğular yaşadan ən dəyərli şeirlərimizdəndir. Bu şeir başdan-başa vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz, soy kökümüz, min illiklərdən gələn tariximiz üzərində köklənmişdir. Müəllif – “Bu dünyanın yaşı qədər tarixin var/ Sonu qədər, başı qədər tarixin var” – deyərək dilimizin dünya qədər dərinliyini, qədimliyini, zənginliyini anladır.

Nizaminin hikmətini sən yaratdın,
Nəsiminin qüdrətini sən yaratdın
Füzulinin fitrətini sən yaratdın,
Hikmət dolu söz büsatı, ana dilim
Dədəm-babam əmanatı, ana dilim.

Şair bu dəyərli misraları ilə ana dilimizn hikmətini, qüdrətini, Nizami, Nəsimi, Füzuli kimi dahi şairlərimizin dünya mədəniyyət xəzinəsinə ana dilimizdə bəxş etdiyi töhfələri xatırladır.

Orxonlardan üzü bəri yazın qalıb,
Altaylardan Balkanlara izin qalıb.
Çox dillərdə rəddin qalıb, izin qalıb,
Qurdnan görər qiyamatı, ana dilim,
Dədəm-babam amanatı, ana dilim!

Misraları ilə şair xalqımızın qədim yazı mədəniyyətimizin, əlfba tariximizin qədimliyini bildirir, Orxon-Yenisey abidələri üzərində müdrik fikirləri bizə xatırladır: “Üstdən göy çökməsə / Altdan yer dəlinməsə / Türk yurdu, Türk törəsi dağılmaz”.

Şair “Boz qurd”un türk simvolu kimi qədimlrdən gəlib qiyamətə qədər getdiyini ana dilimizin ölməz olduğunu anladır.

Ucsuz Qıpçaq çöllərindən havalandın,
Qədim Oğuz ellərindən havalandın,
Qopuzumun tellərindən havalandın,
Sənlə atdım qaramatı, ana dilim.
Dədəm-babam amanatı, ana dilim.

Bu qiymətli misralarda qədim yurdlarımız, Oğuz elləri, Qıpçaq çölləri, Dədəm Qorqudun Qopuzu, Sazı, sözü xatırladılır, necə ki Qorqud Dədəm demiş: “Allah-Allah deməyincə işlər olmaz. Qadir tanri verməyincə ər bayılmaz. Əzəldən yazılmasa, qul başına qəza gəlməz. Ölən adam dirilməz, çıхan can geri gəlməz. Təkəbbürlik eyləyəni tanrı sevməz. Könlün uca tutan ərdə dövlət olmaz. Qaravaşa don geydirsən qadın olmaz. Yapa-yapa qarlar yağsa, yaza qalmaz. Qarı düşmən dost olmaz. Ər malına qıymayınca adı çıxmaz. Qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə açmaz. Oğul atanın yetiridir, iki gözünün biridir…”

“Ana dilim” şeirinin hər bir misrası zəngin mədəniyyətimizi, kökümüzü, soyumuzu, mənəvi dünaymizi əks etdirir, qan yaddaşımızı oyadır.
Professor Mahirə Nağıqızının “Ana dilim” şeiri yetişən gənc nəslimizin, tələbə gənclərimizin milli-mənəvi ruhda tərbiyəsində əhəmiyyətli rolu olduğunu vurğulayaraq müəlifi təbrik edir və uğurlar arzulayırıq!..


Rüfət Lətif oğlu Hüseynzadə
Pedaqoji elmlər doktoru, professor,
Əməkdar Müəllim


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MÜRSƏL XIDIROV:

MÜRSƏL XIDIROV: "ANA DİLİMİZ - VARLIĞIMIZDIR!.."

Fond, Müsabiqə, Başkeçid
XƏDİCƏ OSMANOVA:

XƏDİCƏ OSMANOVA: "ANA DİLİMİZ - VARLIĞIMIZDIR!.."

Fond, Məktəblər, Müsabiqə, Qarayazı
GÜLCAN MİKAYILOVA:

GÜLCAN MİKAYILOVA: "ANA DİLİMIZ - VARLIĞIMIZDIR!"

Fond, Məktəblər, Müsabiqə, Bolus
GÜLLÜ AŞİROVA:

GÜLLÜ AŞİROVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA AZƏRBAYCAN DİLİNİN YERİ"

Fond, Məktəblər, Müsabiqə, Bolus
EMİL ƏLIYEV:

EMİL ƏLIYEV: "Ana dilimiz – varlığımızdır!.."

Fond, Məktəblər, Müsabiqə, Tiflis
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
MİNİRƏ DADAŞQIZI  (1974)

MİNİRƏ DADAŞQIZI (1974)

Müsabiqə, Turan
“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir”

AzTU, Köşə yazılar
Heydər Əliyev Azərbaycan dili haqqında

Heydər Əliyev Azərbaycan dili haqqında

Prezident
Sima AZADQIZI

Sima AZADQIZI

Müsabiqə, Qərbi Azərbaycan, Rusiya
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

“Ana dilimiz milli varlığımızdır” müsabiqəsinin ilkin mərhələsi keçirilib

Humanitar elmlər
Fağıra dayaqsan - Yetimə ANA!.. Hamının sevdiyi, ay Bəsti ana!...

Fağıra dayaqsan - Yetimə ANA!.. Hamının sevdiyi, ay Bəsti ana!...

Borçalı, Başkeçid
Lənkəranlı AKŞİN ƏLİYEVin ŞEİRLƏRİndən nümunələr

Lənkəranlı AKŞİN ƏLİYEVin ŞEİRLƏRİndən nümunələr

Regionlar, Müsabiqə
= =  SƏMƏRQƏNDdən MƏKTUB: = = =

= = SƏMƏRQƏNDdən MƏKTUB: = = = "Səninçün darıxdım, ey Ana torpaq..."

Müsabiqə, Turan, Orta Asiya
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
BORÇALININ DƏRDİ...

BORÇALININ DƏRDİ...

Poeziya, Borçalı, Müsabiqə
Rəy yazın: