“Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə uğurla başa çatdı Yeni nəşrlər, Humanitar elmlər, QHT 1 сентября 2025 40 100 1 2 3 4 5 “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə qalib olmuşdur. 01 iyun 2025-ci il tarixindən etibarən layihəyə start verilmişdir.İctimai Birliyinin Layihənin rəhbəri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli ZiM.Az-a bildirib ki, Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.Bu günlərdə yekunlaşan layihədə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. ayihə həyata keçirildiyi dövrdə ilk dəfə hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı kitab çap olundu. Bu kitaba I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar salınmışdır.Professor Bədirxan Əhmədov qeyd edib ki, kitabda “Kitabi Dədə Qorqud”dan üzü bəri milli poetik mətnlərdən istifadə edilib. Cümhuriyyət dövrü və ondan sonrakı dövrdə Azərbaycan və türk şairlərinin milli nəğmələri, marşları, zəfər duyğuları dərc edilir. O, qeyd edib ki, kitabdan orta və ali məktəblərdə, eləcə də hərbi məktəblərdə milli və vətənpərvərlik tərbiyəsinin formalaşmasında istifadə etmək mümkündür.Qeyd edək ki, Qarabağın işğalından sonra Azərbaycan şairlərinin, demək olar, hamısı bu mövzuda əsərlər yazmışlar. Bu şeirlərdə Türkiyə-Azərbaycan ictimai, siyasi, hərbi birliyi ilə yanaşı, mənəvi birli-yindən doğan böyük bir ümid və gələcəyə yönəlik mesajlar vardır. Həm Türkiyə, həm Azərbaycan şeirində Qarabağ mövzusunda birlik və bərabərlik mesajları verilir. Araşdırmalar göstərir ki, ictimai-siyasi, hərbi birlik olan zaman ədəbiyyat, poeziya da bu birliyi tərənnüm edir və yaşadır. XX yüzilin əvvəllərindən başlayan bu birlik mesajları bütün türklərin birləşməsi üçün bir örkək xarakteri daşıyır. Bütün bunlar türklüyün gələcək həyat yolunda Turan ideyasının və Turançılığın poetik dərketməsinin ilk mərhələsidir. Düşünürəm ki, hələ bundan sonra da Türkiyə və Azərbaycan ordusunun zəfərinə ye-ni şeirlər yazılacaq. Bu şeirlərdə yüz il əvvəldə Nuru Paşaya poetik öygülər olduğu kimi, bugünün müharibə qəhrəmanlarına da yeni öygülər yazılacaq.Aygün YAVƏRQIZI,"YURD"un redaktoruZiM.Azelm.info.azyurd.info.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.