“VETERANLAR İDEOLOJİ TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏ” Digər » QHT 6 августа 2025 19 0 1 2 3 4 5 “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün elan etdiyi I-ci qrant müsabiqəsində “Veteranlar ideoloji təhlükəsizliyin keçiyində” adlı layihə ilə qalib olmuşdur.İctimai Birlikdən ZiM.Az-a bildiriblər ki, 2025-ci il iyunun 1-dən etibarən start verilmiş layihənin həyata keçirilməsində əsas məqsəd İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin yeniyetmələr və gənclər arasında təbliği, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılmasıdır.Layihə çərçivəsində təşkilat Bakı şəhərində fəaliyyət göstərən 187, 328 saylı tam orta məktəblərdə, 18 saylı peşə liseyində, keçmiş SSRİ-də və müstəqil reoublikamızda ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universitetində və Dünya məktəbində müəllim və tələbələr ilə görüşlər keçirilmişdir.Layihə çərçivəsində növbəti tədbirlər Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında həyata keçirmişdir.Layihə rəhbəri - filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli həmin tədbirlərdə çıxış etmiş, I Qarabağ müharibəsi zamanı “qaynar” nöqtələrdə jurnalistlik fəaliyyətindən danışaraq, əsgərlərimizin göstərdiyi şücaətdən danışmış, layihənin keçirilmə müddəti, əhatə etdiyi əhali qrupları, layihə çərçivəsində keçirilən tədbirlər haqqında geniş məlumat vermiş, gələcəkdə belə tədbirləri Azərbacanın digər bölgələrində də keçirməyi planlaşdırıldığını bildirmişdir.Vətənpərvərlik və ideoloji təhlükəsizlik məsələsi birinci növbədə maarifləndirmə, savadlandırma, təbliğat tələb edən ciddi, məsuliyyətli bir fəaliyyət olduğunu vurğulayan Layihə rəhbəri prof. Bədirxan Əhmədli elə bu məqsədlə də kitabxanaların təklifini böyük məmnuniyyətlə qəbul edərək, sonuncu tədbirlərin məhz burada keçirilməsinə böyük önəm verdiklərini diqqətə çatdırıb.Layihə rəhbəri onu da bildirib ki, layihə həyata keçirildiyi dövrdə ilk dəfə hərbi marşlardan ibarət “Vətən və Zəfər nəğmələri” adlı kitab da çapa hazırlanıb. Bu kitabda I və II Qarabağ savaşları zaman ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşlar toplanıb.Layihə rəhbəri prof. Bədirxan Əhmədli daha sonra ZiM.Az-a müsahibə verib. O, deyib:- Bu günlərdə yekunlaşan layihədə vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bizim də üzərimizə böyük yük düşür. Təşkilatın əsas məqsədi də uşaqlar, yeniyetmələr, gənclər arasında hər zaman dövlətçiliyimizin əbədiliyi, Vətənimizin bölünməzliyi, xalqımızın rifahı üçün durmadan çalışmaq, insanları maarifləndirməkdir. 2 aylıq layihə çərçivəsində əsas vəzifə gənc nəsildə mərdlik, özgüvən və vətənpərvərlik hisslərinin gücləndirilməsi və Bakı şəhərində orta məktəb və ixtisas liseyi də daxil olmaqla 6 tədbir keçirərərək, yeniyetmələrin dərslərinə daha məsuliyyətli yanaşmalarına nail olmaq, bu sahədə həvəsləndirməni təmin etməkdir. Ümumən bütün görüşlər çox məhsuldar keçmiş və qərara alınmışdır ki, kitabxanada sentyabr ayında şagirdlərlə bu mövzuda növbəti tədbir keçirilsin. Biz də Redaksiya Heyətimiz adından “Azərbaycan Respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları təşkilatı” İctimai Birliyinə şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..ROZA DÜNYAMALIYEVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.