Tanınmış həkim-infeksionist Nəzakət Salmanova vəfat edib

Tanınmış həkim-infeksionist Nəzakət Salmanova vəfat edibALLAH RƏHMƏT ELƏSİN...

Laçın rayonunun istimaiyyətinə
ağır itki üz vermişdir.

Bu barədə
Laçın Rayon Mərkəzi Xəstəxanası
özünün rəsmi Facebook səhifəsində
belə bir nekroloq yaymışdır:


"Dərin hüznlə bildiririk ki,
səhiyyə sahəsində fədakar əməyi, yüksək peşəkarlığı və insanlara göstərdiyi qayğı ilə seçilən,
uzun illər Laçın Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışmış həkim-infeksionist Nəzakət Salmanova 11 iyun 2026-cı il tarixində vəfat etmişdir.

Nəzakət xanım öz zəngin bilik və təcrübəsi, peşəsinə sədaqəti, yüksək mənəvi keyfiyyətləri və insanpərvərliyi ilə həm həmkarlarının, həm də minlərlə pasiyentin dərin hörmət və rəğbətini qazanmışdır.

Bu ağır itki ilə əlaqədar olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbir diləyirik.

Allah rəhmət eləsin, xatirəsi daim qəlblərdə yaşayacaqdır."


Tanınmış həkim-infeksionist Nəzakət Salmanova vəfat edib Biz də Redaksiya Heyətimiz adından
uzun illər Laçın Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışmış
tanınmış həkim-infeksionist
Nəzakət Salmanovanın vəfatından
kədərləndiyimizi bildirir,
mərhumun ailəsinə, bütün doğmalarına,
qohumlarına və yaxınlarına
dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!..
Məkanı cənnət,
Ruhu şad olsun!..


Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: