PƏRVİZ KEYVAN (1966) Poeziya, Müsabiqə, Turan, Cənubi Azərbaycan 2 Mayıs 560 100 1 2 3 4 5 Pərviz Bəsavət Hüseyn oğlu «Keyvan» 1966-cı ilin oktyabrın 7-də dünyaya gəlib. 1989 dən Təbriz şəhərində yaşayıb. 1989-cu ildən şeir yazmağa başlayıb. Yoxsulluğun üzü qara olsun, məktəb görməyib. Şükürlər olsun, bir neçə, fəxri diplom alıb. 1997-da birinci kitabı ışıq üzü görüb. 2010-da Baki şəhrində 10 cild kitabım işıq üzü gorub.Sonra iki kitabı İranda çap olub. İndiyə qədər 13 kitabı ışıq üzü görüb. 10 cild kitabı da çapa hazırdı.من پرویز بساوت حسین اوغلو «کیوان» ۱۳۴۵ اینجی ایلین ۱۰/۷ سینده دونیایه گلمیشم ۱۳۵۰ دن تبریز شعرینده یاشاییب ۱۳۶۸ اینجی ایلدن شعر یازماغا یوخسوللوقن اوزو قارا اولسون مکب گورمه میشم ولی شوکورلر اولسون بیر نئچه دیپلیم فخری آلمیشام باشقا اولکلردن باشلامیشام ۱۳۷۶ دا بیراینجی کیتابیم ایشیق اوزو گوروب ۲۰۱۰ دا باکی شعرینده ۱۰ جیلد کیتابیم ایشیق اوزو گوروب سونرا ایکی کیتابیم ایراندا چاپ اولوب ایندییه قدر ۱۳ کیتابیم ایشیق اوزو گوروب ۱۰ جیلد کیتابیمدا حال حاضیردا الده حاضیردییاز آغلار زامان منی اونوتسادا یادداشلاردا ساز آغلارساچلاریمدا قاری گوروب گول چیچکلی یازآغلاروطن دییه هی باغیردیم قریبلییه آجیدیمدردلریمی دویان اولسا هئچ اولماسا آز آغلارگلمه گلمه اریمیشم واراقلارین اوزونهقاریشمیشام یانانلارین سونمز اولان کوزونهایز قویموشام حاققا گئدن بابالارین ایزینهکلجکده اوزومه تای کئفی اولان ساز آغلارنیسگیلیمین سارایینین قاپیسینی حورموشماورییمی کوچ ائله یئن دورنالارا وئر میشمیوخسوللوقدان یئر اوزونده هر نه دئسن گورموشمبیردن بیره قیسمت اولا حوالیما ناز آغلاربرکه بوشا چوخ دوشموشم جان آتمیشام خوش کونهالی خمیر قارنی آجام قورانمادیم بیربینهباشیم باشا قوشولمادی قوللوق ائتدیم هر دینهآرواد اوشاق گوزدن سالدی یازیر«کیوان» سوز آغلاار YAZ AĞLARZaman məni unudsada yad daşlarda saz ağlar,Saçlarımda qarı görüb, gül-çiçəkli yaz ağlar.Vətən deyə hey bağırdım qəribliyə acıdım,Dədlərimi düyan olsa heç olmasa az ağlar.Kəlmə-kəlmə ərimişəm varaqların üzünə,Qarışmışam yananların sönməz olan közünə.İz qoymuşam haqqa gedən babaların izinə,Gələcəkdə özümə tay kefli olan saz ağlar.Nisgilimin sarayının qapısını hörmüşəm,Ürəyimi köç eləyən durnalara vermişəm.Yoxsulluqdan yer üzündə hər nə desən görmüşəm,Birdən-birə qismət ola əhvalıma naz ağlar.Bərkə, boşa çox düşmüşəm can atmışam xoş günə,Əli xəmir qarnı acam, quranmadım bir binə.Başım, başa qoşulmadı qulluq etdim hər dinə,Arvad-uşaq gözdən saldı yazır «Keyvan» söz ağlar. گول نفسآقا بابان قوربان اولسون قوناغیم سان گول نفسشیرین سوزوم دیل ازبریم دوداغیم سان گول نفسکوچده ده وه ائوده نوه بابالاردان میثالدیائو ائشیییم بئزه یی سن نوراغیم سان گول نفسشوکور اولسون تانری وئریب تایسیز اولان پاییم سانگلجکده «هجر» کیمی هاراییم سان هاییم سانوطن دییه ظولمت باغرین سوکن اولدوز آییم سان«زئینب پاشا» قیمت وئرن پاپاغیم سان گول نفسدیلسیز قالان اوولاد ساری داشقین آخان سئل منمسن سیزلییین اوجاغیندا کوز ساخلایان کول منمدردی قمله یئر اوزونو ییرخالایان بیل منمبول سئوینجه قرق ائله یئن دایاغیم سان گول نفس«کیوان» سنله دیل آچاجاق اوریی داش دونیاداسیخمایاجاق یئر اوزونه اولاجاق باش دونیاداحقیقتدن دوغولموشام اویمارام چاش دونیاداگونش کیمی سونمز اولان اوجاغیم سان گول نفسGÜL NƏFƏSSənə baba qurban olsun qonağımsan gül nəfəs,Şirin sözüm dil əzbərim dodağımsan gül nəfəs.Köçdə dəvə, evdə nəvə babalardan misaldı,Ev eşiyim bəzəyisən, növrağımsan gül nəfəs.Şükür olsun tanrı verib, taysız olan payımsan,Gələcəkdə Həcər kimi harayımsan hayımsanVətən deyə zülmət bağrın sökən ulduz ayımsan,Zeynəb paşa qiymət verən papağımsan, gül nəfəs.Dilsiz qalan övlad sari daşqın axan sel mənəm,Sənsizliyin ocağında köz saxlayan kül mənəm,Dərdi qəmlə yer üzünü yırğalayan bil mənəm,Bol sevincə qərq eləyən dayağımsan gül nəfəs.«Keyvan» sənlə dil açacaq ürəyi daş dünyada,Sığmayacaq yer üzünə olacaq baş dünyada.Həqiqətdən doğulmuşam uymaram çaş dünyada,Günəş kimi sönməz olan ocağımsan gül nəfəs. گوزلریمدن آسیلدیمسئوگی منی یامان سیخدی گوزلریمدن آسیلدیمایلقاریمدان دوننمه دیم سوزلریمدن آسیلدیمصاحیلردن هی بویلاندیم دنیزلشدی گوز یاشیماود پوسکوردو ایچریمدن کوزلریمدن آسیلدیمیوللار منی یورانمادی توتدوم آرزو قاندینایسته کلیمه چاتیب دئدیم قول باغیمدا وار آدینباریشرکن اولدوزوموز دادیم دادین هر زادینقوشالاشدی اورییمیز دوزلریمدن آسیلدیمایلقارلاشیب ایلقار وئردیک ایلقاریمیز جایمادیکونلوموزده شکیل یوندوق کیمسه بیلسین قویمادیآرخالاندیق مین بیر اوزلو فلک بیزی سایمادیاومودوموز قیریلرکن دیزلریمدن آسیلدیمقار بورانلی گئدیکلردن آشدیق دوزدن دوزلرهدغلار بویدا دردله گلدیک بعد نظرلی گوزلرهاوزوموزده نه واریمیش ساتاشدیق پیس اوزلره«کیوان» الیم چیخدی بوشا ایزلریمدن آسیلدیمGÖZLƏRİM DƏN ASILDIMSevgi məni yaman sıxdı, gözlərimdən asıldım,İlqarımdan dönənmədim, sözlərimdən asıldım.Sahillərdən hey boylandım dənizləşdi göz yaşım,Od püskürdü içərimdən közlərim dən asıldım.Yollar məni yoranmadı, tutdum arzu qanadın,İstəyimə çatıb dedim, qolbağımda var adın.Barışarkən ulduzumuz dadım dadın hər zadın,Qoşalaşdı ürəyimiz, düzlərimdən asıldımİlqarlaşıb ilqar verdik, ilqarımız caymadı,Könlümüzdə şəkil yonduq, kimsə bilsin qoymadıq.Arxalandıq min bir üzlü fələk bizi saymadı,Umudumuz qırılarkən dizlərimdən asıldım.Qar, boranlı gədiklərdən aşdıq düzdən düzlərə,Dağlar boyda dərdlə gəldik, bəd nəzərli gözlərə.Üzümüzdə nə varımış sataşdıq pis üzlərə,«Keyvan» əlim çıxdı boşa izlərimdən asıldım... یول آی تاپیلمازچرخی گردیش یامان دولاشیق دوشوبباغلانیب اوزومه یول آی تاپیلمازاللری قوینوندا دوروب باخدیقجاائله ییر دردیمی بول آی تاپیلمازقارتال ایختییارین وئریبلر ساراکهلیک قاقیلداسا چکدیریر دارابایقوشلار سسینی کوکله ییب تارابولبول گولوستاندا لال آی تاپیلمازتولکو مئیدان آچیب اوخویور قان قانسویله ییر آی ائللر اوغرودو قافلانیییئه سیز قالیبدی یام یاشیل اورمانآصلان سالیب باشا شال آی تاپیلمازاینسان زنجیرله نیب اولوبدور غیرتآل ویره چئوریلیب بازاردا عصمتگور نئجه تاپیبدی چاقاللار شهرتدئییرلر «کیوان»ا کال آی تاپیلمازYOL AY TAPILMAZÇərxi gərdiş yaman dolaşıq düşüb,Bağlanıb üzümə yol ay Tapılmaz.Əlləri qoynunda durub baxdıqca,Eləyir dərdimi bol ay Tapılmaz...Qartal ixtiyarın veriblər sara,Kəklik qaqıldasa çəkdirir dara,Bayquşlar səsini kökləyib tara,Bülbül gülüstanda lal ay Tapılmaz.Tülkü meydan açıb oxuyur qan-qan,Söyləyir ay ellər oğrudu qaflan.Yiyəsiz qalıbdı yamyaşıl orman,Əslan salıb, başa şal ay Tapılmaz.İnsan zəncirlənib, ölübdür qeyrət,Al-verə çevrilib bazarda ismət.Gör necə tapıbdır çaqqallar şöhrət,Deyirlər «Keyvan»a kal ay Tapılmaz.ATAOğlun sürgün düşüb gələ bilməyirŞəklindən geçmişin soraxlar Ata.Nələr çəkib bizi böyütdün demirTitrəyir çatlamış dodaqlar Ata.Oğlun sürgün düşüb gözündən iraq,Gəzir sinəsində gizli,gizli dağ.Üzünü, gözümdən borc alıb irmaq,Tarıx boyu məni o çağlar Ata.Oğlun sürgün düşüb illərdən bəri,Dirikən cəhənnəm olubdur yeri,Doğmalardan tuta bilmir xəbəri,Lağa qoyub gülür sarsaqlar Ata.Oğlun sürgün düşüb gözləri qanlıArazı dünyadan köçüb nişanlıCanlı bir meyit tək axşamlı, danlıKüçəsin hər saat sayaqlar Ata.Oğlun sürgün düşüb şəhər bə şəhərÖmrün kədər biçir boğazın qəhərAta,balasına tez yardım edərDar gündə boynunu qucağlar Ata.Oğlun sürgün düşüb doğma diyardanXəca, şərməndə olubdur yardanNə olar əllərin qaldır məzardanGətirsin yanına torpaqlar Ata.Oğlun sürgün düşüb dəhşətdi halıSızlayır halına eli, mahalı,Ağladır dünyanı dərdi, məlalıYada salmır sən tək uşaqlar Ata.Oğlun sürgün düşüb tək bir otaq da,Sənsiz amanını kəsir fəraq da,Bacasız dam sayaq gəlmir qonaq da,Yanır Keyvan nına varaqlar Ata.P.B.Keyvan Hüsey oğluFiruz Kuh :2023/04/23 gecə saat 9/58 daqiqəآتااوغلون سۆرگۆن دۆشۆب گله بیلمه ییرشکلیندن گئچمیشین سوراقلار آتانلر چکیب بیزی بویوتدون دئمیرتیتره ییر چاتلامیش دوداقلار آتااوغلون سۆرگۆن دۆشۆب گؤزۆندن ایراقگزیر سینه سینده گیزلی-گیزلی داغاۆزۆنۆ گؤزۆمدن بورج آلیب ایرماقتاریخ بویو منی او چاغلار آتااوغلون سۆرگۆن دۆشۆب ایللردن بریدیریکن جهننم اولوبدور یئریدوغمالاردان توتا بیلمیر خبریلاغا قویوب گۆلۆر سارساقلار آتااوغلون سۆرگۆن دۆشۆب گؤزلری قانلیآرازی دۆنیادان کؤچۆب نیشانلیجانلی بیر مئییت تک آخشاملی دانلیکوچه سین هر ساعت سایاقلار آتااوغلون سۆرگۆن دۆشۆب َشهر به شهرعؤمرۆن کدر بیچیر بوغازین قهرآتا، بالاسینا تئز یاردیم ائدردار گۆنده بوْینونو قوجاقلار آتااوغلون سۆرگۆن دۆشۆب دوغما دییاردانخجالت ، شرمنده اولوبدور یارداننه اولار اللرین قالدیر مزاردانگه تیرسین، یانینا تورپاقلار آتااوغلون سۆرگۆن دۆشۆب دهشتدی حالیسیزلاییر حالینا ائلی، ماحلیآغلادیر دونیانی دردی ملالییادا سالمیر سن تک اوشاقلار آتااوغلون سۆرگۆن دۆشۆب تک بیر اوتاقداسنسیز آمانینی کسیر فراقداباجاسیز دام سایاق گلمیر قوناقدایانیر "کئیوان"ینا واراقلار آتاپ ب "کئیوان" حسئیین اوغلو 1402/2/3 فیروزکوه گئجه ساعت 9/58 دقیقه ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.