"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 17 Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov 12 Nisan MƏDƏD ÇOBANOVAZƏRBAYCANTƏXƏLLÜS LÜĞƏTİLÜĞƏTİN QURULUŞU HAQQINDA 1. Baş sözlər - təxəllüslər əlifba sırası ilə düzülmüşdür. 2. Baş sözdən - təxəllüsdən sonra mötərizə arasında təxəllüsün hansı dilə mənsub olması (ə - ərəb, f - fars, ə-f - ərəbcə - farsca) və ifadə etdiyi məna göstərilir. Sonra təxəllüsü daşıyan müəllifin sənəti (yazıçı, şair, alim, memar, xəttat və s.) adı, atasının adı və təxəllüsü, mötərizə arasında isə yaşadığı dövr qeyd olunur. Məsələn, Vaqif (ə. bilici, məlumatlı, xəbərdar) - şair və dövlət xadimi, Molla Pənah Vaqif (XVIII əsr). 3. Avtonimi məlum olmayan sənətkarın təxəllüsü, onun hansı dilə məxsus olması, ifadə etdiyi məna, yaşadığı dövr qeyd olunur. Məsələn, Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr). 4. Eyni adlı təxəllüslərdən yalnız birincinin hansı dilə məxsus olması, ifadə etdiyi məna izah olunur (sonra lüğət üçün səciyyəvi olan xüsusiyyətlər göstərilir); yerdə qalan təxəllüslərin aid olduğu avtonimin sənəti, adı, familiyası, təxəllüsü və yaşadığı dövr qeyd edilir. Məsələn, Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr). Bikəs - şair, Hacı Molla Hüseyn Bikəs (XIX əsr). Bikəs - şair və publisist, Əli Nəzmi Bikəs. Əli Nəzmi otuzdan artıq təxəllüs və gizli imzalarla yazırdı (XIX-XX əsrlər). 5. Azərbaycan (türk) mənşəli təxəllüslərin hansı dilə aid olması göstərilmir. Məsələn, Vurğun - görkəmli xalq şairi və ictimai xadimi, Səməd Vurğun Yusif oğlu Vəkilov (XX əsr). 6. Toponim əsasında düzələn təxəllüslərin hansı dilə məxsus olması və ifadə etdiyi məna göstərilmir, yalnız mötərizə arasında onomastik vahidin növü qeyd olunur. Məsələn, Qarabaği (Qarabağ toponimindən düzəlib) - alim, Mirzə Adıgözəl bəy Qarabaği (XX əsr).AZƏRBAYCAN ƏLİFBASIA B C Ç D E Ə F G Ğ H X I İ J KQ L M N O Ö P R S Ş T U Ü V Y Z TƏXƏLLÜS LÜĞƏTİ AAbbas Abdulla - şair, tərcüməçi və jurnalist, Abbas Abdulla oğlu Acalov (XX əsr).Abdulla Sur - ədəbiyyatşünas və publisist, Abdulla Ağa Məmməd oğlu Məhəmmədzadə (XX əsr).Abdulla Tofiq - Bax: Abdulla Sur.Azər (f. od, atəş) - şair, Məşədi İmaməlizadə Azər (XIX əsr).Azər - şair, İbrahim bəy Azər (XIX əsr).Azəroğlu - şair, Balaş Abizadə Azəroğlu (XX əsr).Agah (f. xəbərdar, bilən; ayıq, gözüaçıq) - şair. Hacı Abbas Agah (XIX əsr).Alim (ə. hər hansı bir elm sahəsində mütəxəssis olan adam) - şair, M.P.Vaqifin oğlu, Əliağa Alim (XVIII əsr).Allahi (ə. dini etiqadlara görə bütün kainatın yaradıcısı və idarəedicisi) - şair, əsl adı məlum deyil (XV əsr). Anacan - əməkdar müəllim, Bahar Əmirəli qızı Ağalarova (XIX-XX əsrlər).Ali (cəsur, qəhrəman) - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Alp Ərən (Kitabi Dədə Qorqud).Araz (Araz Hidronimindən düzəlib) - şair, Məmməd Araz (XX əsr).Aranlı - yazıçı və jurnalist, Mirzəağa Aranlı (XX əsr).Araslı (Bax: Araz) - alim, akademik, Həmid Məmmədtağı oğlu Araslı (XX əsr).Arzulu - yazıçı, Həmid Fərhad oğlu Əliyev (XX əsr).Arif (ə. bilən, bilici, bilik sahibi, hər şeydən xəbərdar; hər şeyi incəliyinə qədər başa düşən, tez dərk edən) - şair, Ağa Hüseyn Təbrizi (XVIII əsr).Arif - şair, Mustafa Ağa Arif (XVIII əsr).Arif - şair, Arif Lahici Şirvani (XIX əsr).Arif - məşhur şair, Hüseyn Hüseynzadə (XX əsr).Arifi - şair, adı məlum deyil (XV-XVI əsrlər).Asəf (Süleyman peyğəmbərin tədbirli vəzirinin adından götürülmüşdür) - şair, Asəf Ləmbərani (XIX əsr).Asi - (ə. üsyan edən, itayət etməyən) - şair. Abdulla bəy Asi (XIX əsr).Aciz - (ə. bacarıqsız, bir iş görə bilməyən; zəif) - şair, Məmməd Xəlifə Aciz Qırbulaqlı (XIX əsr).Aşiq (ə. məhəbbət bəsləyən, sevən, vurulan) - şair. Məhəmməd bəy Aşiq (XVIII əsr).Aşiq - şair, Məhəmməd bəy Cavanşir (XIX əsr).Aşıq (xalq xanəndəsi) - şair, aşıq, Sarı Aşıq. Onun “Haqq Aşığı”, “Qərib Aşıq” təxəllüsləri də olmuşdur (XVII əsr).Aşıq Molla Cuma - şair, Süleyman Saleh oğlu (XIX əsr). BBabanlı - yazıçı, V.Babanlı (XX əsr).Bağdadi (Bağdad toponimindən düzəlib) - filosof, şair, Əhdi Bağdadi (XVI əsr). Bağdatlı - şair, Zehni Bağdatlı (XVII əsr).Bakuvi (Bakı toponimindən düzəlib) - coğrafiyaşünas və tarixçi, Əbdürrəşid ibn Salih ibn Nuri əl - Bakuvi (XIV-XV əsrlər).Bakuvi - Azərbaycan mütəfəkkiri, Seyid Yəhya Cəlaləddin Bakuvi (XV əsr).Bakuvi - rəssam, Əbdülbaqi Bakuvi (XV əsr).Bahar (f. yaz fəsli) - şair, Mirzə Nəsrullah Hacı Əbdülqasım oğlu Bahar Şirvani (XIX əsr).Baharlı - məşhur alim, Məhəmməd Həsən Vəli Baharlı (XX əsr).Baxış (bax feilindən düzəlib) - şair, Mirzə Baxış Nadim (XIX əsr).Beyləqani (Beyləqan toponimindən düzəlib) - şair, Bücirəddin Beyləqani (XII əsr).Bəd'i (ə. ixtira, yenilik, nadir tapılan şey) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Bəzmi (f. eyş-işrət, eyş-işrət poeziyası) - şair, Məşhədi İsmayıl Hacı Kazımzadə Bəzmi (XIX əsr).Bəndgir (f. vurğun, vurulmuş; aşiq) - Azərbaycan xəttatı, Bədrəddin Məhəmməd Təbrizi Bəndgir (XIV əsr).Bərdəi (Bərdə toponimindən düzəlib) - alim, Səid ibn Bərdəi (X əsr). Bərdəi - şair, Şeyx İbrahim ibn Şahbəddin Gülşəni (ikinci təxəllüsü: Bax: Heybəti), (XV-XVI əsrlər).Bəsiri (ə. uzaqgörən, anlayan; bilici, fərasətli) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Bəsir - publisist, Nemət Bəsir Hacıyev (XX əsr).Bəhmənli - şair, Vaqif Bəhmənli Quliyev (XX əsr).Bidari (f. ayıq, oyaq, sayıq; diqqətli) - şair, əsil adı məlum deyil (XV-XVI əsrlər).Bikəs (f. kimsəsiz, köməksiz) - şair, əsl adı məlum deyil (XVIII əsr).Bikəs - şair, Hacı Molla Hüseyn Bikəs (XIX əsr).Bikəs - şair və publisist, Əli Nəzmi Bikəs. O, otuzdan artıq təxəllüs və gizli imzalarla yazırdı (XIX-XX əsrlər).Binəva (f. səssiz, köməksiz, kimsəsiz) - şair, Mirzə Məhəmmədəli Binəva (XIX əsr).Binnətoğlu - şair, Əlixan Binnət oğlu Səmədov (XX əsr).Bixud (f. özünü itirmiş, huşsuz) - şair, Molla Ağa Hacı Tağızadə (XIX əsr).Bığıqanlı - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Bığıqanlı Bəyduz Əmən (Kitabi Dədə Qorqud).Boğazca Fatma - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Boğazca Fatma (Kitabi Dədə Qorqud).Bozalqanlı (Bozalqan toponimindən düzəlib) - aşıq, əməkdar incəsənət xadimi, Hüseyn Cəfərqulu oğlu Quliyev Bozalqanlı (XIX-XX əsrlər).Borçalı (Borçalı toponimindən düzəlib) - şair, Eyvaz Məhəmməd oğlu Borçalı (XX əsr).Borçalı (Borçalı toponimindən düzəlib) - filoloq-jurnalist Müşfiq Mədəd oğlu Çobanov (XX-XXI əsrlər)Buta - şair, Səadət Nəbiyeva (XX-XXI əsrlər).Bülbül (bülbül zoonimindən düzəlib - məşhur müğənni, SSRİ xalq artisti, Murtuz Məşədi Rza oğlu Məmmədov (XX əsr).Bülbülcan - xanəndə. Əbdülbağı Kərbəlayi Əli oğlu Zülalov (XIX-XX əsrlər).Bürhan (ə. dəlil, isbat, sübut) - şair, əsl adı məlum deyil (XVII əsr).CCavan - aşıq, əməkdar mədəniyyət işçisi, Aşıq Hüseyn Cavan Mikayıl oğlu Əliyev (XX əsr).Cənnəti (ə. behişt əhli) - şair, Mirzə Əbdulxaliq Cənnəti (XIX əsr).Cilovdarlı (Cilovdar toponimindən düzəlib) - aşıq, Aşıq Mirzə Əhməd oğlu Bayramov (XX əsr).Coşqun - şair, İskəndər Coşqun (XX əsr).Coşqun - şair, jurnalist, Mədəd İsa oğlu İsmayılov (XX əsr).Cümri - şair, Məmmədağa Cümri (XIX əsr). ÇÇəmənzəminli (Çəmənzəminli oronimindən düzəlib) - yazıçı, Yusif Vəzir Çəmənzəminli (XX əsr).Çəmənli - şair, Əkbər Çəmənli (XX əsr). D Dağlı (dağ oronimindən düzəlib) - yazıçı və dramaturq, Seyfəddin Əliağa oğlu Abbasov Dağlı (XX əsr).Dağıstanlı (Dağıstan toponimindən düzəlib) - görkəmli aktyor, SSRİ xalq artisti, İsmayıl Yusif oğlu Hacıyev Dağıstanlı (XX əsr).Dağıstanlı - şairə, Şərafət Dağıstanlı (XX əsr).Darablı (Darab toponimindən düzəlib) - aktyor və rejissor, Rza Nəcəfqulu öğlu Hüseynov Darablı (XIX-XX əsrlər).Deyləmi (Deyləm toponimindən düzəlib) - filosof, Əbdülhəsən Bəhmənyar Deyləmi (X-XI əsrlər).Dədə (ağsaqqal, məsləhətçi, nəslin və ya cəmiyyətin rəhbəri, başçısı, hörmətli şəxs) - “Dədə Qorqud” dastanlarının düzücüsü, Dədə Qorqud (Kitabi Dədə Qorqud).Dədə - maarifçi, Dədə Ömər Rövşəni (XV-XVI əsrlər).Dədə bəy - Səfəvi sərkərdəsi, Abdal bəy - Dədə bəy (XV-XVI əsrlər).Dəli şair - Bax: Vurğun.Dəli (igid, qəhrəman, cəsur, qoçaq) - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Əvrən (Kitabi Dədə Qorqud). Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Domrul (Kitabi Dədə Qorqud).Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Dondar (Kitabi Dədə Qorqud).Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Budaq (Kitabi Dədə Qorqud).Dəli - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəli Qarcar (Kitabi Dədə Qorqud).Dəmir donlu - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Dəmir Donlu Mumaq (Kitabi Dədə Qorqud).Dərdimənd (f. dərdli, dərd çəkən, dərd sahibi, aşiq, vurğun) - maarifçi, jurnalist, ədəbiyyatşünas, Mirzə Həsən Tahirov Dərdimənd (XIX-XX əsrlər).Dəxil (ə. birinə pənah aparan, başqasına sığınan) - şair, Axund Molla Hüseyn Dəxil Marağalı (XIX əsr).Divanbəyioğlu - yazıçı, maarif xadimi, Abdulla bəy Vəli oğlu Sübhanverdixanov Divanbəyoğlu (XIX-XX əsrlər).Didə (f. göz, ağlar göz) - şair, Mirzə Nəsrullah Didə Qurbanbəyov (XIX əsr).Dilbazi (f. ürəyə yatan, könül açan, sözü və hərəkəti xoş olan, gözəl) - şairə, Mirvarid Paşa qızı Dilbazi (XX əsr).Dilqəm - aşıq, Həsən Dilqəm (XIX əsr).Dilsuz (f. ürəkyandıran, çox təsirli, birinin dərdinə ürəkdən yanma, acıma) - şair, Məhəmməd Əmin Dilsuz (XIX əsr).Dilsuz - şair, əsl adı məlum deyil (XIX-XX əsrlər).Dilxun (f. ürəyi qana dönmüş, çox kədərli, qəmli-qüssəli) - şair, Mirzə ağa Dilxun (XIX əsr).Dodui (Şəkidə mikro toponim) - şair, Molla İbrahimxəlil Dodui İbrahim (XIX əsr).Duyğun - şair, Ramiz Duyğun (XX əsr).Dülgər - şair, Rəsul Dülgər (XIX əsr).Dünyamalı Kərəm - şair, jurnalist, Dünyamalı Kərəm oğlu Əliyev (XX əsr).Düşgün - şair, S.Vurğunun ilk təxəllüsü. Bax: Vurğun.Düşgün - şair, Əlixan Bayram oğlu Abbasov (XX əsr). EEl vurğunu - Bax: Vurğun.Elsevər - jurnalist, yazıçı Emin Mahmudov (XX əsr).Elçin - şair, Teymur Süleyman oğlu Əliyev Elçin (XX əsr).Eşqi (ə. sevginin ən yüksək dərəcəsi, ehtirasla sevmə, yüksək həvəs) - şair, Mirzadə Eşqi (XX əsr).ƏƏbülfəz - Bax: Nəsimi.Əbhəri (ə. Nərgiz çiçəyi, gözəl göz, gözəl, qəşəng, gözəl adam) - Azərbaycan mütəfəkkiri, Əbubəkr Məhəmməd ibn Abdulla Əbhəri (X əsr). Əvəz Sadıq - yazıçı və jurnalist, Əbülfəz Əli oğlu Sadıqov (XX əsr).Əvəzəli Muğanlı - rəssam, Əvəzəli Səfiqulu oğlu Muğanlı (XVIII-XIX əsrlər).Əza (ə. yas, matəm, cəfa) - şair, Molla Baba Əza (XIX əsr).Əzizi - şair, əsil adı məlum deyil (XVII əsr).Əlvəndi (Əlvənd toponimindən düzəlib) - aktyor, Məhəmmədbəy Məlikov Əlvəndi (XIX-XX əsrlər).Əli Nazim - görkəmli ədəbiyyatşünas, Ələkbər Mahmud oğlu Mahmudzadə (XX əsr).Əli Nəzmi - şair, Əli Məhəmmədzadə (XIX-XX əsrlər).Əli Razi - şair, Əli Məşədi Yəhya oğlu Şəmçizadə (XIX-XX əsrlər).Əli Tudə - şair, Əli Qulu oğlu Cavadzadə (XX əsr).Əmani (ə. kömək, yardım) - şair, Məhəmməd Əmani (XVII əsr).Ərdəbili (Ərdəbil toponimindən düzəlib) - alim, Əbülhəsən Yəqub ibn Musa əl Ərdəbili (X əsr).Ərdəbili - şair, Arif Ərdəbili (XIV əsr).Ərəblinski (ərəb etnonimindən düzəlib) - aktyor və rejissor, Hüseyn (Hüseynala) Məmməd oğlu Xələfov (XIX-XX əsrlər).Əsir Əli - memar, Əcəm Əli (XV-XVI əsrlər).Əsiri (ə. yoxsulluq) - şair, əsl adı məlum deyil. O, Xəzani (f. payız, payız küləyi) - təxəllüsü ilə də şeirlər yazıb (XV-XVI əsrlər).Əfqanlı (əfqan etnonimindən düzəlib) məşhur teatr rəssamı, Bədurə Məlik qızı Ağamalova (XX əsr).Əfqanlı - aktyor, Azəbaycan Respublikasının xalq artisti, Rza Rüstəm oğlu Cəfərzadə (XX əsr).Əfşar (əfşar etnonimindən düzəlib) - şair, Sadıq bəy Əfşar (XVI əsr).Əfşar - alim, Mirzə Mustafa Əfşar (XIX əsr).Əxtər (f. ulduz kosmonimindən düzəlib) - şair, Mirzə Əliqulu xan Əxtər (XIX əsr).Əhmədi - tərcüməçi, əsl adı məlum deyil (XV-XVI əsrlər).Əhməd Cavad - şair, Cavad Məmmədəli oğlu Axundzadə (XIX-XX əsrlər).Əhmədoğlu - şair, Osman Əhməd oğlu Osmanov (XX əsr).FFaqih (ə. yoxsulluq, ehtiyac, fağırlıq) - şair, Sulu Faqih (XIV əsr).Faiz - şair, Molla Əhməd Faiz (XIX əsr).Fani (ə. puç olan, qalmayan, həmişəlik olmayan, çox zəif, gücsüz, əldən düşmüş) - şair, Mirzə Sadıq Fani (XIX əsr).Faruq (ə. ayıran, fərqləndirən, fərq qoyan) - şair, Abdulla Musa oğlu Əfəndiyev Faruq (XX əsr).Fateh (ə. açan, acıcı, başlayan, başlayıcı, özgəni fəth edən) - şair, Kərim ağa ibn Fətəli xan Fateh (XIX əsr).Fəqir (ə. yoxsulluq, fağırlıq, ehtiyac) - şair, Hacı ağa Ordubadi Fəqir (XIX əsr).Fədai (ə. bir məqsəd uğrunda ömrünü fəda edən, həyatını qurban verən) - məşhur şair, əsl adı məlum deyil (XVI əsr).Fədai - şair, Mirzə Nəbi Qaib Fədai (XIX əsr).Fəna (ə. puç, heç olan, aciz) - şair, Mirzə Rəhim Fəna (XIX əsr).Fəraqi (ə. hicran, ayrılıq) - şair, əsl adı məlum deyil (XVIII əsr). Fəthi Xoşginabi (ə. açma, boşalma, qabiliyyət, zəfər) - yazıçı, Həmzə Əli oğlu Fəthi Xoşgibani (XX əsr). Fəxri (ə. hörmətli, möhtərəm, şərəfli) - şair, Zakir Fəxri (XX əsr). Fikrət Qoca - şair, Fikrət Göyüş oğlu Qocayev (XX əsr). Fikrət Sadıq - şair, Fikət Abbas oğlu Sadıqov (XX əsr). Fövzi (ə. qələbə, qalibiyyət, qurtuluş, nicat, əldə etmə, malik olma) - şair, Əbdülbaqi Fövzi (XX əsr). Franço (partizan təxəllüsü) - İtaliyada müqavimət hərəkatının iştirakçısı, Şahbaba Yaqub oğlu Məcidov (XX əsr). Füzuli (ə. həddini bilməyən, həddini aşan, özünə aid olmayan işlərə qarışan, yersiz danışan, uzunçuluq edən, boşboğaz, ədəbsiz) - dünya şöhrəti qazanmış məşhur şair, Məhəmməd Süleyman oğlu Füzuli (XVI əsr).GGəncəvi (Gəncə toponimindən düzəlib) - dünya şöhrəti qazanmış məşhur şair, İlyas Yusif oğlu Nizami Gəncəvi (XII əsr).Gəncəvi - şair, Mahmud Nizaməddin Əbü Ula Gəncəvi (XII əsr).Gəncəvi - şairə, Məhsəti xanım Gəncəvi (XII əsr).Gəncəvi - alim, Şeyx İbrahim Qüdsi Gəncəvi (XIX əsr).Gəncəli - aşıq Lətif Əzizov Gəncəli (XX əsr).Gorani (Goran toponimindən düzəlib) - ziyalı, Əsgər ağa Haqverdi ağa oğlu Adıgözəlov Gorani (XIX-XX əsrlər).Göycəli (Göycə toponimindən düzəlib) - məşhur aşıq, Ələsgər Göycəli (XIX əsr).Göycəli - aşıq, Musa Göycəli (XIX əsr).Gülçin (f. gül dərən, bağban, hər şeyin yaxşısı, kifayətlisi) - şair, dramaturq, Hüseyn Cavid Gülçin (H.Cavidin ilk təxəllüsü) (XX əsr).Gülşəni - Bax: Bərdəi Gülşəni.Günər - şair, Məstan Rəsul oğlu Əliyev (XX əsr).HHaqq Aşığı -Bax: Aşıq - Sarı Aşıq.Hali (ə. xəbərdar, bilən, məlumatlı) - şair, əsl adı məlum deyil (XVII əsr).Hami (ə. himayə edən, saxlayan) - şair , əsl adı məlum deyil (XVII əsr).Hamidi (ə. himayə edən sözündəndir) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Hamidi - şair, əsl adı məlum deyil (XVII-XVIII əsrlər).Hammal - şair, Bayraməli Abbaszadə Hammal (XX əsr).Haşimi (Haşimilər etnonimindən düzəlib) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Heybəti (ə. qorxu, dəhşət, hörmət, izzət, ləyaqət, etibar, nüfuz) - şair, Şeyx İbrahim ibn Şahbəddin Heybəti (ilk təxəllüsü) (XV-XVI əsrlər).Həbibi (ə. dost, sevgili, sevilən, aşi) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Həvəskar - şair, Allahverdi Hacıyev Həvəskar (XX əsr).Həqayiq (ə. həqiqətlər) - şair, Xaqaninin gəncliyində qəbul etdiyi təxəllüs, Bax: Xaqani.Həqiqi - şair, Şahcahan Həqiqi (XV-XVI əsrlər).Həqiqi - Səfəvi hökmdarının qızı, Pərixan Həqiqi (XVI əsr).Həqiri (ə. qədir-qiyaməti olmayan, alçaq, hörmətsiz, az kiçik, görkəmsiz)-şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Həzarə (ə.bülbül zoonimindən düzəlib) - şair, Mirzə Rzaqulu Həzarə (XIX əsr).Həmrah (f. yoldaş, yol yoldaşı) - şair, əsl adı məlum deyil (XVIII əsr).Hərdəmxəyal - bu imza və ya təxəllüsdən C.Məmmədquluzadə, M.S.Ordubadi və başqaları da istifadə etmişdir.Həsən Qara - şair, Hadi Həsən bəy Rzaqulu bəy oğlu Həsən Qara (XIX əsr).Həssani - Əcəm (VII əsrdə yaşamış məşhur ərəb şairinin adıdır) - şair Xaqaniyə əmisi Kafiəddin Ömər Osman oğlu tərəfindən verilən təxəllüs. Bax: Xaqani.Həsiri - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Həsir - şair, əsl adı məlum deyil (XVII əsr).Hidayət (ə. gətirmə, qoyma, doğru yola çagırma, rəhbərlik, rəhbərlik etmə) - şair, Əfsəddin Hidayətullah Hidayət (XV əsr).Hüzni (ə. kədər, qəm, qüssə) - şair, Molla Məhəmməd Hüzni (XIX əsr).Hüman (ə. cənnət quşu, dövlət quşu, uğurluq, xoşbəxtlik, səadət) - şair, əsl adı məlum deyil (XVII əsr).Hüseyni (ə. gözəl) - şair, əsl adı məlum deyil (XVIII əsr).Hüseyni - Bax: Nəsimi.XXaqani (xaqan sözündən götürülüb) - görkəmli şair, Əfzələddin İbrahim Əli oğlu Xaqani, Məliküş - şüəra Əbül-Üla Gəncəvi Əfzələddin İbrahim Şirvanşahlar sarayına aparıb, ona “Xaqani” təxəllüsü verir. Xalxali (ə. qızıl qolbağı) - şair, Ağa Mirzə Məhəmməd bağır Xalxali (XIX əsr). Xan qızı - Bax: Natəvan. Xani - şair, Məşhədi Hidayət bəy Xani (XIX əsr). Xəzri - şair, Nəbi Ələkbər oğlu Babayev (XX əsr). Xəzani (f. payız, payız vaxtı) - tarixçi, şair, Mir Mehdi Haşım oğlu (XIX əsr). Xəzani - Bax: Əsiri. Xəyali - şair, Mirzə Mövsün Xəyali (XIX əsr). Xəlili - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər). Xəlifə (ə. Hökumət başçısı, canişin, məclisdə başçılıq edən) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər). Xəminə - şairə, Fatma xanım Xəminə (XIX əsr). Xəndan (f. gülən, şən, açılmış gül) - məşhur ədəbiyyatşünas alim və şair, professor Cəfər Xəndan Zeynal oğlu Hacıyev (XX əsr). Xəndan - şair, alim Rafiq Zəka Xəndan Hacıyev (XX əsr).Xəstə - şair, Bayraməli Abbasəli oğlu Xuduyev (XX əsr). Xəstə Baxış - Bax: Nadim Mirzə Baxış. Xəstə Xətai - Bax: Şah İsmayıl Xətai. Xətai - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər). Xətai - şair və dövlət xadimi Şah İsmayıl Şeyda Heydər oğlu Xətai (XV-XVI əsrlər). O, Şah Xətai, Miskin Xətai təxəllüsü ilə də şeirlər yazırdı. Xətai-şair, Şuştəri Xətai (XV-XVI əsrlər). Xətai-şair və sənətkar, Səmərqəndi Xətai (XV-XVI əsrlər). Xətai-şair, Sui Xətai (XV-XVI əsrlər). Xətai- sənətkar, Yəzdi Xətai (XV-XVI əsrlər). Xətai- sənətkar, Kocrati Xətai (XV-XVI əsrlər). Xətai- sənətkar, Mir Qurban Xətai (XV-XVI əsrlər). Xurşid ( f. günəş) - şair, əsl adı məlum deyil (XVIII əsr). Xülqi (ə. təbiət, xasiyyət) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).İİlkin - yazıçı, Qılman İsabala oğlu Musayev İlkin (XX əsr).İrəvani (İrəvan - Yerevan toponimindən düzəlib) - rəssam, Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvani (XIX əsr).İsfahanlı (İsfahan toponimindən düzəlib) - aktyor, Gürcüstan Respublikasının xalq artisti, İbrahim Hüseyn oğlu Hüseynzadə (XIX-XX əsrlər).KKazım Ziya - aktyor, Kazım Cəfər oğlu Kazımzadə (XIX-XX əsrlər).Katib - şair, Mirzə Məhəmməd Katib (XIX əsr).Katibi - şair, əsil adı məlum deyil (XV-XVI əsrlər).Keçəçi Məhəmməd - xanəndə, Məhəmməd Məşədi Xəlil oğlu (XIX-XX əsrlər).Kəmərli (Kəmərli toponimindən düzəlib) - şair, jurnalist, Aslan Mustafazadə (XX əsr).Kəminə (f. azacıq, cüzi, kiçik, fağır, yazıq) - şairə, Fatma xanım Kəminə (XIX əsr).Kəngərli (Kəngər etnonimindən düzəlib) - rəssam, Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli (XIX-XX əsrlər).Kəşan (f. çəkən, aparan, çəkərək aparan) - şair, İbn Kəşan, əsl adı məlum deyil (XVIII əsr).Kişvəri (f. ölkə, məmləkət, vilayət) - şair, Nemətulla Kişvəri Dilməqani (XV-XVI əsrlər).Kor Əhəd - qarmonçalan, Əhəd Fərzali oğlu Əliyev (XIX-XX əsrlər).Kövkəb (ə. ulduz, göy cisimlərinin hər biri) - tarixçi və dilçi alim, şair Mirzə Məhəmməd Mehdixan ibn Məhəmməd Nasir Əstra badi Kəvkəb (XVIII əsr).Kürçaylı (Kür hidronimindən düzəlib) - şair, Əliağa Həsənağa oğlu Kürçaylı (XX əsr).Kühənsal - şair, Mehdixanağa Kühənsal. S.Vurğunun mənsub olduğu Vəkilovlar nəslindəndir (XIX əsr).QQazi Bürhanəddin - şair, alim və dövlət xadimi, Əhməd Şəmsəddin oğlu Qazi Bürhanəddin (XIV əsr).Qazi Əhməd Qəffari (ə. günahları bağışlayan) - Səfəvi tarixçisi, Əhməd ibn Məhəmməd əl-Qəffari əl Qəzvini (XVI əsr).Qandal Nağı - Qaçaq hərəkatının başçılarından biri, Qandal Nağı Nəsib oğlu (XIX-XX əsrlər). Qantəmir - şair. Qafur Səbi oğlu Əfəndiyev (XX əsr).Qarabaği (Qarabağ toponimindən düzəlib) - alim, İzzəldin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVI-XVII əsrlər).Qarabaği - alim, filosof, Yusif Məhəmmədcan oğlu Qarabaği (XVII əsr).Qarabaği - şair, Həsən Qara Hadi Qarabaği (XIX əsr).Qarabaği - alim, Mirzə Adıgözəl bəy Qarabaği (XIX əsr).Qarabaği - rəssam, Mir Möhsün Nəvvab Qarabaği (XIX əsr).Qarabaği - həkim, Mirzə Məmmədqulu Mollahəsən oğlu Qayıbov Qarabaği (XIX əsr).Qarabaği - rəssam, boyakar, usta Qənbər Qarabaği (XIX-XX əsrlər).Qaradaği (Qaradağ toponimindən düzəlib) - şair, Həsənəli xan Qaradaği (XIX əsr).Qarayazı (Qarayazı toponimindən düzəlib) - aşıq. Aşıq Əlixan Ömərov (XX əsr).Qaraca - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Qaraca Çoban (Kitabi Dədə Qorqud).Qasımi (ə. bölən, bölüşdürən) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər). Qasir (ə. günahkar, bacarıqsız, gücsüz, zəif, aciz) - şair, Mirzə İsmayıl Səlim oğlu Axundov (XIX əsr).Qatır Məmməd - Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübariz, kəndli hərəkatının rəhbəri, Məmməd Əli oğlu Məmmədov (XIX-XX əsrlər).Qafqazlı (Qafqaz toponimindən düzəlib) - aktyor, əməkdar artist, Hacıməmməd Ələkbər oğlu Quliyev (XX əsr).Qafqazlı - şair, jurnalist, Qara Qafqazlı (XX əsr).Qafil (ə. bixəbər, etinasız) - şair, Əli Əkbər Namaz oğlu Qafil (XIX əsr).Qafur Rəşad - coğrafiyaşünas, maarif xadimi, Qafur Ələkbər oğlu Mirzəzadə (XIX-XX əsrlər).Qaçaq Yusif - Azərbaycanda qaçaq hərəkatının başçılarından biri, Qaçaq Yusif Əli oğlu (XIX-XX əsrlər).Qacaq Kərəm - qaçaq hərəkatı başçılarından biri, Kərəm İsgəndər oğlu Mollazalov (XIX-XX əsrlər).Qaçaq Nəbi - Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı, Qaçaq Nəbi Alı oğlu (XIX əsr).Qaçaq Süleyman - Azərbaycanda kəndli hərəkatının başçısı, qaçaq Süleyman ağa Hüseyn oğlu (XIX-XX əsrlər).Qədirli (ə. qadir, qüdrətli) - Azərbaycanda Sovet Hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, Möhsün Nəciməddin oğlu İsrafilbəyov (XIX-XX əsrlər).Qəzvini (Qəzvin toponimindən düzəlib) - filosof, Nəcməddin Əli ibn Ömər Əli Qəzvini (XIII əsr).Qəmküsar (ə. - f. birinin qəmini çəkən, təsəlli verən: sadiq dost, qəmli, qüssəli) - şair və ictimai xadim. Əliqulu Ələkbər oğlu Nəcəfov Qəmküsar (XX əsr).Qəmli - aşıq, Aşıq Hüseyn Qəmli (XX əsr).Qəmli - el şairi, Məhəmməd Novruz oğlu Əliyev (XX əsr).Qərib Aşıq - Bax: Aşıq - Sarı Aşıq.Qiyaslı - (ə. kömək, yardım, köməkçi, əltutan) - şair, Əjdər Xanlar oğlu Əsgərov (XX əsr).Qıyan (feili sifətdən düzəlib) - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Qıyan Səlcuq (Kitabi Dədə Qorqud).Qırxbulaqlı (Qırxbulaq toponimindən düzəlib) - şair, Məmməd Həlifə Aciz Qırxbulaqlı (XIX əsr). Qonur (şabalıd rəngli, açıq qəhvəyi) - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Qonur Qoca (Kitabi Dədə Qorqud).Qövsi (ə. qövsə oxşayan, göy qurşağı) - şair, İsmayıl Qövsi (XVII əsr). Qövsi - şair, Əlican Qövsi (XVII əsr). Qövsi - şair, əsl adı məlum deyil (XVII-XVIII əsrlər). Qumri (qumru zoonimindən düzəlib) - şair Mirzə Məhəhmməd Tağı Qumri (XIX əsr). Qudyalçaylı (Qudyalçay toponimindən düzəlib) - şair, Murad Veysal oğlu Arzumanov (XX əsr).Qutqaşınlı (Qutqaşen toponimindən düzəlib) - yazıçı, İsmayıl bəy Nəsrullah Sultan oğlu Qutqaşınlı (XIX əsr).Qüdsi (ə. müqəddəs) - şair, alim, Abbasqulu ağa Bakıxanov Qudsi (XIX əsr).Qüdsi - şair, Şeyx İbrahim Qüdsi (XIX əsr).Qüdsi - şair, Mir Əbdürrəhman Qüdsi Vənəndi (XIX əsr).LLağlağı - bu imza və ya təxəllüsdən C.Məmmədquluzadə, Ö.Faiq, Ə.Haqverdiyev, R.Nəcəfov və başqaları da istifadə etmişdir.Ləli (ə. yaqut növündən olan al rəngli qiymətli daş) - şair, Mirzə Əlixan Şəmsül Hükamə Ləli (XIX əsr).Ləli - şair, əsl adı məlum deyil (XIX əsr).Ləmbərani (Ləmbəran toponimindən düzəlib) - şair, Mirhüseyn Ləmbərani (XVIII əsr).MMakulu (Makulu toponimindən düzəlib) - yazıçı, Abbas Ələkbər oğlu Pənahi Makulu (XX əsr).Marağalı (Marağa toponimindən düzəlib) - şair, Əvhədi Marağalı (XIV əsr).Marağalı - şair, Əşrəf ibn Əbülhüseyn ibn əl Həsən Marağayi (XIV-XV əsrlər).Marağayi - musiqi nəzəriyyəçisi, əsl adı məlum deyil (XIV-XV əsrlər).Marağayi - yazıçı, maarifçi Zeynalabdin Marağayi (XIX-XX əsrlər).Matəmi (ə. yas saxlayan, qara geyinən) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Mehdi Hüseyn - yazıçı, dramaturq, tənqidçi və ictimai xadim, Mehdi Əli oğlu Hüseynov (XX əsr).Mədədi (ə. kömək, yardım, imdad) - şair, əsl adı məlum deyil (XVIII əsr). Mədinə Gülgün - şair, Mədinə Nurulla qızı Ələkbərzadə (XX əsr).Məzlum (ə. zülm edilmiş, yazıq, fağır) - şair, əsl adı məlum deyil (XVIII əsr).Məlali (ə. düşgünlük, qəm, qüssə, kədərlənmə) - şair, əsl adı məlum deyil (XVIII əsr).Məlum (ə. aydın, aşkar, bilən, bəlli) - şair, əsl adı məlum deyil (XVII əsr).Məmməd Araz (Araz hidronimindən düzəlib) - şair, Məmməd İnfil oğlu İbahimov (XX əsr).Məmməd Rahim - şair, xalq şairi, Məmməd Rahim Abbas oğlu Hüseynov (XX əsr).Məmnuni (ə. razı, minnətdar) - şair, Mirzə Həsən Əfəndi Əlqədari Məmnuni (XIX əsr).Mənsur (ə. qələbə çalmış, üstün gəlmiş) - şair, Səməd Mənsur (XX əsr).Mərəndi (Mərənd toponimindən düzəlib) - məşhur Sufi, Hüseyn ibn Cəbrail Mərəndi (X əsr).Məriz (ə. xəstə, xəstələnmiş, kefsiz) - şair, Mirzə Məhərrəm Məriz (XIX əsr).Məsih (ə. sürtülmüş, yağlanmış, İsa peyğənbərə verilən ləqəb) - şair, əsl adı məlum deyil (XVII əsr).Məsih (Məsihi) Məsiha -şair, əsl adı məlum deyil (XVIII əsr).Mətin - şair, müəllimə, Mayqa Mətin Əliyeva (XX əsr).Məftuni (ə. vurğun, eşq mübtəlası, aşiq, heyran olmuş, valeh olmuş) - jurnalist, şair, Qasım Əhmədov (XX əsr).Məftuni - müəllim, şair, Veysəl Vəliyev (XX əsr).Məxfi (gizlin, sirli) - şair, Məhəmmədəli bəy Məşhədi Əsəd bəy oğlu Məxvi (XIX əsr).Məhvi (məhv olmuş, ədalətsizlik üzündən məhv olan) şair, əsl adı məlum deyil (XVII əsr).Məhzun (ə. hüznlü, kədərli, qəmli, həzin) - şair, əsl adı məlum deyil (XVIII əsr).Məşriği (ə. şərq, günəşin doğduğu tərəf) - Azərbaycanda Sovet hakimiyyəti uğrunda fəal mübariz, şair və dramaturq, Zeynal Məşriqi Zeynalov (XX əsr).Mir (f. başçı, ağa, əmr edən, hakim) - şair, Mir Möhsün (XIX əsr).Mir Cəlal - yazıçı, Mir Cəlal Əli oğlu Paşayev (XX əsr).Mirzə (f. mirzə, ziyalı, oxumuş) - şair, Mirzə Həsən (XVIII əsr).Mirzə Gülzar - mollanəsrəddinçi şair, Bayraməli Abbaszadə (XX əsr).Mirzə - Azərbaycan xalqı arasında qədim zamanlarda hökmdarlara və vəzifəli şəxslərə, XVIII əsrdən isə böyük məhəbbət və ehtiram əlaməti olaraq yazıçı, şair və alimlərə verilən təxəllüs: Məsələn, Mirzə Həsən (XVIII-XX əsrlə), Mirzə Mehdi Naci (XIX əsr), Mirzə Cəlil Məmmədquluzadə (XIX-XX əsrlər), Mirzə Ələkbər Sabir (XIX-XX əsrlər), Mirzə Feyzulla Səməd oğlu Qasızadə (XX əsr) və s. “Mirzə” təxəllüsünə layiq görülmüşdür. Mirək Nəqqasi - miniatür rəssam və xəttat, Əmir Ruhullah (XV-XVI əsrlər).Miskin (ə. yoxsul, fəqir, yazıq, bacarıqsız, aciz) - şair, Məmməd Cəfər Miskin Şəmkirli (XIX əsr).Miskin - Bax: Şah İsmayıl Xətai.Miskin - şair, Mirzə Baxış Nadim (XIX əsr).Miskin Xətai - Bax: Xətai - Şah İsmayıl Xətai.Molla Nəsrəddin - böyük demokrat, yazıçı və ədib, ictimai xadim Mirzə Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə. Onun yüzə qədər müxtəlif imzaları və təxəllüsləri olmuşdur (XIX-XX əsrlər). Mozalan - bu imza və təxəllüsdən C.Məmmədquluzadə, Q.Şərifzadə, Ə.Haqverdiyev, S.Mümtaz və başqaları da istifadə etmişdir.Mustovfi - tarixçi, Həmdullah Mustovfi Qəzvini (XIII-XIV əsrlər).Musəvi Seyid - yazıçı, Mir Həsən Hacı Mirağa oğlu Mövsunov (XIX-XX əsrlər).Mübariz - yazıçı, jurnalist, Məmməd Əli oğlu Əlizadə Mübariz (XX əsr).Müqtədir (ə. qüdrətli, güclü, qüvvətli, bacarıqlı) - Azərbaycanda və Dağıstanda Sovet hakimiyyəti uğrunda mübariz, Əbdül Müqtədir Aydınbəy oğlu Aydınbəyov (XIX-XX əsrlər).Müznib (ə. günahkar, təqsirli) - yazıçı, jurnalist, Əliabbas Mütəllibzadə Müznib (XX əsr).Müniri (ə. nurlu, işıqlı, aydın, parlaq) - şair, Ağa Dadaş Muniri (XIX əsr).Müsəvi - gökəmli partiya və mədəniyyət xadimi, M.H.Möhsünov Müsəvi (XX əsr).Müsəvvir (ə. təsvir edən, rəssam) - şair, Mirzə Məhəmməd Müsəvvir (XIX əsr).Mütəlle (ə. xəbərdar, məlumatlı) - müəllim, Mirzə Kazım Əsgərzadə Mütəlle (XIX əsr).Müfidzadə - Bax: Yoldaş.Müştaq (ə. arzulayan, istəyən, şövqlü, həvəsli) - şair, əsl adı məlum deyil (XVIII əsr).Müştaq - şair, Əli Abbas Müştaq (XIX əsr).Müştəri (ə. alıcı, Yupiter planetinin adı) - şair, Fətəli xan Müştəri (XVIII əsr).Müşfiq (ə. mehriban, səmimi, mərhəmətli, şəfəqli, məhəbbətli, ürəyi yanan, sevən) - şair, Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (XX əsr).NNadi - Bax: Pişvəri.Nadim (ə. peşman olmuş, peşman olan) - şair, Mirzə Nadim (XIX əsr).Nadim - Bax: Miskin.Nadir (ə. az tapılan, qəribə, əcayib) - şair, əsil adı məlum deyil (XVII əsr). Nazir (ə. nəzarət edən, baxan, idarə edən, dolandıran, dövlət aparatının müəyyən sahəsini idarə edən yüksək vəzifəli şəxs) - şair Mirzə Nəbi Əfəndi Qaibov (XIX əsr).Naib (ə. əvəz, vəkil, müavin, katib) - şair, Şaxəli Naib (XIX əsr).Nakam (f. arzusuna çatmayan, mətləbinə çatmayan, kamına yetməyən) - şair İsmayıl bəy Nakam (XIX əsr).Nalan (f. nalə edən, ağlayan, inildəyən) - şair, əsl adı məlum deyil (XIX əsr).Naseh (ə. nəsihət edən, öyüd verən, nəsihətçi) - şair, əsl adı məlum deyil (XVII əsr).Naseh - şair, əsl adı məlum deyil (XVIII əsr).Naseh - şair, Ağali bəy Əfəndizadə Naseh (XIX əsr).Naseh Şeyx - şair, Naseh Şeyx İbrahim Qüdsi (XIX əsr).Nasir (ə.yazıçı, ədib) - şair, Abbasağa Nasir (XIX əsr). Nasir - şair, Mustafa Ağa Qiyasbəyli (XIX əsr).Natəvan (f. zəif, qüvvətsiz, gücsüz, dərmansız, iqtidarsız, aciz) - şairə, Xurşidbanu Mehdiqulu xan Natəvan (XIX əsr). Onun “Xan qızı” təxəllüsü də olmuşdur.Natiq (ə. nitq edən, danışan, söyləyən, məharətlə danışmaq bacarığı olan) - şair, Hüseyn Natiq (XX əsr).Nafə (f. xüsusi cinsdən olan göbəyindəki müşk vəzisi) - şair, Hacı Mahmud Əfəndi Nafə (XIX əsr).Naxçıvani (Naxçıvan toponimindən düzəlib) - görkəmli memar, Əcəmi Əbubəkr oğlu Naxçıvani (XII əsr).Naxçıvani - memar, Əhməd ibn Əyyub əl Hafiz Naxçıvani (XIV əsr). Naci (ə. Nicat verən, xilas edən, qurtulan) - şair, Mirzə Mehdi Naci (XIX əsr).Nəbati (ə. bitkiyə oxşayan, bitkiyə aid olan, bitkidən olan) - şair, Seyid Əbdülqasım Möhtərəm oğlu Nəbati (XIX əsr).Nəva (f. avaz, səs, ahəng, muğam, nəğmə, şərq musiqisində muğam və pərdənin adı, var, dövlət, sərvət, pay, nəvə) - şair, Cəfərqulu xan Nəva (XVIII əsr).Nəvvab (ə. naiblər, canişinlər) - şair, Mir Möhsün Nəvvab Qarabağlı (XIX əsr).Nəvvab - şair, rəssam, musiqişünas, Mir Möhsün Hacı Mirəhməd Nəvvab (XIX əsr). Nəqqaş (ə. yağlı və sulu boyalarla divarda, tavanda və sairədə nəqşlər çəkən, sənətkar, rəssam, yaradıcı) - şair, Lətif Nəqqaş (XIX əsr).Nəzərli (ə. baxma, baxış, mülahizə, düşüncə) - şair, Hacıbaba Nəzərli (XX əsr).Nəimi (ə. nemət, bolluq, rifah içində yaşama) - şair və mütəfəkkir, Şahabəddin Fəzullah Təbrizi Astrabadi Nəimi (XIV əsr).Nəsimi (ə. yüngül yel, Nəsim Bağdad yaxınlığında nahiyə) - məşhur şair, Seyid İmadəddin Nəsimi (XIV-XV əsrlər). Onun Hüseyni, Seyid, Əbülfəzl təxəllüsləri də olmuşdur.Nəcəf Rasim - rəssam, Nəcəfqulu Cavad oğlu Nəzərli (XIX-XX əsrlər).Nikbin - şair, Talıb Nikbin Məmmədov (XX əsr).Nigari (f. şəkil, surət, sevgili) - şair, Hacı Mir Həmzə Əfəndi Seyid Nigari (XIX əsr).Nicati - şair, İbrahim Əfəndi Nicati (XIX əsr).Növrəs (f. yeni növ, cavan, gənc) - şair, Mirzə Ələsgər Növrəs (XIX əsr).Növrəs - aşıq, İman Məşədi Saleh oğlu Növrəs (XX əsr).OOrdubadi (Ordubad toponimindən düzəlib) - şair, Mirzə Məhəmməd Ordubadi (XVII əsr).Ordubadi - şair, Mirzə Sadıq Ordubadi (XVII əsr).Ordubadi - şair, Hacağa Fəqir Ordubadi (XIX əsr).Ordubadi - yazıçı və ictimai xadim, Məmməd Səid Hacıağa oğlu Ordubadi (XIX əsr).PPeykər (f. bədən, cüssə, əndam, surət, çöhrə, üz, rəsm edilmiş, nəqş edilmiş) - şairə, Pəri Peykər (XV əsr).Pənahi (f. sığınma, daldalanma, himayə, yardımçı) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Pərvanə (f. kəpənək, yel dəyirmanının pəri) - aşıq, Aşıq Həsən oğlu Zeynalabdinov Pərvanə (XX əsr).Pərvin (f. Ülkər, Sürayya ulduzlarının adı) - şair, Əsəd Pərvin (XIX əsr).Pərtöv (f. parlaqlıq, işıq, şüa, ziya, nur, aydınlıq) - şair, Məhəmməd Kazım Pərtov (XIX əsr).Piran (f. qocalara yaraşan, layiq olan) - şair, Mirzə Sadıq Piran (XIX əsr).Pişvəri (f. qabaqda gedən) - görkəmli, siyasi xadim və yazıçı, Seyidcəfər Seyidcavad oğlu Cavadzadə Pişvəri. Onun “Nadi” təxəllüsü də olmuşdur (XX əsr).Polad Bülbüloğlu (bülbül zoonimindən düzəlib) - görkəmli bəstəkar və müğənni, Polad Murtuz oğlu Məmmədov (XX əsr).Pürqəmi (f. çox qəmli, çox kədərli, çox qüssəli) - şair, əsl adı məlum deyil (XIX əsr). R Rabit (ə. əlaqə, münasibət, bənd, bağ) - şair, əsl adı məlum deyil (XVII əsr). Raci (ə. rəğbət bəsləyən, arzu edən) - şair, Mirzə Əbdülxaliq Raci (XIX əsr). Razi (f. könül sirri, razı) - şair, əsl adı məlum deyil (XVII əsr). Rasim (ə. rəssam, rəsm çəkən) - məşhur rəssam, Nəcəfqulu Cavad oğlu Nəzərli (XIX əsr). Raci (ə. xahiş edən, rica edən) - şair, əsl adı məlum deyil (XVIII əsr). Raci - şair Hacı Əbdülhəsən Raci (XIX əsr). Racib - şair, Qafar Hacı Ziyad oğlu Racib (XIX əsr). Rəncur (f. xəstə, naxoş, incik, incimiş, pərt, pərt olmuş) - şairə, Şahnigar xanım Rəncur (XIX əsr). Rəsul (ə. elçi, səfir, peyğəmbər, nəbi) - şair, Hacı Rəsul (XIX əsr). Rəfeyi - şair, əsl adı məlum deyil (XVIII əsr). Rəhzən Şahin (f. yolkəsən, quldur) - şair, Məşədi Əbdül Rəhzən Şahin (XIX əsr). Rəhməti (ə. yazığı gələn, rəhm etmə, bağışlama, bəxşiş) - şair, əsl adı məlum deyil (XVII əsr). Rəşid (ə. igid, mərd, cəsur, qəhrəman) - şair, əsl adı məlum deyil (XVII əsr). Rövşən - şair, Ramiz Məmmədəli oğlu Əliyev (XX əsr).S Sabir (ə. səbr edən, səbrli, hər çətinliyə dözən) - şair, Mirzə Əhməd Sabir (XIX əsr). Sabir - şair, Seyid Rza Əmirzadə Sabir (XIX əsr). Sabir - satirik şeirin mahir ustası, şair, Mirzə Ələkbər Sabir Tahirzadə. Onun otuza yaxın imzası və təxəllüsü olmuşdur (XIX-XX əsrlər). Sabit (ə. dəyişməz, möhkəm, yerində duran, bir yerdə qərarlaşan, tərpənməz, hərəkətsiz) - şair, Mehdi Şəqai Sabit (XVIII əsr). Sabit - şair, Mirzə Həsən Sabit (XIX əsr). Sabit - şair, Axund Molla Hüseyn Sabit Qazaxi (XIX əsr). Sadaxlı (Sadaxlı toponimindən düzəlib) - aşıq, Aşıq Məhəmməd Məmmədov (XX əsr). Saili (ə. səy edən, soran, soruşan, sual verən) - şair, əsl adı məlum deyil (XVIII əsr). Salar (f. qoşun böyüyü, qəbilə başçısı, başçı) - şair, Mirzə Həsən bəy Salar (XIX əsr). Saleh (ə. yaxşı, yararlı, səlahiyyətli, ixtiyarı olan) - şair, əsl adı məlum deyil (XVIII əsr). Salik - şair Kazım ağa Salik, Vəkilovlar nəslindəndir (XIX-XX əsrlər). Sani (ə. ikinci) - yazıçı dramaturq, Süleyman Rzaqulu oğlu Axundov Sani (XX əsr). Sanılı (adlı-sanlı, şan-şöhrətli) - yazıçı Hüseyn Sanlı (XX əsr). Sarabski (Sarab toponimindən düzəlib) - xalq artisti Hüseynqulu Sarabski (XX əsr). Saraclı (Saraclı toponimindən düzəlib) - ədəbiyyatşünas alim, şair, tərcüməçi Əflatun Yunis oğlu Məmmədov Saraclı - ustad aşıq, Aşıq Hüseyn Saraclı (XX əsr). Sarıvəlli (Sarıvəlli toponimindən düzəlib) - məşhur xalq şairi, Osman Abdulla oğlu Qurbanov Sarıvəlli (XX əsr). Sahib (ə. yiyə, malik olan, himayə edən, müəllif) - şair, əsl adı məlum deyil (XVII əsr). Seyid - Bax: Nəsimi. Seyfi (ə. qılınc, yay, yay fəsli) - rejissor, aktyor, teatr xadimi, Rzaqulu Abdulla oğlu Abdulzadə (Əliyev) Seyfi (XX əsr). Səbuhi (ə. səhərə aid olan, sübhə mənsub olan, sabaha məxsus, səhər tezdən içilmiş şərab) - məşhur materialist filosof, ədib və yazıçı - dramaturq, Mirzə Fətəli Axundov Səbuhi (XIX əsr). Səyyad (ə. ovçu, ovlayan) - şair, əsl adı məlum deyil (XVIII əsr). Səyyah-şair, Hacı Səlim Səyyah (XIX-XX əsrlər). Səngərli - şair, müəllim, Əli Məmmədov (XX əsr). Səfa (ə. saflıq, parlaqlıq, təmizlik, səmimiyyət) - şair, Məhəmməd Məşədi Hüseyn oğlu Səfa (XIX əsr). Səfa - şair, Mirzə Haqverdi Səfa (XIX əsr). Səhabi (ə. yaxın adam) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər). Səhhət (ə. sağlamlıq) - şair Abbas Səhhət Əliabbas oğlu Mehdizadə (XIX-XX əsrlər). Sidqi (ə. doğruluq, gerçəklik, həqiqət, səmimilik, saflıq, təmiz üəkli) - şair, Məhəmməd Tağı Sidqi (XIX əsr).Simurğ (simurğ - zümrüd zoonimindən düzəlib - yazıçı, Tağı Şahbazi Simurğ (XIX-XX əsrlər). Sultan - Bax: Müfidzadə. Süsəni (f. zanbaq) - şair, əsl adı məlum deyil (XVI əsr). Sührəvərdi (Sührəvərd toponiminndən düzəlib) - Azərbaycan mütəfəkkiri, sufiliyin görkəmli nümayəndəsi, Əbunəcib Əbdülqahir ibn Abdulla (XII əsr). Sührəvərdi - şair və filosof, Əbdülfütuh Yəhya ibn Həbəş (XII əsr). Sührəvərdi - Azərbaycan mütəfəkkiri, görkəmli sufi, Şihabəddin Əbuhəfs Öməribn Məhəmməd (XII-XIII əsrlər). Süpehri - şair, Mirzə Cəbrail Süpehri (XIX əsr). Süruri (ə. şənlik, şadlıq, sevinc) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).ŞŞaiq (ə. şövqlü, həvəsli) - məşhur şair və ictimai xadim, Abdulla Şaiq Mustafa oğlu Talıbzadə (XIX-XX əsrlər).Şair - şair, Əbdürrəhman ağa Dilbazi Şair (XIX əsr).Şair - şair, İsgəndər ağa Qayıbbəyov Şair (XIX əsr).Şakir (ə. şükr edən, təşəkkür edən) - şair, əsl adı məlum deyil (XVII əsr).Şami (şam toponimindən düzəlib) - tarixçi alim, Nizaməddin Şami (XIV-XV əsrlər).Şah Xətai - Bax: Şah İsmayıl Xətai.Şahqulu bəy - şair, əsl adı məlum deyil (XV əsr).Şahid (ə. şahidlik edən adam, mötəbər bir əsərdən gətirilən nümunə) - şair, Mirzə Əbülhəsən Şahid (XIX əsr).Şahi (f. şaha mənsub, hökmdarlıq, şahlıq) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Şahin (Şahin zoonimindən düzəlib) - şair, Mirzə Abbas Şahin (XIX əsr).Şeyda (f. məftun, divanə, dəlicəsinə vurğun olma) - şair, əsl adı məlum deyil (XVII əsr).Şeyx Samit (ə. yaşlı adam, qoca, təriqət başçısı, təsəvvürlərlə məşğul olan adam) - yazıçı, Sabit Rəhman Şeyx Samit (XX əsr).Şəbüstəri (Şəbüstər toponimindən düzəlib) - şair, filosof Sədəddin Mahmud Əbülkərim oğlu Şəbustəri (XIV əsr).Şəbüstəri - şair, Mirzə Əli Möcüz Şəbustəri (XX əsr).Şəkili (Şəki toponimindən düzəlib) - şair, Nəbi Şəkili (XVIII əsr).Şəkili - şair, Hatəm Şəkili (XVIII əsr).Şəkili - xanəndə, Ələsgər Baba oğlu Abdullayev (XX əsr).Şəməmduz (ə. gözəl ətirli, yaxşı qoxulu) - şair, Məhəmməd ibn Salman Şəməmduz (XIX əsr).Şəmkirli (Şəmkir toponimindən düzəlib) - şair, Məmmədcəfər Miskin Şəmkirli (XIX əsr).Şəmkirli - aşıq, Aşıq Hüseyn Qurban oğlu Şəmkirli (XIX əsr).Şəms (ə. günəş, gül) - görkəmli alim, Məhəmməd ibn Hinduş Naxçıvani Şəms Münşiən Naxçıvani (XIII-XIV əsrlər).Şəms - şair, əsl adı məlum deyil (XVIII əsr).Şərqli (Şərq topoformantından düzəlib) - pedaqoq, dilçi və jurnalist, Fərhad Rəhim oğlu Ağazadə Şərqli (XIX-XX əsrlər).Şəhla (ə. ala, rəngli göz) - şair, Şəmsibəy Şəhla Vəkilov, S.Vurğunun mənsub olduğu Vəkilovlar nəslindəndir (XIX-XX əsrlər). Şikəstə (f. qırılmış, sınmış, incimiş, qəlbi qırılmış) - şair, Şərif Şikəstə Əfəndizadə S.Vurğunun yaxın dostlarından olub (XX əsr).Şirvani (Şirvan toponimindən düzəlib) - şair, Pir Hüseyn Şirvani (XI əsr).Şirvani - şair, Əbunəzzam Fələki Şirvani (XII əsr).Şirvani - şair, İzzəddin Şirvani (XII əsr).Şirvani - şair, Zülfüqar Şirvani (XII-XIII əsrlər).Şirvani - nəqqaş, Zeynəddin Əburəşid oğlu Şirvani (XIII əsr).Şirvani - şair, Bədr Şirvani (XV-XVI əsrlər).Şirvani - xəttat, Əbdüllətif Şirvani (XVI əsr).Şirvani - şair, Saleh Şirvani (XVII-XVIII əsrlər).Şirvani - şair, Dostu Şirvani (XVII-XVIII əsrlər).Şirvani - şair, Nişat Şirvani (XVIII əsr).Şirvani - şair, Şakir Şirvani (XVIII əsr).Şirvani - şair, Məhcur Şirvani (XVIII əsr).Şirvani - şair, Baba Şirvani (XVIII əsr).Şirvani - şair, Kərbəlayi Allahi Arif Şirvani (XVIII əsr).Şirvani - şair, Ağa Məsih Şirvani (XVIII əsr).Şirvani -alim, Məstəli Şirvani (XIX əsr).Şirvani - şair, Vaiz Əfəndi Şirvani (XIX əsr).Şirvani - şair, Əsgər Şirvani (XIX əsr).Şirvani - şair, Qasım Şirvani (XIX əsr).Şirvani - şair, Məhcur Şirvani (XIX əsr).Şirvani - şair, Şəkər Şirvani (XIX əsr).Şirvani - şair, Sənan Şirvani (XIX əsr).Şirvani - şair, Nəbi Əfəndi Şirvani (XIX əsr).Şirvani - şair, Asif Şirvani (XIX əsr).Şirvani - məşhur şair, Seyid Əzim Şirvani (XIX əsr).Şirvani - “Əkinçi” qəzetinin müxbiri, Məhəmmədtağı Əlizadə Şirvani (XIX əsr).Şirvani - şair, Mirzə Nəsrullah Bahar Şirvani (XIX əsr).Şirvani - maarifçi-demokrat, Məmmədtağı Əbülsəməd oğlu Əlizadə Şirvani (XIX-XX əsrlər).Şişqayalı (Şişqaya toponimindən düzəlib) - aşıq, Aşıq Aydın Şişqayalı (XIX əsr).Şıxlı (Şıxlı toponimindən düzəlib) - yazıçı, İsmayıl Qəhrəman oğlu Şıxlı (XX əsr).Şıxlinski (Şıxlı toponimindən düzəlib) - məşhur general Əliağa Şıxlinski (XIX-XX əsrlər).Şöklü - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Şöklü Məlik (Kitabi Dədə Qorqud).Şölə (ə. işıqlı, alovlu, atəşli) - şair, Hacı Molla Abbas Şölə (XIX əsr).Şuxi (f. oynaq, şən, nazlı, şivəli) - şair, Mustafa ağa Şuxi (XIX əsr).Şuşunski (Şuşa toponimindən düzəlib) - məşhur xanəndə Xan Şuşinski (XX əsr).Şüam (ə. günəşdən nur alan) - şair, Mirzə Kərim Şüam (XIX əsr).Şükuhi (f. şövkət, cəlal, dəbdəbə, böyüklük) - şair, Mehdi Şükuhi (XIX əsr).TTapdıq - şair, İlyas Oruc oğlu Tapdıqov (XX əsr).Taclı xanım - Səfəvilər dövlətinin siyasi həyatında mühüm rolu olub, əsl adı Şahbəyimdir (XVI əsr). Təbrizi (Təbriz toponimindən düzəlib) - şair, Xətib Təbrizi (XI əsr). Təbrizi - filosof, Əbu Səid Təbizi (XI-XII əsrlər). Təbrizi - şair, Əbu Mənsur Qətran Təbrizi (XI əsr). Təbrizi - şair Şəms Təbrizi (XIII əsr). Təbrizi - Azərbaycan mütəfəkkiri, Əminəddin Müzəffər ibn Əbdülxeyr Varani Təbrizi (XII-XIII əsrlər). Təbrizi - şair Əssar Şəmsəddin Hacı Məhəmməd Təbrizi (XIV əsr). Təbrizi - şair, Şah Fəzullah Nəimi Təbrizi (XIV əsr). Təbrizi - görkəmli miskər, Əbdüləziz ibn Şərafəddin Təbrizi (XIV əsr). Təbrizi - şair Vəhid Təbrizi (XV əsr). Təbrizi - məşhur miniatür rəssam, Pir Seyid Əhməd Təbrizi (XV əsr). Təbrizi - məşhur xəttat, Mövlana Cəfər Təbrizi (XV əsr). Təbrizi - rəssam, Kamal Təbrizi (XVI əsr). Təbrizi - məşhur rəssam, Mirzə Əli Təbrizi (XVI əsr). Təbrizi - rəssam, Vəlican Təbrizi (XVI əsr). Təbrizi - xəttat, Əbdülbaqi Təbrizi (XVI-XVII əsrlər). Təbrizi - xəttat, Əli Rza Abbasi Təbrizi (XVII əsr). Təbrizi - rəssam, xəttat, kitab tərtibçisi, Zeynalabdin Təbrizi (XVI-XVII əsrlər). Təbrizi - xəttat, Məhəmməd Rza Təbizi (XVI-XVII əsrlər). Təbrizi - şair, Əbültalıb Təbrizi (XVII əsr). Təbrizi - şair, Mirzə Saib Təbrizi (XVII əsr). Təbrizi - şair, Əlican İsmayıl oğlu Qövsi Təbrizi (XVII əsr). Təbrizi - rəssam, Məmmədzaman Təbrizi (XVII əsr). Təbrizi - filoloq, Məhəmmədhüseyn ibn Xələf Təbrizi (Bürhan Təbrizi XVII əsr). Təbrizi - filosof, Məhəmmədrza ibn Əbdülmütəllib Təbrizi (XVII əsr). Təbrizi - filosof, Rəcəbli Təbrizi (XVII əsr). Təbrizi - şair, Məhəmmədəli Saib Təbrizi (XVII-XVIII əsrlər). Təbrizi - şair, Ağahüseyn Arif Təbrizi (XVIII əsr). Təbrizi - şair, Əbdülrəhman Talıbov Neccar Təbrizi (XIX əsr). Təmkin (ə. mətanət, vüqar, qərarlaşma, yerləşmə, səbr etmə) - alim, Hacı Zeynalabdin Təmkin (XIX əsr). Tikmədaşlı (Tikmədaş toponimindən düzəlib) - aşıq, şair, Xəstə Qasım Tikmədaşlı (XVII-XVIII əsrlər). Turkay - şair, İslam Əfdik oğlu Əhmədov (XX əsr). Tusi (Tus toponimindən düzəlib) - Azərbaycanın ensiklopediyaçı alimi, Nəsrəddin Məhəmməd ibn Həsən Tusi (XIII əsr). Tuti (ə. gözə sürtülən dərman, çətin tapılan şey) - Quba xanlığının siyasi həyatında mühüm rolu olub. Tuti Bikə (XVIII əsr). Tufarqanlı (Tufarqanlı toponimindən düzəlib) - görkəmli aşıq, aşıq sənətinin ustadı. Aşıq Abbas Tufarqanlı (XVI-XVII əsrlər). Tüfeyli (ə. başqasının hesabına yaşayan, müftəxor, yoxsul) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).U Urməvi (Urmiya toponimindən düzəlib) - filosof, Əbu Səid Urməvi (XI-XII əsrlər). Urməvi - filosof, məntiqçi və təbiətşünas alim, Siracəddin Mahmud ibn Əbubəkr Urməvi (XIII əsr). Urməvi - Azərbaycan mütəfəkkiri, Tacəddin Məhəmməd ibn Hüseyn Urməvi (XII-XIII əsrlər).Urməvi - nəqqaş, Ağa Əbdülhəsən Allahverdi oğlu Nəqqaşbaşı Əfşar Urməvi (XIX əsr). ÜÜlvi Rəcəb (ə. yüksək, uca, səma) - məşhur aktyor, Ülvi Rəcəb Şaşıq oğlu (XX əsr).Ürfani (ə. bilik, mərifət, ariflik) - şair, əsl adı məlum deyil (XVIII əsr). VVaqif (ə. bilici, məlumatlı, xəbərdar) - şair və dövlət xadimi. Molla Pənah Vaqif (XVIII əsr).Vazeh (ə. açıq, aydın, aşkar) - şair, mütəfəkkir, maarifçi, Mirzə Şəfi Sadıq oğlu Vazeh (XVIII-XIX əsrlər).Valeh (ə. heyrətə düşmüş, çaşıb qalmış, vurğun) - şair, Səfa Kərbalayi Valeh (XVIII əsr).Vahid (ə. bir, tək, yeganə) - şair, əsl adı məlum deyil (XVII əsr).Vahid - görkəmli şair, qəzəlxan, Əliağa Məmmədqulu oğlu İskəndərov (XX əsr).Vəndamlı (Vəndam toponimindən düzəlib) - şair, Yusif Vəndamlı (XIX əsr).Vərsani (Vərsan toponimindən düzəlib) - şair, Əbülfərəc Əbdül Vahid Vərsani (X-XI əsrlər).Vəfa (ə. əhdə, dostluğa möhkəm olmaq, sadiq olmaq) - şair, Mehdiquluxan Vəfa (XIX əsr).Vəhdəti (ə. birlik, yekdil) - şair, Hüseyn bəy Vəhdəti (XIX əsr).Vəhidi (ə. tək, yalqız, yeganə) - şair, Ağa Rəhim ağa Dilbazov Vəhidi (XIX əsr).Vidadi (ə. sevgi, məhəbbət, hüsn-rəğbət) - şair, Molla Vəli Vidadi (XVIII əsr).Vurğun - görkəmli xalq şairi və ictimai xadim, Səməd Yusif oğlu Vəkilov (XX əsr).Vüqarlı (ə. öz mənliyini qoruyan, təmkinli, təşəxxüslü, ağır, ləyaqətli, məğrur) - şair, Əli Məmmədov Vüqarlı (XX əsr).Vüqui (ə. vaqe olma) - şair, əsl adı məlum deyil (XVII əsr).Vüsuqi - müəllim, şair Mirzə Əbdülqədir (XIX-XX əsr, M.Müşfiqin atası).YYerevanlı (Yerevan toponimindən düzəlib) - ədəbiyyatşünas alim, Əkbər Yerevanlı (XX əsr).Yoldaş - Sovet partiya və dövlət xadimi, Sultanməcid Məcid oğlu Əfəndiyev (XIX-XX əsrlər).Yunis Nuri - görkəmli aktyor, Yerevan Azərbaycan teatrının yaradıcılarından biri, Yunis Hacı Süleyman oğlu Süleymanov (XIX-XX əsrlər).Yusifi (ə. ədəbiyyatda gözəllik və sədaqət rəmzi kimi işlədilir) - şair, Kərbəlayi Qulu Xarrat Vələdi - Məhəmməd Pəri Nəzzadə Yusifi (XIX əsr).Yüklü - “Dədə Qorqud” dastanlarının qəhrəmanlarından biri, Yüklü Qoca (Kitabi Dədə Qorqud).ZZabit (ə. hərbi xidmətçi, komandir, zəbt edən) - şair, əsl adı məlum deyil (XVIII əsr).Zari (f. ağlama, nalə), şair, Mirzə Abbas Zari (XIX əsr).Zahid (ə. ibadətlə məşğul olan) - şair, əsl adı məlum deyil (XVII əsr).Zakir (ə. qeyd edən, xatırladan, zikr edən) - şair, Qasım bəy Zakir Əlibəy oğlu Cavanşir (XIX əsr).Zakir - şair, Molla Qasım Zakir (XIX əsr).Zəbih (ə. qurban kəsilmiş və ya kəsiləcək heyvan) - şair, Ağa İsmayıl Zəbih (XIX əsr).Zəlili (ə. fəqir, yazıq, kölgəli) - şair, əsl adı məlum deyil (XIV əsr).Zəmiri (ə. ürək, qəlb, könül, niyyət, fikir) - şair, əsl adı məlum deyil (XV-XVI əsrlər).Zəmiri - şair, əsil adı məlum deyil (XVIII əsr).Zəngilanlı (Zəngilan toponimindən düzəlib) - şair, aşıq, Məmmədbəy Cavanşir Zəngilanlı (XIX əsr).Zəncani (Zəncan toponimindən düzəlib) - Azərbaycan mütəfəkkiri, Əbülhüseyn Zəncani (X əsr).Zərdabi (f. öd, qatıq və pendirin turşumuş suyu) - məşhur şair, alim və jurnalist, Həsənbəy Səlimbəy oğlu Məlikov Zərdabi (XIX əsr).Ziyayi (ə. işıq, aydınlıq) - şair, əsl adı məlum deyil (XV əsr).Zövqi (ə. dad, ləzzət, ləzzət alma, həzz alma, əyləncə, kef, həvəs, maraq) - şair, Molla Məhəmməd Zövqi (XIX əsr).Zui - şair, Molla Mahmud Zui (XIX əsr).Zülali (ə.yumurtaağı maddəsi, şəffaf, duru su, bulaq suyu) - şair, İbrahim Zülali (XIX əsr).Zülali - şair, Mirzə Hüseyn Zülali (XIX əsr).Zühuri (ə. meydana çıxma, aşkar olma) - şair, Ağa Baba Məhəmmədi Abdulla oğlu Zühuri (XIX əsr).Qeyd: Bu lüğət Azərbaycan antroponimiyasınxda ilk təşəbbüs olduğundan, sözsüz ki, nöqsanlardan da xali deyildir. Odur ki, dəyərli məsləhətlərini yazacaq hər kəsə müəllif əvvəlcədən öz təşəkkürünü bildirir.Bax: Mədəd Çobanov. Familiya. Təxəllüs. Tbilisi. 1987 səh. 67-91.Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 474-518.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.