Dəyanət Osmanlı: “Öz canımı oxuyuram” silsiləsindən (şeirlər) Poeziya, Bolus 3 Şubat Adam özünü tanısın…Yolsuz bir səyyaham,öz kölgəmin izindəyəm.Qəddim kimi əyilmiş bir soruzamanı tovladıb güldürər üstümə,ağladıb qəhr edər məni,cənnət və cəhənnəm adınaTanrıdan hesab istər.Tələsirəm mənzilin səmtini tutmadan,intəhasız yollar axıra çatsın.Həyat dirini,məzar ölünü,adam özünü tanısın məzarda.Tanrıya tövsiyəm var:min illərin sınağında uduzanalnımdakı mənasız cümləyəqara bir nöqtə qoyulsun.Açılsın bütün umacaqlarımız,bitsin bu səbrin mistik əzabı.Sən min yerə yozulan sözünün,mən küskün canımın sahibi olum.Öz canımı oxuyuramİçib haqqın şərabını,bir daha oyanamasam,oyanıb ruhumu sadiq,özümü sağ bulamasam…Ömrüm arı dodağındaətri qalmış qar çiçəyi.Evimizin qabağında,tək ağacın budağıdıson mənzilimin dirəyi.Yaralı yerimə baxıb,sağ yerimi qanadıram.Tale kitabın qapayıb,öz canımı oxuyuram.Bağlı yolum da açıldı,gedəsi halım qalmadı.Uçmağın anı yetişdi,amma qanadım çıxmadı.Mən gedərəm,dərdim qalar,çəkərsənsə,halal olsun.Baş daşım yox,başım üstəbitərsənsə,halal olsun.Həyat görəviTanrı yetirər,deyibbayramları borca keçirənlərintək arzusudu ruzi-bərəkət,arzuların çin olmadığını bilə-bilə…hər dəfə ümid verməkabırsız bir adətdi.Möhtaclar çox,ümidlər xəsis…Dost-aşnaya quş iliyi,can dərmanı içirtmək,acları bayram tətilləriylə sevindirmək,oğul-uşağa haram yedirtmək gərəkmiş.Mübarək bayramların acığınason tikəsini özünə qıymayan insanınağzından əkməyi,dilindən sözləri oğurlamaq,kutsal kitabların xoflu kəlamlarıylaqurbanını ovsunlamaqdıinsandakı şeytan əxlaqı.Hətta insanınqalan saatını sayıb,nəbzini dinşəmək,aldığı nəfəsə darılmaqkiminsə həyatda qalmaq nədəni.Adi günləri bayram kimi özləyənlər,Vətən eşqinə canından keçənlər,Vətən eşqinə torpağıaltına-üstünə çevirənlər,keçmişin gözünün içinətüpürənlər olmasaydı…Tanrının qoca vaxtındainsanlıq üzərinə,tale-qismətin qanına yerikləyib,alın yazısınıdəyişmək eşqinə düşənlər var.Ölüm-dirim fərmanındaTanrıya ortaq bir iddiada bulunmaqvə əkməyini göz yaşı isladanlarınbayramını kutlamaqzalımın görəvi olmasaydı…İsmarışDost düşməni,işıq qaranlığı tanımır,ocaq öz tüstüsündə boğulur.Qara taleli torpağınuğrunda şəhid olanla,onu məzarlığa çevirəninfərqində olmadığıbir günün ortamındayam.Bezmədən yaşayıb,hamı kimi öldüyündəsəni bir mumiya kimiürəyimdə saxlamağa çalışdım.Heç ağlıma gəlməznə üçün və hardan gəlmişəm,harda və kimin qulluğundausanmadan dayanmışam.Bilmədənsabah kiminçün açılır,ocağı kim söndürüb gedibvə sən ürəyimdə nə yapırsan,orda həyat varmı yenə…Bir əlüstü xəbər göndərözündən öncə,ya mən vədəsiz ölüm,ya gözləyim bezincə…Qocalmış ruhuma rastlasan…Bu gün çox halsızam,gücsüz və cansızam.Əcəl qənşərində xar olub,insanın acığınaömrün dalanında meydan sulayanbir qarğış yaralayıb canımı.Günlərin birindəqocalmış ruhuma rastlasan,bir tapdanmış yovşanlıqdatanınmaz ölüsünə,ya özündən razı dirisinəbir xəbər çatdır:gəlib məni bulmasa,köçdən ayrı düşdüyüm yerdəgözlərinə inanmasın.Ölümün xətrinə dəyməsin,o son həyanımız,son halal haqqımızdı…Ruhum kimliyini bulmasa,gördüyü yoxluğa inanmasa,həyatını sıxmasın,qəza-qədərin nəzərini ovmasın.Gözlərində hələ acılara dözməkvə bir canın yarımçıq nəfsindəson titrəyişə şahid olmaq şansı var…Məni məzarımda görməsəruhum özünü danlamasın,fələyi acılamasın…O fələk dar macalda,son adımmda yanımdadı,Tanrıyla çarpışan təlaşımda,əzizimdi torpağımın başı üstə.Bir köprübaşıyamSabah açılan kimiquşlar uçub uzaqlaşdı.Ömür bitdiyi andadostlar bir-bir bezib getdi,yadımda qalanlar kirayənişin.Küləkdə,çovğunda,qızmarda,canı bərkimiş,həyatın içində gözükölgəlibir köprübaşıyam.Karvanlar çəkib getdi,isti yuvalar dağıldıyarımçıq yuxular tək.Qış qapıya dayanmamışqalın qar yağdınakam arzuların üstünə…Görəsən sağ çıxmasaqbu yaşam qovğasındanbir daha sabah açılacaqmı,görəsən yenə dəgözlərimiz sevinəcəkmibir-birimizin dirisindən vazkeçibölüsünü bulunca…Şükr etməkdən bezmiş kimi…Heç nə düşünmədən,vaz keçmədiyim bir aqibətinqəfil fərmanını bilmədənhər gecə gəlişini gözlədim.Hələ sabahın açılmağınabir az zaman var,hələ heç də sabahın günəşli,tutqun, buludlu olaçağını bilmədəngəlişini çarə tək gözlədim.İllər öncəruhumun yuxuda nə görüb də,bir səbəb olmadanhəyatdan usandığımın şahidiyəm…Sabah açılar-açılmazyürüdüm öz qismətimə sarılmaq üçün.Sabahlar monoton vərdişləyuxudan oyadıram özümü,yaşamaqdan yorulmuş kimi.Ölümün adından usanmış,şükr etməkdən bezmiş,nə üçün yazdığını bilməyən qələmiözündən tez qoçalmış divanəyəm.Heç fərqinə varmadankim və nə üçünsə qəribsədim,doluxsunmuş səbirləgecələri bir ilac tək özlədim…Ölümün təmənnasız mərhəmətiTanrının rəhmi qədər.Əcəlin hər gecə canımı almaq,ya da yaşatmaq istəyininfərqinə varmadan,özümü sahmana salıbgəlişini əzabla gözlədim…Ölüm kimi gözlədimHər dəfə öz rəsmimi görəndəgözlərimi yayındırdım.Surətim kağızda ölübmüş,ruhumun da xəbəri yoxmuş.Məni də Tanrı yaradıb deyəheç təsəllim olmadı.Dar macalda tərk edənlər,peşmanlıq içindəxoş günüm olmadığını sanıb,bəlkə də ömürboyubir daha xatırlamadı.Sabahların sonunubayram kimi gözləyib,günümü öldürdüm,əzizim.Hər dəfə bir törəndəovqatımı görüb utanıncaəziz canımdan keçib,ölümü güldürdüm,əzizim.Sən də baxıb üzüməruhdan düşüb duruxdun.Səni əzizim bildim,başını qaldırıbtək qaldığımı görəndəcanımı oxudun,əzizim.Tanrıda insaf varsa,könlüm-gözüm toxtayar.Sənin də qursağın dar,nə sevgin yaşadar,nə də rəhmintabutumu oxşar,əzizim.Tale yolunu seçməyənə yazıq bir şansımız yox.Əgər ömrün ortasındayolun bitmiş,yurdun yoxsa,gəl yaşa məzarım üstə.Qibləyə dönükdü insanın üzüKeçmişin günahkar qəbrindənşərəf və təslim fitvası çıxmaz.Torpağın donqarıpadşahların sakinsiz türbələridi.Tarixin yanlış qüruruqətl olmuş əsgər ruhuduazadlıq davasında.Ziyarətgahların daş-divarındainamsızca Allah-Allah sözünüpıçıldayır dodaqlar.Bir-birini ölümlə hədələyib,sonra keçmiş olsun deyirdaşlarda öpüşən dodaq izləri.Döyüşlərdə arxadan vurulan əsgərinqanlı tabutuna bükülən bayraqdıvətənin dəfn olan aşikar sevdası.Yolların heç biri haqqa aparmaz,Qibləyə dönükdü insanın üzü.Hər gün dərgahın səmtinisəhv salır Azan səsi,sirri faş olan dualar uçur-uçurbir türlü imana çatmır.Əkmək azadlığın acı qanıdı,savaşın mayası bərəkət nəfsidi.Hikkəli dualar göyün üzündədidir bir-birini qarğa-quzğun tək…Aman vermədən öldürən də,aman diləyən də Tanrını səslər.İmdada hər zaman fələk yetişər.Səni mənə bənzədirlər,qara daşımNaməlum bir məzardabir rəhmət duasına möhtacam.İllər öncə necə fəxrli günlər vardı,yaşamaqçün mücadilə edərkənqəhramanlıq arayırdım…Əbədilik arayışındadoğal faciələrigözümdə canlandırarkənayaqlarımın taleyimiqətlə könüllü apardığınınpeşmanlığı zorundayam.Bəlkə mənim adım yox,sümüklərim doğmadı torpağa…Səni mənə bənzədirlər,ağ yazılı qara daşım,adam da heç bənzərmi ölüyə…Məzarımın nəbzini tut,qara xəbərdən çatlasınsəni öpən dodaqlar.Mən naməlum bir məzaram,ən sevgili və əbədi.İnsanlığım,kimliyim,keçmişim,gələcəyim torpağıma səcdə edər.Adımdan,torpağımdan ötrükimlər havayı ölür,kimlər qəhrəman olur…Övladı qanına susamış vətənəm.Son sözü unutmaqUfacıq bir sözəzilir çaşqın qalanyaddaşının ağırlığında,dilimin sınırında dəyişir anlamını…Ele hey sorursan:kimə söyləmək istərsənən əziz sözünü,vəsiyyətini son kərə…Necə deyim,hansı olayı xatırlayım,salamat qalmışhansı bir günün adını çəkim,keyfinin hansı çağındao sözün üzünü göstərim sənə…Sən də baxıb kövrələsən,ya da acığın tuta özünə.Dilim dönmür söyləyim,əzilib-büzülmüş o sözü.Əfəndim Tanrı,birdən anlamazsan dilimi,sözümdə özünü tanımazsan deyə,mən son sözümü beləunutmaq zorundayamfani bir həyat kimi.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.