TANINMIŞ ALİM-ŞAİR-FİLOSOF

TANINMIŞ ALİM-ŞAİR-FİLOSOF TƏBRİK EDİRİK!..

Dəyərli ziyalımız, tanınmış alim, şair və filosof, texnika elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, çox hörmətli ZƏRƏNGİZ XANIM ŞIXLI bu günlərdə ZiM.AzElm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ""ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvü seçilib.


Zərəngiz Şərif qızı Şıxlı (Mirzəyeva) - 21 yanvar 1934-cü ildə Qazax rayonun İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.
1940-cı ildə Qazax şəhərindəki 1 saylı orta məktəbə daxil olmuş və 1950-ci ildə 10-cu sinfi qızıl medalla bitirmişdir. 1950-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin) Neft və Qaz Texnologiyası fakültəsinə daxil olmuş və 1955-ci ildə ali təhsilini müvəffəqiyyətlə bitirmişdir.
1956-1962-ci illərdə Bakı Neftayırma Zavodunda mühəndis-texnoloq vəzifəsində çalışmış, sexin həmkarlar ittifaq komitəsinin sədri, zavodun radio şəbəkəsində diktor, “NEFTEPERERABOTÇİK” adlı divar qəzetinin əməkdaşı, eyni zamanda, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər Cəmiyyətinin (VOİR) və Elmi-Texniki Cəmiyyətin (NTO) üzvü və kollektiv arasında qəzetin və cəmiyyətin ən fəal təşviqatçı olmuşdur (1957-1962). Bu barədə ZPTS-nin şöbə rəisi H.Əhmədova “BİZİM FƏXRİMİZ” sərlövhəli məqalə yazmış və zavodun çoxtirajlı “Neftepererabotçik – Neftayıran” qəzetinin 8 mart 1961-ci il tarixli sayında dərc etdirmişdir.
Zərəngiz Şıxlı 1963-cü ildə AMEA-nın Neft Kimya Proseslər İnstitutunun (NKPİ) aspiranturasına daxil olmuş və kiçik elmi kimi əmək fəaliyyətinə başlamışdır. 1970-ci ildə dissertasiya işini uğurla müdafiə edərək Texniki elmlər namizədi alimlik dərəcəsi almış və 1992-ci ilə kimi AMEA-nın Neft Kimya Proseslər İnstitutunda Baş Elmi işçi vəzifəsində çalışmışdır.

ELMİ FƏALİYYƏTİ:
Zərəngiz Şıxlı 1974-1987-ci illərdə nüfuzlu jurnallarda dərc olunmuş 12 elmi məqalənin müəllifidir. Həmin məqalələr aşağıdakı jurnallarda çap olunmuşdur:

1. Azərb. Neft Xim. Jurnal. N5-6, 1974-cü il
2. ANX, N4, 1977-ci il.
3. Voprosu nefteximii, N 9, 1977-ci il
4. ANX, N10, 1978 - ci il
5. Azerb. Xim. Jurnal N 3, 1980-cı il.
6. Azerb. Xim. Jurnal N6, 1980-cı il.
7. Azerb. Xim. Jurnal N1, 1981-ci il.
8. Voprosı nefteximii N3, 1982-ci il.
9. RJX N 17, N 19, 1985-ci il.
10. Azerb. Xim. Jurnal N 11, 1987-ci il.
11. Obzor inostrannıx patentov vıpusk 11, 1987-ci il.
12. VİNİTİ B. U. N17, 1984 – cü il.

Zərəngiz Şıxlıya SSRİ Müəllif hüquqları Agentliyi tərəfindən 1969-1988-ci illərdə 7 ədəd Müəlliflik Şəhadətnaməsi verilmişdir:
1. N 256757, 1969.
2. N943218, 1982.
3. N 213 419, 1984.
4. N234030, 1985.
5. N315249, 1986.
6. N46994, 1987.
7. N264038, 1988.

ƏDƏBİ YARADICILIĞI:
Zərəngiz Şıxlı gənc yaşlarından həm də bədii yaradıcılıqla da məşğul olmuşdur. 12 yaşından şeir yazmağa başlamışdır. İlk şeirini sevimli riyaziyyat müəlliminə həsr etmişdir. Elə həmin illərdə ilk şeirləri məktəbin divar qəzetində, sonralar isə rayon qəzetində və respublikanın müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur.
Şeirləri və hekayələri və çox cəhətli, müxtəlif səpgilidir: Şairin Poeziyası - fəlsəfi, intellektual, mənsur, ünvanlı, ictimai siyasiət məzmunlu şeirlərdən ibarətdir.
Şairənin ruhunun şairlik istedad xassə xüsusiyyətinin fəaliyyəti olan poeziya toplusu fəlsəfi, təsviri, məntiqli, dolğun mənalı və geniş məzmunludur. Ətraf aləmdə gördüyü qavrayıb dərk etdiyi məfhumlar əsasında rəngarəng mövzular seçməyi bacaran, Fəlsəfi gerçəkliyi, həqiqi reallığı olduğu kimi açıqlayıb poetik janrda yazan şairədir. Fəlsəfi fikirlərini şeriyyət dili ilə deməyi bacaran şairə 9 kitab müəllifidir. Xüsusilə də, sonuncu kitabları çox nadir kitablardır, həyatın ibrət kitabı, hikmət kitabıdır. Şairənin “HAMI ÜÇÜN” adlı 9-cu kitabı Bütün dünya xalqları üçün dərslik vəsaiti kimi mütləq və zəruridir.
Texnika sahəsində tanınmış alim olan Zərəngiz Şıxlı həm də Psixologiya elmi üzrə “Ruh”, “Şüur”, “Alın Yazısı”, Fəlsəfə elmi üzrə “Kainatın”, “Canlı Təbiətin“ və “ Canlı - Cansız” varlığın İLAHİNİN mövcud qanunları əsasında yaranmasını aşkarlayan YENİ Elmi İDEYALARIN müəllifidir.
Fəlsəfi gerçəkliyi, həqiqi reallığı olduğu kimi açıqlayıb poetik janrda yazmağı bacaran şairdir.
Zərəngiz Şıxlı 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür, 2018-ci ildən isə “QIZIL QƏLƏM” Media Mükafatı laureatı, 2026-cı ildən ZiM.Az və Elm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvüdür.

BƏDİİ ƏSƏRLƏRİ - KİTABLAR:
1. İnsan üçün həyatın mənası nədir? Birinci cild (2004)
2. İnsan üçün həyatın mənası nədir? İkinci cild (2005)
3. Həyat fəlsəfəsi (2011)
4. Qartal Görkəmli Azərbaycan (2013)
5. Fəlsəfi mülahisələrimin təhlili (2015)
6. Düşündürən düşüncələrim (2018)
7.Fəlsəfi ideyalar poeziya çələngində (2019)
8.Ruh, Şüur və Fəlsəfə (2022),
9.“HAMI ÜÇÜN” (2024)

Zərəngiz Şıxlının elmi fəaliyyəti və bədii yaradıcılığı haqqında bir neçə dəfə məqalələr yazılmış və respublikanın müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur. Həmin məqalələrdən bir neçəsinin adlarını aşağıda qeyd etməyi lazım bildik:
1. İnsan üçün həyatın mənası nədir? “Alternativ” qəzeti, 19-25 may 2004-cü il. N (324)
2. Möhtəşəm Azərbaycanım. “Vışka” qəzeti, 25.8.2017.
3. Zaməddin Ziyadoğlu. İbrətlə dolu kitab və ya fəlsəfənin poeziyası. “Dəli Kür” qəzeti, 31.3.2018.
4. İnsanlar mətinləşir. Neftçi alim. “Vişka” qəzeti, 19.7.2019.
5. “İnsanın ağılı”. “Müstəqil Respublika” qəzeti, N 11 (227), 9.11.2019.
6. “Qartal görkəmli Azərbaycan”. Müstəqil Respublika qəzeti N 12 (228), 10 - 31 Dekabr 2019-cu il
7. Gülnar Qəmbərova. “Fəlsəfi ideyalar poeziya çələngində”. Kitabının təhlili. “Bütöv Azərbaycan” qəzeti 16 (369), 26.11.2020.
8. Ceyhun Zallı. “Fəlsəfi ideyalar poeziya cələngində”. “Kredo” qəzeti, 22.12.2020
9. Şəhid - İgid Akif eşq olsun Ruhuna. “Kredo” qəzeti, N 14, 18.11.202.
10. “525 qəzet", 2025....


Biz də Redaksiya Heyətimiz adından dəyərli ziyalımız, tanınmış alim, şair və filosof, texnika elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “QIZIL QƏLƏM” Media Mükafatı laureatı, ZiM.Az və Elm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvü, çox hörmətli Zərəngiz xanım Şıxlıya ona uzun ömür, möhkəm cansağlığı, bədii yaradıcılığında, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Junalistlər Birliyinin və
Turan Yazarlar Birliyinin üzvü,
"Ziya", “Şərqin səsi” və
"Elm və Təhsil" qəzetlərinin,
ZiM.Az, Ziya.info.az, Elm.info.az və
Turan.info.az saytlarının
Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yubileyiniz mübarək, çox hörmətli professor İSA XƏLİLOV!..

Yubileyiniz mübarək, çox hörmətli professor İSA XƏLİLOV!..

AzTU, Bolus, Təbriklər
“HAMI ÜÇÜN” - YENİ ELMİ İDEYALAR MÖVZUSU

“HAMI ÜÇÜN” - YENİ ELMİ İDEYALAR MÖVZUSU

Yeni nəşrlər
Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Humanitar elmlər, Təbriklər
Vahid Ömərovun 70 yaşı tamam olur

Vahid Ömərovun 70 yaşı tamam olur

İctimai elmlər, Qarayazı, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏHMƏD MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏHMƏD MÜƏLLİM!..

Təbriklər
“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Afaq ŞIXLI (1969): Rübailər...

Afaq ŞIXLI (1969): Rübailər...

RÜBAİLƏR, Rusiya
Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Regionlar, Təbriklər
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

"Şərqin səsi", Nekroloqlar
Rəy yazın: