Şahin Bərdəli: RÜBAİLƏR Müsabiqə, RÜBAİLƏR 10 Aralık Şahin Bərdəli(1951-1992)Şahin Bərdəli (Paşayev) - 1951-ci il dekabrın 5-də Bərdədə dünyaya göz açmış, şeir yaradıcılığına erkən başlamışdı. “Kommunizm yolu” qəzetində 1965-ci ildə dərc olunmuş “Palıd” adlı şeiri ilə 14 yaşında mət-buata gəlmiş, cap olunan yeni şeirləri ilə qısa müddət ərzində ürəklərə yol tapmışdı. “Palıdın müəllifi” kimi tanınan məktəblinin yeni şeirləri redaksiyanın təşkil etdiyi “Addımlar” şeir dərnəyində, tənqidi məqalələrdə müsbət rəy alırdı. Orta məktəbi hələ bitirməmiş bir şagird haqqında “Kominizm yolu” qəzetinin 1969-cu il 7 iyun tarixli nömrəsində “Uğurlar olsun” məqaləsinin yazılması, insanların məhəbbəti, güvəni ümid verirdi ki, sənət yolunun başlanğıcında olan Şahini bu yol zirvələrə aparacaq.1969-cu ildə orta məktəbi bitirib V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) Dil-ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə daxil oldu. O, eyni zamanda, Bərdə Mədəniyyət evində işləyir, orada keçirilən ədəbi məclislərdə, mədəni tədbirlərdə, şeir yığıncaqlarında iştirak edir və özü də şeir yaradıcılığı ilə məşğul olurdu.O, hərdən Bakıya gəlir, tanınmış qələm sahibləri ilə, o cümlədən Bəxtiyar Vahabzadə, Mir Mehdi Seyidzadə, Tofiq Bayram, Ənvər Əhməd və başqa şairlər ilə görüşüb şeirlərini onlara təqdim edir, müxtəlif məsləhətlər alırdı. Bu görüşlərin xoş təəssüratlarının nəticəsidir ki, Bakıdan həmişə sevinclə, gələcəyinə inam hissi ilə qayıdırdı. “Ulduz” jurnalının 1971-ci il avqust nömrəsində Şahinin şəkli ilə birlikdə üç şeiri; “Bərdəm mənin”, “Gözəllik”, “Dağların keşikçisi” şeirləri dərc olundu.Şahin yaradıcılığında, təhsilində, işində böyük uğurlar qazansa da, ömrünün bahar-tumurcuq dövründə çiçək açmadan taleyin qəfil zərbəsinə tuş gəldi. ”Ulduz” jurnalında işə düzəlmək üçün sənədlərini qəbul etmişdilər. Sonuncu arayış üçün Bərdəyə qayıdıb yenidən Bakıya gələrkən 1973-cü il yanvarın 21-də avtobus Göyçayda qəzaya uğradı. Başından zədə alan Şahin sağlamlığını itirsə də, şeirə, sənətə məhəbbətini itirmədi; ömrü boyu yazdı, yaratdı. “Dolaşdı” şeirində yazdığı kimi “həftəsi, ayı, ili dolaşsa da”, dili dolaşmadı, qələmi korşalmadı, daha da itiləşdi, cilalandı. Çünki Şahin böyük bir həyat eşqi ilə yaşayırdı: Mən Günəşdən qopub düşmüş bir zərrəyəm həyatda,Zülmətləri yarıb keçən bir xilqətim var mənim!Son vaxtlar israrla “Qarabağ havası almaq istəyirəm, gedirəm Ağdam xəstəxanasına, qələm dostum Səyyad Vəlioğlu da orada müalicə alır,” - deyirdi. Qarabağ həsrəti onu Bakıdan Ağdama apardı. Xocalı qırğınından 20 gün əvvəl - 1992-ci il 5 fevralda erməni daşnaklarının Ağdama, o cümlədən xəstəxanaya hücumu nəticəsində dünyasını bir şəhid kimi dəyişdi. Onun nəşi atəş sədaları altında çətinliklə xəstəxanadan çıxarılıb Bərdəyə gətirildi və İmamzadədə dəfn olundu.Şahin ali təhsilini Xankəndində alırdı. Dördüncü kursda maşın qəzası ilə yarımçıq qalan təhsili 1969-1973-cü illəri əhatə edir.Qiyabi oxumasına baxmayaraq Şahin Bərdə Mədəniyyət evində olduğu kimi, institutda da keçirilən ədəbi-mədəni tədbirlərdə iştirak edirdi.Şeirlərinin kitab halında çap olunması onun böyük arzusu idi. Amma bu günü görmək ona nəsib olmadı. Vəfatından 26 il sonra 2018-ci ildə bacısı jurnalist Sədaqət Şahbazovanın əməyi sayəsində Şahinin “Atəşlə doludur küllərim mənim” adlı 700 səhifəlik ilk kitab işıqüzü gördü. Kitab ali təhsil ocaqlarına, həm Bakı şəhər, həm də respublikamızın müxtəlif rayonlarının kitabxanalarına hədiyyə edildi.Bərdə Rayon İcra Hakimiyyətinin və MKS-in təşkilatçılığı ilə 2018-ci il 23 noyabrda Şahinin “Atəşlə doludur küllərim mənim” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.2020-ci ildə isə yenə də bacısı Sədaqət Şahbazovanın əməyi sayəsində Şahinin “Könlümdə eşq adlı bir günəş yanır” adlı 400 səhifəlik ikinci şeirlər kitabı dərc olundu.Şahinin külliyyatını təşkil edən bu kitablarda müəllifin Azərbaycan şeirinin demək olar ki bütün janrlarında, şəkillərində yazmış olduğu lirik şeirləri, sərbəst seirləri, qoşmaları, gəraylıları, qəzəlləri, rübailəri, bayatıları, mənsur şeirləri, müxəmməsləri, müəşşərləri və poemaları toplanıb.“Şairlər anadan şair doğulur” - deyiblər. İlahinin nuru olan, tanrıdan şair yarananların şeirləri zamanın sınaqlarından keçib və sevilib. Çünki belə şeirin yaranması saf çeşmənin dağların kökündən qaynayıb üzə çıxması kimidir. Şahin demişkən: - “Bir şeiri ki, bütün varlığının, bütün qəlbinin ehtirası coşa-coşa, bədənindən lərzə keçə-keçə yazmadın, o, şeir deyil.” Şahin özü də bir söz aşiqi kimi belə yazdı, bir Azərbaycan türkü kimi “Qanım bir türk qanıdır, şüarımı bilsin hamı, iş, tərəqqi, hərəkət, şerü-sənət, bir də vüqar!” - deyərək, belə yaşadı.Biz də aşağıda mərhum şairimiz Şahin Bərdəlinin bir neçə rübaisini dəyərli oxucularımıza təqdim edirik. Allahdan Şahin Bərdəliyə rəhmət diləyirik; məkanı cənnət, ruhu şad olsun...Bacısı Sədaqət xanıma isə bütün oxucularımız adından təşəkkür edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..ZiM.AzRÜBAİLƏRPeyğəmbər sehr üçün barmaqla bir günAyı tən yarıya böldü büsbütün.Sənsə gözlərinin bir baxışıylaŞahinin qəlbini yüz yerə böldün. ***Xəyyamın qüdrəti meyxanə oldu,Şərab gözlərində dürdanə oldu.Şahin mey içməmiş yaşadı sərxoş,Şərabı-atəşi-cananə oldu.***Mən həyat eşqiylə uçan bir quşam, Yerimdən quş kimi uçurulmuşam.Mənə Füzuli tək dərman nə lazım,Eşqin, məhəbbətin dərdiylə xoşam.*** Ölümün də adı bir bədnam addır,Guya parçalayır, guya cəlladdır. İnan, keşməkeşli əzablarıylaİnsanı öldürən yalnız həyatdır.***Qarşında gördükdə cananı, şair,Tamam unudursan dünyanı, şair.Çoxları can üçün yarı sevərlər,Yar üçün sevirsən sən canı, şair!***Şahin ilham alır dürdanəsindən,Nazıyla can alan cananəsindən.Vəslinin həsrəti şirin şərabdır,Hey axır könlümün peymanəsindən.***Saldı sevdasına o afət məni,Hicranda saxlayır məhəbbət məni.Yetsin harayıma ölüm mələyu-Əridir əzabla bu həsrət məni...***Həyatın ən böyük mənasıdır eşq,İnsanlığın könül dünyasıdır eşq,Səbəbsiz gərdişə səbəb verəndir,Varlığın ən böyük məvasıdır eşq!***Tellərin ətirli çəmən, nərgizim,Nə təhər sevməyim bəs mən, nərgizim?..Özün öz eşqinlə dəli olarsan,Hüsnünü mənim tək görsən, nərgizim!***Hüsnün bir pərilik qiymətindədir,Aləm vüsalının qeybətindədir.Aşiqəm, könlümsə tək sənin, gülüm,Sənin həsrətində, həsrətindədir...***Bir ləlsən, mərcandır gözlərin sənin,Şəfalı bulaqdır sözlərin sənin.Bilmirəm nəyinə vurulmuşam mən?..Gözəldir varlığın, hər yerin sənin!..***Sənin saatlarla seyrinə dallam,Öpüb gözlərindən, qadanı allam.Bilsəm ki, yanında saxlayacaqsan,Ömrün sonunadək əsirin ollam.***Mən ilham almışam yanaqlarından,Bal tək şirin, dadlı dodaqlarından.Günəş göydən qopar, mən ayrılmaramHəyatın sevdalı bu çağlarından!***Gəl ki, xəyalımız elləri gəzsin,Baş alıb ötüşən illəri gəzsin.Aşiqi buraxma, qoyma tək-tənha, Qıyma divanə tək çölləri gəzsin!..***Çoxalır qəlbimin dərd-qəmi sənsiz,Yarada bilmirəm nəğməmi sənsiz.Bütün varlığımla sənə bağlıyam,Mən necə dolanım aləmi sənsiz?!.***Camalın parlayır tüllər içində,Özün də bir gülsən güllər içində.Eşqindən adıma bilmirəm niyə“Divanə” deyilir ellər içində?!.***Uçurdun könlümün söz otağını, Soldurdun aşiqin ömür bağını.O lal səmalar da eşidir, duyurYanan bir ürəyin ağlamağını...***Məcnundan da çətin keçir illərim, Dövrəmdə səhra yox, kənddir hər yerim.O qaçdı çöllərə, şəhərdə qaldım,Küçələrə döndü mənim çöllərim.***Çağlayanda qəlbin hissi, duyğusu,Gül açır insanın min-min arzusu!Soruşdum qəlbimdən-“Eşq nədir?”-dedi:“Ömür səhrasında saf və nadir su!***Mən öz ilhamımı o yardan aldım,O gözəl, qəlbaçan nigardan aldım.Mənim gözlərimdən ayrı düşəndə,Xoş ətrin çiçəkli bahardan aldım.***Küləklər! Çəməni araşdırın siz,Gülləri bir-birə qarışdırın siz. Gülün yaxasından xarı ataraq,İki sevgilini barışdırın siz!***Üzünə baxaram, istəsəm bahar,Gecələr gözlərin günəşim olar.Mənim ilhamımın özüsən, gözəl!Sənsiz ömür bağım saralar, solar.***Dedin: “Şöhrət üçün yaşayıram mən,Bununçün zəhmət də çəkirəm həmən.”Yox, əsl zəhmətə versən könlünü,Əsl şöhrətə də sən yetəcəksən!***Sərməst oldum, sanki baharBu otaqda tutub qərar;Ətir dolu otağımdaBir yasəmən dəstəsi var...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.