RÖVŞƏN MİRZƏXANLI (1972)

RÖVŞƏN MİRZƏXANLI (1972) Rövşən Mirzəxanlı (Nəsibov) - 1972-ci il sentyabr ayının 29-da qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Gorarxı elinin Əzizkənd kəndində anadan olub. 1989-cu ildə Əzizkənd orta məktəbini bitirib. O, şeir yazmağa çox gənc yaşlarından, daha dəqiq desək, 12 yaşından başlayıb. 1991-ci ildə “Dan ulduzu” ədəbi birliyin üzvü olub. Marneulidə çap olunan “Yeni Marneuli” (indiki “Kvemo Kartli") qəzetində, Tbilisidə nəşr olunan "Gürcüstan" və Bakıda nəşr olunan “Ziya”' qəzetlərində şeirləri çap olunub. “Dağlar dərdə düşsə" adlı ədəbi topluda, “Nəğməli könüllər”, “Vətən”, “Canım Azərbaycanım”, “Turan” adlı ədəbi məcmuələrdə şeirləri dərc olunub. "Taleyim sevinclə tanış et məni" adı ilə ilk kitabı hörmətli şair Aslan Gorarxılının redaktorluğu ilə Çelyabinsk şəhərində çapdan buraxılıb. (Ümumiyyətlə, onun fəaliyyətində Aslan Gorarxılının böyük köməyi olmuşdur. Allah ondan razı olsun.)
Hazırda Rusiyanın Şimali Osetiya bölgəsinin Vladikavkaz şəhərində yaşayır. Ailəlidir.

Biz də Rövşən Mirzəxanlıya şəxsi həyatında və ədəbi -bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq.

ZiM.Az



ÖMRÜMÜN NÖVBƏTİ
PAYIZINDAYAM


Uşaqlıq çağlarım gənclik illərim ,
Keçmişə çatmayır daha əllərim.
Könlümü göynədən xatirələrim.
Hələ ki xəyallar harayındayam,
Ömrümün növbəti payızındayam.

Arzular çoxdusa həyat verməyir,
Vaxt tez ötürsə, gün tələsməyir.
Çalıram sazımı daha dinməyir,
Hərdən bir oxumaq avazındayam,
Ömrümün növbəti payızındayam.

Hərdən düşünürəm kövrəlir ürək,
Belə bir zamanda nə dövran sürək.
De nəyi anlayaq de nəyi görək,
Suallar cavablar sırasındayam,
Ömrümün növbəti payızındayam.

Taledir bəxtimin gününü hörən
San ki , cidarlayıb canımı sürən
Yenə çətinlikdən bir xəbər verən.
Soyuq qış havası ayazındayam,
Ömrümün növbəti payızındayam.

Rövşənəm özüməm mən öz səsimlə,
Haray içimdədi zilim pəsimlə.
Elə olub qalan var həvəsimlə,
Gələcək günlərin murazındayam,
Ömrümün növbəti payızındayam.


ÜRƏYİN NƏ İSTƏSƏ

Gələn gündən bu dünyaya,
Düzülür illər sıraya,
İsinsəkdə günə aya,
Gələnmirsən bir həvəsə.
Ürəyin nə istəsə...

Sür ömrünü işlə çalış,
Olan qismətinə alış.
Belə həyatınla barış,
Dərdini demə bir kəsə .
Ürəyin nə istəsə...

Cələcəyə inam azdı,
Kimə qışdı , kimə yazdı.
Deməynən ki , keyfin sazdı,
Avaz verməz zilə pəsə.
Ürəyin nə istəsə...

Halal işlə düz yola get ,
Eşit haqlı söz, yola get .
Yaxşılarla yüz yola get,
Şeytanla sən durma bəsə.
Ürəyin nə istəsə...

Keçmişimiz bir xatirə ,
Gələcək ümid gətirə.
Yaşasaq da bu xətirə,
Könül nə inciyə küsə.
Ürəyin nə istəsə...


DİLƏMƏ!..

Dostum gəl söyləyim sənə,
Gileylənmə aya günə.
Çəkirsə ömür sürgünə,
Bir daha qarə, diləmə!.

Salma özünü taqətdən,
Əhvaldan həmdə halətdən.
İnsafsızdan, bimürvətdən,
Dərdinə çarə, diləmə!.

Ucuz tutma əməyini ,
Ye halalca çörəyini .
Düşmənindən köməyini ,
Düşsəndə darə, diləmə !

Zaman qarışıq zamandı,
Dinmə, danışma amandı.
Arzularda bir gümandı,
Gəlməsə karə , diləmə !

Qurtarar Allah bu dardan ,
Bərəkətin ruzigardan .
İki üzlü riyakardan,
Bir yardım parə, diləmə!

Rövşən çəkir dərd qəm indi ,
Nəyə rahət de, əmindi.
Tutaq ki, məsləhətimdi,
Məlhəmdi yarə, diləmə!.


AY ÖZÜNDƏN RAZI GƏZƏN
“ŞAİR” LƏR


Əvəlla siz baxın öz yazınıza,
Kimsənin gölünə daş atmayasız .
Deməyin şeirdir söz cızmanıza,
Gərək anlayasız bunu duyasız.
Ay özündən razı gəzən “şair"-lər.

Nə tədbir olarsa ordada varsız ,
Şöhrət aşiqisiz hər bir bölgədə.
Elə ədəbiyyatı siz korlayırsız,
Yaxşı yazanlar da qalıb kölgədə.
Ay özündən razı gəzən “şair”-lər.

Şair var asıldı, düzünü dedi !
Belə ləyaqətdən çox uzaqsınız .
Bəhmən Vətən oğlu sözünü dedi,
Çalışıb Zəlimxan olanmazsınız.
Ay özündən razı gəzən “şair”-lər.

Sinəndə varsada söz ləyən-ləyən,
Savad biliyinə ellər ad verir.
Dağların qoynunda sürü hərləyən,
Çoban şeir deyir ruha dad verir.
Ay özündən razı gəzən “şair”-lər.

Hərənin bir yükü bir dərdi vardır,
Bu zaman əlindən dövran əlindən.
Uğursuz həyatda bir intizardır,
Görür rahatlığı o qələmindən .
Ay özündən razı gəzən “şair”-lər.

Rövşənəm yazacam mən həqiqəti,
Nə təbim varsada bu mənə bəsdir.
Əqidəm belədir, fikrimdir qəti,
Demərəm zəhmətim daha əbəsdir.
Ay özündən razı gəzən “şair”-lər.


HARDASAN ?


illər boyu həsrət gülü əkmişəm ,
Dağdan ağır dərd daşıyıb çəkmişəm.
Misralarla qəm qalası tikmişəm ,
Axtarıram, sağda, solda, hardasan ?

Tutanmadım əldə eşqin camını,
Səndən başqa görənmədim hamını.
Arı çəkən şirələrin tamını ,
Verənmədi şəkər , balda hardasan ?.

Əsər yazdım mehdə əsdi sərindən,
Xata oldu ürək sevdi dərindən.
Belə həyat inciyir günlərindən ,
Güc azalır dizdə, qolda hardasan?.

Rövşənin şerinə bağlıdı kədər ,
Gözləri yol çəkər xəyalı hədər.
Allahın verdiyi bir ömür qədər ,
Qalacaqmı çoxmu yolda, hardasan ?


DÜNYANI FIRLADIR
QARA QÜVVƏLƏR


Çəkib zəmanənin hər bir nazını,
Fərqini görmədik çoxun azını.
Yaşayıb həyatın imtiyazını ,
Düşündük bəlkədə belə qaydadı.

Hərdən yadımıza tarix, il gələr,
Nədən yaranıbdı çoxlu bölgələr.
Bölüb vətənimi yarı özgələr ,
Dərdimiz çağlayan Аraz çaydadı .

Qəriblik olubdu canımızda ox,
Kimlər ac qalıbdı kimlərsədə tox.
Birinin birindən heç xəbəri yox ,
Bacı yas içində, qardaş toydadı .

Rövşən bu yaşında , gördün sən nələr ,
Reyal ,, aktyor '' lar, reyal səhnələr.
Dünyanı fırladır qara qüvvələr ,
San ki, dəyirmanın daşı boydadı .


DAHA BU DÜNYANIN ,
NƏYİNDƏN KÜSÜM?..


Yaşadıq-yaşadıq vərdiş eylədik,
Dolana-dolana gərdiş eylədik.
Giley, güzar etdik çox-çox söylədik,
Daha bu dünyanın, nəyindən küsüm...?

Onsuz da adamlar, çəkir əziyyət,
Viçdanlıq azalır, artır bəd niyyət.
Dəyişmir, düzəlmir, belə vəziyyət,
Daha bu dünyanın, nəyindən küsüm...?

Neçə yaranıbsa, elə də gedir,
Dönür tufana da, yelə də gedir.
Göydən yağış yağır, selə də gedir,
Daha bu dünyanın, nəyindən küsüm...?

Fayda verməyibdi, dəyişən zaman ,
Bəlkə biz edərdik, nəyəsə güman.
Həmişə olubdu, dağlarda duman,
Daha bu dünyanın, nəyindən küsüm...?

Rövşən, həyat səni, əldən salıbsa ,
Düşünən qəlbini, dərd , qəm alıbsa.
Sultan Suleymana, əgər “qalıb”- sa ,
Daha bu dünyanın nəyindən küsüm...?


GƏL YAŞA MƏNİMLƏ,
YAŞA KƏDƏRİM


Keçdi ömür, günüm verdi nə fayda ?
Qaldı gözüm yalnız, axan o çayda.
Özüm bu taydayam, yarım o tayda,
Gəl yaşa mənimlə, yaşa kədərim .

Sevincim yox daha əlim çatmayır,
Bu gündən sabaha ümid qalmayır.
Xoşbəxtlik aramır, məni sormayır,
Gəl yaşa mənimlə yaşa kədərim .

Artıq alışmışam sözün doğrusu ,
İslanmışın yağışdan nə qorxusu ?
Onsuz sənlə gedir ömrün çoxusu,
Gəl yaşa mənimlə, yaşa kədərim .

Bəxtim belə gəlib , bu ilqarımdı ,
Beynimdə dolanan , xəyallarımdl.
Nə qədər istəsən, dərddə varımdı,
Gəl yaşa mənimlə, yaşa kədərim .

Rövşənin yazdığı şe'r yadıgar,
Taleyi qisməti belə ruzigar.
Çün ki , sən olmusan buna səbəbkar,
Gəl yaşa mənimlə, yaşa kədərim .


ALINMAYIR

Düzlüyü şərh etdik, sözü qananla,
Bir vətən oğlu tək, haqqa yananla.
Oturub dururuq belə zamanla,
Çalış ki, olasan düz alınmayır.

Tuş gəlib mə'murun kobud həddinə,
Üz çevirdik yaxşı övlad mərdinə.
Bir çarə yox, deyim millət dərdinə,
Yanasan, olasan köz, alınmayır.

Binəvaya, ömrünü gor görənə,
Yaşayışı cəhənnəm, çor görənə.
,,Yuxarıdan '' gözləri tor görənə,
İstəyirsən, olasan göz, alınmayır.

Var onsuzda hər yerdə bir ayılan,
El obada hörmətlənən, sayılan.
Bə 'zən olur vicdanından ayrılan,
Zavallara, olasan söz, alınmayır .

Şər qüvvələr demə qəddimi əyir,
Dərd kədərim, vallah içımdən yeyir.
Kinayəylə bir nadan, ,,şair ''deyir,
Beləsiylə olasan üz alınmayır.


YUXU GÖRÜNÜR

Ürəkdə könüllər talanıb gedir,
Uğursuz günlərə calanıb gedir.
Etsək gələcəyə çox ümid nədir,
Varlığı bir yana, yoxu görünür.

Olsada haqqına düzü tutanın,
Göz-gözə baxmağa üzü tutanın.
Deyərdim havada ara qatanın,
Yayı gizlədibdi, oxu görünür.

Həyatda özünə ixtiyarlının,
İşi düz gətirər o israrlının.
Cəmi deyənmərəm, bə'zi varlının,
Qarnının aclığı, toxu görünür.

Şərin aldanırıq, fitnə felinə,
Hiylə tələsinə, bəd əməlinə.
Siyasət keçibdi, şeytan əlinə,
Yalnız adamlara yuxu görünür .

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: