XATIN XANIM: Bu gün alaq Qarabağı!.. Ədəbiyyat » Poeziya 2 Mart Bu gün alaq Qarabağı!.. (Vəzifə üstündə çəkişənlərə)Çəkişməyək,Daha bəsdir!Bu çəkişmə boş, əbəsdir!Torpaq, Vətən dara düşüb,Sinəsinə yara düşüb.Sürünməyək ayaqlardaQuyruq kimi.Gəl birləşək, yumruq kimi.Nizamlayaq “solu”, “sağı”Sabah gecdir,Bu gün alaq Qarabağı!Ey siyasət meydanındaMərd ərənlər,Dərin ağlı, zəkasıylaBöyük hünər göstərənlər!Vətən yoxsa, siz də yoxsuz.Birləşsəniz ordusunuz,Hələ çoxsuz.Birləşdirək gücümüzü!Düşmənlərdən ala biləkÖcümüzü.Yağıların sinəsinəÇəkək dağı!Sabah gecdir,Bu gün alaq Qarabağı!Tikəmizdən kəsək bu günVətən üçün.Şirin, dadlı nemətlərdən,Çal-çağırdan, eyş-işrətdənƏlimizi üzək bu günVətən üçün.Şirin candan, Qızıl qandanKeçmək olar.Əvəzində nəsillərəVətən qalar.Təmizləyək düşmənlərdənBu torpağı!Sabah gecdir,Bu gün alaq Qarabağı!Ən böyük haqq – Vətən sözü,Vətən özü!Gəl çəkməyək QarabağdanGözümüzü.Düşmən gülür üstümüzə,Barı dəysin bu gülüşlərŞəstinizə.Gəl birləşək, bütövləşək!Nərəmizdən geriləsinQalib kimi gülən yağı.Sabah gecdir,Bu gün alaq Qarabağı!* * *Allahına andın olsaAğlamağın göz yaşıdı,Gülməyin çiçək açacaq.Bir azca sevinc tanısan,Sözlərin ürək açacaq.Bağrın bişsə dərd əlindən,Naxələf namərd əlindən.Tutarsa bir mərd əlindən,Min arzu-dilək açacaq.Sən ümidə balan de ki,Dərdin olsun yalan təki.Daş-kəsəksə yolundakı,Bir güclü bilək açacaq. Şirindi, söz qəndin olsa,Lap bir gecə qondun olsa.Allahına andın olsa,Qapını mələk açacaq.Uçular eşqin sarayıSinəndə ürək soyuqdu,Gəl mənə nəğmə oxuma.Boğazdan gələn sözlərdənRuhuma çələng toxuma.Hələ sevgi dərsin yarım,Səndə məhəbbət nə gəzir?!Xəyalının üzü sərtdi,Onda hərarət nə gəzir?!Yazın,yayın qış kimidi,Payızın necə olacaq?Simruqunun lələyi yox,Qaranlıq gecə olacaq.Gözlərindən yaş axdımı,De bir həsrətin üzündən?O qədər acı dindirdin,Qaçdı qismətin özündən.Hər istəyə sevgi deyən,Qalmısan sözün əlində.Uçular eşqin sarayı,Qədirbilməzin əlində.Sevə bilmədin məniSəndə sevgi hanı, məhəbbət dərdim! Qəlbinə dolmadım, nur olmadım mən.Səni sevə-sevə gözəlləşərdim,Bundan usanmadım, yorulmadım mən.Arzum ürəyimdə qaldı bükülü,Qapatdın ömürlük güman yerimi.Sən payız xəzəli, mən bahar gülü.Xəzana salmısan ümidlərimi,Bir gün alışanda alovla, közlə,Dinəcək həsrətin min ahu-zarı.Nə məni arzula , nə məni gözlə,Bağladım mən sənə gedən yolları.Sevən üzü görmədimÜrəyin əlində gəlib,İçində közü görmədim.Yoxdu hərarətdən əsər,Bir sevgi izi görmədim.Məhəbbəti nə bilmisən,Çoxdan könlümdən silmisən.Dedin imana gəlmisən,Mən bunu, düzü, görmədim.Sinəsinə döyən bəndə,Dedin gözün qalıb məndə.Ha baxdımsa, axı səndəHeç sevən üzü görmədim.Öyrən hələ sənYoluma uzanan qolların qırıq,Sənin hesabının dəftəri yoxdu.Ürəyin güldürməz arzularınmı,Sözünün şirini,rəftarı yoxdu.Nədi gümanının qəsdi görəsən?Qiymətli bilirsən öz varlığını.Gözümün içinə baxa-baxa sən,Döydün ürəyimə qəddarlığını.İndi sevgi deyib,sevgi umanım,Demə, məhəbbətə qulsan,köləsən.Ölən ümidimdi,itən gümanım,Get öyrən sevməyi, öyrən hələ sən.Yaz ürəyimdəBütün varlığımda əzabım, acım,Yanğısı tutubdur köz, ürəyimdə.Bir həmdəm olmadı qəlbimi açım,Qubara çevrilib söz ürəyimdə.Doydurub hamını pərişan halım,Hardan dözüm alım, hardan güc alım?Nə qədər gümana, xəyala dalım,Qadın ürəyimdə, qız ürəyimdə?!Qulağı karlaşır duyğularımın,Rəngləri qarışır uyğularımın.Sorğusu bitməyir qayğılarımınSığınıb qalmışam öz ürəyimdə.Xatın bu fələyin zoruna düşüb,Ömrün boranına, qarına düşüb.Bir fidan arzumun nuruna düşübGöyərə biləydim yaz ürəyimdə.Tutum xəyalının əlindənMən sənin eşqinin əsiri idim,Özgəsi sevgisin öyməsin mənə .Tutub xəyalının əlindən gedimKimsənin nəzəri dəyməsin mənə.Xəyal aləmində batmaz ki,gəmim,Arzu sahilinə çıxım,dayanım.Beləcə ərisin həsrətim,qəmim,Başımı köksünə sıxım,dayanım.Çağırıb geriyə sənli zamanı,Nağıllar qurmuşam yenə, əzizim.Mənim səadətim yuxu gümanı,Yuxuda çatacam sənə əzizim.Mən sənin eşqinin əsiri idim,Özgəsi sevgisin öyməsin mənə .Tutub xəyalının əlindən gedimKimsənin nəzəri dəyməsin mənə.Təki inan mənəBu dünyanınƏzabınından,ağrısındanBezən zaman,Sevincindən,fərəhindənƏllərini üzən zaman,Ancaq özün yol aldığın,Pünhan-pünhan sozaldığınÜrəyinin guşəsinəApar məni!Hönkürləşək,qucaqlaşaq,Qoy hamıdan uzaqlaşaq.Öz dərdini sən mənə de,Mən də sənə.Nisgilimiz əriyəcəkİnan mənə.Silkələnib qalxacaqsan,Bu dünyayaGülə-gülə baxacaqsan.Tikan da gül qoxuyacaq,Dünya sənəÖz nəğməsin oxuyacaq.Dərdlərinə dözmək ücün,Nisgilini cözmək üçün,Öz-özünə yol aldığın,Pünhanlanıb tək qaldığınİç dünyanın guşəsinəApar məni!Qəlb atışın olum sənin-Rişəsinə apar məni!Ürəyinə nur ələyim,Səni işığa bələyim! Sən məni duya bilməzsənMənim bakirə dünyama,Sən boylanma naşı adam.Orda bir məzar ağlayır,Orada bir baş daşı adam.Mənim nazımı çəkməyə,Ömrünü saya bilməzsən.Sən ayrı dünya adamı,Sən məni duya bilməzsən.Qoy göynəyim için-için,Qoy ağlayım,dəymə mənə.Öz dünyanı tərifləmə,Öz dünyanı öymə mənə.Bağrımın içi oyulub,Min bir həsrərin içində.Ağrısını özüm çəkimBelə qismətin içindəHər çiynimdə bir mələk var,Özümü məndə saxlayır.Ürəyimin nisgilini,İmanda, dində saxlayır.Mənim bakirə dünyama,Sən boylanma naşı adam.Orda bir məzar ağlayır,Orada bir baş daşı adam.Nola Bir fidan duyğumun izinə düşən,Sevginin oduna, közünə düşənİşığı üzümə, gözümə düşənÜrəyim,dərdindən qaçaydı, nola.Arzular içində gözəlləşməyə,Nağıla bürünüb göydən düşməyə,Sevgidən, fərəhdən bir az şişməyə,Qoşa qanad taxıb uçaydı, nola.Payızdan bahara yol almaq üçün,Nisgilli yuxudan ayılmaq üçün,Bir az da sevilib duyulmaq üçünYuxuda butasın içəydi, nola.KönlümBaşını qatıram nəğməylə sənin,Nə olar,ürəyim,bir az kirisən?!Sənin məhəbbətin məzar içindəSevgidən uzağam özün bilirsən.Açılma kimsəyə, duymazlar səni,Qoyma qiymətini sən,düşə,könlüm!Şirin xəyallarla unut dərdini,Ay mənim ətirli,bənövşə könlüm!Bil ki,yuxulara qalıbdı çarəm,Özünü unutma,qopar qiyamət.Məni qınama sən,mənim biçarəm,Səni Allahıma verdim əmanət.Ümidlərim üyündüDaha yoxdu ümidim, Qırılıb o da axı.Doğmalar yada dönüb,İnam yox yada axı.Qalmayıb ki, dözümüm,Qovrulmuşam, bişmişəm.Dünyam məndən yıxılıb, Mən dünyamdan düşmüşəm.İkinci bahar soyuq,Günəşi batıb, gedib.Taleyim küsülüdür,Bəxtim də atıb gedib.Qoynunda əli qalan,Sevgim ümid üyüdür.Lal olub dilim daha,Həsrətimi böyüdür.Demədi kiGözlədim, ürəkdən can deyə mənə,Oduna yandığım can demədi ki.Bəlkə nökər dedi, bəlkə qul dedi,Mələyim, sultanım, xan demədi ki.Doğradı qəlbimi, səhra həsrətim,Neyləyim yazılıb acı, qismətim.Demədi, ürəyim, ay məhəbbətim,Sənsən damarımda, qan, demədi ki.Sarıldım eşqimə Leylilər kimi,Sevdim, elə sevdim, dəlilər kimi.Baxanda üzümə ölülüər kimi,Könlünə “Sevdalan yan” demədi ki.Ürəyim sinəmdə küsülü qaldı,Sözlərim gümana qısılı qaldı.Baxışım üzündən asılı qaldı,Günəşim, sokülüb dan, demədi ki.TəkiBir güman əlimdən tutub aparir,Bir iman yolumu bağlayır mənim.Bağrımın içinə hıçqırtı düşüb,Bir arzu qəlbimdə ağlayır mənim.Bir həsrət arayıb axtarır məni,Gözümün içinə gözü yol çəkir.Gah güldürür məni,gah qırır məni,Verdiyi fərmana özü qol çəkir.Nədi Allahımın hökmü görəsən,Bircə qəzəbinə tuş olmayaydım.Baxışı ğöyləri həsrətlə gəzən,Qanadı qırılmış quş olmayaydım.Dözəydim ömrümün ta sonunacan,Verdiyi qismətə əyilsin başım.Bir gün olacaqsa qəbrimi qucan,Xəcalət çəkməsin təki baş daşım.Qərib axşamlarımHər gün nisgilimin içində ağrım,Bir vəslin ümidin kömmüşəm daha.Hər axşam sökülür bir az da bağrım,Gümanım yoxdu ki, gələn sabaha.Ulduzun, ayın da üzü qaranlıq,Qara buludların özü görünür.Bir sevinc göyərmir, gözü qaranlıq,Nədənsə qəmlərin yüzü görünür.Allahım göndərdi həsrət butamı, Düşüb ürəyimə, ağır yük düşüb.Mən özüm dünyanın qərib adamı.Qərib axşamlarım ömürlük düşüb.Həsrət çəkib dağ başına izimiMən həsrət göyərdib, nisgil biçirəm,Neynirsən sən məni sevib, ay adam?Göz yaşı dəmləyib, qəhər içirəm,Sənə də düşəcək qəmdən pay, adam.Geç, ötüş yanımdan, uzaqda dolan,Məni ovundurmaq hünərin deyil.Sənin sevgilərin dayazda olan,Sənin duyğuların heç dərin deyil.Köksümün içində yetim könlümü,Bir qəbir daşına sərib qurutdum.Fələk soldurandan bahar gülümüBəxtiyar olmağı çoxdan unutdum.Eyləmə xəzanı sevmıyi peşə, Sev bahar çiçəyi, göyərtsin səni.Mən qarın altında donan bənövşə,Neynirsən, ay adam, sevirsən məni?BalamÇiynində ağır şələ,Gücüm, qüvvətim balam.Şikayət etmir belə,Atadan yetim balam. Yarımadı sevgidən, Ay görüb, ay dərk edən.Xoş gününü tərk idən,Çəkir möhnəti balam.Zəhmətiylə qazanır,Alıb tale yazanı.Qulağında azanı,Oxur Ayəti balam.Şükr edəndi, səbr edən,Allahın yolun güdən.Ayağı yalın gedən, Qəlbi sərvəti, balam.Allahıma əmanət,Doğruluğu zəmanət.Ürəyimdə hərarət,Qədir-qiyməti, balam.UnutdunAxı unudulan mənəm deyəsən, Nə vaxtdır arayıb tapmırsan məni.Uzaqda gəzirsən, üzün görünmür,Gönlündən qopardın, çox asan məni.Sənin buz ürəyin sırsıra tutub,Əritməz yayın da istisi belə.Mənə məhəbbəti çoxdan unudub,Sönmüş ocağının tüstüsü belə.Get daha uzaqda dolan, gəlmə, keç,Bağladım həsrətlə talan könlümü.Unutdun, qədrini bilmədin ki, heç,Bir zaman sən sevib alan könlümü.Soldun bənövşə kimiYaz gəlir ürəyim həsrətin çəkir,Arzumdu, deyərdim, dər, bənövşəni.Çələng bağlayardın dəstə tutardın,Mənə gətirəndə tər bənövşəni.Bürünüb baharın təravətinə,Çəkərdim sinəmə, ətirlənərdim.Məsum istəyinə, hərarətinə-Uyub duyğu-duyğu sətirlənərdim.Heyif bənövşənin ömrü az olub,Göyərib quruyur bir rişə kimi.Mən nə biləydim ki, zamanın dolub,Sən də solacaqsan bənövşə kimi.PULSən var kimi, zinət kimiƏzizlənib, öpülmüsən.Nəmər kimi, hörmət kimiBaşımıza səpilmisən.Sənə olan məhəbbətinAğızlarda bal dadı var, Sənin ilə naz görməyən,Nazlananlar aldadırlar.Sənin ilə neçə nadanQalxa bilib kürsülərə,Səbəb oldun milyon-milyonUmulara, küsülərə.Sən nadanı alim kimiZirvələrə ucaltmısan.Yoxluğunla milyonlarıGənc yaşında qocaltmısan.Çox kələflər dolaşdırıb,Çox düyünlər açmısan sən.Çox mətləblər araşdırıb,Haqlılardan qaçmısan sən.Sən müqəddəs duyğularıÖz gücünlə boğa bildin,Ayırmısan yardan yarı,Özünü şah, ağa bildin.Haramdırsa, istəmirəmAşıb-daşan xəzinəni.Zəhmətimdən yaranmasan,İstəmirəm, ey pul, səni!Bərk gedirsən, atından düş,Alnımdakı tər ol, damla! Əllərimin çatından düş,Səhv düşmərəm bir adamla.Halallıqla qazanılsan,Sən adlısan, şövkətlisən. Çörək pulu olan zamanMənim üçün qiymətlisən. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.