Professor MƏDƏD ÇOBANOV: "NƏSİMİ və FOLKLOR" Elmi Məqalələr, Mədəd Çobanov 18 Mart NƏSİMİNİN ANADAN OLMASININ 650 İLLİYİ QARŞISINDADünyanın bütün sənətkarları kimi, klassik Аzərbaycan yazıçıları da tarixən folklorla üzvi surətdə bağlı olmuşlar. Onlar öz yaradıcılıqlarında şifahi xalq ədəbiyyatından geniş istifadə edərək həmin əsərlərin oxunaqlı olmasına çalışmışlar. Nəsimi də şifahi xalq ədəbiyyatından geniş istifadə etmişdir. Onun yaradıcılığında şifahi xalq ədəbiyyatı - atalar sözləri özünü parlaq şəkildə göstərir. Bunun başlıca səbəbi, şübhəsiz, birinci atalar sözünün çox yığcam, dərin mənalı və hamı tərəfindən anlaşıqlı; digər tərəfdən isə onun sənətkar üçün misilsiz təsvir və ifadə vasitələri olmasıdır. Nəsimi əksər hallarda atalar sözünü şüurlu surətdə dəyişdirir, ixtisar etməklə bərabər ona müəyyən əlavələr də edirdi. Beləliklə, onun əsərlərində atalar sözü yeni məna, məzmun və mahiyyət daşıyırdı. Nəsimi bunlardan öz yerində və məharətlə istifadə etməyi bacarırdı.Nəsimi mahir söz ustadı idi. O, ölməz sənəti ilə oxucularının qəlbində əbədi heykəl ucaltmışdır. Nəsiminin lirik əsərləri, azəri dilində yaratmış olduğu divanı milli ədəbi dilimizin, şer dilimizin inkişafında bütöv bir mərhələ təşkil edir. O, əsərlərinin dilinə diqqət yetirmiş, canlı xalq dilinin tükənməz xəzinəsindən bacarıqla istifadə etmişdir. Nəsimi dilinin zənginliyi, axıcılığı, sadəliyi və səlisliyi onun klassik ədəbi irsin və şifahi xalq ədəbiyyatının qiymətli cəhətlərini yaradıcı formada mənimsəyə bilməsindədir. Bu da Nəsimi şerində, hər şeydən əvvəl, fikrin təsir qüvvəsinin və emоsionallığının artmasına yardım göstərmişdir.Nəsimi insanın bir-birinə hörмət etməsini, gözəllik və kamalını, əxlaq vəə tərbiyəsini, cəmiyyətdə davranışını canlı şəkildə göstərmək üçün "Mərifət insanın bəzəyidir" atalar sözündən yaradıcılıqla istifadə edərək deyirdi:İnsan üçün mərifətdən özgə yoxdur bil bəzək,Gör sədəf çılpaqdır, ancaq qəlbi zəngin inci tək.Xəsislər, pul hərisləri və öz ailəsiniн ehtiyac içərisində saxlayanları tənqid edən şair "Ağıllı can saxlar, xəsis pul" atalar sözündən öz məqsədinə uyğun şəkildə istifadə edərək yazır:Aqil insan zər üçün öz ömrünü vermə hədər,Yaxşı bil məşhər çölündə tək siçanlar zər gəzər.Özgənin bədbəxtliyinə və fəlakətinə, qəm və qüssəsinə, dərd və kədərinə, ağır həyat şəraitinə sevinənləri ifşa edən şair "Sınığa gülməzlər və ya sınığa sevinməzlər" atalar sözündən mənalı bir şəkildə istifadə etmişdir.Yanıram eşqindən, axır gözlərimdən yaşlar,Firqətin dərdi çıxardı ürəyimdə başlar.Müdam gər tən edib, başıma çaxar eşqini,Sınыğa vacib deyildir munca atmaq daşlar.Şerin bütün məna və mündərəcəsi göz qabağındadır. Nəsimi bu bənddə bir neçə ideomatik ifadə və atalar sözündən istifadə etmişdir.Nəsimi əsərlərində bədii üslub və priyomlardan elə məharətlə istifadə edir ki, onun hər misrasında, hər beytində və hər bir kiçk həcmli lirik əsərində bir və ya bir neçə atalar sözünə təsadüf etmək olar. Bəzən atalar sözü şairin əsərlərində bir silsilə təşkil edir. Bu silsilə onun əsərlərini yüksək zirvələrə qaldırır. Xalqına və onun şifahi yaradıcılığına yaxından bələd olan şair 46 bənddən ibarət olan "Sirrlər ümmanı" əsərində atalar sözündən geniş istifadə etmişdir. Bu da əsərin bədii məziyyətiniн qat-qat artmasına, onun oxunaqlı olmasına təsir göstərmişdir.Xalqla yaxın olan və xalq üçün yaradan klassik şair Nəsimi öz ədəbi-bədii yaradıcılığında həmişə xalq yaradıcılığından, xalqın təfəkkür tərzindən yaradıcı şəkildə istifadə etmişdir.Dərin təsir qüvvəsinə malik olan Nəsimi poeziyası Yaxın Şərq ölkələrində geniş yayılmışdır. Nəsimi xalq arasında alovlu və mübariz şair, vəfalı və sədaqətli bir şəxs kimi tanınmışdır. Buna görə də, xalq onun haqqında bir sıra sənət nümunələri yaratmışdır.Gün xoş keçsə dərd ölər,Qüssə gedər, dərd ölər.Nəsimi tək haqq yolunda,Can qoyanlar mərd ölər.Xaiн molla, söy molla,Səнdə yoxdur höy molla.Nəsimi soyulubdur,Ona yoxdur tаy molla."...O öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına qiymətli yeniliklər gətirmiş, Azərbaycan şer mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycan ədəbiyyatı tarixinə alovlu insanpərvər, döyüşkən bir şair kimi daxil olmuş, şeri mövzu, fikir, şəkil cəhətdən zənginləşdirmişdir".QEYD:Xatırladırıq ki, bu məqalə müəllifin, yəni professor Mədəd Çobanovun hələ Azərbaycan SSR EA Dilçilik İnstitutunun dissertantı olduğu zaman yazılmış və «Sovet Gürcüstanı» qəzetinin 16.VI.1970-ci il tarixli №73 (5253) sayında dərc olunmuşdur.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.