ALLAH RƏHMƏT ELƏSİN, SƏRDAR QABALLI!..

ALLAH RƏHMƏT ELƏSİN, SƏRDAR QABALLI!.. SƏRDAR NƏBİYEVlə 5-6 il bundan əvvəl sosial şəbəkədə dostlaşdıq. Həyatda görüşməsəkdə, burada elə bil bir-birimizi çoxtan tanıyırdıq bir doğma, bir qardaş kimi... İlk andaca bir-birimizə hörmətlə, - O mənə Səədi lələ, mən isə ona Mənim Sərdarım deyə müraciət eləməyə başladıq. Fikir mübadilələri aparırdıq, şeirlərimizi, rübailələrmizi bir-birimizə yazıb müzakirə edərdik. Rübai, şeirlə bizim çox deyişməmiz, yazılarımız var...

Sərdarı Nəbiyevin rübailəri məni öz dünyasına aparırdı... O müasir zamanda haqsızlıqdan, dini şəxslərin riyalarından, xalqın çahilliyindən bəhs edirdi. Özü Ukrainanın Simfropol şəhərində yaşasa da ruhan Vətəndə, - Qabal elində, Borçalı-Azərbaycanda idi. Vətəndə baş verən bütün hadisələri izləyirdi.

Rus-Ukraina dövlətləri arasında Krım münaqişəsi zamanı Sərdarı görə bilmədim, məktublarım cavabsız qaldığı üçün çox nigaran idim. Sonra mənə cavab yazıb üzürxahlıq istədi ki, müfəqqəti olaraq başqa yerdə yaşadıqlarını, orada da şəbəkə olmadığını və əlaqə saxlaya bilmədiyini yazırdı...

Bir müddətdən sonra xəstəliyi və cərrahi əməliyyat olduğu haqda mənə məllumat verirdi. Günaşırı onun sağlamlığı ilə maraqlansam da elə “yaxşı olacaq” deyirdi. İkinci dəfə Moskva şəhərindən qayıdandan sonra nəticəni mənə yazdı. Çox pis olsamda təsəlli verirdim...

Nə isə, Bir gün könlünü almaq üçün Ona yazdım:

- Sərdarım, Rübailərindən mənə göndər, Müşfiq Borçalı qardaşımız "Rübailər" kitabı buraxmaq üçün elan verib. Qoy bizlərlə yanaşı sizin də rübailər bir yerdə, bir kitabda olsun. Bu təklifimdən xoşallansa da, səhətindən şikayət eləsə də 20- bəndə yaxın Kril qrafikasında yazılmış rübailərindən göndərə bildi. Fevral ayının 10-u 2018-ci il tarixində O mənə belə yazmışdı:

- SALAMLAR SƏƏDİ LƏLƏ.. nəhayət işləmək üçün özümdə bir az güc tapdım... üzürlü sayın beynim tez yorulur...

O rübailərdən bəzilərini Onun yazdığı kimi bura köçürürəm...

Vətənə gedirsən, məndən pay apar,

40 - ildir dözdüyüm, qəlb həsrətimi.

- Apar öz kəndimə, hamıya payla

Eldən perik oğlun məhəbbətini.. .

Vətənpərvər şair qardaşımın vətən həsrətli misraları çoxdur.

Şeirlərində də, rübailələrində də vətən həsrətiylə yaşadığını büruzə verir.

Arazı "söydülər", Kürü "döydülər",

Əl çalıb işğalı, nə var öydülər.

Boşqab yalayanlar, mahnılar qoşub,

İşğalçını öyüb, xalqı söydülər...

Vətəndə baş verən proseslərə laqeyd qalmırdı, hamısını izləyirdi, və öz fikirlərini bizlərə rübai dilində çatdırırdı...

Kor oldu-bilmədi, göz, dəyərini.

- Nadanlar duyandan söz dəyərini,

Riyalar "əxlaqa" döndüyü gündən,

Etibar itirdi öz dəyərini...

Yazan şair insan dönüklüyünü, nadanların riyalarını, sözə dəyər vermədiklərindən söz açırdı.

Mənə nə bəy deyin, nə də xan deyin.
Nə dəli, nədəki, qəhrəman deyin.
-Kefli İskəndərin "nəvəsiyəm " mən *
-Dünyada kefindən qalmayan - deyin..

Sərdar Nəbiyevin belə rübailəri çoxdur, başqa bir rübaiyiyə də nəzər salaq...

Saqi bəsimdirmi, açılır səhər,
Yuxu cənnətindən uçur pərilər.
-Dost, dolu kuzə ilə, iki badə ver -
Özümə sevincəm, özümə kədər...

Belə rübailərini oxuduqdan sonra ona mən zamanamızın “Ömər Xəyyamı” adını verdim. Bunu oxuduqdan sonra bərk güldüyünü və təşəkkürünü yazdı...

Dostlar haqda da çox mənalı şeirlər qələmə almış, həmişə onlarla sıx və mehriban əlaqə saxlamışdı. Bu şəbəkələrdə elə bir insan tapmazsan ki, ondan incik bir söz yazsın...

Qəlbimə pay verən Həsrət qəmini,

-Göndər mənə dostun qəm-kədərini.

-Qəmlər qəmi əyməz. Qəm, qəm əridər

Görsə sevənlərin sevinclərini...


ALLAH RƏHMƏT ELƏSİN, SƏRDAR QABALLI!.. Sərdar Nəbiyevin Vətəndən qürbətə düşən və qürbətdə yaşayan qərblər haqda belə yazır. Bu bəntdən daha çox hiss edirsən ki, O nə qədər qəriblik nisgilini yaşayır ...

Açmayır könlümü, ağ saç, ağ bəniz.

Açmayır qəlbimi, nə Qara dəniz.

-Dərdimi anlayıb, duya bilsəniz,

Təzə qəriblərə yetirin xəbər-

Qəriblik heç kimi etmir bəxtəvər.

Dini rübailərə Sərdar Nəbiyev öz yaradıcılığında çox yer ayrılıb. O oz şeirlərində din pərdəsi altında gizlənərək onların çirkin əməllərini açıb faş edir və tənqid atəşinə tutur...

Tanrı nə lazımsa, veribdir bizə.

Kamalı insana, gücü dənizə.

Çalmalı Qurana xəyanət etsə

YA ALLAH! - deyənlər dönür iblisə...

Nə isə, Sərdar nəbiyev yaradıcılığının bir zərrəsini burada qeyd elədim. O bir dərya idi. Heyflər ki, Vətəndən uzaq bir diyarda yaşadı, ömrünü vaxtsız sona yetirdi.

Bu acı xəbər məni də Sərdar sevərlər kimi çox sarsıtdı... Allah rəhmət eləsin. Ruhun şad olsun Sərdarım...

... Artıq nə sevicəm, nə də qəzəbəm.

-Nə tufan, nə külək, gözdə yaşam mən.

Hər varım SÖZ oldu, silahım qələm,

-Vətən özülünə, hazır daşam mən...

Bəli, siz bizim qəlbimizdə öz yerini tutmuş bir insan, gözlərimizdə yaşsan. Yerin cənnət olsun Sərdarım....
Ailəsinə, doğmalarına, tanıyıb bilən dostlarına başsağlığı verib, Allahdan hər bir kəsə səbr diləyirəm....

Sədi Yaradanqulu,
AYB və AJB üzvü

ZiM.Az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: