Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960) Əlövsət Qasımov - 13 sentyabr 1960-cı ildə Qərbi Azərbaycanın Vedi rayonundakı Yengicə kəndində anadan olub.
1988-ci ildə vəhşi erməni separatçılarının təqib və təzyiqlərindən sonra minlərlə soydaşımız kimi Qasımovlar ailəsi də öz doğma ata-baba yurdundan qaçqın düşüb.
Əlövsət Qasımov bir il Tərtər rayonunun Bəyimdarov kəndində kənd mədəniyyət evinin direktoru işləyib. Sonra Qarabağda gedən müharibəyə yollanıb. 1989-cu ildən 1996-cı ilə qədər Qarabağ uğrunda gedən döyüşlərdə 4 qardaşi ilə birlikdə iştirak ediblər. Elə həmin vaxtdan da “general Əli bəy” ləqəbi ilə tanınır.
2007-ci ildə “Həqiqət tarixi” Araşdırmalar İctimai Birliyini təsis edib və hal-hazirda sədridir.
Öz vəsaiti ilə İctimai Birliyinin nəzdində “Şəhidlər muzeyi” yaradıb və hazırda o, eyni zamanda həmin muzeyin direktorudur.
Muzeydə Əlövsət Qasımovun vaxtı ilə çəkdiyi, erməni vəhşiliklərinə məruz qalmış min nəfərdən çox igid şəhid oğullarımızın foto-şəkilləri, müxtəlif sənədləri, məktubları onlara məxsus əşyaları və s. toplanıb.
Əlövsət Qasımov hər il Türkiyənin İstanbul, İzmir, İqdir və b. şəhərlərində Qarabağ həqiqətlərinə həsr olunan sərgilər keçirir.
Müharibə mövzusunda, şəhidlərimizə həsr olunmuş 3 kitab müəllifidir. "Erməni Vandalizmi", “Müharibənin canlı enisklopediyası” və “Şahid şəhidlər”.
Erməni Vandalizmi kitabın ideya və layihə rəhbəri Türk dilli dövlətlər arası Elmi-Təhdiqat Akademiyasının akademiki professor Kərəm Kərimovun xüsüsi xidmətlərini qeyd etmək istəyirik.
Onun barəsində 6 kitab nəşr olunub. Ailəlidir.

Şəhid Namik Məlikov haqqında
“general” Əlövsət Qasımovun
döyüş xatirələri


…Allah Məlikov Namiqə rəhmət eləsin. Namik Məlikov Qurtuluş batalyonunda döyuşurdu. Onun döyuşundən mənim də xəbərim var idi. O, çox cəsur döyuşcu olub, bunu hər kəs bilirdi. Mənimlə də dostluğu olmuşdu. Şəxsən birlikdə döyuş əməliyyatlarında çox olmuşduq. Günlərin bir gunu idi mənə xəbər gəldi ki, 1993-cü ildə mart ayının 18-də Agdərə bölgəsində Akobkamarı kəndində Qurtuluş batalyonu döyüşərək xeyli erməni döyuşçülərini məf etmişdilər. Bu döyuşdə cəmi 3 şəhid verən qurtuluş bataliyonu xeyli irəliləmişdilər. Namik Yalcın Musa Akopkamari kəndində şəhid olaraq döyuş bölgəsində qalmışdılar. Qurtuluş bataliyonunun komandir muavini mənim dəyərli qardaşım Fuad Bakıda hərbi hospitalda yaralı idi, mualicə olunurdu. Oonunla hec bir əlaqə yarada bilmirdim. Tərtər rayon hərbi prakroru bir gun məni yanına cagıraraq bildirdi ki Qurtuluş batalyonunun bir əsgəri döyuş bölgəsində qalıb onu hansı vasdə ilə gətirirsən gətir onun ermənillər tərəfdən götürülməsi üçün nə lazimdırsa veririk təki elə bir qəhraman oğlu orda qalmasına imkan verməməliyik. Prokror Azad müəllim bildirdi ki, haqqında məlumatım var, səndən başqa heç kim onu ordan çıxara bilməz. Prokuror sözunu bitirərək dedi: - Götur bu pulları, burada xeylim pul var, ermənilərlə danışğa gir. Məlikov Namiqi mutləq çıxarın döyuş bölgəsindən.
Mən prokrora bildirdim ki, mənim birinci xəbərim yoxdur ki, Namiqin meydi 3 həfdədi ki Akopkamari kəndində gedən döyuşdə qalıb. Bir də ki mənə təklif etdiyin pullar mənə lazım deyil. O, mənim dostumdu. Bir də ki, bu günə qədər mən imkan olan istiqamətdən şəhid çıxarmaq mümkün olubsa onu gətirə bilmişəm. Mən ora gedə bilsəm orda olan 3 şəhidin üçünü də gətirəcəyəm. Laçında Musa da mənim dostumdu.
Prokror yanında olan qonaqları mənimlə tanış etdi. Onlar Namiqin guləşci dosları idı və atası Gülverdi kişidi taniş olun. Mən əvvəl əməliyyata getmək ucun ona hazırlaşmaq lazımdır. Oranı tanıyan bələci şəhidlərin yerlərini göstərməlidi xərtədə. Prokror mənə həmin döyuşdə olan bir zabit döyuşçünü də verdi. Mən həmin günu hazırlıq işlərimi gördum bələcinin dediyi ərazini muəyyən etdim. Mənimlə döyuş bölgəsinə gedib Namiqin Yalcının Musanın meyidini gətirtilməsi üçün yüzlərlə əsgərlərə dedim cox təəssüflər olsun ki mənimlə gedən bircə nəfər tapa bildim - o da Qurtuluş bataliyonundan olan Bəxtiyar oldu. Mən Bəxtiyarla səhərisi gunu 3 həfdədən çox döyüş meydanında qalmış şəhidlərin meyidlərini gətirmək üçün yola düşdük.
Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)
Biz həmin əraziyə çatanda artıq gecə idi. Çox uzun yol idi. Ərazi minalanmış olsa da gedib həmin yerə çatdıq və sağ-salamat da geri qayıtdıq…
Allah şəhidlərimizə rəhmət eləsin…

Qələmə aldı:
Rumanə Əmrəliyeva

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: