Naibə Əliyeva: "Qoru vətənimi, qoru ilahi!" Ədəbiyyat » Müsabiqə 10 Eylül VətənimYurduma Xəzərdən boylanır günəşBatacaq, hər axşam dağın başından,Nə gözəl məkanda bərqərar tutmuşTarixlər şahidi can-Azərbaycan.İsmində səslənən can kəlməsindəŞəhid oğulların- canı toplanıb,Vətən torpağının hər qarışındaİgid övladların izləri qalıb.Dörd yanın yad ellər, dostunsa təkdirCanına can deyən, yalnız türklərdir,Soyumuz, kökümüz eyni nəsildənAmma, dörd yanımız yad ellilərdir.Qoru vətənimi, qoru ilahiDostu tək, düşməni çoxdan da coxdurHaqqı düz, addımı doğru olanınBaşında min dərdi, bəlası çoxdur.Torpağı qanıyla sulanan vətən,Qanından gül-çiçək bitirən vətən,Düşmən çox olsa da, namərd olsa daSənin kölgən olub qalacaq, Vətən.Erkən payızSıralanıb qatar-qatar,Durna yenə köç eyləyirNecə keçdi baharla yay,Payız gəlib, yer eyləyir.Bulud sardı dörd tərəfiYağmağa fürsət gözləyir,Sürmədik ki, səfasınıYağmuru tüğyan eyləyir.Ümid qalıb yenə yazaBaşqa bahar, başqa yazaNecə gələr, nə gətirərÇarə qalıb təkcə səbrə..Səbrin də bir qərarı varGözü yorar, ürək vurar,Təsəlliyə bel bağladıqÜmid deyir, yaxşı olar.Əyri otur, doğru danışXeyirə aç sabahını,Atalar belə söyləyibZamanla hər şey durular.Yağacaqsa-yağsın yağışAxar su da bulanacaq,Boşaldıqca qara buludHəyat yenə canlanacaq.Payızın son yarpağı təkBudaqlardan düşür tək-təkÖmrümüzdən, günümüzdənBir il də ötüb gedəcək..Sözsüz musiqiGəlir qulağıma həzin ney səsi,İnləyir bərabər kamanın səsiSən toxun mizraba, mənsə dinləyim,Canlansın gözümdə gözəl mənzərə.Çal oğlum, çal qızım, dillərsə sussunYalnız musiqinin ahəngi ötsünYeddi səs, yeddi not qəlbdən-qəlblərəDeyilə bilməyən duyğu ötürsün.Hər kəsdən, gözlərdən uzaq məkandaNə sözə, nə dilə ehtiyacı var,Həzin musiqinin sədalarındaQəlbimin tək sənə ehtiyacı var.Görən hardan gəlir bu yanıq nidaYanıqlı qəlblərin səsidir bəlkə,Çəkib nəfəsinə, çəkib siminəDilsiz-ağızsızın sözüdür bəlkə.Dərin nəfəsinlə, sehirli əllə Yaranır ecazkar, yanıqlı nəğmə,Necə qəlbsiz olsa, necə ürəksizO da sükut ilə dinləyər, məncə.İnləyən səsinin heyranıyam mən,Sözsüz musiqinin vurğunuyam mən,Ustad nəfəsində, ustad əlindəBir ömür sükutla dinləyərəm, mən.Çal kaman, inlə ney qəlbim titrəsin,Ürəyin ritmi də sənlə köklənsin,Yorğun illərimin, yorğun ömrümünBütün nisgilini söküb aparsın...Payızın astanasıÇəkir əllərini yayın istisi,Hər gün bir az daha sərin meh əsirYay sonu- payızın astanasında,Qəlbimə çox qərib duyğular düşür.Hələ yarpaq yaşıl, budaqlar yaşılÜzümü, alması bağlarda daşır,Quşlar köç etməyə hazırlıq görürSübh şehi-payızdan xəbər gətirir..Əvvəldən belədir, bilmirəm niyəTəbiyyətə bağlı ruhum, əhvalım,Tək çiçək üzümü güldürə bilsəÜzülər, bir damla göz yaşı ilə.Son bahar-yarpaq tək titrək varlığımQışda üşüməyir, inan heç zaman,Təkcə bir anına təşəkkürüm varPayızda göz açan qız övladım var.Bəlkə də ürəyin gizli yerində,Özüm də bilmədən heyranlığım varEh payız, görəsən sənin şəninəSevmədən söylənən neçə misra var?ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.