GÜLCAN MİKAYILOVA: "ANA DİLİMIZ - VARLIĞIMIZDIR!"

GÜLCAN MİKAYILOVA: "ANA DİLİMIZ - VARLIĞIMIZDIR!" Akademik
Mədəd Çobanovun
əziz xatirəsinə
həsr olunmuş
II İnşa müsabiqəsi üçün



Ana dili - insanın kimliyidir, köküdür, ruhudur. Ana dili bizim yaddaşımız, tariximiz, mədəniyyətimizdir. Onu qorumaq milli varlığımızı qorumaq deməkdir. Bu dil bizi ana qucağı qədər doğma, vətən torpağı qədər müqəddəs hisslərlə bağlayır. Biz bu dildə ağlayır, gülür, sevinir, xəyal qururuq. Ana dili bizim mənəvi sərvətimiz, ata-babalarımızdan miras qalan ən dəyərli xəzinəmizdir.

Biz bu dildə danışmaqla təkcə özümüzü ifadə etmirik, həm də millətimizin tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ edirik. Onu yaşatmaq, qorumaq, sevmək bizim müqəddəs borcumuzdur.

Müstəqil Azərbaycanın rəmzlərindən biri də dildir. Heydər Əliyev, ümummilli liderimiz, Ana dilimizə yüksək dəyər verməklə müstəqilliyimizin möhkəm dayaqlarını yaratdı.


Uşaqlıqdan eşitdiyim nağıllar, anamın laylası, nənəmin duaları hamısı bu dildə olub. Mən hər dəfə "ana dili" deyəndə içimdə bir qürur hissi baş qaldırır. Ana dili - ana südü kimidir, onu uşaqkən içməyən, böyüyəndə dadını bilməz, dəyərini anlamaz.
Düşünürəm ki, bu dili mənə anam-atam verib, bu dili sevməklə sanki onlara da bir təşəkkür etmiş oluram. Ana dili haqqında danışanda anlayıram ki, ana dilimə sevgimi ifadə etməyə kəlimələr kifayət etmir. Onun haqqında yazmaq o qədər də asan deyil, şərəfli olduğu kimi də məsuliyyətlidir. Bəzi insanlar xarici dilləri öyrənib öz ana dillərini unudurlar. Amma məncə, insan ilk növbədə öz dilini sevməli, düzgün və gözəl danışmağı bacarmalıdır.
Mən gələcəkdə müəllim olmaq istəyirəm. İstəyirəm ki, uşaqlara da ana dilimi sevdirim, onlara deyim ki, ana dili bizim kimliyimizdir. Bu gün biz öz milli məktəbimizdə oxuyuruq, öz ana dilimizdə şeirlər öyrənib, hekayələr söylədikcə anlayırıq ki, nə qədər gözəl, zərif, ifadə imkanları geniş bir dilimiz var. Biz bu dili dünyaya tanıdacaq güclü bir nəsil kimi yetişməliyik.
Nənəm xəstə idi, çox danışmırdı. Amma hər gecə yatmazdan əvvəl mənə bir layla oxuyardı, saf, təmiz Azərbaycan dilində. Onun səsi nə dərman idi, nə dua, amma həmişə ürəyimdə gözəl hisslər oyadırdı. Bir gün nənəm sonuncu dəfə mənə baxıb pıçıldadı: “Bu laylanı unutma, bala… Mən getsəm də, bu layla səninlə qalsın.” O gündən bəri hər dəfə danışanda elə bilirəm, nənəmin laylası içimdə səslənir, çünki ana dilim onun səsi, onun nəfəsi, onun sevgisidir. Ana dili - kökümüzdür. Kökünü itirən, yolunu da itirər.

GÜLCAN MİKAYILOVA,
Gürcüstan, Bolnisi rayonunun Talaveri kəndindəki
Arif Əliyev adına 1 N:-li ictimai məktəbinin
10-cu sinif şagirdi


Fənn müəllimi:
FATMA ƏLİYEVA

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
GÜLLÜ AŞİROVA:

GÜLLÜ AŞİROVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA AZƏRBAYCAN DİLİNİN YERİ"

Fond, Məktəblər, Müsabiqə, Bolus
EMİL ƏLIYEV:

EMİL ƏLIYEV: "Ana dilimiz – varlığımızdır!.."

Fond, Məktəblər, Müsabiqə, Tiflis
LƏMAN İBRAHIMOVA:

LƏMAN İBRAHIMOVA: "Ana dilimiz - varlığımızdır!.."

Fond, Məktəblər, Müsabiqə, Bolus
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
Ana dili günümüz mübarək olsun!

Ana dili günümüz mübarək olsun!

Regionlar, Məktəblər
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Hardasan, ay ana, dillən, de harda?.."

Müsabiqə, Qərbi Azərbaycan
“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir”

AzTU, Köşə yazılar
Heydər Əliyev Azərbaycan dili haqqında

Heydər Əliyev Azərbaycan dili haqqında

Prezident
AzTU-da Beynəlxalq Ana dili günü qeyd olunacaq

AzTU-da Beynəlxalq Ana dili günü qeyd olunacaq

AzTU, Elanlar
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Humanitar elmlər
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Humanitar elmlər
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
İçində bir dünya ana sevdası...

İçində bir dünya ana sevdası...

Poeziya, Rustavi
Rəy yazın: