AMEA-nın müxbir üzvü, professor SƏLİM MUSAYEV (1937-2010)

AMEA-nın müxbir üzvü, professor SƏLİM MUSAYEV (1937-2010) UNUTSAQ, UNUDULARIQ!..
ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..


ELMƏ HƏSR OLUNMUŞ ÖMÜR

Qə­dim Borçalı mahalınının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı ucqar dağ kənd­lə­rin­dən olan Aşağı Yu­­xarı Oruz­manlar bir vaxt, nəinki Baş­­keçid rayonunda, hətta bü­tün Gürcüstanda belə inkişaf et­miş, adlı-sanlı ziyalıları ilə seçilmiş kənd­lə­rin­dən olmuş­lar.
(Orzuman - əslində Oğuzman de­sək, bizcə daha düzgün olardı.
Çünki bizim bu sözlərimizi son illərdə elmə mə­lum olan və Baş­ke­çid yaxın­lığında tapılan ən qə­dim insan qəbirlərinin - Oğuz qə­birlərinin olması da bunu sübut edir).


Heç də təsadüfü de­yil­dir ki, qədim Başke­çidin ilk aka­de­miki
Sə­lim Hüseynpaşa oğlu Mu­­­sa­yev­ də 1937-ci il mayın 29-da
məhz Yuxarı Oruz­man kəndində dün­yaya gəl­­miş və elə həmin
kəndə də boya-ba­şa çatmışdir.

Səlim Musayev 1951-ci ildə Yu­­­xa­rı Oruzman kənd 8 illik,
1954-cü ildə isə Ha­mamlı kənd 11 illik orta məktəbini bitirib.
Üç il təsər­rü­fat­da işlə­dik­dən son­ra 1957-1960-cı illərdə Sovet Ordusu sı­ra­larında xidmət edib.
1961-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pe­­­­do­qoji İnstitutunun biologiya fakultəsinə daxil olub.
O, bu­­­rada əla qiymətlərlə oxumaqla yanaşı, həm institutun bütün ictimai hə­yatında yaxından iştirak etmiş, elmə olan böyük marağı ilə müəllimlərinin diqqətini cəlb etmişdir. (Qeyd etmək lazımdır ki, həmin dövrlərdə institutun kimya-bio­logiya fakultəsində çox güclü professor-müəllim heyəti çalı­şırdı və professorlar Rza Rzazadəni və Həmid Fər­zə­li­bəy­lini xatırlamağı özümüzə borc bilirik.)

Gənc tələbə elə həmin vaxtlarda biologiya elminin sox ma­raqlı sahələrindən olan “Ali bitkilərin sistematikası” sa­hə­sinə xüsusi maraq göstərib. İnstitutun biologiya fakul­təsi­nin “Bio­logiya və kənd təsərrüfatının əsasları” ixtisası üzrə fərq­lənmə diplomu ilə bitirən S.H.Mu­sa­yev 1967-ci ilin no­yabr ayının 17-nə kimi Balakən rayo­nunun Meşə­şam­bul kənd 8 illik orta məktəbində kimya-biologiya müəl­­­limi işləyib. Elmə olan böyük marağı onu Azərbaycan Elmlər Akade­mi­yasının Botanika İnstitutunun aspirantu­ra­sı­na gətirir. O, çox böyük həvəs və inadkarlıqla bitki sis­tematikasının sirlərini öyrən­mə­yə başlayır, bu sahədə geniş elmi-tədqiqat işləri aparıb, 1967-ci ildə biolo­giya elmlər doktoru Y.M.İsa­yevin rəh­bərliyi ilə “Vələmir cin­sinin Qaf­qaz növləri” mövzu­sun­da na­­mi­zədlik desserta­si­yasını vax­tından 6 ay əvvəl müvəffə­qiyyətlə müdafiə edir.

1971-ci ildən başlayaraq S.Musayev “Azərbaycan taxıl­ları” mövzusunda doktorluq dessertasiyası üzərində ciddi el­­mi ax­tarışlar aparmağa başlayıb. Uzun illər ərzində apar­­­dığı ax­ta­rışlar nəticəsində elm üçün 10 növ təsvir ve­rib ki, bu da dün­ya botanikləri tərəfindən yüksək qiy­mət­ləndirilərək qəbul edilib və Beynəlxalq Nomen­klatur Bota­nika kodeksinə daxil olunub. Bununla yanaşı o, Av­ra­siya florası üçün 12 növ, Qaf­qaz florası üçün 7 növ, Azər­bay­can florası üçün 10 cins və 150 növ ilk dəfə göstərib. S.Mu­sayev 1970-1985-ci illərdə Nax­­çıvan MR və Azər­bay­­­­­canın digər bölgələrinə təşkil olu­nan ekspe­disiyalara rəhbərlik edib və mərkəzi herbarium fondunu yeni herbari nüsxələri ilə zənginləşdirib.
O, bütün elmi tədqiqat işlərinin və digər araşdırmaların nə­ticələrinə dair 1990-cı ildə Ukrayna Respublikasının Ki­yev Bo­tanika İnstitutunda biologiya elmləri doktoru alimlik dərə­cəsi almaq üçün “Azərbaycan taxılları” mövzusunda müvəf­fəqiyyətlə dissertasiya müdafiə edib.

S.Musayev Ali bitkilərin sistematikası, xüsusən aqros­tolo­giya sahəsində MDB-də çalışan 5 nəfər mütəxəssisdən biri­dir. Onun gərgin əməyinin elmi axtarışları 5 mo­no­qrafiyada və 160-dan çox elmi məqalələrdə toplanıb.

S.Musayev elmi tədqiqatları içərisində faydalı, nəsli kə­silməkdə olan bitkilərin öyrənilməsi də xüsusi bir yer tu­tur.
1989-cu ildə nəşr edilən “Azərbaycanın qırmızı kita­bı”­nın ha­zır­­lanmasında yaxından iştirak edib.
1996-cı ildə aka­­demik V.Hacıyevlə birlikdə Azərbaycanın “Qır­mızı”“Yaşıl” ki­tab­larına tövsiyə edilən “Bitki və bitki formasi­yaları” adlı əsə­ri çap olunub.
O, Azərbaycan florasının milli dildə yazılan yeni nəş­rinin ha­zırlanmasında əsas müəlliflərdən biridir.

Biologiya elmləri doktoru, professor Səlim Musayevin yaz­­dığı “Azərbaycanın paxlalı bitkiləri”“Naxçıvan flo­­ra­sı­nın paxlalı bitkiləri” (akademik V.Hacıyevlə birlik­də) ad­lı əsər­ləri İngiltərədə yerləşən Beynəlxalq məlumat­lar ban­­kının si­fa­rişi ilə hazırlanıb və 1997-ci ildə “Şimali Av­rasiya paxla­lı­larının konspekti” adlı əsərə daxil edilib.
Bu əsərdə Azər­bay­­canın paxlalılar florasının 63 cinsinə aid 437 növ, Nax­çıvan paxlalılar florasının 37 cinsinə aid 234 növ Beynəlxalq no­men­klatur kataloqa daxil edilib və Azər­baycan Respubli­kası burada müstəqil dövlət kimi təm­sil olu­nub.

S.H.Musayev AMEA-nın “Xəbərlər” (biologiya elmlər seri­yası) jurnalının redaksiya heyətinin üzvü, geniş diapo­zonlu bir tədqiqatçı kimi milli kadrların hazırlanma­sına, botanika elmlərinin hərtərəfli inkişafına öz ömrünü həsr edir. Onun rəh­­bərliyi altında 4 nəfər elmlər namizədi ha­zırlanıb.
O, on­larla dissertantın opponenti, 7 nəfər dis­ser­tan­tın isə el­mi rəh­bə­ridir.

S.H.Musayev botanika elminin inkişafında və nailiy­yət­lə­ri­nin tədbiq edilməsində də öz bilik və bacarı­ğını əsir­gə­mə­yib. Müxtəlif illərdə Alma-Ata, Aşqabad, Sankt-Peter­burq, İs­tan­bul, Samsun, London və s. şəhərlərdə keçi­rilən elmi kon­­frans, qurultay və sim­poziumlarda dəfələrlə elmi mə­ruzə ilə çıxış edib, əsərləri həmin ölkələrin nəş­riyyat­larında nəşr olu­nub.

Məhz bütün bu elmi nailiyyətlərin, gərgin zəhmətin bəh­­rəsi olaraq 2001-ci ildə Milli Elmlər Akademiyasına ke­çi­rilən seç­­­kilərdə seçilən müxbir üzvlərindən biri də Azər­­baycan MEA Botanika İnstitutunun labaratoriya mü­diri, “Bitki alə­mi­nin qorunması, əmələ gəlməsi və səmə­rəli isti­fadəsinin bio­lo­ji əsasları” problemləri üzrə sədr müa­vi­ni, İnstitutun el­mi şurasının və Azərbaycan Dövlət Ekо­­lo­giya və Təbiət­dən İsti­fadəyə Nəzarət Ko­mitəsinin elmi şu­rasının üzvü, biolo­gi­ya elmləri doktoru, professor Səlim Hüseynpaşa oğlu Musa­yev­dir.

Biologiya elmləri doktoru, AMEA-nın Müxbir üzvü Sə­lim Musayevin adı “Кто есть кто Биоразнообразие Рос­­сии и сопредельных регионов” (1997) adlı kitabda və “Vektor” şir­kətinin Beynəlxalq Elm mərkəzinin apar­dığı ictimai sor­ğuya əsasən 2001-ci ilin “Azərbaycanın 100 görkəmli alimi” seriyasına daxil edilmişdir.

S.H.Musayev Ali bitki­lərin sistematikası sahəsində dərin elmi biliyə, ana­litik dü­şüncəyə, fenomen yaddaşa, yüksək iş qabiliy­yətinə ma­lik geniş profilli tədqiqatçıdır. Özünə və ətrafın­dakılara qarşı yük­­sək tələbkarlıq, düzgünlük, ideal saflıq ona elmi əmək­daşlarının məhəbbətini və hörmətini qazan­dırmışdır.
Və elə buna görə də o, 2008-ci ildə AMEA-nın Botanika İns­titu­tu­nun direktoru seçilmişdir.

AMEA-nın müxbir üzvü, professor Səlim Mu­sayev ömrünün 73-cü baharında
8 aprel 2010-cu ildə vəfat etmiş, Bakıdakı II Fəxri xiyabanda dəf olunmuşdur.
Respublika mətbuatında - o cümlədən, “Azərbay­can”, “Təhsil”, “Şərqin səsi” və s.
qəzetlərdə onun haqqında geniş NEKROLOQlar çap olunmuşdur.
Allah rəhmət eləsin!...


Müşfiq BORÇALI,
ZiM.Az

Bax:
Müşfiq BORÇALI. ELMƏ HƏSR OLUNMUŞ ÖMÜR.
«Təhsil» qəzeti, Sentyabr, 2007;
«Şərqin səsi» qəzzeti, N: 05-06 (209-210)
May, 2008-ci il.

Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid". I cild. Bakı, 2015.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: