Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­di­nin xa­ti­rə­lə­ri...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­di­nin xa­ti­rə­lə­ri... Za­ma­nın o ta­yın­dan gəl­miş­di san­ki. Elə bil ki, Də­də Qor­qu­dun özü idi. Qa­ra­ca sa­zı­nı si­nə­si­nə ba­sıb biz­dən ne­çə nə­sil uzaq­lar­da qa­lan də­də­lə­rin ya­rat­dıq­la­rın­dan oxu­yar­dı. Ozan­lar oza­nı Hü­seyn Sa­rac­lı­dan da­nı­şı­rıq. Bor­ça­lı ma­ha­lı­nın Sa­rac­lı kən­din­də Qur­ban ağa­nın ai­lə­sin­də dün­ya­ya göz aç­mış­dı Hü­seyn Sa­rac­lı.

Bor­ça­lı aşıq mü­hi­ti­nin lə­ya­qət­li nü­ma­yən­də­si olan us­tad Hü­seyn Sa­rac­lı ifa­çı­lı­ğı ilə yad­daş­lar­da də­rin iz­lər bu­ra­xıb. Klas­sik aşıq­lı­ğın son sü­tun­la­rın­dan bi­ri idi. Bu gün də onun sə­nət­də ya­rat­dı­ğı mək­təb ya­şa­yır. Əzə­mət­li oza­nın mək­tə­bi­ni so­nun­cu şə­yir­di, aşıq-saz­bənd Köv­rək Mu­rad ya­şa­dır. Köv­rək Mu­rad us­ta­dı­nın adı­nı hər za­man lə­ya­qət­lə uca­la­ra qal­dı­rır. H.Sa­rac­lı qə­dim saz ha­va­la­rı­nın ma­hir ifa­çı­sı, əvəz­siz das­tan da­nış­maq qa­bi­liy­yə­ti­nə ma­lik olan sə­nət­kar ki­mi ta­rix­də iz qo­yub. Bəl­kə də in­di­yə qə­dər XX əsr Azər­bay­can aşıq­la­rı ara­sın­da onun qə­dər ko­lo­rit­li, gö­zəl, ma­raq­lı, xalq di­li­nin tə­ləb­lə­ri­nə ca­vab ve­rən tərzdə das­tan da­nı­şan ikin­ci bir aşıq ol­ma­yıb. Bu mü­ba­li­ğə­siz be­lə­dir.

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­di­nin xa­ti­rə­lə­ri... 2016-cı il H.Sa­rac­lı ili­dir. Bu il Gür­cüs­tan Res­pub­li­ka­sın­da rəs­mi döv­lət və ic­ti­mai qu­rum­lar sə­viy­yə­sin­də H.Sa­rac­lı­nın 100 il­lik yu­bi­le­yi qeyd edi­lib. Onu da vur­ğu­la­yaq ki, H.Sa­rac­lı Gür­cüs­tan Res­pub­li­ka­sı­nın əmək­dar mə­də­niy­yət iş­çi­si olub. Sa­rac­lı kən­din­də az­man oza­nın büs­tü ucal­dı­lıb. Us­ta­dın büs­tü Azər­bay­can Rəs­sam­lar İt­ti­fa­qı­nın H.Sa­rac­lı­nın xa­ti­rə­si­nə əbə­di eh­ti­ram nü­mu­nə­si­dir.

Hü­seyn Sa­rac­lı­nın ya­nıq­lı ifa­sı­nın sir­ri...

Bu həf­tə­lər­də H.Sa­rac­lı­nın 100 il­lik yu­bi­le­yi Azər­bay­can döv­lə­ti tə­rə­fin­dən qeyd edi­lə­cək. Azər­bay­can Res­pub­li­ka­sı Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi və Azər­bay­can Aşıq­lar Bir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lə­cək yu­bi­ley mə­ra­si­mi­nə ha­zır­lıq pro­se­si­nə baş­la­nıb.

H.Sa­rac­lı­nın 100 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə so­nun­cu şə­yir­di Köv­rək Mu­rad­la gö­rüş­dük.


K.Mu­rad us­ta­dı haq­qın­da, onun aşıq­lı­ğa ne­cə baş­la­ma­sı ba­rə­də da­nış­dı: "So­ru­şur­dum ki, ay Sö­yün əmi, (Hü­seyn) sən aşıq­lı­ğa nə tə­hər baş­la­dın, ni­yə baş­qa iş­lə məş­ğul ol­ma­dın, aşıq­lı­ğa meyl sal­dın? De­yir­di ki, a ba­la, 1931-ci il­də ata­mı gül­lə­lə­di­lər, atam Qur­ban ağa­nın baş sü­mü­yün­dən bir par­ça tap­mış­dı­lar, onu nə­nəm san­dıq­da sax­la­yır­dı, hər gün san­dıq­dan çı­xa­rıb ağ­la­yır, son­ra da sü­mü­yü tə­zə­dən san­dı­ğa qo­yur­du. Nə­nə­min ah-na­lə­si­ni, göz yaş­la­rı­nı, ba­ya­tı­la­rı­nı, ağı­la­rı­nı mən sa­za kö­çü­rüb aşıq ol­dum, sə­sim­də­ki yan­ğı da o dərddən­dir. De­yir­di ki, ye­ni­yet­mə idim, sa­za hə­və­sim var­dı, ağa­cın üs­tü­nə sim bağ­la­yıb saz ki­mi ça­lır­dım. Da­yım hə­və­si­mi gö­rüb mə­nə de­di ki, bir dos­tum var, sə­ni onun ya­nı­na şə­yird apa­ra­ca­ğam. Hə­min aşıq da Quş­çu aşıq İb­ra­him idi. Da­yı­sı Hü­seyn Sa­rac­lı­nı Quş­çu İb­ra­hi­min ya­nı­na apa­rır, son­ra Quş­çu İb­ra­hi­mi 1939-cu il­də fin-rus mü­ha­ri­bə­si­nə apa­rır­lar. Eşit­di­yi­mə gö­rə, ora­dan da İkin­ci Dün­ya Mü­ha­ri­bə­si­nə ge­dib. Mü­ha­ri­bə­yə qə­dər us­ta­dım onun ya­nın­da şə­yirdlik edib. On­dan son­ra isa Sar­van Bay­ra­mın ya­nı­na ge­dib, onun­la iş­lə­yib. O, Sar­van Bay­ra­mın ya­nı­na ge­dən­də aşıq­lı­ğı ba­ca­rır­mış. De­yir­di ki, oğul, "Ko­roğ­lu"nun çox qol­la­rı­nı Bay­ram əmim­dən gö­tür­düm. Da­nı­şır­dı ki, son­ra Fax­ra­lı şa­ir Nə­bi­nin ya­nın­da saz tut­dum. Şa­ir Nə­bi saz ça­la bil­mir­di.
H.Sa­rac­lı­nın us­ta­dı Quş­çu İb­ra­hi­min us­ta­dı isə Dol­lu Abu­zər olub. Dol­lu Abu­zər də Bor­ça­lı ma­ha­lı­nın Ulac­lı kən­di­nə kö­çüb ora­da ev­lən­miş­di. Dol­lu Abu­zər Bor­ça­lı­da çox aşıq­lar ye­tiş­di­rib. Bi­zim aşıq sə­nə­ti­nin in­ki­şa­fın­da onun çox bö­yük zəh­mə­ti olub".

"Hü­seyn Sa­rac­lı ən çox Xın­dı Məm­məd­lə yol­daş­lıq edib..."

K.Mu­rad us­ta­dın­dan eşit­dik­lə­rin­dən da­nı­şır ki, İkin­ci Dün­ya Mü­ha­ri­bə­si il­lə­rin­də do­la­nı­şıq çə­tin olub. O za­man­lar ac­lıq baş alıb ge­dir­di: "O vaxt aşıq­lar dəs­tə-dəs­tə kəndlə­rə ge­dib ça­lıb oxu­yur, gü­zə­ran qa­za­nır­dı. Aşı­ğa pul əvə­zi­nə buğ­da, qar­ğı­da­lı, ər­zaq ve­rir­di­lər. Aşıq­lar bi­zim kən­də - Dəl­lə­rə də gə­lir­di. Hət­ta şa­ir Nə­bi də gə­lib kən­di­mi­zə. Zur­na­çı oğ­lu Əli­nin evi­nə dü­şüb, o da evi­ni ye­ni bə­zə­dib­miş, yax­şı ev-eşi­yi var­dı. Elə olur ki, Əli ki­şi ev­də ol­mur, ar­va­dı qo­na­ğı qar­şı­la­yır, çay-çö­rək ha­zır­la­yır, ax­şam Əli ki­şi evə gəl­mə­di­yin­dən, ge­dib Qa­zax Alı­nın evin­də ça­lıb-ça­ğı­rır­lar, döv­ran yı­ğır­lar. Anam Xey­ran­sa Ab­bas­qı­zı da­nı­şır­dı ki, də­dəm ci­bin­də hə­mi­şə aşı­ğın pu­lu­nu ay­rı­ca sax­la­yır­dı ki, aşıq gə­lən­də məc­lis­də ona ver­sin. Ki­min də pu­lu yox idi­sə, ta­xıl sa­tıb pul ha­zır­la­yır­dı ki, aşıq gə­lən­də oxu­dub qu­laq as­sın. El­də aşı­ğa bö­yük hör­mət olub. Kən­də aşıq gə­lən­də ev­ba­şı ha­mı ge­dib qu­laq asır­dı.
H.Sa­rac­lı şa­ir Nə­bi ilə, dəl­lək Dün­nü ilə çox iş­lə­di. Dəl­lək Dün­nü həm dəl­lək idi, həm də saz ça­lır­dı. Şa­ir Nə­bi­nin ya­nın­da o da saz ça­lıb. O vaxt aşıq dəs­tə­lə­ri var­dı. H.Sa­rac­lı çox aşıq­lar­la yol­daş olub. An­caq ən çox Xın­dı Məm­məd­lə yol­daş­lıq edib. Çox toy­la­ra bir­lik­də ge­dir­di. O dövrdə aşıq­lar drax­tın­da, çay­xa­na­da oxu­yur­du. Şü­lö­yür­də, Daş­tə­pə­də, Sa­dax­lı­da çay­xa­na­lar olub, aşıq­lar əsa­sən ora yı­ğı­şır­dı. Çün­ki o za­man­lar Gü­ney Azər­bay­can­dan Bor­ça­lı­ya kö­çən­lər əsa­sən ora­lar­da cəm­ləş­miş­di, drax­tın­la­rı on­lar aç­mış­dı və aşı­ğa ən çox da on­lar qu­laq asır­dı. Sö­yün əmim da­nı­şır­dı ki, çay­xa­na­da oxu­yub bə­zən bir to­yun pu­lu­nu alır­dıq. Elə idi ki, məc­li­si olan çay­xa­na­ya ge­dir, aşı­ğı ora­dan apa­rır­dı məc­li­si­nə. Aşıq hə­mi­şə gə­zər­gi olub, kənd-kənd, el-el gə­zib do­la­şıb. Us­ta­dım öm­rü­nün so­nu­na ya­xın Əm­rah da­yı ilə (aşıq Əm­rah Gül­məm­mə­dov - İ.S) dostluq edir­di, məc­lis­lə­rə bir ge­dir­di­lər. Əm­rah da­yı da gö­zəl sə­nət­kar, gö­zəl in­san idi, ipək ki­mi xa­siy­yə­ti var­dı. H.Sa­rac­lı şəm­kir­li Pər­va­nə Hə­sən­lə də yol­daş­lıq edir­di".

Hü­seyn Sa­rac­lı­nın ilk şə­yir­di...

"Us­ta­dı­mın bi­rin­ci şə­yir­di aşıq Əmir Hə­sə­nov olub, çox yük­lü, do­lu aşıq idi. De­yir­di ki, 13 şə­yir­dim olub, am­ma ona ha­lal-hüm­bət bir ne­çə şə­yir­di axı­ra qə­dər qul­luq et­miş­di. Aşıq Əmir, Sə­di Ulac­lı, aşıq Əh­məd Sa­dax­lı, mən, aşıq Nu­rəd­din Qa­sım­lı, aşıq Oruc (aşıq Oruc Quş­çu İb­ra­hi­min oğ­lu idi - K.M.), Dağ Arıx­lı­sın­dan aşıq Rza, Qa­ra­ya­zı­lı Si­rac, aşıq Sa­bir Sa­rac­lı və baş­qa­la­rı. On­la­rın ço­xu­nun ta­nın­ma­ma­sı­nın sə­bə­bi o idi ki, us­tad ki­mi for­ma­la­şa bil­mə­di­lər, güc­lə­ri yox idi. Mən­dən so­ru­şur­lar ki, ni­yə aşıq Əmi­rin lent ya­zı­la­rı çox az­dır? Aşıq Əmir güc­lü aşıq idi və bü­tün gü­nü toy­lar­da, məc­lis­lər­də idi, heç ya­dı­na re­per­tu­a­rı­nı yaz­dır­maq, efi­rə çıx­maq düş­mür­dü. Aşıq Əh­məd Sa­dax­lı gə­zər­gi idi, bir aya­ğı Ba­kı­da idi hə­mi­şə, ra­di­o­ya gə­lir­di. Ümu­miy­yət­lə, Xın­dı Məm­mə­din də lent ya­zı­la­rı az­dır, Tif­lis ra­di­o­sun­da nə ya­zı­lıb­sa odur, Ba­kı ra­di­o­sun­da yaz­dır­ma­yıb. H.Sa­rac­lı­nın şə­yirdlə­rin­dən an­caq mən və Sa­bir hə­yat­da­dır, qa­lan­lar haqq dün­ya­sın­da­dır. O da in­di aşıq­lıq et­mir" - de­yə K.Mu­rad bil­dir­di.

"Beş il sə­ra­sər us­ta­dı­ma qul­luq et­mi­şəm"

K.Mu­rad de­yir ki, beş il us­ta­dı­na qul­luq edib: "Mən özüm H.Sa­rac­lı­ya sə­ra­sər beş il qul­luq et­mi­şəm, evin­də qal­mı­şam, ai­lə­nin bir üz­vü ol­mu­şam. O vaxt us­tad­lar şə­yir­di evin­də sax­la­yır­dı. Bu da var ki, hər ada­mı da şə­yird gö­tür­mür­dü­lər. Aşıq Əh­məd Sa­dax­lı da, Sə­di Ulac­lı da, mən də H.Sa­rac­lı­nın evin­də qal­mı­şıq, Sə­di Ulac­lı həm də H.Sa­rac­lı­nın kü­rə­kə­ni idi. H.Sa­rac­lı mək­tə­bi­nin zə­if in­ki­şaf et­mə­si onun­la bağ­lı idi ki, özün­dən son­ra aşıq­lıq edən ol­ma­dı, tək­cə Əh­məd idi, o da rəh­mə­tə ge­dib. Mən də saz­bəndlik et­dim, çox aşıq­lıq et­mə­dim. Sə­di yax­şı aşıq idi, o, ən yax­şı məc­lis­lə­rə Sə­di ilə ge­dir­di. Bi­zi də apa­rır­dı məc­li­sə.
Bi­lir­si­niz ki, keç­miş çağ­lar­da toy­lar pa­yız­da baş­la­yar­dı. Pa­yı­zın elə bu vaxtla­rı idi, H.Sa­rac­lı bi­zim kən­də, Bor­ça­lı­nın Aran-Dəl­lər kən­di­nə to­ya gəl­miş­di. Mə­nim də on­da 17-18 ya­şım olar­dı. O vaxt ar­tıq kənddə hə­vəs­kar aşıq ki­mi məc­lis­lə­rə ge­dir­dim. Nə isə, hə­min məc­li­sin axır­la­rı­na ya­xın kənd ağ­saq­qal­la­rın­dan bi­ri mə­ni gös­tə­rib de­di ki, ay aşıq Sö­yün (Hü­seyn), qoy bir bu ca­van oğ­lan da bir saz ça­lıb oxu­sun. On­dan mə­nim o məc­lis­də oxu­ma­ğım üçün ica­zə is­tə­di. O da izn ver­di, bir "Göy­çə gü­lü" ha­va­sı ça­lıb oxu­dum. İfam us­ta­dın xo­şu­na gəl­di... Qu­laq asıb de­di ki, uzun bo­ğa­zın var, sən­dən yax­şı aşıq çı­xar. De­dim, ay Sö­yün əmi, mə­ni özü­nə şə­yird gö­tü­rər­sən­mi? Ra­zı­lıq ver­di. Be­lə­lik­lə, 1974-cü ilin pa­yı­zın­da us­ta­dın ya­nı­na şə­yird get­dim. Us­tad mə­ni şə­yird gö­tür­mək üçün atam­dan üç inə­yin haq­qı­nı al­dı. O vaxt be­lə idi. Mən onun so­nun­cu şə­yir­di ol­dum. Us­ta­dı­mın mə­nə qə­dər 12 şə­yir­di var­dı, mən də ol­dum 13-cü şə­yir­di. O za­man us­tad şə­yir­di evin­də sax­la­yır­dı və şə­yird də ai­lə­nin bir üz­vü­nə çev­ri­lir­di. Mən H.Sa­rac­lı­nın ya­nı­na ge­dən­də onun 60 ya­şı var­dı. Bu min­val­la düz 5 il us­ta­dı­mın evin­də qa­lıb ona şə­yirdlik et­dim. İn­di­ki saz mək­təb­lə­rin­də ol­du­ğu ki­mi, bir aşıq 20 şə­yirdlə bir­dən məş­ğul ol­mur­du. On­da us­tad­lar az şə­yird gö­tü­rür­dü. Dərslər əsa­sən ax­şam­lar ke­çi­ri­lir­di. Gün­düz­lər isə us­tad öz işin­də olur­du, şə­yird isə çox vaxt tə­sər­rü­fat iş­lə­ri­nə kö­mək edir­di, elə də olur­du ki, us­tad­la sə­fər­lə­rə çı­xır­dı. Bü­tün şə­yirdlər ne­cə, mən də elə us­ta­da qul­luq edir­dim. Us­tad şə­yir­də yal­nız aşıq­lı­ğın sir­lə­ri­ni öy­rət­mir­di, həm də ədəb-ər­kan öy­rə­dir­di... Ne­cə otu­rub dur­ma­ğı, məc­lis­də özü­nü apar­ma­ğın qay­da­la­rı­nı izah edir­di. Mən us­ta­dım­la Bor­ça­lı­nı qa­rış-qa­rış gəz­mi­şəm, Qa­ra­ba­ğa, Nax­çı­va­na, Qər­bi Azər­bay­ca­nın ra­yon­la­rı­na get­mi­şəm. Us­tad­dan çox şey gö­rüb-gö­tür­mü­şəm".

Hü­seyn Sa­rac­lı­nın ha­zır­ca­vab­lı­ğı...

"Gün­lə­rin bi­rin­də Tə­kə­li kən­din­də məc­lis ke­çi­rir­dik. Aşıq Hü­seyn şə­yirdlə­rin­dən Sə­di Ulac­lıy­la de­di ki, dur oxu, nə­dən­sə Sə­di Ulac­lı bir az lən­gi­yir. Bu za­man mən aşıq Sə­di ilə za­ra­fat et­dim ki, "sə­nin en­li­li­yin var­sa, mə­nim də uzun­lu­ğum var, sən­dən qorxmu­ram, dur oxu­yaq". Be­lə əh­va­lat­lar məc­lis­lər­də çox olur­du.
Bir gün Sö­yün əmim­lə hə­yət­də otur­muş­duq, bir də gör­dük ki, dar­va­za­nın ağ­zın­da bir ma­şın da­yan­dı, ge­dib gə­lən­lə­ri qar­şı­la­dım. Gör­düm ki, bir ki­şi 14-15 yaş­lı qız uşa­ğı ilə gə­lib. Çay süf­rə­si açıl­dı, us­tad bir-iki ağız da oxu­duq­dan son­ra qo­naq so­ruş­du:
- Hü­seyn əmi, heç de­mir­sən "ni­yə gəl­mi­sən?".
- Sə­nət­ka­rın evi­nə gə­lər­lər, bu­yur! - us­tad be­lə ca­vab ver­di.
Qo­naq de­di ki, qı­zı­mın yax­şı sə­si var, onu şə­yirdli­yə gö­tü­rər­sən­mi? Us­tad bir az fi­kir­ləş­di, əli ilə bığ­la­rı­nı eş­dik­dən son­ra de­di ki, a qı­zım, sən çö­lə çıx. Qı­zın ata­sı­na de­di:- Oğul, gə­lə­cək­də bu qız ərə ge­də­cək, uşa­ğa ya­ta­caq. Bi­ri də gə­lib to­ya ça­ğı­ran­da de­yə­cək­lər ki, uşa­ğa ya­tıb, gə­lə bil­mir. El ar­sın­da da ya­yı­la­caq ki, aşıq do­ğub. Ayə, aşıq da do­ğar­mı? Ki­şi qı­zı­nı gö­tü­rüb get­di.
H.Sa­rac­lı çox ha­zır­ca­vab adam idi" - de­yə us­ta­dın şə­yir­di bil­dir­di.

"Hü­seyn Sa­rac­lı qə­dər "Ko­roğ­lu" qol­la­rı­nı bi­lən aşıq yox idi"

K.Mu­rad de­yir ki, us­ta­dım ana­dan aşıq do­ğul­muş­du. Onun bil­dir­di­yi­nə gö­rə, o həm aşıq, həm şa­ir, həm də aktyor idi, aşı­ğa xas olan bü­tün cə­hət­lə­rə ma­lik idi: "Lə­ti­fə­si, qa­ra­vəl­li­si, at­ma­ca­sı da öz ye­rin­də. O fit­rə­tən aşıq idi. O bil­di­yi das­tan­la­rı ol­duq­ca mə­ha­rət­lə çat­dı­rır­dı. H.Sa­rac­lı hə­yat­dan kö­çə­nə qə­dər öy­rən­di. Hey de­yir­di ki, mən da­na­çı­dan, bu­zov­çu­dan, ço­ban­dan da söz öy­rən­mi­şəm. Çün­ki aşı­ğı el aşıq edər. O vaxt sa­vad­lı adam çox az idi. Mə­sə­lən, bir kənddə di­ni təh­sil alan ya bir, ya iki nə­fər olar­dı. An­caq aşıq çox bi­lir­di, hər şey­dən xə­bə­ri var­dı, ona gö­rə də aşı­ğı baş bi­lən, ağ­saq­qal sa­yır­dı­lar. Yax­şı aşıq hər şe­yin öh­də­sin­dən gə­lir­di. Aşıq­lar di­ni də gö­zəl bi­lir­di. Mə­sə­lən, aşıq­la­rın ço­xu qo­ca­lan­dan son­ra mol­la­lıq edib. H.Sa­rac­lı qə­dər "Ko­roğ­lu" qol­la­rı­nı bi­lən aşıq yox idi. "Ko­roğ­lu"nun 16 qo­lu­nu bi­lir­di. Hət­ta "Tel­li xa­nı­mın Çən­li­be­lə gəl­mə­si"ni, "Zər­ni­şan xa­nı­mın Çən­li­be­lə gəl­mə­si"ni H.Sa­rac­lı bi­lir­di an­caq. O vaxt o ver­di pro­fes­sor Mür­səl Hə­ki­mo­va, o da ki­ta­ba sal­dı. Folklor­şü­nas­la­ra ver­di­yi das­tan­la­rı, na­ğıl­la­rı mə­nə yaz­dı­rır­dı. O de­yib, mən yaz­mı­şam. "Tel­li xa­nı­mın Çən­li­be­lə gəl­mə­si" das­ta­nı­nı özüm əlim­lə ya­zıb Mür­səl mü­əl­li­mə ver­mi­şəm. De­yir­di ki, a ba­la, "Zər­ni­şan xa­nı­mın Çən­li­be­lə gəl­mə­si" das­ta­nı­nı aşıq Nə­sib­dən al­mı­şam".
Unu­dul­maz xa­ti­rə­lər...
"Bir də­fə Kəl­bə­cər­dən qa­yı­dır­dıq. İs­tə­dik evə şey-şüy alaq. Gir­dik dü­ka­na, bir ca­van oğ­lan gör­dük. Cü­rət edə bil­mə­di us­ta­da de­mə­yə, mə­nə de­di ki, ha­ra­dan gə­lir­si­niz? De­dim kon­sertdən. De­di bi­zim bi­nə­yə ge­dər­si­niz­mi? De­dim ni­yə get­mi­rik. Ay Hü­seyn əmi, bu oğ­lan bi­zi də­vət edir. Ora­nın ço­ban­la­rı bi­zi qar­şı­la­dı­lar. Bir gün ax­şa­ma­dək bi­nə­də ça­lıb oxu­duq. Yax­şı məc­lis dü­zəltdi­lər, ca­ma­at qu­laq as­dı. Us­ta­dım dər­viş ki­mi idi, gə­zir­di hər ye­ri. Mə­ni də çox ye­rə apa­rır­dı özü ilə. Çox vaxt tən­bə­ki al­maq üçün mə­ni Ba­tu­ma gön­də­rir­di. O hər tən­bə­ki­ni çək­mir­di, xü­su­si tən­bə­ki is­ti­fa­də edir­di.
H.Sa­rac­lı ba­la­ban­la da oxu­muş­du, de­yir­di ki, ona gö­rə ba­la­ban­la oxu­dum ki, qoy Azər­bay­can­da­kı aşıq­lar de­mə­sin ki, H.Sa­rac­lı ba­la­ban­la oxu­ya bil­mir. "Baş sa­rı­tel" və "Qəh­rə­man"ı oxu­yub ba­la­ban­la.
H.Sa­rac­lı­nın hə­ya­tı çox tə­la­tüm­lü olub. Ye­ni­yet­mə­lik ça­ğın­da gö­zü qar­şı­sın­da ata­sı gül­lə­lə­nib, bu dər­di il­lər­lə ürə­yin­də gəz­di­rib. Son­ra da mü­ha­ri­bə­yə get­mə­di­yi­nə gö­rə onu həbs et­miş­di­lər, az son­ra bu­rax­mış­dı­lar. H.Sa­rac­lı aşıq ol­ma­say­dı da, is­tə­ni­lən sa­hə­də güc­lü, se­çi­lən in­san ola­caq­dı. O is­te­dad­lı bir sər­kər­də, qo­şun bö­yü­yü də ola bi­lər­di, ni­zam­lı adam idi. Döyüş taktikalarını gözəl bilirdi. Çünki qaçaq-quldura da çox oxumuşdu. O çox sadə adam idi, çoban üçün də oxuyurdu. Deyirdi ki, oğul, elə vaxt olub bir baş pendirə oxumuşam.
Sazbəndliyə də onun xeyir-duası ilə başladım, mənə yol göstərdi, mən də işlədim. Sazı simləyib-pərdələyirdi, əyri yerləri rəndələyirdi. Hüseyn Saraclı toylara gedəndə qiymət kəsmirdi, nə qığılırdı "bərəkət” deyirdi.
Ustadımın özü dastan yaratmışdı. Onun "Qaçaq Kərim” dastanı vardı. O dastan üzə çıxmadı, arxivindədir. "Bimar Gülnar” dastanı da yaratmışdı. Ustadım 72 hava çalırdı. Bütün havaları gözəl oxuyurdu, amma klassik havaları xüsusi ifa edirdi. Klassik havalar onun canına-qanına elə hopmuşdu ki. Borçalıda yaranan "Mansır”I , "Zarıncı”, Sultan” nı o qədər gözəl oxuyurdu. Ustadımda ərinmək yox idi, hara dəvət edirdilər gedirdi, çağırılan yerə gedirdi.
Allah ustadıma rəhmət eləsin, danışılası çox xatirələr var. Sağlıq olsun!

İradə Sarıyeva

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: