DƏMİRLİ KƏNDİ

DƏMİRLİ KƏNDİ DƏMİRLİ KƏNDİ DƏMİRLİ - Qə­dim Borçalı mahalının Bolulus bölgəsində - in­­di­ki Gürcüstanın Bolnisi ra­yo­nunda Gədi çayının sol sahilində, rayon mər­­­kəzindən 20 km qərbdə, dəniz səviyyəsindən 800 m yük­səklikdə yerləşən qədim türk kəndidir.

Dəmirli kəndində 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər nəfər soydaşımız yaşayıb.
Kənddə hazırda 400 nəfərə yaxın soy­daşımız yaşayır.

Dəmirlidə Azərbaycan məktəbi 1931-ci il­dən fəaliyyət göstərir. 2006-cı ildə Baza məktəbində 9 sinifdə 66 şagird təhsil alıb.

El ağsaqqalları Nəbi Qarallı, Mədəd İb­­rahimov, alimlər Ənvər Şabanov, İbad Əhmədov, Əlövsət Osmanlı, müəllimlər Cəlal Osmanov, Həmid Şabanov, Azər­bay­can Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində işləmiş pol­kovnik Tofiq Şah­bazov, hərbçi və ictimaiyyətçilər Nəbi və Rasim Şah­bazovlar, Əjdər Məm­mədov, hazırda Moskvada yaşayan həkim-iş adamı Ramiz Şabanov, Polşada yaşayan mühəndis - iş adamı Hafiz Şabanov, həkim Dilbər Şabanova və b. bu kəndin yetirmə­ləri­dir.

Başkeçid rayonunda Bö­yük Dəmirçihə­sənli (indi Qızıl­kilsə), Kiçik Dəmir­çi­həsənli (indi Şindilər) adlı kəndlər vardır. Azər­baycanın Ağdərə ra­yo­­nunda Dəmir­li; Bərdə ra­yonunda iki Qaradəmirçi, Tərtər rayonunda Də­mir­çilər, Şa­maxı rayonunda və Naxçıvanda Dəmirçi; Qa­zax rayonunun Birinci Şıxlı və Dəmirçilər ərazi bölgələrində, Qubadlı və Xankənd rayon­larında Dəmirçilər; Kəlbəcər ra­yo­nunda isə Dəmirçidam; Qərbi Azərbaycanın - indiki Er­mə­nistanın Əbil­­kənd (indiki Kalinino - Taşir) ra­yo­nun­da Dəmirçilər, sa­biq Zəngəzur qəzasında - Dəmircili adlı kənd­lər olmuş­dur. Bu kəndlərin adını əmələ gətirən istər Də­mirli, istər Də­mir­çi, istərsə də Dəmirçilər türklərin-azər­bay­canlı­ların et­no­ge­ne­zi­sində yaxından iştirak edən Dəmir­çilər tay­fasının adı ilə bağ­lıdır.

«XIII əsr tarixçisi Şahabəddin Nə­səvi onların Çin­­­giz xanın nəslindən olduğunu göstər­miş­dir.»

Onlar XVI əsrdə Tür­kiyənin Kars şəhəri ətra­fında yaşa­mışlar. XIX əsr­də ya­şamış M.M.Xəzəniyə görə, onlar Azər­­baycana, əsa­sən Qa­ra­bağ xanlığına XVIII əsrdə Pənah­əli xan Cavan­şirin dövründə gəlmişlər.
Bu kəndlərin hamı­sı­nın adları «dəmirçi» etnonimi əsa­sında düzəl­mişdir.

Bu kənd­lər haq­qında mə­lu­mat­lara 1590-cı il İrəvan əyalətinin, 1721-1728-ci il «Dəf­tə­ri-mü­fəs­səl əyaləti Tif­lis»də rast gəl­mək olur.




DƏMİRLİ KƏNDİ P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

M-Borcali@mail.ru

və ya:

info@zim.az




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: