Tanınmış şair-jurnalist Könül Fikrətli Baş redaktor təyin olunub Digər » Təbriklər 1 июля 2026 65 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..“Könül Fikrətli”!- Bu imza oxuculara yaxşı tanışdır.Tanımayanlar üçün isə qeyd edək ki,o, 1972-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.1978-ci ildə Böyük Dəhnə kənd orta məktəbində 1-ci sinifə gedib.1989-ci ildə orta məktəbi bitirib. 1990-ci ildə Rusiyanın Tumen şəhərində Tumen Koorpirativ Ərzaq Texnikomuna daxil olub.Daha sonra isə hüquq təhsili alıb.2005-ci ildə Bakıya qayıdıb.Müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləyib.İki oğlu, bir nəvəsi var.Könül Fikrətli bədii yaradıcılıqla da məşqul olur.İlk şeirini, on üç yaşında yazıb.Şeirləri dövrü mətbuatda və müxtəlif ədəbi-bədii məcmuələrdə çap olunur.AYB-nin və AJB-nin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır.Bir çox Fəxri diplimlarla təltif olunub.İki kitab müəllifidir.“Könülün Könül dünyası” adlı ilk kitabı 2024-cü ildə işıqüzü görüb.Elə həmin il “Analı dünyamda Ana həsrəti” adlı ikinci kitabı ilə oxucuların görüşünə gəlib.Hər iki kitabdakı şeirlər bədii-ictimai səciyyəsi və mövzu rəngarəngliyi ilə seçilir. Milli-mənəvi dəyərlərin təbliği bu şeirlərin əsas qayəsidir. Hər iki kitabın redaktoru - AYB və AJB- nin üzvü, Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, "Yurd" ədəbi-bədii jurnalın baş redaktoru Balayar Sadiqdir. Hər iki kitab oxucular tərəfindən böyük maraqla qarşılanmış və müəllifinə böyük rəğbət qazandırmışdır.Könül Fikrətli hazırda “Böyük Dəhnə şəhidləri” adlı üçüncü kitabı çapa hazırlanır. Əminik ki, həmin kitab da oxucular üçün böyük maraqla qarşılanacaq.Onu da qeyd edək ki, son 5 ildə "Yurd" ədəbi-bədii, elmi publisist jurnalının xüsusi muxbiri, daha sonra isə “YURD” və “ZƏFƏR” İnformasiya Mərkəzlərinin, "yurd.info.az" və "zefer.info.az" saytlarının redaktoru vəzifəsində çalışan Könül Fikrətli elə bu günlərdə "NUR" İnformasiya Agentiyinin - nur.info.az saytının Baş redaktoru təyin olunub.Biz də fürsətdən istifadə edərək, Redaksiya Heyətimiz adından Könül xanımı yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyəli oxucularımıza təqdim edirik.MÜŞFİQ BORÇALI,ZiM.Az ZƏFƏR GÜNÜN MÜBARƏK!Ana vətən hər qarışın səfalı,İgid, məğrur oğulların vəfalıVətənim sağ olsun, - dedin, cəfalı,Dualarla şəhidləri yad edək,Ana Vətən, zəfər günün mubarək!Əsgər oğulların gecəli-gündüz,Düşməni köksündən yaraladı düz,Başını uca tut, gülümsəsin üz,Qazilərə borclu qalmayaq gərək,Ana Vətən, zəfər günün mübarək!Qırx dörd gün bəs etdi, Qələbən üçün,Aldın, otuz ilin şərəflə öcün,Ey xalqım sevinin! Bayramdır bu gün,Ali Baş komandan var olsun,-deyəkAna Vətən, zəfər günün mübarək!AZƏRBAYCAN ƏSGƏRİSƏNFərəhim, qürur yerimsən.Sən atanın ürəyisən.Vətən üçün böyütmüşəm,Azərbaycan əsgərisən!Qiymətini bil torpağın,Sən üç rəngli bayrağının,İslam! Qurandır çırağın,Azərbaycan əsgərisən.Get,- Qarabağdan keçəsən,Kəlbəcərdən su içəsən,Fərəhlə bizə deyəsən,Azərbaycan əsgərisən.Qardaşımız Alsavadın,Uca tutasan,- Sən adın.Oğlusan bizim, həm yadın,Azərbaycan əsgərisən!ƏSGƏR QARDAŞIMVətən torpağının, qurbanı olan,Hər bir qarışını, qanıyla yuyan,Qarabağ yurdunda, həyatı solan,Şair bacın qurban, əsgər qardaşım.Yağışın altında, əlində silah,Yüxusuz gecələr, çətindir vallah,Sizi təhlükədən, qorusun Allah,Vətən sənə heyran, əsgər qardaşım.Təhlükədən danışmaz, gülümsəyər,Döyüş zamanıda yaxşıyam deyər,Qarabağ-Azərbaycandır söyləyər,Bayrağı ucaldan, əsgər qardaşım.Gecə səhərəcən, gündüz axşama,Hamı dua edir, hey yana-yana,Azərbaycanını, gətirdin cana,İlham Baş komandan, əsgər qardaşım!..ZABİTİMSənə sevdalıyam, könül bağında,Vüsalı gözləyir saf məhəbbətim,Bitsin həsrət, qaldım qəm budağındaÜrəyimə layiq, igid zabitim.Şirin sözlərinin möhtacıyam mən,Qəlbim ocağında qalıbdır yetim,Vətən sərhəddinə keşik çəkirsənTorpağına sadiq, igid zabitim.Vətən qiymətini, Anadan, yardan,Əziz tutub dedin, budur xidmətim,Döyüş meydanında, axıtdın qandan,Keşiyində ayıq, igid zabitim.Qürurla dönmüsən Dəhnə kəndinəDönüşün sevincdir bax sevdiyinə.Firdövs cənnəti bir ev yerinəSevdiyinə yanıq, igid zabitim.DOĞMA DƏHNƏMİZRamazan bayrama gedən balalar,Sizi qarşılayan, analarmı var?Əvəzini verməz nə qohum, nə yar,Ana əvəzidir indi kəndimiz!Bizə qucaq açdı, yenə Dəhnəmiz.Bəxtəvərdir böyüyü sağ olanlar,Balam deyib başına dolananlar,Baxcasında çiçəkləri solanlar,Dadını itirib çayla qəndimiz,Artıq mənə yaddır, binə Dəhnəmiz.Məzarlıqda ana axtaranlara,Ata deyib, alışıb yananlara,Daşa döndü, heyif sizin canlara,Hər gedəndə yada düşür dərdimizDərman haraylayıb dinə Dəhnəmiz. ATAYeni il gecəsi yaddaşımda Sən,Ömrümdən gedən acı faciəsən.Üc yaşda olsam da, xatirəmdəsən,Al-qanlar icində yatanım, Ata!Kicik əllərimlə silkələyirdim,Soyuq cəsədinə dur-dur deyirdim.Məyər ölmüsənmiş, hardan biləydim?Mənə ilk yalanı satanım, Ata...Kimə əmanətəm de; - bilim, Ata,Sahib çıxan hələ görmədim, Ata,Əvəzini verən olmadı sənin,Günahsız qanında batanım, Ata...Şəklinə baxanda kədərlənirəm,Adını cəkəndə, qəhərlənirəm,Gecə yuxumda da, Səni gəzirəm,Ömrümə yetimlik qatanım Ata...Ata, ata deyib, fəryad eylədim,Sənin qanın batıb, mən cox söylədim.Qatilin kimdirsə, kaş mən biləydim,Sirli bir dünyaya atanım, Ata...Bilmirəm, günahın nə oldu sənin?"Yetim"liyimə səbəb kim oldu mənim?Hamı susur, demir yanına gəlim, - ?Axır son mənzilə çatanım, Ata!Hər zaman, hər dəyqə xəyalımdasan,Qızının qeyrəti və ağlındasan...Bilirəm, mənimlə qürur duyursan,Fikrət soyadımı tutanım, Ata!Nə bir bacım var, nə də qardaşım,Yadlar olub indi mənim sirdaşım.Sanki qardaş olub hər bir yoldaşım,Dərdi dərd üstünə çatanım, Ata!Yəqin dostlarım da məni qınayır,Bəlkə düşmənlərdə məni sınayır,Zalım fələk mənlə oyun oynayır,Qızından nigaran, yatanım Ata!Bir qadın olsam da, kinim danılmaz,Aslanın erkəyi, dişisi olmaz,Tanrı cinayəti heç bağışlamaz,Günahsız qanına qaltanım Ata!Hamı qınayır ki, sən qəmli yazma,Taleyim bəstədir, telli sazıma.Boran düşdü körpəlikdən yazıma,Həyatımı yazan dastanım, Ata!Gözlərim yaşarır şeir yazanda,Ömrüm viran oldu getdiyin anda.Tükənmir sözlərim səndən yazanda,Yetimlik damğadır alnıma, Ata!Yerin cənnət olsun, rahat yat, Ata!İLK MƏHƏBBƏTİMGörürsən, mən səni sevə bilmirəm,Yaşlı gözlərini dönüb silmirəm.Küsgün baxışını görüb, ölürəm,Məni daş eylədi, ilk məhəbbətim!Ürəyimə gedən ilk yolçu odu,Bu sevən eşqimin məkanı gördü.Atəşlər salıbdı, sönməyən odu,Qanayan yaradır, ilk məhəbbətim!Dedin - ürəyinə salmışam ləkə,Toxunma sən ona, yazıqdır tikə.Könlünü qoy qırım, incisən bəlkə,Deyəsən yox oldu, ilk məhəbbətim!Sənin ürəyində ilkinəm dedin,Bu sözlə qəlbimin yağını yedin."Vicdan əzabı" tək, yükü sən verdin,Bəladır başıma, ilk məhəbbətim!YANAR ÜRƏYİMYadıma düşəndə yaman göynəyir,Qıp-qırmızı qandan donunu geyir,Heç, - Səni o yada salırmı? - deyir,Al qanlar içində vuran, ürəyim.Mənə baxan gözlər baxdı, özgəyə,Gündüzü dəyişdi zülmət gecəyə,Qiymətini kəsib satdı neçəyə?Ucuza satılan, sevən ürəyim.Səffaf şəlaləydim axdım qəlbinə,Məni sevib atdın, səbəb, de bir nə?Sənə mükafatdım, yatmış bəxtinə,Bəxtinnən inciyib, küsən ürəyim.Sənə dedim axı, - sevmə bu qədər,Damarda dövr edir, bax indi kədərXatirələr səni, zamanla didər,Hər gün alovlanıb, yanan ürəyim!TALEYİM MƏNİMQabar oldu qəlbimin üz qabığı,Həyat vurdu ust-üstdən acı dağı,Yoruldum ağlayıb deməkdən ağı,Təbimə dağ çəkən, taleyim mənim!Nə vermisən, alammırsan əlimdən?Bəlkə incimisən şirin dilimdən?Burax məni, yapışmısan belimdən,Qəlbimə dağ çəkən, taleyim mənim!Qohum-tanış, dostun etibarını,Od istədim, hamı verdi qarını,Yaxşı ki dardayam, gördüm hamını,Ömrümə dağ çəkən, talehim mənim!Yetim qoydun, körpəlikdən məni Sən!Aldadıb qəlbimi sar eyləmisən,Dözmür artıq ürək, nə istəyirsən?Dərdimə dağ çəkən, taleyim mənim!Görən məni,-hamı bəxtəvər sanır,Dərdimi bilənlər, alışıb yanır,Könlüm yara, zahirim canlar alır,Könlümə dağ çəkən taleyim mənim!ANADəniz verdin mənə, damcı qaytardım,Ömrümü sən yaşa deyə satardım,Saçımı əlində sığalladardım,Dizinə baş qoyub yatardım Ana!Məni yazar etdin xəbərinmi var?Gözlərimdə yaşdır, könlümdə qubar,Ürəyim yaradır, gəl yaramı sar,Yetimlik adını atardım Ana.Allahım üç yaşdan sınaqdayam mən,Sevdiklərimlə çox sınayırsan sən,Düşmüşəm boşluğa dağıldı aləm,Sabahı keçmişə, satardım Ana.Hər gün üsyanımdan, yoruldum inan,Ürəyimdən axır qıp-qırmızı qan,16 il keçib getdiyin andanMəni məndən alıb, apardın Ana.BÖYÜK DƏHNƏMÇaylarında suların,Hər tində bulaqların,Mehriban adamların,Səmimi Böyük Dəhnəm.Məktəblər, xəstəxana,Baxçan var, kitabxana,Restoranlar, toyxana,Toylu-busatlı, Dəhnəm.Adın Böyük Dəhnədir,Ürəyin günəş, nərdir,Məscidin minarədir,Dinli-imanlı Dəhnəm.Savadlı balaların,Cavanşir tək vüqarın,Kərimin, Poladların,Gözəl övladlı, Dəhnəm.Genişlənir yolların,Tütün, baramaların.Heyvandarlıq, malların,Bollu-ərzaqlı Dəhnəm.Sözü ər oğulların,Qeyrətlidir qızların,Qədimidir diyarın,On beş əsirli Dəhnəm.GƏLİN DƏHNƏYƏSalam olsun sinifin Bəylərinə,Qulaq asdım qızların rəylərinə,Həsrət-nisgil gətirmə dillərinə,Keçən il də gəldik sizsiz DəhnəyəGələn il sizlər də, gəlin Dəhnəyə.Bu il alınmadı yığışaq sizlə,Hərə bir səbəbi yazırdı sözlə,Dedik Səfa gəlsin, gözlə ha gözlə,Oğlanlar yığışdı bizsiz DəhnəyəGələn il sizlər də,- gəlin Dəhnəyə.Mehriban "Yığışın", - qərarı verdi,Nəbiyeva yaman, küsmüşəm dedi,Nəzakət gələcəm, - İcazə nədi?Haray saldı hamı, sözsüz DəhnəyəGələn il sizlər də, - gəlin Dəhnəyə.Abbasova dedi, - alım icazə,Səxavət çıxartdı, - evdən cənazə,Təbəssümün şefi, qoymayır gəzə,Aytəkin, yığılaq onsuz DəhnəyəGələn il sizlər də, gəlin Dəhnəyə.Göyərçinimizin, yaşlıdır gözü"Bacın ölsün qardaş" bitməyir sözü,Zeyvənsəni tapdıq, -,,daş" idi özü,Məzarlığa gedin gəlsəz DəhnəyəGələn il sizlər də, gəlin Dəhnəyə.Arifə sevincək, hay haray saldı,Bəzi səbəblərdən Zəhra saraldı,Nürəngiz söz salıb, ortada qaldıKönül xəstə, gəldi halsız DəhnəyəGələn il sizlər də, gəlin Dəhnəyə.Otuz beş il, həsrətini bitirək,Uzaqdakı oğlanları gətirək,Görüşək-görüşək qızlar deyərəkSaldı Məmməd şeirin adsız DəhnəyəGələn il sizlər də, gəlin Dəhnəyə.KÖNÜLDÜ, KÖNÜLSəni gözüm kimi qorudum hər an,Ey mənə özünü sevdirən insan,Nədən belə səni dəyişdi zaman?Yazan küsdürdüyün, Könüldü, Könül!De görüm, qəlbimlə niyə oynadın?Göylərə qaldırıb, yerə fırladın,Məni dəyişməyi necə bacardın?Ruhən öldürdüyün, Könüldü, Könül!Olmaz xəyanətin əfvi, inan ki,İstədiyin simi qırmısan sanki,Mənim tək sevəni tapmazsan, qan ki,Gözəl sevdirdiyin Könüldü, Könül!Mənə bu məhəbbət oturdu baha,İnan, bundan sonra sevmərəm daha,Səni tanımadım zalım, bivəfa,Cəfa çəkdirdiyin Könüldü, Könül!Dəyər bilməyənə verdim dəyəri,Beləsinin, Allah, daşmış ürəyi,Cörəyi unudan, neynir xörəyi,Haram göstərdiyin Könüldü, Könül!DƏLİ KÖNLÜMYenə dərd icində qalmısan nədən?Səbrin tükəndimi, ay dəli könlüm?Hər kəsi sevirsən canu-könüldən,Cavab göz yaşındır, ay dəli könlüm!Qohumlara kömək, dostlara sirdaş,Sevgidə sadiqsən, qısqancsan, adaş,Başımı qoymağa yox ata, qardaş,Dərdin, sirdaşımdır, ay dəli könlüm!Çırpınma bu qədər ömür qısadır,Keçmiş dərdin sənlə, ay dəli könlüm,Arsızlıq insanı sağlam yaşadır,Ağıllı başındır, ay dəli könlüm!Bütün gücünlə sən, varlığınla sənCanını hamıya fəda edirsən,Nə vaxt güləcəksən, əylənəcəksənƏn gözəl yaşındır, ay dəli könlüm!UZAQDAN SEVDİM SƏNİÇırpındın görmək üçün,Yazdın mənə, hey küsgün.Zülm çəkdik biz neyçün?Uzaqdan, sevdim Səni...Bax, ürəyim dağ oldu,Aramızda bir yoldu.Baxmaqdan göz yoruldu,Uzaqdan, sevdim Səni...Yalvardın gecə-gündüz,Bu sevda deyildi düz.Ölərək çevirdim üz,Uzaqdan, sevdim Səni...Yuxuma gəlib dedin,Talibəm, unut dərdin.Ağlayıb çox söylədinUzaqdan, sevdim səni...Könül, çəkirsən cəfa,Qəlbin axtarır şəfa.Gecdir, sürməzsən səfa,Uzaqdan, sevdim Səni...BAĞIŞLA MƏNİBilməzdim bu qədər sevəcəm səni,Yaşlı gözlərimlə gəzəcəm səni.Gecə yuxularda görəcəm səni,Özüm zülümdəyəm, bağışla məni.Sən sönən Günəşim, sən batan Ayım,Soldu çiçəklənən səndə baharım,Necə uzaqlara səndən qaçmayım?İndi ölümdəyəm, bağışla məni.Nə yaman, mən sənə vurulmuşammış,Bilmədən könlümə köz qoymuşammış,Mən özüm-özümü aldatmışammış,Zalım əlindəyəm, bağışla məni.Gedirəm, halalım olsun əməyim,Yalan ümidləri artıq neyləyim?Hər daim xoşbəxt ol, sənə diləyim,Özüm-özümdəyəm, bağışla məni.İLK MƏHƏBBƏTİM15-yaşım idi düşdüm sevdaya,Elə bil uçurdum mən günə, aya,Sevərək özümü saldım bəlaya,Mənə divan tutdu, ilk məhəbbətim!“Sevirəm” sözünü işlətmədik biz,Uşaqlıq dostuyduq qəmsiz-kədərsiz,Tərk etdim, divanə yaşadı mənsiz,Bizi viran etdi, İlk məhəbbətim!Anası qoymadı sevib -sevilək,"Atalı ailədən qız tapaq gərək",Üç yaşdan mənimlə oynadın fələk,Yetimdən də qorxdu, ilk məhəbbətim!Daha başqasını sevə bilmərəm,Çün dərin köklüdür ilk məhəbbətim,O üzdən kimsəyə könül vermirəm,Məni çox qınayar, ilk məhəbbətim.Sevgi ucbatından tapdım azarı,Artıq qəlbim olub sevgi yazarı,35 il öncə qazdıq məzarı,Məzarlıqda qaldı, ilk məhəbbətim!Bu üzdən səhvləri etdim dalbadal,Ailə qurdum ki, qoy sussun vüsal,Qoy oda ağlasın ürəyində xal,Məni hey sınadı, ilk məhəbbətim.Hər yerdə deyirsən, zalım fələkdi,Mələklər içində, Könül mələkdi,Yaşlansada qəlbi, körpə bəbəkdi,Körpəni hey qınadı ilk məhəbbətim.Xoşbəxt ol, nə deyim həyat yolunda,"Könül" adını sil, sən qollarında,Günahkar sən oldun, gördün sonunda,Axirət cəzandı, ilk məhəbbətim!EŞQVüsal xatirinə yazan şairlər,Eşqin səfasını çətin sürərlər,Sevgi çıx xəyanət, bərabər nifrət!Belə yazarlar heç şair deyillər!Oxu "1001gecə", ya da "Quran"!Eşqsiz etirasla olmasın aran!Aşiq olan eşqin sevdası başqa,Eşq ilə sağalar dərinsə yaran!Divanəlikdir çox eşqin alisi,Məcnunda olmuşdu sevgi dəlisi,Tutuşanda odun alovu çoxdur,Alovsuz ailənin ölür sevgisi!Eşq atəşiylə hər qovuşanda can,Kol dibində yaşa cənnətdir cahan!Parıldasın saraydakı işıqlar,Eşqsiz qaranlıqda sökülməyir dan!Aşiq olan eşqdə var isə yalan,Həsrət çəksən belə kəbarda dolan.Sevda ağ kağızdır ləkə götürməz,Ləkələmə ağı, Sən sevən oğlan!Doğru dildi, saf ürəkdi məhəbbət,Cəfa çəkməzsənsə gəlməz səadət.Könül bilir, xəyal çəkir xəcalət,Sevən kəsin, saf vicdanıdı sərvət!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.