Ahıska türklərinin etnosiyasi və etnocoğrafi tarixi - YADDAŞ

Ahıska türklərinin etnosiyasi və etnocoğrafi tarixi - YADDAŞ Dünya xəritəsində yerindən, yurdundan didərgin salınmış bir sıra xalqlar var. Onlardan biri də Ahıska türkləridir. Bu gün böyük məşəqqətlər içərisində yaşayan bu xalqlardan biri kimi bəşər mədəniyyətinə böyük töhvələr verib. Zaman elə gətirib ki, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşıb. Bir neçə dəfə deportasiyaya məruz qalıb. Heç şübhəsiz, deportasiya ilə üzləşən xalqın mədəniyyətinin, varlığının itkiləri, faciəsi başlayır. Ahıska türkləri bu ağrıların içərisində özünü qoruya bilib. Vətən, yurd sevqisi ilə yaşayıb, ona dönmək ümidi ilə ömür-gün keçirib. Sözün həqiqi mənasında bu həsrəti yaşayıb. Ancaq hər dəfə daha ağır olanlarla qarşılaşıb. Bir deportasiya digərini əvəzləyib. Lakin bütün olanlara, olacaqlara baxmayaraq, xalq varlığını, mövcudluğunu qoruyub saxlaya bilib. Nəinki qoruyub saxlayıb, baş verənləri, bütövlükdə dərdini dünyaya hayqırıb. Bu gün də bu səs, bu haray dünyaya yayılır. Ancaq hələ bu harayın qarşısında susulur. Mərd, cəsur Ahıska övladları isə yorulmadan vətənə, yurda dönmək savaşındadır. Belə bir xalqın tarixini, mədəniyyətini araşdırmaq özü savab işdir. Etnogenlərinin, etnocoğrafi həyatının araşdırılması da bu işlərin sırasındadır.

Ahıska türklərinin etnosiyasi və etnocoğrafi tarixi - YADDAŞ Ahıska bölgəsi təbii şərait baxımından dağlıq, dağətəyi və düzən zonalardan ibarətdir. Bu ərazi uca dağları, sıx meşələri, məhsuldar torpaqları və ucsuz-bucaqsız vadiləri ilə maraq doğurur. Ahıska və Cavaxet sıra dağları Ahıskanın ən hündür və geniş dağ silsiləsidir. Bunlar Qafqaz sıra dağlarına söykənir. Ahıska dağının
dəniz səviyyəsindən orta yüksəkliyi 2850 metr olub, uzunluğu 150 km-ə çatır. Cavaxet silsiləsinin orta yüksəkliyi isə 3300 metr, uzunluğu isə 50 km-dir. Öz mənbəyini başı qarlı dağlardan götürən Kür, Çorox, Poshof çayları bu mahalda qovuşaraq dağətəyi və düzən ərazilərdən keçib Xəzər dənizinə tökülür. Qədim türk
yurdu olan Ahıska bol suları və hündür şəlalələri ilə göz oxşayır. Çayların suyundan əsasən əkinçilikdə istifadə olunur. Təsərrüfatın inkişafı üçün düzən ərazilərdə suvarma kanalları çəkilib istifadəyə verilmişdir. Ahıska bölgəsinin dağlardan aşağıdakı əraziləri yaşıl meşələrlə əhatə olunub. Meşələri əsasən şam, palıd, vələs və digər müxtəlif meyvə ağacları ilə zəngindir.

Qafqazın ümumi təbiətinə uyğun olaraq, Ahıska bölgəsinin iqlim şəraiti şaquli istiqamətdə dəyişir. Tarixən bu ərazilərdə məskunlaşmış xalqlar özlərinə məxsus əlamətləri ilə fərqlənir. Vətənə, torpağa bağlılıq ahıskalıların etnosiyasi həyatının ən mühüm əlamətlərindən sayılır. Onların etnosiyasi tarixi bir istiqamətdə etnotoponimlərində öz əksini tapıb. Hundun, Əcərə, Salbuz, Qanlı, Fındıqlı, Abioğlu, Persat dağları, Zediban, Hamzula, Qarasu meşələri, Persat, Qaxqılın, Sarıqaze, Uravel yaylaları, Piri bulağı və digər yer adlarının hamısı türk mənşəlidir. Həmin toponimlərdə xalqın mentalitetinə xas olan azadlıq, saflıq, gözəllik kimi keyfiyyətlər həkk olunub. Ahıska türklərinin etnosiyasi və etnocoğrafi tarixini müxtəlif dövrlər üzrə təsnif etmək mümkündür.

Türk xalqının bir qövmü olaraq ahıskalıların etnomədəni dəyərləri, adət-ənənələri, insan və yer adları müxtəlif bədii nümunələrdə, kitabələrdə, türkün anlayışı hesab edilən «Kitabi-Dədə Qorqud», «Bilqamıs», «Manas», «Oğuz Kağan», «Şah qızı» kimi dastanlarda əksini tapıb. Alp-ərənlərinin mərd, mübariz xarakteri,
vətən eşqi, yurd sevqisi ahıskalılar üçün tarixi nümunə olub. Həmin dastanlarda qəhrəmanların dünyaya gəlişi, azadlıq uğrunda mübarizəsi, vətənpərvərliyi dosta dost, düşmənə qənim olması və s. amillər ümumtürk adət- ənənəsinə mənsubluğun nişanələridir.

Ahıska türklərinin mədəniyyəti ümumtürk mədəniyyətin bir hissəsidir. Bununla belə, «onların maddi nmədəniyyətlərində güclü etnosun təsiri də duyulur» deyən tədqiqatçılar bəzən son dərəcədə ifrata varırlar. Olsaolsa burada onun işlərini görmək mümkündür (185, 28 s.). Dini etiqadlarına görə İslam dininə mənsub olan
Ahıska türkləri bəzi müəlliflərin fikrincə, Altay dil ailəsinin Oğuz qrupuna mənsub türk xalqlarının dilində danışmırlar.

Qənaətini də birmənalı qarşılamaq olmur. Nədənsə, reallıqlar süni dolaşdırma məqsədinə xidmət edir. Gürcüstanın cənub-qərbində yerləşən Ahıska bölgəsi bu gün respublikanın inzibati-ərazi bölgüsündə «Mesxetiya» adlanır. Bu xalqın etnocoğrafi tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Onların bir qrupunda
xüsusi olaraq vurğulanır ki, bu ərazidə qədim türklərin ulu əcdadları sayılan "Buntürk" tayfası yaşamışdır. Məlumdur ki, Ahıska bölgəsi XIX əsrə qədər Osmanlı imperiyasının tərkibində olmuşdur. Osmanlı qoşunları geri çəkildikdə (1918-ci il) Ömər Faiq Ahıska ordusu qarşısında çıxış edərək demişdir: «Bir az müddətdə osmanlılar torpağımızdan köç etmişlər. Biz torpaqlarımızı gürcü və ermənilərə verməmək üçün müdafiə hazırlıqlarına başlamalıyıq». Böyük Türk oğlunun dediyi bu sözlər həmin zamandakı reallıqları əks etdirir. Ancaq təəssüf ki, son dərəcə uzaggörənliklə deyilmiş bu duyum düşmənə sipər ola bilmədi. Xalq fəlakətlərlə üzləşdi.

Tarixi hadisələr məcrasında bu xalqların etnik tarixində müxtəlif proseslər baş verib. Belə ki, orta çağlarda yerli türklərin yaşadıqları Ahıska bölgəsinə Osmanlı türklərinin miqrasiyası başlayır. Onların bir hissəsi yerli türklərlə qaynayıb qarışır. Həmin dövrdə burada yaşayan gürcülərin bir hissəsi könüllü olaraq türk
dilini, İslam dinini qəbul edərək etnodini assimilyasiyaya uğramışlar. Onu da qeyd edək ki, orta əsrlərdə Ahıska bölgəsində əhalinin barmaqla sayılacaq hissəsini gürcülər təşkil edirdilər. Bütün bunlar orta əsrlərdə yerli türklərin etnik strukturuna müəyyən təsirlər göstərmişdir. Türklərin etnocoğrafi mənşəyi haqqında bu
mülahizələri qafqazşünas L. Zaqurski də təsdiqləmişdir. Lakin gürcü tarixçiləri və etnoqrafları Ahıska türklərinin bu ərazidə yaşaması faktını inkar edir, onların gürcü mənşəli olması barədə heç bir əsası olmayan məlumatlar yayırlar. Belə ki, guya ahıskalılar müstəgil xalq deyil, mesxlərdir. Mesxlər isə gürcülərin
etnik qruplarından biri sayılır. Elmilikdən uzaq olan bu fikrə istinad etməklə, gürcü tarixçilərinin bir qismi əslində türklərin həmin ərazinin aborigen əhalisi olması faktını inkar etməyə cəhd göstərirlər. Rusiya imperiyasının rəsmi sənədlərində isə ahıskalılar həm də «tatar» kimi qeyd edilib. Halbuki, xalq özünü Ahıskanın ən qədim yerli sakinləri-yəni türk saymışdır.

Antik dövr tarixçiləri iddia edirlər ki, İberiya (Gürcüstan) ərazisində Kür, Araz boyunda müxtəlif türk mənşəli tayfa birləşmələri hələ gədim dövrlərdən yerli sakinlərlə konsalidasiya prosesində məskunlaşmışlar. Məsələn, tarixşünas K.V.Trever tarixi araşdırmalarında Ahıska, Ahılkələk, Borçalı və digər ərazilərdə türklərin antik dövrlərdən məskunlaşmasını qeyd edir (218, s.130). Səlcuq sultanı Alp Arslan 1064-cü ildə Qafqazın Ahıska, Adıgün, Aspinza (Əspincə), Ahılkələk, Boqdanovka (Hocabəy) bölgələrinə yürüş etmişdir. Bu yürüşün bir sıra səbəbləri vardı. Ən birincisi pərakəndə şəkildə olan bu türk qövmlərini bir bayraq altında birləşdirmək idi. İkincisi ərazinin son dərəcədə hərbi və iqtisadi baxımdan əlverişli olması ilə bağlı idi. Bu hələ birinci minilliyin başlanğıcında gedən proses idi. «Lakin o zamanadək azərbaycanlılar da orada yaşayıb yaradırdılar». Ayrı-ayrı türk tayfalarının burada məskunlaşmasının tarixini mənbələr çox əski zamanlara aparıb çıxarır. Böyük türk hökmdarlarının müxtəlif çağlarda bu ərazilərə səfərini isə bir türk oğlunun digər türk oğlunun yurduna gəlişi kimi başa düşmək doğru olar.

«Bizim eradan əvvəl Ahıska, Aspinza (Əspincə), Adıgün, Batum, Suxum ərazilərində türk mənşəli tayfalar yaşamışlar». Bu faktlara bir çox tədqiqatçıların əsərlərində rast gəlinir. «Səlcuqlar tarixi və türk islam mədəniyyəti» adında yazılan əsərlərdə bu faktlar xüsusi olaraq vurğulanır. Amillər bu regionun tarixi
məişəti ilə bağlı ötəri də olsa müəyyən qeydlər vermişlər. Bu isə dolaşıqlığı (düşünülmüş dolaşıqlığı) aradan qaldırmaq üçün xeyli yardımçı olur. Tarixi-statistik sənədlərdən də məlum olduğu kimi, 1829-cu ilədək bölgədə türklərdən və gürcülərdən başqa qeyri xalqlar yaşamırdı. Rusiya ilə Türkiyə arasında bağlanan Ədirnə
sülh müqaviləsi (1829-cu il) nəticəsində bölgəyə müxtəlif regionlardan ermənilərin miqrasiyası başlanır. Hakim milətçilik ideyasına xidmət edən imperiyanın strukturları minlərlə türk ailələrini sıxışdıraraq, onları Türkiyəyə köçməyə məcbur edirdi. Beləliklə, dövlət strukturları Rusiyanın cənub sərhədlərini türklərdən və digər müsəlman xalqlarından təmizləmək siyasəti yeridir, xristian mənşəli tayfaların bura köçürülüb məskunlaşması üçün regionda hər cür əlverişli şərait yaradırdı. Ədirnə sülh müqaviləsinin şərtləri həmin ərazidə Rusiyanın təsirini gücləndirir, buraya xarici dövlətlərdən ermənilər, Krımdan və Volqa boyundan yüzlərlə rus ailələri köçürülüb gətirilir. Digər tərəfdən, regionda etnik tərkibin xristian əhali hesabına dəyişməsi yerli ahıskalıların qədim adət-ənənəsini, milli mədəniyyətini yad təzyiqlərə məruz qoyurdu. Həmin reallıqlar tədqiqatçıların uydurmalarından fərqli olaraq, milli tarixçilərimiz tərəfindən daha obyektiv işıqlandırılır. Ahıska türkləri Azərbaycanda məskunlaşdığı yaxın 50 ildə nə milli azlıq, nə də etnik qrup kimi mənəvi ayrıseçkiliyə məruz qalmamışlar. Bu ilk öncə azərbaycanlılarla ahıskalıların türk mənşəli olması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda azlıq təşkil edən etnoslar aborigen çoxluq əhali tərəfindən daim himayə edilmişdir.
Ahıska türkləri ilə bağlı olayları sırf obyektivliklə qiymətləndirən tədqiqatçılar da var. Onlar tarixi faktları, deportasiya hadisəsini, baş verən siyasi faktları sırf elmi mövqedən izah edirlər. Tədqiqatçılardan G. X. Paneş və L. B. Ermolov etiraf edirlər ki, Azərbaycanda məskunlaşan ahıskalıların vəziyyəti daha yaxşıdır.
Burada onları etnik mənşəyinə və adət-ənənələrinə görə gəlmələr deyil, bir türk kimi qəbul etmişlər. Müəlliflər həmçinin göstərirlər ki, tarixən formalaşmış Türkiyə-Azərbaycan münasibətləri də onların yerli əhali tərəfindən səmimi qəbul olunmasına psixoloji cəhətdən az kömək etməmişdir. Azərbaycan türklərinin mühitində ahıskalılar qarşılıqlı təsir şəraitində öz mədəniyyətlərini qoruyub saxlaya bilmişlər. Ahıskalıların Azərbaycanla bağlılığını çox aydınlıqla izah edən bu tədqiqatçılar bütövlükdə məsələnin mahiyyətini dərk etmişlər. Doğrudan da, eyni mənşəyə malik olan bu iki türk qövmünün arasında heç bir problem olmamışdır. Əksinə, ən ağır məqamında, tarixin ağır dönəmlərində onlar bir-birinə dayaq durmuşlar. Son dövrün hadisələri də bunu təsdiqləyir. Və bütövlükdə bu iki xalq böyük türk mədəniyyətinin inkişafına xidmət etsələr də, ayrılıqda özünəməxsusluqlarını da qoruyub saxlaya bilmişlər.

1918-ci il oktyabrın 30-da Türkiyə üçün ağır şərtlərlə nəticələnən «Mudros» sazişi ahıskalıların
taleyində ağır iz buraxdı. Qars, Ərdahan, Batum, Naxçıvan, Ahıska, Ahılkələk, Ağbaba, Borçalı türkləri demək
olar ki, öz mübarizələrində Türkiyənin maddi-mənəvi yardımından məhrum oldular. Lakin yerli türk əhalisi
hürriyyət və istiqlal mübarizə bayrağını yerə qoymadı, birləşməyə, təşkilatlanmaya üstünlük verdilər. Bu
qətiyyətli hərəkat sayəsində «Ahıska Hökuməti-Müvəqqətəsi», «Araz Türk Hökuməti», «Qars İslam Şurası»,
«Milli Şura Hökuməti» və nəhayət «Cənubi-Qərbi Qafqaz Hökuməti Müvəqqətəsi-Milliyəsi» adlanan türk
respublikaları qurulur (54, s. 28). Əlamətdar haldır ki, həmin respublikalar Qarsın, Ahıskanın, Çıldırın, Ərdahanın, Naxçıvanın, Poshofun ruslardan xilas olunmasında iştirak etmişlər. Bunlar hamısı yeni şəraitlə barışa bilməyən Rusiyanın işğalçılıq siyasətinə əhalisi [26-27] birmənalı şəkildə müxtəlif birliklərdə, təşkilatlarda birləşərək mübarizəni davam etdirirdilər.


Qeyd edək ki, Cənub-Qərbi Qafqazda ilk müstəgil türk respublikası «Ahıska hökuməti» (29 oktyabr, 30 noyabr 1918) qurulmuşdur. Bu hökumət türk ordusunun Ahıska-Ahılkələkdən çıxarılması
ərəfəsində qurulmuşdu. Məhz bu səbəbdən də Ahıska hökuməti uzun müddət fəaliyyət göstərə bilmədi. Məlum
olduğu kimi həmin vaxtlar Rusiyanın Cənub-Qərbi Qafqaza hücumları ara vermirdi. Son dərəcə gərgin bir siyasi
proses yaşanırdı. Belə bir məqamda hərhansı yeni yaranan hökumətin qalması, yaşaya bilməsi çox çətin idi.
Doğrudur, hökumətin başcısı Ömər Faiq türk komandalığından Ahıska bölgəsini tərk etməməyi xahiş etmişdi.
Lakin ordu komandanı Yaqub Şevqi paşa vəziyyətin son dərəcə çıxılmaz olduğunu xüsusi vurğulayaraq Ahıska
və Ahılkələk əhalisini əmin etmişdi ki, heç şeydən qorxmasınlar. Siyasət gündə bir gəlibə girir. Bundan sonra
nəyin baş verəcəyini bilmək olmaz. Öz təşkilatları ətrafında sıx birləşib «sükunət və rahatlığa əhvali-
ümumiyyətə intizar etsinlər»-demişdi.

Hadisələr çox dramatik xarakter alırdı. Türk qoşunlarının adı çəkilən vilayətlərdən çıxarılması CənubQərbi
Qafqaz bölgəsində gərginlik yaratmışdı. Bu zaman erməni təcavüzkarları vəziyyətdən istifadə edərək yeni
torpaqlar zəbt etmək iddiasına düşdülər və onların əməlləri nəticəsində 1918-ci ilin axırı-1919-cu ilin əvvəlində
Ahıskada, Ahılkələkdə və xüsusən Borçalıda Ermənistan-Gürcüstan müharibəsi başlayır. Mudros müqaviləsinin
şərtinə görə türk ordusu 1918-ci ilin dekabrında Ahıska və Ahılkələkdən çıxır. Həmin vaxt, yəni dekabrın 4-5-
də gürcülər Ahıskanı, ermənilər isə Ahılkələyi işğal etdilər. Qafqazda öz geosiyasi məqsədlərini həyata
keçirməyə [27-28] çalışan ingilislər isə dekabrın 8-də Batumu tutdular. Beləliklə, bu türk torpaqları özünün
ağrılarla dolu tarixi anlarını yaşayırdı. Gürcülər, ermənilər, ingilislər bu ərazilərə iddialarını gizlətmirdilər. Əhali
isə savaşlarda acınacaqlı durum yaşayırdı. Parisdəki Azərbaycan nümayəndə heyəti özünün taleyüklü
problemlərinə baxmayaraq, bu işğalçı aksiyalara qarşı öz etirazını bildirirdi. «Qars vilayətinin belə acı taleyinə
Azərbaycan cumhuriyyəti adicə izləyici kimi biganə yanaşa bilməz və yanaşmamalıdır»-deyə kəskin bəyanət
verdi (48, s.111-115). Lakin erməni və gürcü işğalçıları məkrli planlarından əl çəkmirdilər. Ahıska, Ahılkələk
və Borçalını öz aralarında bölüşdürmək uğrunda mübarizə aparırdılar. Ümumiyyətlə, o dövrdə Cənub-Qərbi
Qafqazdakı münaqişələrdə xaos hökm sürürdü. Həmin vaxt azadlıq uğrunda mübarizə aparan türk xalqlarının
tarixini daha dərindən öyrənməyə bu gün böyük ehtiyac var. Bu böyük tədqiqatçılar qrupunun işidir.
Mübarizədə iştirak edən türk xalqlarının ictimai şüuru, siyasi mədəniyyəti və bu mərhələdə Ahıska türklərinin
öz mədəniyyətlərini qoruyub saxlaması kimi problemlər dərindən öyrənilməlidir.

Türkiyənin milli-azadlıq hərəkatına rəhbərlik edən Mustafa Kamal Atatürkün rəhbərliyi sayəsində işğal
olunmuş torpaqlar geri qaytarıldı. Lakin dövrün geosiyasi vəziyyəti türklərin tam azad olunması üçün o qədər də
əlverişli deyildi. Türkiyənin 1921-ci il martın 16-da Rusiya ilə bağladığı müqaviləyə əsasən Batum, Ahıska,
Ahılkələk, Acar bölgələri Gürcüstan Respublikasına qatılır. Bununla iş bitmədi, Ahıska xalqının
sovet dövrü tarixi yeni-yeni faciələrlə başladı. Dözülməz həyat, insanlıq təbiətinə yabançı bir cəmiyyətinin
qurulması insan hüquqlarının tam pozulması şəraitində baş verirdi. XX əsrin 30-cu illərində özbaşnalıqlara,
ədalətsizliklərə dözməyən ahıskalıların bir qismi sərhədi keçərək Türkiyəyə getdilər. Gələcək talelərini
bu ölkə ilə bağlayırlar. Bundan hiddətlənən bolşevik rəhbərliyi ahıskalıların hamısını «rejimin düşmənləri»
adlandırdı. Milli ziyalıları, az-çox savadı olan hər bir ahıskalını təqiblərə duçar etdi. Dövlət
səviyyəsində xalqa qarşı aparılan bu təqiblər ahıskalıların tarixində son dərəcə acınacaqlı səhifələr açmışdır.
Sovet hakimiyyəti öz fəaliyyətinin ilk illərindən başlayaraq milli siyasətini əslində repressiv siyasətə
çevirmişdi. Bu mənada, 20-30-cu illər SSRİ xalqları üçün son dərəcə dözülməz olmuşdur. Kollektivləşmənin
kortəbii şəkildə həyata keçirilməsi, yerlərdə xalqların milli-etnik xüsusiyyətlərini nəzərə almamaq təkcə
təsərrüfat sistemində deyil, insanların taleyində ən faciəli şəkildə əksini tapırdı. Qədim əkinçilik mədəniyyətinə
malik olan ahıskalılar «elliklə kollektivləşmə» siyasəti nəticəsində təsərrüfat ənənələrini itirməyə başladılar. Bu
hal istər-istəməz xalqın məişət mədəniyyətinin deformasiyaya uğramasına gətirib çıxarırdı. İnsanların zorla
kolxozlara cəlb edilməsi kəndlilərin vəziyyətini ifrat dərəcədə ağırlaşdırdı. Doğrudur, digər rayonlarla,
bölgələrlə müqayisədə Ahıska türklərinin yaşadığı yerlərdə kollektivləşmə nisbətən sakit keçirdi. Lakin bununla
belə, zəhmətkeş xalq öz əkinçilik mədəniyyətini, təsərrüfat vərdişlərini itirməyə başlayırdı. Artıq 1937-ci il
yanvarın 1-nə qədər kollektivləşmə əhalinin 75%-ni təşkil etmişdir. Lakin kollektivləşmə
tədbirlərində buraxılan nöqsanlar xalqın əhval-ruhiyyəsinə, xüsusilə onların həyat şəraitinə son dərəcə mənfi,
acınacaqlı təsir göstərirdi. Ona görə də real quruculuq işlərinin repressiv siyasətlə əvəzlənməsinə üstünlük
verilirdi. Repressiv siyasət ilk əvvəllər «gizli» şəkildə və [29-30] ilk növbədə sərhəd rayonlarının «etibarsız»
sayılan xalqlarına tətbiq edilirdi. «Etibarsız millətlər» rejimin gözündə müharibə vaxtı düşmənə satıla bilən
xalqlar hesab olunurdular. Ölkədə millətçiliyi qızışdırmağa gətirib çıxaran amillər ortaya atılırdı.

Məsələn,hesab olunurdu ki, sərhəd zonalarında yaşayan xalqlar «cəsusluq» üçün yaxşı «xammaldır». Məhz həmin illərdə
«Pravda» qəzetində cəsusluq haqqında materialların mütəmadi dərc olunması ölkənin mənəvi-siyasi həyatında
gərginlik yaradırdı. Bir növ xalqlar psixoloji gərginlikdə saxlanırdı. Və sonrakı proseslər üçün bu başlanğıc
mərhələsi idi. Məhz etibarsız xalq siyasətindən Rusiya yeri gəldikdə «bəhrələndi». Ahıska türkləri, Krım
tatarları bu adla cəzalandırıldı.

Təsadif deyildir ki, 1944-cü ildə Ahıska türkləri Gürcüstandan kütləvi şəkildə sürgün olunarkən onların
üzərinə haqsız və ədalətsiz olaraq «etibarsız xalq» damğası vurulmuşdu. Halbuki, Ahıska türkləri digər
repressiya olunmuş xalqlarla birlikdə Almaniyanın SSRİ-yə hücumunu ümumxalq faciəsi kimi qəbul etmişdilər.
Onlar bir nəfər kimi ayağa qalxaraq ölkəni müdafiə etməyə hazır olduqlarını bildirmişdilər. Məlumata görə,
cəbhəyə 40 mindən artıq Ahıska türkü göndərilmişdi (147, s. 47). Göründüyü kimi, rejim yeri gələndə
«etibarsız» xalqlardan məqsədyönlü istifadə etməyi də unutmurdu. Ahıskalıların tarixi ərazilərindən
köçürülməsi problemi, ümumiyyətlə, o dövrdə İttifaq rəhbərlərinin müsəlman mənşəli azsaylı xalqların
köçürülməsi siyasəti kontekstində nəzərdən keçirilməlidir. Bu siyasət ilk növbədə sərhədboyu ərazilərdə
yaşayan xalqlara şamil olunurdu. İkinci Dünya müharibəsinin başlayacağını yaxşı dərk edən SSRİ rəhbərliyi, ilk
növbədə, İ. Stalin məhz sərhədləri «etibarsız» xalqlardan təmizləməyi daha vacib «dövlətçilik» siyasəti sayırdı.
Ahıska türklərini «cəsusluqda» günahlandırmaq isə özü gülünc bir məsələ idi. Gürcüstanın cənub
ərazilərində məskunlaşmış ahıskalıların və Qafqazın digər xalqlarının gələcəkdə türklərə satıla biləcəyi ehtimalı
dövlət rəhbərlərində formalaşmışdı. 1939-cu il fevralın 19-da SSRİ XKS-ı SSRİ ilə Türkiyə arasında 1928-ci il
avqust ayının 6-cı konvensiyasını təsdiq etdi. Burada hər iki tərəfin sərhədin o tayındakı otlaq yerlərindən
istifadə hüququ təsbit olunmuşdur. Konvensiyanın müddəti 1939-cu il martın 28-də bitdi. Deməli,
sərhəddə hər şey sakit idi və maldarlıqla məşğul olan ahıskalıların düşmən kəşfiyatına işləməsindən söhbət gedə
bilməzdi.

Cənubi Qafqazda deportasiya siyasətinə məruz qalan xalqlar 30-cu illərin sonunda kürdlər, 40-cı illərin
əvvəllərində isə almanlar olmuşdur. Almanlar, təbii ki, müharibə aparan xalqa məxsus olduqlarından onlara
qarşı preventiv təsir irəli sürüldü. Bununla Cənubi Qafqazda müharibə dövrünün ilk deportasiyası başladı. Lakin
azsaylı xalqların deportasiyası bununla qurtarmadı. Müharibə başladığı təqdirdə Türkiyənin SSRİ-yə qarşı
Almaniya ilə alyansda hücum edəcəyindən ehtiyatlanan Sovetlər İttifaqı Gürcüstan Respublikasının ərazisində
intensiv şəkildə təmizləmə işini həyata keçirməyə başladı. Stalinin bilavasitə nəzarətə götürdüyü köçürmə,
sürgün siyasəti ilə bağlı tədbirlərinə L. Beriya rəhbərlik edirdi. 1943-cü ildə Almanyanın Qafqaza daxil olması
təhlükəsi sürgün prosesini daha da gücləndirdi. O dövrün sənədləri Gürcüstanın sərhəd rayonlarındakı sürgün
siyasətinin demoqrafik vəziyyətə təsirini izləməyə imkan verir. Məsələn, əhalinin 1926-cı il siyahıya alınmasına
görə tarixi Ahıska qəzasında demoqrafiq vəziyyət belə idi: Ahılkələk qəzasında əhalinin ümumi sayı 78 847
nəfər idi. Bunlardan 7 565 nəfəri gürcü, 57 791 nəfəri erməni, 6 940 nəfəri türk, 930 nəfəri gürcü
(müsəlman), 2 492 nəfəri rus, 2 679 nəfəri isə ukraynalı idi. Bundan əlavə, burada farslar, tatarlar, osetinlər,
polyaklar, almanlar, yahudilər, acarlar, lazlar, minqrellər, həmçinin gürcü yahudiləri yaşayırdılar.
Ahıskada demoqrafik vəziyyət daha rəngarəng idi: burada 96 973 min nəfər əhalidən 24 353 nəfər
gürcü, 29 170 nəfər türk, 15 565 nəfər erməni, 167 nəfər rus, 3094 nəfər kürd, həmçinin 1015 nəfər ukrayn, 216
nəfər yunan, 589 nəfər tatar, 103 nəfər yəhudi, 831 nəfər gürcü yəhudisi, 115 nəfər isə polyak idi (190, s.4).
Həqiqətən də, Türkiyənin Almaniya ilə ittifaqda çıxış etməsi ehtimalı vardı. Ona görə də SSRİ
hökuməti qorxurdu ki, müharibə başlayan kimi sərhədlərdə yaşayan türklər Türkiyənin sərhədini keçə bilərdilər.
Məsələn: SSRİ XDİK-nin sənədlərindən birində xemşinlər barədə belə deyilirdi: onlar əvvəllər kolxozlara
girməkdən imtina etmişlər. Öz sürüləri ilə köçərilik etməyə üstünlük vermişlər. Beləliklə, həmin rayonlarda
insanları zorla kolxozlara cəlb etmək tədbirləri təbii ki, dövlətin ümumi siyasətindən narazılıq yaranırdı.

İkinci bir faktı da qeyd etmək yerinə düşərdi. Almaniya dövlətinin başında duran faşist generalları
Gürcüstanı ələ keçirən kimi burada milli dövlətin qurulmasına kömək edəcəklərini bəyan etmişdirlər. Hətta
ağqvardiyaçı general Spiridon Çavçavadze 1942-ci ilin payızında Stavropola gəlmişdi. O, Gürcüstanın işğal
olunmasını səbirsizliklə gözləyirdi. Deməli, «yeni hökumət” qurulanadək həmin əraziləri
türklərdən, ümumiyyətlə müsəlmanlardan təmizləmək lazım idi. Rəsmi dairələr Ahıska türklərini Türkiyənin
«agentləri», «xain» adlandırırdı. Hələ L. Beriya respublikaların XDİK-ə göstəriş vermişdi ki, təcili
sürətdə bütün Qafqazda əhalinin milli mənsubiyyətinə görə köçürülənlər barədə hesabat hazırlayıb, mərkəzə
göndərsinlər, heç kəs gizlədilməməlidir” və birbaşa Qazaxıstan, Qırğızıstan, Özbəkistan Respublikalarına
sürgün edilsinlər». Sənədlərdən aydın olur ki, yunanların, çeçenlərin, balkarların deportasiyası Gürcüstanda və
diyarın digər regionlarında etnik gərginliyi azaltmamışdır. Gürcüstanın Xalq Daxili İşlər Komissarlığı 1944-cü
il 12 aprel tarixli məktubunda L. Beriyaya yazırdı: «Son illər kürd və azərbaycanlı əhalinin bir hissəsi
kolxozlara daxil olmaqdan yayınaraq kənd təsərrüfatı işlərini özbaşına buraxaraq Tbilisiyə gəlmiş, Saburtalo,
Qırma-Qaledə Lotki dağında, Mnatobi dalanında, Kutaisi qəbirstanlığının arxasındakı yerləri zəbt edərək orada
yerləşmişlər». Bu faktlar süni şəkildə şişirdilir və bununla da türkləri və ümumiyyətlə bütün müsəlman əhalisini
sürgün etmək üçün psixoloji zəmin yaradılırdı. Bunların hamısını narahatlıqla qarşılayan mərkəz təcili
tədbirlərin görülməsini vacib sayırdı. Hadisələrdən məkrliklə istifadə edən Beriya 1944-cü il 24 iyul tarixli
məktubu ilə Stalinə müraciət edir. Məktubda vəziyyəti təsvir edəndən sonra Beriya SSRİ sərhədinin Gürcüstan
sahəsindəki hissəsində vəziyyəti, şəraiti yaxşılaşdırmaq məqsədilə öz mülahizələrini Stalinə bildirirdi. Onun
fikrincə, XDİK hesab edir ki, Ahıska, Adıgün, Aspinza (Əspincə), Boqdanovka (Hocabəy), Ahılkələk
rayonlarından, habelə Acarıstan MSSR-in bəzi kənd sovetliklərindən 16 700 təsərrüfatdan ibarət olan türk, kürd,
xemşin ailələrini köçürmək lazımdır. Məktubla yanaşı, L. Beriya həmçinin Dövlət Müdafiə Komitəsinin qərarını
təqdim etmişdi. O, Stalinə müraciət edərək yazırdı: «Sizin icazənizi gözləyirəm. Tədbir Gürcüstanın MK və
Xalq Komissarları şurası ilə razılaşdırılmışdır» 1944-cü il iyulun 31-də SSRİ Dövlət Müdafiə Komitəsi Gürcüstan
SSR-dən Qazaxıstan, Qırğızıstan və Özbəkistan ərazilərinə Ahıska türklərinin sürgün edilməsi haqqında qərar qəbul edir.

SSRİ XDİK xüsusi köçürülmə sənədlərində göstərilir ki, 45 516 nəfər Ahıska türkləri ilə eyni zamanda digər millətlər köçürülsün.
Lakin birinci növbədə türk xalqları köçürülsünlər. Sonralar, 1949-cu ildə aparılan qeydiyyatdan məlum olur ki,
«digər türklərə» şamil olunan xalqlardan 24 304 nəfəri özlərini azərbaycanlı adlandıranlar imiş.
Ümumiyyətlə, sərhəd boyu əraziləri guya «müdafiə məqsədilə”» 76021 nəfərin köçürülməsi planlaşdırılmışdı.
Bu məqsədlə SSRİ Nəqliyyat naziri L. Kaqanoviç 57 eşalon ayırmışdı.

Onu da qeyd edək ki, bütün bu məlumatları mərkəzə Gürcüstan SSR Dövlət Təhlükəsizlik Komitəsi
çatdırırdı. Bu bir daha göstərir ki, gürcü hakimiyyət dairələri mərkəzlə sıx əlaqədə olmuş, Ahıska türklərinin
«sərhədlərin təhlükəsizliyi» adı ilə köçürülməsini bilavasitə təşkil etmişlər. Lakin bu aksiyalar əslində, İttifaqın
tarixində ən amansız etnik təmizləmə olmuşdur. Köçürülmə siyasəti o dərəcədə tələsik və sürətlə aparılmışdı ki,
hətta Qazaxıstan hökuməti köçürmənin bir qədər saxlanmasını təklif etmişdi, çünki sürgünə göndərilənləri qəbul
etmək üçün müəyyən hazırlıq lazım idi. Lakin L. Beriya 1944-cü il noyabrın 16-da Qazaxıstan rəhbərliyinə
göndərdiyi teleqramda köçürülmənin dayandırılmasının qeyri-mümkün olmasını bildirmişdi. O, Gürcüs-tanda
yaşayan Ahıska türklərinin, kürdlərin, xemşinlərin 1944-cü ilin noyabrından 1945-ci ilin aprelinədək
köçürülməli olduqlarını bildirmişdi.

Xronologiyadan göründüyü kimi, müharibə artıq SSRİ ərazisindən çıxaraq Avropa səhnəsində
aparılırdı. Buna görə də xalqların «sərhəd təhlükəsi”» adı altında köçürülməsi heç bir məntiqə sığmırdı. Məqsəd
etnik təmizləməni həyata keçirməkdən ibarət idi. L. Barataşvili və K. Barataşvili «Biz mesxetilərik”» yazısında
belə bir maraqlı fakt gətirir ki, sürgün olunanlar 1941-1945-ci illər ərzində tikdikləri Borcom-Vale dəmir yolu
ilə öz doğma torpaqlarını tərk etməli oldular. Ən acınacaqlı cəhət bu idi ki, İ. Stalinin «Marksizm və
milli məsələ”» əsərində köçürülənləri elə ovsunlamışdı ki, köçürülənlər bu sürgünə xilas kimi baxırdılar. Onlar
inanırdılar ki, əgər Türkiyə ilə müharibə aparılarsa, məhv olacaqlar. Ona görə də düşünürdülər ki, Stalin dinc
əhalini qırğına verməmək üçün onları təhlükə yerindən köçürməyi lazım bilir. Amma başqa millətin
nümayəndələrinə ərə getmiş türklər, kürdlər və xemşinlər sürgün edilmirdilər.

Artıq 1944-cü il noyabrın 28-də Beriya Stalinə, Malenkova, Molotova göndərdiyi məruzədə bildirirdi
ki, Dövlət Müdafiə Komitəsinin qərarı tam yerinə yetirilmiş, türklər, kürdlər və xemşinlər sərhəd rayonlarından
köçürülmüşlər. Köçkünlərin doldurulduğu bütün eşalonlar yoldadırlar. Köçürülmə yerlərinə-Qazaxıstana,
Qırğızıstana və Özbəkistana istiqamət götürmüşlər. Köçürülmə planlı, mütəşəkkil formada keçirilir.
Lakin təzə yaşayış yerlərində heç bir şəraitin olmaması, ərzağın çox azlığı, digər çətin məişət şəraiti
təbii ki, köçkünlərin vəziyyətinə təsir etməyə bilməzdi. Yerli şəraitə alışa bilməyən əhali sürətlə tələf olurdu.

Ahıska türkü Ş. Dursunov 1956-cı ildə SSRİ Nazirlər Sovetinin sədri N. A. Bulqaninə yazırdı: «Köçürülənlər
ərzaqsız, paltarsız, konvoy altında, yarımsökük yük vaqonlarında yol gedirdilər. İstilik verilmədiyindən,
çoxları soyuqdan və aclıqdan ölürdü”». Qeyd edək ki, bu vəziyyət rəsmi dairələrə də yaxşı məlum idi (203).
İ. Stalinin milli məsələ haqqında «ideyalarından» ruhlanan rəsmi dövlət dairələrinin nümayəndələri
xalqların taleyi ilə haqsızcasına, əxlaq normalarına sığmayan üsullarla oynayırdılar. Acar yazıcısı Məhəmməd
Abduloviç Vanlişi 1945-ci ilin martında L. Beriyaya aşağıdakı məzmunda məktub yazır: «Mən üzərimə cəsarəti
götürərək Orta Asiyanın rayonlarına köçürülmüş Acarıstanın laz əhalisi barədə söz demək istəyirəm. Dövlət
Müdafiə Komitəsinin qərarına əsasən, gürcü-lazlar yerli əhali kimi Gürcüstandan idilər. Lakin qərardakı bu
hissə yalnız köhnədən türk soyadını daşıyan Batumun Sarpi kəndlərinə şamil olunmuşdur. Eyni zamanda, mən
lazların Böyük Vətən müharibəsində müstəsna vətənpərvərliyindən danışmaq istərdim. Gürcü xalqı, o cümlədən
lazlar Qafqazın müdafiəsi üçün çox önəmli işlər görmüşlər və müdafiəyə bilavasitə gürcü xalqının, həmçinin
laz xalqının ləyaqətli oğlu L. Beriya rəhbərlik etmişdir. Xahiş edirəm, məsələyə müdaxilə edib səhvən
köçürülmüş lazların geri qayıtmasına kömək edəsiniz». Beriya bu məktubdan çox təsirlənib və bu
faktın təcili yoxlanılmasını tapşırıb. İki gündən sonra XDİK-nin əməkdaşı V. Çernışov Beriyaya yazır:
«Lavrenti Pavloviç, hər şey yoxlanıldı, lakin onlar milliyətcə türkdürlər, ona görə də geri qaytarıla bilməzlər”.
Lakin bəzi yerlərdən lazlar həqiqətən də geri qaytarılmışdı. Amma gürcü olmayanlar sürgünlük
həyatını yaşamağa məhkum edilmişdilər.

Beləliklə, «xüsusi köçkünlər» haqqında təlimat»a” görə, digər xalqlarla birlikdə Ahıska türkləri də müvəqqəti [36-37] köçürülmə kateqoriyasına aid olsalar da, əslində həmişəlik sürgün olunurdular. Buna baxmayaraq, sürgündə yaşayan ahıskalılar yerli şəraitə çətinliklə də olsa alışa bildilər. Hətta yerli əhali ilə birlikdə ictimai və təsərrüfat həyatında fəal iştirak etməyə başladılar. Yeni ərazilərə deportasiya olunmalarına baxmayaraq, ahıskalılar vətənə dönmə uğrunda daim mübarizə aparırlar.

SEVİL PİRİYEVA
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: