Leyla Quliyeva: "Öyrənmək üçün Qiymətləndirmə"

Leyla Quliyeva: "Öyrənmək üçün Qiymətləndirmə"Leyla Quliyeva
Bakı Slavyan Universitetinin
Xarici dillər kafedrasının müəlimi,
müdir müavini,
ingilis dili mütəxəsisi,
DIM eksperti, İT doktorantı


Leyla Gəncivan qızı Quliyeva - əmək fəaliyyətinə 2008-ci il­də Bakı Slavyan Universitetində (BSU-da) başlayıb. Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun elmi işçisi, baş elmi işçisi, doktorantı (Ümumi pedaqogika, pedaqogikanin və təhsilin tarixi) olub. 2013-cü ildən isə Bakı Slavyan Univeristetinde Xarici dillər ka­fedrasının müdir müavini və müəllimi kimi fəaliyyətinə gös­tə­rir. Tələbələrin sevimlisidir.
L.Quliyeva Yeni Azərbaycan Partiyasının, Bakı Slavyan Uni­versitetinin Beynəlxalq münasibətər regionşünaslıq və jur­nalistika fakültəsinin Elmi Şurasının, Azərbaycan Respublikası İngilis dili Müəllimlər Birliyinin üzvüdür.
Bakı 1-ci Olimpiya oyunları zamanı “BEGOC”-da fəaliyyət göstərib.
İnteraktiv texnologiyalarla tədris üzrə beynəlxalq sertfikatın sahibi olan L.Quliyeva Azərbaycan Respublikası Təhsil Na­zir­liyinin təşkil etdiyi “Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması”, “Məktəb və uşağın Dostu”, “Mü­kəmməl Pedaqoq”, “Öyrədənlərin öyrədəni” və s. layihələrin iş­tirakçısı, Ümumtəhsil məktəblərinin kurikulumları üzrə kor­dinatoru və kordinator qrupunun əlaqələndiricisi olub.
Fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, Bakıda və Res­pub­likamızın müxtəlif bölgələrində olduğu kimi, Azərbay­candan kənarda da müxtəlif seminar və konfranslarda iştirak edib, rspublikamızı müvəffəqiyyətlə təmsil edib. O cümlədən, Erasmus + PETRA layihəsi üzrə Türkiyənin Gazi Universite­tində Azərbaycan universitetlərinin müəllimləri üçün təşkil olun­muş təhsil layihəsinin iştirakçısı olub.
2019-ci il aprelin 10-da Bakı Slavyan Universitetində “İki­dil­­liyin effektləri” mövzusunda seminar keçirib və həmin se­minar respublika mətbuatında işiqlandırılıb.
Bilinqvizm (iki dillilik), iki dilli ailələrdə uşaqların dil qav­ra­­ma, psixoloji, cəmiyyətə ineqrasiyası, təhsildə şagirdlərin qiy­mətləndirməsi, təhsildə keyfiyətin ölçülməsində qiymətlən­dir­mə­nin rolu, təhsildə qiymətləndirmənin prinsipləri, qiymət­lən­dirmə vasitələrinin testoloji aspekti və s. istiqamətlərdə 25-dən çox elmi məqalənin, 8-dən çox universitet dərs proq­ra­mı­nın, o cümlədən, BSU Pedagoji fakültəsinin Rus dili müəl­lim­ləri ixtisası üzrə, Məktəbəqədər təlim və tərbiyə ixtisasi üzrə, Təhsildə sosial psixoloji xidmət ixtisası üzrə təhsil alan baka­lavrlar üçün ingilis dili tədris proqramlarının müəllifidir.
“Le Carrefour” qəzetində frasnız dilində tərcümələri dərc edilib.
Leyla Quliyeva, eyni zamanda, uzun zamandır uğurlu repe­titor kimi də xidmət göstərir. Həm abituriyentlər, həm vali­deynlər bu müəllimdən olduqca razıdırlar. Leyla müəllimin bir çox şagirdi imta­hanlarda uğurlu nəticə göstərmişdir. Bu isə peşəkar müəllimin uğurlarından biridir.

Biz də Leyla xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir məqaləsini dəyərli oxucularımıza təqdim edirik.
ZiM.Az




Leyla Gəncivan qızı Quliyeva
Bakı Slavyan Universiteti
Xarici dillər kafedrasının
müəllimi, müdir müavini
DİM eksperti, Tİ doktorantı
leyla.gencivan@gmail.com


Öyrənmək üçün Qiymətləndirmə


Hər zaman bizdə önəmli olan fikir mövutdur, təhsil millətin gələcəyidir. Bu fikir illərdən bəri əsas amil kimi bizə mayak olub və onun inkişafı üçün hər bir elm adamı bu istiqamətdə var gücü ilə çalışır. Vygotskynin nəzəriyyəsindən çıxış edərək, onun sosial-mədəni nəzəriyyəsi cəmiyyətin fərdi inkişafa ver­diyi əhəmiyyətli töhfələrə baxan psixologiyada, insanların inki­şafı ilə yaşadıqları mədəniyyət arasındakı qarşılıqlı əlaqəni vur­ğu­layır. İnsanın öyrənməsinin böyük ölçüdə sosial bir proses olduğunu göstərir. Vygotsky nəzəriyyələrində, cəmiyyə­tin "mə­na vermək" prosesində mərkəzi rol oynadığına inandı­ğın­dan, id­rakın inkişafında sosial qarşılıqlı əlaqənin təməl ro­lunu vur­ğu­layır. Təhsil alanların, inkişafının onların öyrən­mə­sindən əvvəl olması lazım olduğunu iddia edən Piagetin əksinə olaraq Vygotsky, öyrənmənin, xüsusən də insanın psi­xoloji funksiyası baxımından mədəni cəhətdən təşkil olunmuş inkişaf prosesinin universal və zəruri bir tərəfi olduğunu iddia edir. Baş­qa sözlə, sosial öyrənmə inkişafdan əvvəl gəlir. Ən əla nəticələr isə birlikdə davam edən proseslərin yekununda əldə edilir.
Azərbaycan Respublikasının təhsil inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxsə hərtərəfli bilik və bacarıqların ve­rilməsi təhsil sisteminin əsaslarını, infrastrukturu və insan re­sursları inkişaf etdirilməsi prinsipi ilə fəaliyyət göstərir. Həm­çinin təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaş­ması, fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradam amillərdəndir. Təhsil alan şəxslər üçün onlara texno­logiyalarıdaha sürətli mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verən başlıca amillərdəndir.
Təhsil sisteminin əsasını da təşkil edən sahələrdən biri qiy­mətləndirmədir. Hər bir təhsil alana stimul mənbəyi qiymət­lən­dirmə hesab edilir, şagirdlər ilk olaraq hər bacarıqlarının qiy­mətləndirilməsində mativasiya yaradır yeni stimul olur, la­kin bu proses ölkələrə görə dəyişir. Bəzi ölkələrdə qiymət­lən­dirmə ibtidai sinifdən, bəzilərində yuxari siniflərdə və ya ümu­miy­yətllə qiymətləndirmə prosesindən imtina edən ölkə­lərdə var. Bəzi alimlər bunu təhsil alanların tədris fəaliy­yətlərində psi­xoloji təsirlərini yaranan müanslarada açıqlama­larında gəti­rib­lər. Qiymətləndirmələr dedikdə bugünkü tədris, öyrənmə və məlumatlara əsaslanan qərar qəbuletmə səylərinin ayrılmaz his­səsinə çevrilmişdir. Qiymətləndirmə prosesində iki əsas ideo­logiya fəaliyyət göstərir: öyrənmə üçün qiymət­ləndir­mə və öy­rənmənin qiymətləndirilməsi.
Qiymətləndirmə dedikdə əsas məqsədi şagirdlərin bilik, bacarıq səviyyələrinin il boyu müntəzəm olaraq yoxlanılmasını təşkil etmək və onun qiymətləndirilməsində və orada obyek­tivlik və ədalət prinsipini həyata keçirməkdir.
Bu istiqamətdə aparılan qiymətləndirmə sistemi imkan verir ki, şagirdlərin güclü və zəif tərəfləri vaxtında aşkarlansın, on­lara münasibətdə differensial yanaşma ilə həyata keçirilsin və nəzarət edilsin. Ölkəmizdə təsdiq olunmuş standartlara əsasən dünya qiymətləndirmə standartlarına uyğun qururlur. Tədris prosesində qiymətləndirmənin bütün növlərinin (diaqnostik, formativ, summativ) düzgün tətbiq edilməsinə xüsusi nəzarət mexanizmi həyata keçirilir.
Qiymətləndirilmə zamanı təhsil alanın elmi əsaslar üzərində qurulmasını təmin etməklə yanaşı, məktəb fəaliyyətində özü­nü­qiymətləndirməni ən mühüm şərtlərdən biri hesab edir. Bu isə hər zaman təhsilin keyfiyyətinin yüksəldilməsinə və şagirdin öz güvənin formalaşmasına xidmət edir. Şagirdlərin bilik və baca­rıqlarının qiymətləndirilməsi, tədrisdə keyfiyyət göstəri­ci­lə­rinin müəyyən edilməsi müəssənin tətbiq olunan “Qiymət­ləndir­mə­siyasəti” əsasında aparılır.
Tədris prosesi zamanı ümumilikdə qiymətləndirmənin hər iki forması fərqli və ya güclü məqsədə xidmət edir və onların bir-birini necə əvəzlədiyini başa düşmək və nəticədə tədrisin təlimatını, müdaxiləni və şagird nailiyyətlərini artırmaqda vacib amil hesab edilir.
Digər istiqamətdən isə tədris prosesində auditoriyada dərs zamanı təhsil alana dərs zamanı öyrənmənin qiymətləndirilməsi dedikdə, adətən dərsin bir bölməsinin və ya qiymətləndirmə dövrünün sonunda həyata keçirilir. Qeyd etdiyimiz kimi, şa­girdin və ya tələbənin onun dərs zamanı nailiyyətlərini sinif, və ya ümummilli meyar standartla müqayisə etməklə tələbənin tədris proqramını qavramasını qiymətləndirir. Məlum olduğu kimi bizim tədris prosesində qiymətləndirmə üç formada apa­rılır onlardan formativ və summativ qiymətləndirmə arasında fərqlərin nələr olmasına baxsaq formativ qiymətləndirmədə ilk mühüm olan məqsədi müəllimlər tərəfindən tədrisi təkmilləş­dirmək və tələbələr tərəfindən öyrənmələrini təkmilləşdirmək üçün istifadə edilə bilən davamlı rəy təmin etmək üçün tələ­bəyönümlü və onun öyrənməsinə nəzarət etmək əsas prinsipdir.
Daha konkret desək, formativ qiymətləndirmələr, güclü və zəif tərəflərini müəyyən etməyə və öz üzərlərindı işə ehtiyacı olan sahələri hədəfləməyə kömək edilməli və tələbələrin hansı sahə üzrə dahada mübarizə apardığını tanımağa və problemləri dərhal həll etməyə kömək edir desək daha doğru səslənmiş olardı. Formativ qiymətləndirmələr ümumiyyətlə aşağı qiymət­lər hesab edilir, bu o deməkdir ki, onların bal dəyəri azdır və ya yoxdur. Formativ qiymətləndirmələrə misal olaraq tələbələrdən xahiş etmək daxildir: məsəl üçün hər hansı bir mövzunu başa düşdüklərini ifadə etmək üçün sinifdə ümumu plan çəkin müha­zirənin əsas fikrini müəyyən edən bir və ya iki cümlə təqdim edin ilk rəy üçün tədqiqat təklifnii verilsin. Formativ qiymət­ləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsi­lalanı istiqamətləndirmək məqsədilə aparılır. Formativ qiymət­lən­dirmə dərsi müşayiət edən pro­sesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə mün­təzəm olaraq həyata keçirilir.
Summativ qiymətləndirmə də isə məqsədi tədris bölməsinin sonunda tələbə öyrənməsini bəzi standart və ya olanlarla mü­qayisə edərək qiymətləndirməkdir. Summativ qiymətlən­dir­mə­lər çox vaxt yük­sək qiymətlərdir, yəni onların yüksək bal dəyəri vardır. Summativ qiymətləndirmə nümunələrinə aşağıdakılar daxildir:
-aralıq imtahanı
-yekun layihə
Şagirdlər və ya müəllimlər sonrakı pillələrdə öz səylərini və fəaliyyətlərini istiqamətləndirmək üçün ondan istifadə etdikdə, summativ qiymətləndirmələrdən əldə edilən məlumat formativ olaraq istifadə edilə bilər. Edilən bəzi dəyişikliklərə nəzərən şa­girdlərin qiymətləri balla dəyərləndiriləcək, illik və yarımillik qiy­mətlər də onların topladıqları bal əsasında hesablanacaq. Şa­girdlərin psixoloji gərginliyini azaltmağa xidmət edən bu dəyi­şikliklər nəticəsində müəllimlər də həmin vaxtdan daha səmə­rə­li istifadə etməyə nail ola biləcəklərdi düçünülmüşdür. Də­yi­şik­lik summativ qiymətləndirmələrdə olsa da, məktəb­daxili qiy­mət­ləndirmənin bütün növlərinə eyni dərəcədə əhə­miyyətli he­sab edilir. Məktəbdaxili qiymətləndirmənin qeyd etdiyimiz ki­mi 3 növü var: diaqnostik, formativ və summativ qiymətlən­dir­­mə. Bunların hər birinin öz dəyəri, çəkisi və şagir­din keyfiy­yət­li təhsil almasında rolu var. Odur ki, summativlə yanaşı, qiy­mət­ləndirmənin digər növlərinə də yeni yanaşmada diqqət gös­tərilib. Hesab edirik ki, şagird gündəliklərində onla­rın for­mativ qiy­mətləri öz əksini tapmalıdır”. Yeni yanaşmada əsas də­yi­şik­lik olan hissələr summativ qiymətləndirmə ilə bağ­lıdır. Belə ki, ibtidai təhsil səviyyəsindən tutmuş bütün si­nif­lər­də həyata keçi­rilən summativ qiymətləndirmələrdə dəyi­şiklik edi­lib. Məsələn, birincilərin yaş və psixoloji xüsusiy­yətləri ilə əla­qədar həmin siniflərdə nə kiçik, nə də böyük sum­mativ qiy­mət­ləndirmənin keçirilməsi nəzərdə tutulub. Bu o de­məkdir ki, hər bi­rinci sinif şagirdi 72 summativ qiymət­ləndir­mə yükün­dən azad olub.
Təhsil alanlar bu prinsipləri bildikdə və başa düşdükdə, öy­rənmə keyfiyyəti yaxşılaşacaq prinsipi ilə davam edilir. Bu mə­lumatları öyrənənlərlə bölüşmək öyrənmə məqsədlərinə sahib olmağı və bu məqsədlərə nail olmaq üçün müəllim və şagird arasında ortaq məsuliyyət hissini inkişaf etdirəcək. Tələbələrin inamının və özünə hörmətinin yüksəldilməsi tələbələrin işinə müsbət təsir göstərir və onların motivasiyası yaxşılaşır.
Öyrənmənin artırmaq üçün müəllimlərin qiymətləndirmə me­yarlarını öyrənənlərlə bölüşməsi çox vacibdir. Qiymətlən­dir­mə meyarları aydın olmalıdır və tələbələr müəyyən tapşırıq üçün işi yaratdıqdan sonra əlavə edilməməlidir. Buna görə bü­tün şagirdlərin müəyyən bir tapşırıqda nəyə nail olmağa çalış­dıq­larını və bunu niyə etdiklərini başa düşmələri çox vacibdir. Müəllimlər şagirdlərin bir tapşırığa sadiqliklərini başa düşmə­lərini və nümayiş etdirmələrini istəyirlərsə, onlar, mümkün qə­dər, məqsədlərə qərar verməlidirlər və onların irəliləyişləri­nin qiymətləndiriləcəyi qiymətləndirmə meyarlarını müəyyən et­məlidirlər.

Ədəbiyyat siyahısı:
1.Eberly Center for Teaching Excellence & Educational Inno­va­tion at Carnegie Mellon University. “What is the difference bet­ween formative and summative assessment?” Accessed May 3, 2017
2. Ehringhaus, Michael Ph. D., Garrison, Catherine. NYC Depar­tment of Education. “Formative and Summative Assessments in the Classroom.” Accessed May 4, 2017.
3.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: