QƏRİB ELDƏ DOĞMA MƏZAR... (SƏRDAR NƏBİYEV - QABALLI) Qabal, Unutsaq, unudularıq!.. 19 Eylül Sərdar Qurban oğlu Nəbiyev (Qaballı) - 29 dekabr 1951-ci ildə Gürcüstan Respublikasının Laqodexi rayonundakı Qabal kəndində dünyaya göz açmışdır. Hələ orta məktəbdə oxuyarkən poeziyaya xüsusi həvəs göstərmişdir. Gənc şairin ilk şeirləri Balakəndə çap olunan “Şən həyat” (indiki “Balakən”) qəzetinin səhifələrində dərc olunub. “Bəlkə andı tel məni” və “Mənim dilim” şeirləri professor M.Çobanovun təqdimatı ilə “Gürcüstan” qəzetinin 30 iyul 1991-ci il tarixli sayında işıq üzü görüb. Sonralar onun şeirləri "Ziya", "Təhsil", "Şərqin səsi", "Dalğalar qoynunda" və s. mətbuat orqanlarında , “Addımlar”, "Rübailər", "Zirvə", "Canım Azərbaycanım", "sazlı-sözlü Borçalı" və s. poeziya toplularında, almanaxlarda, müxtəlif qəzet və jurnallarda çap olunub, radio və televiziya verlişlərində səslənib. Ömür yollarımın ilk işığı sən-Qəlbimin inamı, dini sən oldun.Hər işin, əməlin yaraşığı sənMənə sən ilk Vətən, son Vətən oldun.Məkkəm, Mədinəmsən, qəlbi qubaramQərib ölkələrdə duydum səsini.Göylərə yüksəlir fəxrim, vüqarımAçanda dünyanın xəritəsini. Bu misralar vətənindən, elindən, obasından ayrı düşmüş, qürbət əhlindən olan, şair Sərdar Qaballının "Azərbaycan" şeirindəki həsrət fəryadıdır desək yanılmarıq. Dolanışıq üzündən çox soydaşlarımız qürbətə üz tutmuş, vətənindən qürbətdə, həsrətdə yaşamaq məcburiyyətində qalmışdır. Sovet hakimiyyəti dövründə vətənə xidmətə yollanan gənc Sərdar Nəbiyev, ömrünün qalan hissəsini (təqaüdə çıxana qədər) hərbi ilə bağlayır. Ukraniyanın Krım vilayətində baş praporşik rütməsində çalışan şair, ömrünün sonuna qədər Ukraniyanın (hazırda Rusiyanın) Krım vilayətindəki Sevastopol şəhərində yaşamışdır. Vətəndən uzaqda yaşamasına baxmayaraq, həmişə qəlbi vətəni ilə döyünmüş, qohum-əqrabası ilə, şair dostları ilə sıx-sıx əlaqə saxlamışdır. Dövrünün görkəmli şəxsiyyətləri – xalq şairi Zəlimxan Yaqub, professor Mədəd Çobanov, Müşfiq Borçalı, Sədi Yaradanqulu, Gülxanım Rzazadə, Ramiz Şindidağlı, Yunis Novruz, Rəşad Balakənli, Məhəbbət Nizam, Aslan Gorarxılı və b. ilə yaxından dostluq etmişdir. Onun professor Mədəd Çobanovun 80 illik yubleyinə yazdığı şeiri də onların dostluğunun bariz nümunəsidir:Sərraf tək dilimin incilərindən,Zərgər tək yaqutu, qızılı seçdin.Türkün ulduz saylı ləhcələrindən,Türkün varlığını – Dilini biçdin.Dilsiz nə millət var, nə də ki, Vətən!Türkün söz dilinə sahib çıxdın sən!Ömür zəhmətini, məharətini,Eşqini, Vətənə məhəbbətini,Xalqına bəxş etdin səadətini.Mədət müəllimlərlə Vətəndir, Vətən!Türkün öz dilinə sahib çıxdın sən! Şairin “Ruhum yurda qayıdır” adlı kitabının nəşrə hazırlayanı və redaktoru da məhz yaxın dostu Müşfiq Borçalı olmuşdur. Kitab 1997-ci ildə Bakıda "Təhsil" redaksiyasında işıq üzü görmüşdür. Şair Sərdar Qaballı öz ana dili olan Azərbaycan dili ilə yanaşı rus dilini də mükəmməl bilmiş və bu dildə də gözəl şeirlər qələmə almışdır. Sözün açığı, şairin qardaşı Cavanşir onun rus dilində yazılmış şeirlər kitabını mənə hədiyyə edəndə, mən rus dilini bilmədiyim üçün “Cavanşir əmi, mən rus dili bilmirəm. Kitabı götürüb oxumayacağamsa, özümdə məhbus etməyin nə mənası var? Başqa birinə - rus dili bilənə verərsiniz ki, oxuyub feyziyyab ola bilsin.”- demişdim. Ancaq, “Ruhum yurda qayıdır” adlı kitabını götürmüşəm və sevə-sevə oxuduğum kitablardan biridir. Şair Sərdar Qaballının özü ilə söhbət əsnasında onun təxəllüsündən söz düşdü və onda Nəbiyev Sərdar adlı başqa birinin də olduğunu, ancaq, özünün Gürcüstanın Qabal mahalından, o birinin isə başqa yerdən olduğunu söylədi. İki eyni ad-soyad olduğundan təxəllüsə ehtiyacın olduğunu söyləyən şair, öz sevdiyi, vurğunu olduğu, doğma vətəninin adını özünə təxəllüs kimi götürməsini vurğuladı:Axşam üstü şeh əsdi,Sular sanki üşüdü,Dağların əfsanəsiQabal yadıma düşdü.Yaxud:Ömür Qabal çayın sahilindəkiYaşıl söyüdlərin birinə bənzər.Kimi payız seli, kimi yaz seliQoparar kökündən, izini silər.Şair Vətənindən, elindən, dilindən uzaqda olsa da öz ana dilini əziz tutur, müqəddəs bilir:Ana dedim, dil açdım,Bu dildə dindir məni.Bu dildə qəlbimə dəy,Küsdür, sevindir məni. Yaxud:Azəri övladıyam,Dilim Vətən səsidir.Dilim mənim xalqımınQorqud sərkərdəsidir. Şeirlərində hikmətlə yanaşı, poetik incəliyə xüsusi diqqət ayıran şairin şeirləri olduqca dilə yatımlı, hamı tərəfindən başa düşülən, öz şirinliyi ilə seçiləndir. Onun yaradıcılığında mövzu rəngarəngliyi də özünü göstərir. İstənilən yaşda, demək olar ki, bütün şairlərin müraciət etdikləri sevgi mövzusu da onun yaradıcılığından yan keçməmişdir. Şairin gənc yaşlarında – 5 may 1970-ci ildə qələmə aldığı bir şeirini qeyd etmək istəyirəm:Gözlə sən, sevgilim, gözlə məni sən,Qəlbini didsə də həsrət, intizar.Səbrlə, təkidsiz gözləyə bilsənÖmrümə həsrətdən şəfəqlər yanar. Zaman ötsə də, yaş üstə yaş gəlsə də ilk məhəbbət heç vaxt unudulmur:Sən Leylinin, Məcnunun naləsindən yarandın,Sən Fərhadın, Şirinin həvəsindən yarandın.Sən Əslinin, Kərəmin şöləsindən yarandınÖmrü odlara salan mənim ilk məhəbbətim,Qərib ellərdə qalan, natamam səadətim. Şair Sərdar Qaballının özü də bir insan kimi çox sakit, heç kimlə işi olmayan, dünya malında gözü olmayan, təmiz ürəkli, təmiz qəlbli, Vətənsevər, Allah aşiqi, ədalət yolçusu olduğu üçün bu hallar onun şeirlərinə də siraət etmişdir. Dünyanın faniliyini duymaq, dünya malında gözü olmamaq və tapdığı bir tikə üçün Allaha şükür etmək məhz kamil kəslərin işidir. Sərdar Qaballı da məhz həmin kamil kəslərdən idi ki, yazırdı:Bu ulu dünyadan yoxdur istəyim,Gəlmişəm, görmüşəm, Allaha şükür.Səbəb yox, dünyanı söyüm, pisləyimAlmışam, vermişəm, Allaha şükür.Yaxud:Bu ulu dünyadan yoxdur istəyim,Arzumu çin etdim, yoxdur diləyim.Boğub öz içimdə şeytan “mələyiİzini silmişəm, Allaha şükür. Şair Sərdar Qaballı heç vaxt şan-şöhrət düşkünü olmamışdır. O, həmişə sadəliyi üstün tutmuşdur. Gənc oxuculardan “şeirlərinizi niyə çap etdirmirsiniz?” - sualına, şairin cavabı da belə olmuşdur:Xaraba edilmiş dünyada,Şan-şöhrət gərəyim deyil.Düşkünlük baş alan aləmdə,Kənizlər mələyim deyil.Düşüncəsi korlanmış zəmanəyə, pul hərisi olan bəşər əhlinə şair ürək acısı ilə yazırdı:Məmur xəzinəyə can atır,Rüşvətxorlar məmurluğa.Xəlbirdən keçirsə darı,Günahı ələyin deyil. Allahın elçisi Məhəmməd (s.ə.v.) “hər bir müsəlman bir-birinin qardaşıdır” kimi birlik, qardaşlıq çağrışına, qardaşların öz aralarında ayrıseçkilik salmasını, cahil din xadimləri tərəfindən dini məzhəblərə bölərək bir-birinə düşmən kəsilməsinə ürək ağrısı ilə yanaşan şair bu məsələyə də biganə qala bilməmişdir. Qəlbi Allaha bağlı olan şair, dini məzhəblərə bölən cahil din xadimlərinə bu cür dəyərli nəsihət verir:Tanrıya inamı olanın,Məzhəbsizdir din-imanı.Mollalar yayan gümanınGünahı fələyin deyil.Yaxud:Məşhəd, Kərbəlaya gedən,Niyə üz çönmür Məkkədən?!Məkkədə Qara daşa sövq edən,Xəbərsizmi Mədinədən? Bu cahilləri, müdriklərin nəsihəti və Allahın bəşər əhlinə bəxş etdiyi müqəddəs kitabların mütəaliyyəsi belə qəflət yuxusundan oyatmaması şairdə narahatlıq yaradır:Cəhalətə güc gəlmədi,Yerdə Kamal, göydə Tanrı.İnsan olanın günahıÇərxdədir, fələyin deyil!Son zamanlarda ömürdən, yaşadığı həyatdan sanki hesablaşırmış kimi şeirlər qələmə almış şair çox güman ki, ölümünü duyaraq yazmışdı:Ömür, sənə borcum yoxdur,İllər idi verdim, aldın.Var-dövlətdən bacım yoxdurSözlə insan könlü aldım.Tələbdən artıq olanıKənar etdim, əl atmadım.Halal alın tərim olduHalala haram qatmadım.Namərdə dedim – “namərdsən!”Müxənnəti qovdum kəsə.Fərq etməz bir yaxşılığıBiri bilib, biri bilməsə.Atam Qurban yolun seçdim,Ömür, sənə ömür yolu.Hər damlanı, hər an, içdimÖmür sənlə Sərdar oldum.Mənim sənə borcum yoxdur,Sənin mənə borcun yoxdur.Ömür, səndən çox razıyamÖzün tacsan, tacın yoxdur.Hamının dünyanı “vəfasız” adlandırdığı təqdirdə, şair Sərdar Qaballı bunun tam əksini düşünür və insanın vəfasız olduğunu, dünyanı atıb getdiyini bildirir. Şairin sosial şəbəkədə paylaşdığı son şeirində həmin fikirləri qələmə almışdır. Şairin həmin son paylaşdığı şeirini istəyirəm ki, ixtisar etmədən, elə bütöv şəkildə sizlərə təqdim edim: Könül, istəyin nədir? ömrün bu yaşında.Nəyi nəxş etmək arzun üzüyünün daşında?Dünya vəfasız deyil- sən onu atacaqsanSəndən adın qalacaqdaş üstündə “başında”. Zaman o baş daşını yox edəcək an, məqamDaş nə gərək ömürə? keçənə cəmi bir an.İstər tarixləri gər, istər dünyanı dolanİstər özünü axtar hər gilə göz yaşında.Könül, istəyin nədir? Sən deyəni mən yazım.Közünlə alov oldum mehinlə ayazıdım.Sərt qışına buz oldum, “qar” güllərinlə, yazın,Mən səni itirmədim mənimlə savaşında.Könül, istəyin nədir? Ömür vaxtı daralır.Zirvələr, dağlar üstən, ənginlərə baş alır.Qocalan ömür olur, könüllər cavan qalır,Günün, ayın illərin bitməyən yarışında.17 04 2018. Şair həmin paylaşdığı şeirinin rəy hissəsində də bir şeir yazmışdır. Bəlkə də son şeiri elə budur, nə bilmək olar? Şair könlü - şeh giləsi,Açıb baxsan - asimandır.Qəmli, şənlikdir nəğməsiÖz-özünə imtahandır.Şair könlü min il gəzsə,Nə eşq tapar, nə məhəbət.Şair könlünün qonğıGəlir qəfil, gəlir xəlvət. Bax beləcə şairin öz dili ilə desək Sərdar Qaballı da öz dostlarına, qohum-əqrabasına, vətəninə vəfasız çıxaraq əbədi tərk etdi. 2018-il sentyabr ayının 17-si dünyaya əbədi gözlərini yuman şairin ailəsindən aldığım məlumata görə, o hərbçi olduğundan, onun tabutu qalxanda havaya təyyarələr qalxmış və tabut məzara enən vaxt təyyarələr də enmiş və qanadları ilə vida işarəsi etmişdir. Yəni, onun cənazəsi də vəzifəli hərbçilərin torpağa tapşırıldığı kimi torpağa tapşırılmışdır. Dəfn mərasimi 20 sentyabr 2018-ci ildə baş tutmuşdur. Şairin çapdan çıxmamış şeirlərini isə övladları çap etdirəcəyinə söz vermişlər. İnşallah, o dəyərli əşarlar da işıq üzü görər və oxucuların sevimli şeirlərinə, dillər əzbərinə çevrilər. Gözəl qəlbli insan, gözəl şair, etibarli dost, ürəyi milləti, Vətəni ilə döyünən əsl vətəndaş kimi Sərdar Nəbiyev (Qaballı) bizim qəlbimizdə əbədi yaşayacaq. Ruhun şad olsun, şair! RƏŞAD BALAKƏNLİ (Alsoinov) Şair-publisist 17.09.2020ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.