QARAYAZI (İNDİ QARDABANİ) RAYONU: Gürcüstan » Qarayazı 24 Nisan Müşfiq BORÇALIm-borcali@mail.ru QARAYAZI - indiki Gürcüstanın şərq - gündoğar bölgəsində, qədim Borçalı mahalının geniş bir ərazisinin və yaşayış məntəqəsinin adını bildirir. Həmin ərazi, yəni Qarayazı inzibati rayonu da, rayonun mərkəzi şəhəri də Qarayazı adlanıb, indi «Qardabani» adlanır. Qarayazı toponimi türkköklü iki komponentdən ibarətdir. Bu toponim qədim türk dilində «böyük, geniş» mənasını bildirən «qara» sözü ilə «çöl» mənasını ifadə edən «yazı» sözünün birləşməsindən əmələ gəlib. Ümumilikdə, «böyük çöl» mənasını bildirir. «Qarayazı» əvvəlcə böyük bir ərazinin - bölgənin - çölün adı olub. 1880-ci ilə qədər Borçalı sultanlığının tərki-bində olan Qarayazı sonralar - Tiflis-Bakı dəmiryol xətti çəkildikdən sonra Tiflis quberniyasının Borçalı qəzasında Dəmiryolu stansiyasının adı olub və nəhayət, kənd adlandırılıb. Sonralar isə «Qarayazı» rayon inzi-bati-ərazinin adı olub. 1932-ci il dekabrın 22-də Qarayazı kəndi Qaratəpə kəndi ilə birləşdirilib Qarayazı qəsəbəsi adlandırılıb və «Qa-rayazı» rayon inzibati-ərazisinin mərkəzi olub. 1947-ci il¬ martın 18-də «Q¬rayazı»nın adı dəyişdirilib və gürcü dilində «Qardabani» qəsəbəsi adlandırılıb. Qardabani qəsəbəsi 1969-cu ildən isə Qardabani şəhəri adlandırılıb. Hazırda Qardabani rayonu Gür¬cüs¬tan Respubli¬ka¬sının ən böyük rayon¬ların¬dan biridir. Onun ərazisi 392,5 kv.km, əha¬lisi isə 120 min nəfərə yaxındır. Qardabani rayonu - 1 şə¬hər, 2 qəsəbə, 18 kənd məclisi və 47 kənddən iba¬rət¬dir. 14 kən¬din elliklə əhalisi azər-bay¬can¬lılardır. Qardabani rayonunda məskunlaşmış soy¬daş¬ları¬mızın sayı hazırda 50 min nəfərdən çoxdur.İndiki Qardabani şəhəri isə qədim Qarayazı düzündə, Qarayazı meşəsinin, Kür çayının sol sahilində, Tbilisidən 42 km gündoğarda, Tbilisi-Bakı dəmiryolunun, Tbilisi-Rustavi-Böyük-kəsik avtomobil yolunun kənarında, dəniz səviy¬yə¬sin¬dən 310 m yüksəklikdə, qədim «Qa¬ra¬yazı» və «Qa¬ratəpə» kənd¬¬¬lərinin ərazisində salı¬nıb. Qardabani şəhərinin 20 min nə¬fərə yaxın əhalisi var, onun da təxminən 7250 nəfəri azər¬bay¬can¬lı¬lardır. Qarayazıda XIX əsrdə iki məscid olub: Xoylu və Marağa məscidləri. Son¬¬ralar Xoylu Məscidi təmir olu¬na¬raq Qarayazı Cümə məs¬cidi adlandırılıb. Qaratəpə Azər¬bay¬can məktəbi 1919-cu ildə yaradılıb. Hazırda burada Müqəddəs Ne¬mətov adına 3 saylı Azər¬baycan orta məktəbi və İsa İs¬ma¬yılzadə adına 6 saylı Azər¬baycan baza məktəbi fəa¬liy¬yət¬dədir.1931-ci ildə Qarayazıda (indiki Qardabani şəhərində) «Sta¬¬linçi» adı ilə nəşrə başlayan rayon qəzeti hazırda «Sam¬qori» adı ilə gürcü və Azərbaycan dillərində nəşr olunur. Qə¬zetin inkişafında və tə¬latümlü «yenidənqurma» illərindən sonra nəşr olunmasında mərhum Əbdüləli İbrahimin və baş¬qalarının xid¬mətlərini heç vaxt unutmaq olmaz. (Onu da qeyd edək ki, Əbdüləli İbrahimsoy 1997-ci ildə «Çənlibel» adlı 12 səhifəlik müstəqil qəzet də nəşr etməyə başlamışdı).Rayon mərkəzində Bakı, Nizami, Vaqif, Axun¬dov, Sə¬məd Vurğun, Əzizbəyov, Abdulla Mustafayev və s. kü-çələri də var. El ağsaqqalı Abdulla Mustafayev, Əmək Qəh¬rəmanı Gül¬sənəm Əliyeva, şairlər İsa İsmayılzadə, Vəli Tomayev, Arif Mustafazadə, Gürcüstan Parlamentinin depu¬tatı olmuş Müqəddəs Nemətov, Azərbaycan MEA-nın müxbir üzvü Şah¬vələd Xəlilov, alimlər Kamil Şərifov, Cabbar Məmmədov, Sabir Daşdəmirov, Qorxmaz Baxışov, Sabir Əliyev, Ələddin Mahmudov, Əlixan Musayev, Ələddin Bədəlov, Xəmməd Gö¬zəlov, Ələd¬din Hüseynov, Əhməd Musayev, Yaqut Ne¬mətov, Aidə Xəlilova, İlham Mustafayev, rəssam Tarıyel Əli¬yev, heykəltəraş Fərhad Heydərli, polkovnik Hamlet Daş¬dəmirov, ictimaiyyətçilər Telman Həsənov, İlyas Məm¬mə¬dov, Ramin Bayramov, Səməd Şahver¬diyev, din xadimləri Ramin İgidov, Vaqif Şahverdiyev və b. məhz Qarayazının yetirmələridir.Qarayazı çölü tarixən, XVI əsrin əvvəllərindən Tiflis əya¬¬¬lə¬tinin və sonralar Tiflis quberniyasının Tiflis qəzasının Kosalı, Nazarlı (Nəzər¬li), Yu¬xarı Qulkənd və Aşağı Qulkənd kənd¬lə¬rinin, həmçinin, Borçalı qəzasının Kəpənəkçi, İlməzli, Ko¬salı, Ke¬şəli və Qara Keşə¬li kəndlərinin qışlaq yeri olub¬dur. Həm¬çi¬nin, Tiflis quberniyasının Axırkələk (Axalkalaki) qəzasında da «Qarayazı» adlı kənd olub. Azər¬baycanın Qa¬zax ra¬yo¬nun¬da Qarayazı qəsəbəsi, Qarayazı meşəsi, Göyçay rayonunda isə Qarayazı kəndi vardır. QARDABANİ - Gürcüstanın şərq bölgəsində qədim Bor¬çalının geniş bir ərazisinin və yaşayış məntəqəsinin adını bil¬dirir. Əvvəlki adı Qarayazı olub. (Bax: Qarayazı). Gürcü di¬lində geniş şəkildə işlənən «Qardabani» toponiminin mənşəyi «Girdman» sözü əsasında formalaşıb. Girdman IV-VIII əsr¬lərdə mövcud olmuş Alba¬ni¬ya dövlətinin aparıcı knyaz¬lı¬ğından biri olub. Yəni, Azərbay¬canda Girdman knyazlığı, Girdman qalası, Girdmançay və s. toponim və hidronimlər də olmuşdur. Tədqiqatçıların mülahi¬zə¬sinə görə, Girdman qədim türk tayfalarından birinin adı olub. «Girdman» sözü gürcü dilinə transliterasiya edilərkən, Azə¬rbaycan dilindəki «G» səsi gürcü dilində olmadığı üçün «Q» səsi, «i» səsləri «a» səslərinə, «m» səsi isə «b» səsinə çev¬rilmişdir. «Qardabani» sözünün sonundakı «i» səsi isə gür¬¬cü dilində ismin adlıq hal şəkilçisini bildirir. Qədim dövr tarixçisi Musa Kalakatlının «Albaniya ta¬rixi» əsərində qeyd etdiyi əfsanəyə görə, «Girdman əhalisi Aran nəs¬lindəndir». Bu ifadədən göründüyü kimi, Girdmanın əha¬lisi aborigen - yerli əhali olub. Bu yerli əhali də öz etnoni¬mi¬¬¬ni daim qoruyub saxlayıb…İndi də Girdman əhalisinin adına - etnoniminə nəzər sa¬laq. Yuxarıda qeyd olunduğu kimi, yerli əhali Aran nəs-lindən olub. «Aran» sözünün etimologiyasından aydın olur ki, «Aran» qədim türkköklü sözdür. Onun mənası «Yaylaq yer¬lə¬rinə nis¬bətən alçaq, düzənlik və iqlim-hava şəraitinə görə, yayda isti olan yer» deməkdir… Deməli, «Aran» sözü həm də nə¬sil, tayfa, qövm mənalarını bildirən etnonimdir. Bu mü¬lahi¬zə¬ni aşağıda qeyd olunan xalq bayatısı da açıq-aydın şə¬kildə təs¬diq edir: «Əziziyəm bağ ilən,Bağça ilən, bağ ilən.Dedin Aranda gözlə,Yolun saldın Dağ ilən».«Aran» sözü dilimizin sonrakı inkişaf mərhələsində bir çox sözlərin yaranması üçün də geniş imkanlar açmışdır: Aranlı, Aranlıq, Arançı, Arançılıq və s. AXALŞEN - Qədim Qarayazı düzündə, şosse yolu kə¬na¬rında, rayon mərkəzindən 3 km günbatarda yerləşən kən¬din adıdır. Bu kəndin əsası XIX əs¬¬rin əvvəllərində qo¬yulub və ilk sakinləri almanlar olub. Əvvəlcə Telman, sonralar isə Qof¬¬runstal adla¬nıb. 1941-ci ildə al¬manlar sürgün edildikdən sonra buraya Qara¬yazının Təhlə, Kosalı və Candar kənd¬lə¬ri¬nin əhalisinin bir qismi gəliblər. Əhalisi 1200 nə¬fər¬dir. Axal¬şen - «Axali» (Təzə) və «şen» (Şenlik) sözlərinin bir¬ləşmə¬sindən əmələ gəlib, mənası təzə şenlik, təzə məhəllə, təzə kənd deməkdir.AMBARTƏPƏ - Qədim Qarayazı (indiki Qardabani) ra¬yonunda, Tbilisi-Qardabani şose yolunun kə¬narında, rayon mərkəzindən 4 km günbatarda, dəniz səviyyəsindən 305 m yüksəklikdə yerləşən kəndin adıdır. Əhalisi 140 nəfərdir, əsa¬¬sən Təhlə camaatıdır. Bu oy¬¬konim «an¬bar» və «təpə» söz¬lə¬rindən yaranıb. Tarixi mən¬-bələrdə adı XIX əsrdən çə¬kilməyə başlayıb. 1943-cü ilədək al¬manlar da yaşayıb, bəzi illərdə Traunbenstal və Roza da ad¬lanıb. AŞAĞI KƏPƏNƏKÇİ - Tiflis quberniya¬sı¬nın Tiflis qəza¬sının sabiq Qarayazı (indiki Qar¬dabani) rayo¬nun¬da, Qa-ra¬ya¬zı meşəsinin, Kür çayının sol sahilində, rayon mər¬kəzindən 3 km qərbdə, dəniz səviyyəsindən 300 m yük-sək¬likdə yer¬ləşən kəndin adı¬dır. Başqa Kəpənəkçi elləri ki¬mi, bu oyko¬nim də qədim türk köklü Peçenek tay-fasının Ka¬pan-Kəpən qo¬lu ilə bağlıdır, «aşağı» sözü və «Kə¬¬pə¬nəkçi» tay¬fa adı əsa¬sında yaranıb. Əhalisi 3500 nəfərdir. Kənddəki Azərbaycan mək¬təbi 1938-ci ildən fəaliyyət göstərir. Qori Seminariyasının mə¬-zu¬nu Paşa Məhəmmədəlioğlu, el şairi Məhəmməd Qasım¬oğlu, ağsaqqal Bayram kişi, veteran müəllimlər İsmayıl Xu¬da¬yev, Əbdüləzəl Məhəmmədoğlu, Elşad Həsənov, təsər¬rü¬fatçı Xə¬lil Nəbiyev və b. bu kəndin yetirmələridirlər.Ətraflı bax: Bolulus (Bolnisi) rayonu, Kəpənəkçi kəndi…BİRLİK - Gürcüstanın sabiq Qarayazı (indiki Qar¬dabani) rayonunda, Qaraya¬zı düzündə, Tbilisi-Qardabani şose yolu¬nun kə¬narında, rayon mərkəzindən 3 km günbatarda, dəniz səviy¬yəsindən 310 m yüksəklikdə yerləşən kəndin adı¬dır. Bu oy¬konim Azərbaycan-türk dilində «birləş¬¬mə» mənasını bil¬dirən «birlik» sözü əsa¬sın¬da yaranıb. Əhalisi 2100 nəfərdir, əsa¬sən Ağtəhləlilərdir. Professor Xəm¬məd Gözəlov, «Şərəf» or¬denli təsərrüfatçı Məhərrəm Həsənov, şair-jurnalist Əbdül¬əli İbrahimsoy, Aşıq Ağacan və b. bu kəndin yetirmə¬ləridir.BOTANİKA KƏNDİ - Qədim Qarayazı bölgəsində, in¬diki Qardabani rayonunda, Qaraya¬zı düzündə, şose yolu¬n kə¬narında, rayon mərkəzindən 3 km günbatarda yerləşən kən¬din adı¬dır. Ərazisində Nəbatat (Botanika) bağı olduğundan, Bo¬tanika kəndi adlanıb. Bu kənd 1956-ci ildə Sibirdən - sür¬gündən qayı¬dan al¬manlar tərəfin¬dən sa¬lı¬nıb, in¬di azərbay¬can¬lılar yaşayırlar. Əha¬lisi 1200 nəfər¬dir.CANDAR - Qədim Qarayazı (indiki Qardabani rayo¬nun¬¬da), Candar gölünün (Ağgölün) günbatar sahilində, Gür-cüstanın Azərbaycanla sərhəd zolağı yaxınlığında, rayon mər¬kə¬zindən 12 km gündoğarda, dəniz səviyyəsindən 320 m yük¬¬səklikdə yerləşən kəndin adı¬dır. Bu oykonimin çox gü¬man ki, Candar türk tayfalarının adıyla əlaqədardır və «cadar, çat-çat» sözləri əsa¬sın¬da yaranıb. Tarixi mənbələrdə kəndin adına bəzən Gölkənd şəklində də rast gəlinir. Əhalisi 3400 nə¬fərdən çox¬dur. Kənddəki Azərbaycan mək¬¬təbi 1922-ci il¬dən fəaliyyət göstərir. Ağsaqqallar Seyid Abbas, Seyid Yəh¬ya, Xoca kişi, Hacı Əhməd, Şəmil Xəlilov, Mirzə Məm¬mə¬dov, Gürcüstan Parlamentinin deputatı olmuş Məmməd Məm¬mədov, veteran müəllimlər Tammam Pa¬şa¬yeva, Hüseyn Çopurov, Qulu Həsənov, Həmid Quluyev, Ab¬dulla Daşdə¬mirov, Yasin Məmmədov, Vəli və Hacı Əh¬mə¬dovlar, Aydın Mu¬saoğlu, ictimaiyyətçilər Telman Şə¬mil¬oğlu, Rüfət Cəlal¬oğlu, Camal Bəkiroğlu, Vidadi Hacıoğlu, Nəri-man Xocaoğlu, polkovnik Yasin Orucov və b. bu kəndin ye¬tir¬mələridirlər.Tiflis quberniyasının Borçalı qəzasının Aran bölgəsində sa¬biq Bo¬rça¬lı (indiki Marneuli) ra¬yo¬nun¬¬da Candar, Başkeçid (Dmanisi) rayonunda isə Lök-Candar adlı kəndlər var. Bax: Bo¬rça¬lı (indiki Marneuli) ra¬yo¬nun¬¬un Candar kəndi.Bax həmçinin: Başkeçid (Dmanisi) ra¬yo¬nun¬¬un Lök-Can¬dar kəndi.KALİNİNKƏND (KALİNİN KƏNDİ) - Qədim Qara¬ya¬zı (indiki Qar¬dabani) rayonunda, Qaraya¬zı düzündə, rayon mərkəzindən 5 km günbatarda, dəniz səviyyəsindən 310 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu kəndin adı XIX əsr¬dən 1956-cı ilə qədər (Qafqaz canişini Voronsovun qızı Tat¬ya¬nanın şərəfinə Tat¬yanovka, sonralar isə Kalinin kəndi ad¬la¬¬nıb. İlk adı qeyd olun¬mayıb. Hal-hazırda bu kənddə azər¬bay¬¬can¬¬lılar yaşayırlar. Əha¬lisi 1200 nəfər¬dir. KƏPƏNƏKÇİ - Bax: Aşağı Kəpənəkçi.Bax həmçinin: Bolnisi rayonu, Kəpənəkçi kən¬di…KOSALI - Qədim Qara¬ya¬zı (indiki Qar¬dabani) rayo¬nun¬da, Qaraya¬zı düzündə, rayon mərkəzindən 5 km gündoğarda, Qardabani-Böyükkəsik avtomobil yolu kənarında, dəniz sə¬viy¬yəsindən 290 m yük¬səklikdə yerləşən kəndin adıdır. Bu oy¬konim «Kosalı» etno¬nimi əsasında yaranıb. Əhalisi 6 min nəfərdən çoxdur. Kənddəki Azərbaycan mək¬təbi 1918-ci ildən fəaliyyət göstərir və hazırda Məmməd Xiyalovun adını daşıyır. El qəhrəmanı İsaxan, Şair Zabit, Mirzə Mehdi Vəli¬za¬də, Məm¬məd Xiyalov, ustad aşıqlar Əlixan Qa¬rayazılı, As¬lan Kosalı, professorlar Camal Mustafayev, Ham¬let İsaxanlı, Elm¬xan və Rzaxan Mahmudovlar, İsaxan İsayev, Rza Məm¬mədəlizadə, Əli Müftizadə, Rüfət Eminov, Vəli Ləzgiyev, Mə¬cid Musa¬yev, Vahid Şirinov, Fərhad Acalov, jurnalistlər Müzəy¬yət Yusifli, Şahismayıl Şəm¬məd¬oğlu, Paşa Kəsəmənli, Nadir Al¬mazoğlu və b. bu kəndin ye-tir¬mələridir. QARACALA (QARACALAR) - Tiflis quberniyasının sa¬¬biq Qarayazı (in¬¬¬diki Qardabani) rayonunda, Kür çayının sol sahilində, rayon mərkəzindən 19 km şimal-qərbdə, Tbilisi-Bakı dəmiryolunun kənarında, dəniz səviyyəsindən 355 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu oykonim türk köklü «qara» (bö¬yük) və «cala» sözlə¬rinin birləşməsindən (və ya¬xud: «Qa¬raca» və «-lar» şəkil¬çisinin birləşməsindən) ya¬ra¬nıb. Ümu¬mi mənası «böyük ca¬la» deməkdir. Tiflis quber¬niya¬sının Tiflis qə¬zasında «Qa¬¬¬ra¬calar» adlı kənd olub. Ha¬zırda Telavi ra¬yo-nun¬da da «Qaracalar» adlı kənd var. Bu oy¬konim «Ki¬ta¬bi-Də¬də Qorqud» dünyası ilə səsləşir, Oğuz kök¬lü Qa-raca, Qa¬raçöp tayfalarını, qıp¬çaq¬lardakı Qaraçay tayfa¬sını və Qılıclı tay¬fasının Qaraca qolunu xatırladır. Qaracalar kəndin əhalisi hazırda 5200 nə¬fər¬dən çoxdur. Kənddəki Azərbaycan mək¬təbi 1920-ci ildən fəaliyyət göstə¬rir və hazırda Səyad Xəlilovun adını daşıyır. Azər¬baycan MEA-nın müxbir üzvü Ramiz Məmmədov, pro-fessorlar Mə¬həmməd Sofuyev, Sabir və Əkbər Əliyevlər, Na¬miq Meh¬diyev, veteran müəllimlər Osman Qərənizadə, Mə¬həm¬məd Sadıqov, Kərəm Səfərov, Arif Bəhməlov, Səyad Nu¬ruyev, Alı Sofuyev, çar polkovniki Sofu Əlləzoğlu və b. bu kəndin yetirmələridir.QARATƏPƏ - Tiflis quberniyasının Borçalı qə¬zasının Aran bölgəsində, sabiq Qarayazı nahiyəsində - in¬di¬ki Qarda¬bani rayonunda, Kür çayının sol sahilində, Tbilisidən 42 km gündoğarda, Tbilisi-Rustavi-Böyükkəsik avto¬mobil şosse yo¬lu¬nun kənarında, dəniz səviyyəsindən 310 m yük¬sək¬likdə yer¬ləşən kəndin adı olub. Bu oykonim «qara» və «təpə» söz¬lərinin birləşməsindən yaranıb. Bu kənd 1932-ci ildən «Ka¬raya» adlanıb və sonralar Qarayazı (indiki Qardabani) şəhəri ilə birləşib. Bax: Qarayazı.NAZARLI-NƏZƏRLİ - Tiflis quberniyasının Borçalı qə¬zasının Aran bölgəsində, sabiq Qarayazı nahiyəsində - in¬di¬ki Qarda¬bani rayonunda, Kür çayının sol sahilində, rayon mər¬kəzindən 6 km gündoğarda, Qardabani-Böyükkəsik avto¬mobil şose yolunun kənarında, dəniz səviyyəsindən 280 m yük¬sək¬likdə yerləşən kəndin adıdır. Bu oy¬ko¬nim bir «el»in adı əsa¬sında yaranıb. Əhalisi 6000 nəfərdən çoxdur. Kənd¬dəki Azər¬baycan mək-təbi 1920-ci ildən fəaliyyət göstə¬rir. Profes¬sorlar Adilxan Abdullayev, Cəlal Abdullayev, Əh¬məd Piri¬yev, jur¬na-listlər Telman Nəzərli, Natiq Abdullayev, Mü¬bariz Əhmədov və b. məhz bu kən¬din yetirmələridir. Həm¬çinin, Tiflis quber¬niyasının Tiflis qəzasında da «Nə¬zərli» adlı kənd olub. PONİÇALA - Bax: Soğanlıq.SARTCALA (SƏRTCALA MUĞANLI) - Tiflis quber¬ni¬yasının Borçalı qə¬zasının Aran bölgəsində, sabiq Qarayazı nahiyəsində - in¬di¬ki Qarda¬bani rayonunda, Yor laylasında, Sam¬¬qor düzündə, Yor (Qavrı-Qabırrı) çayının sağ sa¬¬hilində, Alvan dağının ətəyində, rayon mər¬kəzindən 47 km quzeydə, Tbilisi-Kaxet avto¬mobil şose yolunun 45 kilometrliyində, də¬niz səviyyəsindən 740 m yük¬sək¬likdə yerləşən kəndin adı¬dır. Əhalisi 4 min nəfərə yaxındır. Kənddəki Azərbaycan mək¬təbi 1913-cü ildən fəaliyyət göstə¬rir. Yazıçılar Eyvaz Əl¬ləz¬oğ¬lu, Dilqəm Tanrıqulu və b. bu kəndin yetirmələridir.Sərtcala - Tiflisin günbatarındakı Avcala (Ovcala), gün¬do¬¬ğarındakı Ortacala toponimləriylə zəncirvari həlqə təş¬kil edir. Bu oyko¬nim «sart» etnonimi və «cala» söz¬lərinin bir¬ləş¬məsindən əmə¬lə gəlmişdir. Ümumi mənası «sartların ca¬lası» deməkdir. Sartlar türkdilli qədim etnoslar¬dan biri olublar. Qə¬dim za¬man¬larda özbəklərin oturaq həyat ke¬çi¬rən bir qrupu da sartlar ad¬lanırdı. Dunqan üsyanının (1862-1877) məğlubiy¬yətin¬dən sonra Çindən Orta Asiyaya köçmüş Qərbi monqol etnik qrupunun biri də sart - kal¬mak¬lar olmuş¬dur. Əgər türk dil-lərinin Altay epoxasında və ondan əvvəl monqol, mancur və tunquslarla eyni kökdən nəşət etdi¬yini nəzərə alsaq, sart¬lar və sart - kalmaklar qədim türk dilli etnik qruplar ol¬muş¬lar. Güman ki, sartlar Şərqi Gürcüs¬tana XI əsr¬də güclü axınla gə¬lən türkdilli tayfalardan biri olmuşdur. Bu kənd el arasında Sərtcala-Muğanlı adlanır.SOĞANLIQ - Tiflis quber¬niyasının Tiflis qəzasının sa¬biq Qarayazı nahiyəsində - in¬di¬ki Qarda¬bani rayonunda, Kür çayının sahilində, Tbilisidən 2 km gündoğarda, rayon mər¬kəzi Qardabanidən 22 km günbatarda, Tbilisi-Bakı magistral avto¬mobil şose yolunun kənarında, dəniz səviyyəsindən 280 m yük¬səklikdə yerləşən kəndin adıdır. 1973-cü ildən rəsmi sənədlərdə Ponicala adlanır. Ponicala - Öncala deməkdir. Bu oykonim türkköklü «soğan» və (-lıq) şəkilçisinin bir¬ləş¬məsindən yaranıb. Ehti¬mal ki, bu kəndin adı onun sakin¬lərinin tarixi məş¬ğu¬liyyəti - tərəvəz¬çi¬liklə bağlı olaraq yaran¬mışdır. Soğanlıq toponimini Sak türk boylarıyla da ilgi¬ləndi¬rirlər. Tiflis ətrafı kəndlərin tarixini araşdıran gurcu təd¬qi¬qat¬çıs? Teymuraz Beridze is? bu toponimin türkcə olan «son¬¬¬gül» (quş adıdır) sözünün assi¬milyasiya olunmuş forması ol¬du¬ğunu yazır. Əzəl mənbələrdə «Qorqud», «Qorqudoba», XVII əsr¬dən sonrakı qaynaqlarda, o cümlədən XVIII əsrin «Şə¬h¬¬riyar» yazılı dastanında «Soğanlıq» kimi xatırlanır. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın gürcülərlə döyüşü bu əra¬zidə baş ver¬¬diyindən Soğanlıq döyüşü adlanır. V.Baq¬ra¬tio¬ni d? bu yerləri Soğanlıq adlandırm?sdır. Qədim Sarvana və Gəncəy? ged?n karvan yolları m?hz bu kənddən keç¬mis¬dir.Kəndin əha¬lisi 6 min nəfərə yaxındır və əksəriyyəti də Azər¬baycan türklə¬rindən iba¬¬rətdir. Kənddəki Azərbaycan mək¬¬¬təbi 1920-ci il¬dən fəa¬liyyət göstə¬rir. Məşhur aşıq Sadıq Sultanov, Azərbay¬can MEA-nın müx-bir üzvləri İsa Kərimov, Zemfira Verdiye¬va, professorlar Kamil Qəhrəmanov, Vüqar Vüqarlı (Əliyev), Va¬qif və İbayət Məmmədovlar, Akif Nu¬ruyev, xeyriyyəçi-icti¬mai xadim Ha¬cı¬bağır Allahverdiyev, el şairi Dəryeyinur və b. bu kəndin ye¬tir¬mələridir.TABAXMELA - Tiflis quberniyasının sabiq Qarayazı (in¬¬diki Qardabani) rayo¬nunda kənd adıdır. Bu oykonim Azər¬baycan-türk dilində «nəsil» mənasında işlənən «təbəh» və «məhəllə» sözünün təh¬¬rif olunmuş variantının («mela») bir¬ləş¬məsindən yaranıb. Ümu¬mi mənası «Təbəhlər məhəlləsi» deməkdir.TƏHLƏ (AĞ TƏKLƏ, QARA TƏKLƏ) - Gürcüstanın şər¬qində, Tiflis quberniyasının sa¬biq Qarayazı (in¬diki Qarda¬bani) rayonunda, Kür çayının sol sahilində, rayon mər¬kəzin¬dən 17 km günbatarda, Tbilisidən 13 km gündoğarda, Tbilisi-Bakı dəmiryolunun yolunun kəna¬rında, Qaçiani stan¬siyasın¬dan 3 km aralıda, dəniz səviy-yə¬sindən 355 m yük¬sək¬likdə yer¬ləşən kəndin adıdır. Kənd iki eldən ibarətdir: Ağ Təhlə və Qara Təhlə. Ağ Təhlənin əhalisi 5300 nəfər, Qara Təh¬lənin əhaisi isə 3300 nəfərdir. Kənddəki Azərbaycan mək¬təbi 1919-cu ildən fəaliyyət göstə¬rir. Professorlar Ziyəddin Sadıqov, Seyidəhməd Əhmədov, Vəli Musayev, Ələddin Mah¬¬-mudov, Hidayət Hüseynov, Xanlar Məmmədov, Nizami Qarabağlı, Əsəd Mirzəyev, Əməkdar müəllimlər İsmayıl Ək¬bərov, Rövşən Hü¬seynov, Qori Seminariyasının məzunu Al¬lahverdi Kəl¬bi¬yev, Peterburq Universitetinin məzunu Mü¬seyib Qasımoğlu, şair Təhlə Nov¬ruz, ictimaiyyətçilər Gül¬əhməd və Xanəhməd Qəribovlar, İs¬mayıl Bayramov, Ələd¬din Mirzə¬yev, tədqiqatçı Əsəd Əli¬yev, şair Allahverdi Təhləli, rəs¬sam Teymur Kəl¬bi¬yev, pol¬kov¬niklər Asim Həsənov, Nu¬rəd¬din Orucov, Qəmbər Bay¬ra¬mov və b. bu kəndin yetir¬mə-lə¬ridir.Təhlə toponimi məşhur Təklə-Tele-Tələ türk tay¬fasının adı¬nı xatırladır. Ağ Təklə və Qara Təklə oyko¬nim¬lərinin bi¬rinci kom¬¬ponenti «ağ» qə¬dim türk dilində «kiçik»; «qara» qə¬dim türk dilində «bö¬yük» mənasında işlənmiş sözlərdən, ikin¬ci kom¬po¬nenti isə, «Tək¬lə» etnonimindən iba¬rətdir. Be¬lə¬liklə, aydın olur ki, Ağ Tək¬lənin ümumi mənası Kiçik (Ba¬la) Təklə, Qara Tək¬lənin ümu¬mi mənası Böyük Təklə de¬mək¬dir. «Təklə» etno¬nimi ilə əlaqədar olan oykonimlər Azər¬¬¬bay¬ca¬¬nın Masallı, Cə¬lilabad, Ağsu, Kürdəmir rayon¬larında da möv¬cudur. Təklə tay¬fası XV əsrdə Ana¬doludan Azərbaycana köçmüş güclü Səl¬cuq türklərin¬dəndir. Onlar Səfəvilər döv¬rün¬də saray mü¬na¬qişələrində qiyamlar etmişlər. XIX əsrdə Mil-Qarabağ zo¬na¬sında da Təklə tayfasının yaşa¬ması barədə tarixi məlu¬mat¬lar vardır. Hazırda İmişli ra¬yo¬nunun Əliqullar kən¬dinin bir hissəsi də təklə tayfasının adını daşıyır. A.Ş.Ha¬cıyevə görə, Təklə Şah¬sevən tayfasının bir qo¬lu olmuşdur.TƏZƏKƏND - Tiflis quberniyasının sabiq Qarayazı (in¬diki Qardabani) rayonunda, rayon mər¬kəzindən 6 km gün¬batarda, dəniz səviyyəsindən 320 m yük¬sək¬likdə yerləşən kəndin adıdır. Bu oykonim «təzə» və «kənd» sözlərinin bir¬ləş¬məsindən yaranıb. Əhalisi 2 min nə¬fər¬¬dir, əsasən Ağ Təh¬lə camaatıdır. Əvvəlki adı İrvahamabad (İbrahimabad) olub. Alimlər Ələddin Mahmudov, Tapdıq Həsənov, Əmək¬dar müəllim Abdulla Mustafayev, veteran müəllimlər Ağacan Əliyev, Xanəhməd Həsənov, Adil Əhmədov, jurnalist Dil¬qəm Şahverdiyev, şair Kərim Qəlbigül və b. bu kəndin yetir¬mələridir.VAXTANQİSİ - Tiflis quberniyasının sabiq Qarayazı (in¬¬¬diki Qardabani) rayonunda, rayon mər¬kəzindən 9 km gün¬doğarda, dəniz səviyyəsindən 320 m yük¬sək¬likdə yerləşən kəndin adıdır. Əvvəlki adı Ulyanovka-Voyovka olub. El ara¬sında «Va¬yovka» deyilib. Türkköklü «vay» və «of» söz¬lə¬rin¬dən yaranıb. 1991-ci ildən «Vax¬tan¬gisi» adlanır. Əha¬lisi 2600 nəfərdir, onun da 2400 nəfəri Azərbaycan türkləridir.VAZİANİ - Tiflis quberniyasının sabiq Qarayazı (in¬diki Qar¬dabani) rayonunda, Martğop səmtdə yerləşən kəndin adı¬dır. Əsasən gürcülər, qismən də azərbaycanlılar yaşayırlar. P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə dəBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI. Ünvanlarımız:M-Borcali@mail.ruvə ya:info@zim.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.