Aynur Nəbili - Urus dili (Hekayə) "Şərqin səsi", Nəsr, Müsabiqə 7 Ekim Aynur NəbiliURUS DİLİ Siravi əsgər Anar Süleymanzadə dəfələrlə kəşfiyyata getmişdi. Çox dəyərli məlumatlar da gətirmişdi. Amma bugünkü kəşfiyyat bir başqa cür idi; çox məsuliyyətli idi. Anar bu gun “dil” gətirməli idi. Həm də o, bu kəşfiyyata tək getmirdi. Onun yoldaşı bir urus idi. Üzünə baxanda bu urus adi, Anarin babası Muradxan demiş “piyanisgələrdən” fərqlənmirdi. Amma deyilənə görə çox savadlı urus imiş. Əlində həmişə balaca bir çamadan olardı. Bu çamadanın içindəki aparatla həmin urus ən yaxın məsafədəki düşmən haqqında tam dəqiq məlumat verirdi. Hətta bu aparatla onu da öyrənmək olurdu ki, həmin düşmənin ən zəif tərəfi nədədir ,ona necə yaxınlaşmaq olar. Amma nə yazıqlar ki ,bizdə nə bu aparatdan vardı, nə də onu idarə edən mütəxəssis. Ona görə rəhbəlik çox böyük pullarla bu urusu bizim üçün işləməyə razı sala bilmişdi. Deyilənə görə bu urus neçə müddət ermənilərə də işləyibmiş. Sən demə, qəfil düşmən gülləsinə tuş gələn, əsir düşən əsgərlərimizin də səbəbi bu idi. Onun bu aparatı..Onun aparatına baxanda bu gün Anar artıq neçənci dəfə idi ki, babası Muradxanı xatırladı. Çünki hər dəfə Muradxan kişi yeni bir alət, yeni bir texnika görəndə harda, hansı ölkədə hazırlanmasından aslı olmayaraq “A kopayoğlunun urusu”- deyərdi.Bu urusu Anara hansı adla təqdim etdikləri yadında deyil. Amma Anar ona Martvey deyirdi. Əslində Anar bütün uruslara Martvey deyirdi.....Sərhəddi gecə ikən keçdilər. Düşmən səngərinə 500 metr məsafə olardı. Amma yolu ya yarı edərdilər, ya yox. Heyrətdən Anarın gözləri kəlləsinə çıxdı. Neytral zonanın tən ortasında, yerin altına açılan balaca bir qapı vardı. Torpaqdan tam seçilməyən bir qapı.. Martvey 100 dəfə burda olubmuş kimi qapını qaldırdı. Hər ikisi aşağı düşdülər. Balaca bir otaq idi. Martvey Anara başa saldı ki, burdan o yana Anar tək getməlidi.Martvey aparatını açıb stolun üstünə qoydu. Anara isə balaca qulaqcıqlar verdi. Bundan sonra o, yalnız Martveyin komandaların yerinə yetirməli idi.Anar otaqdan çıxıb düşmən mövqelərinə tərəf sürünməyə başladı. Martvey onun hər addımına, hər hərəkətinə nəzarət edirdi. Anar hiss edirdi ki, Martvey onu görür. Birdən Martvey xəbərdarlıq etdi ki, qarşıda düşmən əsgəri ona tərəf gəlir. Anar yerə yatıb nəfəsini içinə çəkdi. Aralarında ikicə addım məsafə qalmışdı ki, birdən Anar yerindən necə sıçradı, onun boynunun ardından var qüvvəsi ilə yumruğu necə vurdusa, erməni əsgəri başına nə gəldiyini anlamadan huşu başından çıxdı.Sonra isə Anar Martveyin komandası ilə onu gah çiynində, gah da sürüryə-sürüyə Martveylə sözləşdiyi həmin otağa gətirdi. Anar özlüyündə gətirdiyi əsirə ad da qoydu; Aşot.. Bu bəlkə də Anarın bildiyi yeganə erməni adı idi.Anar Aşotu sürüdüyündən onun paltarı didik-didik olmuşdu. Bir qədər əvvəl ağlı özünə gəlmiş erməni əsgəri, deyəsən, nə baş verdiyin anlamağa başlamışdı.Aşotun qolundakı “Kafkaz” tatuirovkasını görən Martvey üzünə ironik bir gülüş verib onu ələ sala-sala:- Kafkaz ,Kafkaz,- dedi, ya tvoy Kavkaz...................... və arxasənca murdar bir söyüş söydü. Bəli, bəli Anar səhv eşitməmişdi. Martvey Qafqazı söyürdü. Onun - Anarın Qafqazını. O Qafqazı ki, orda Anarın babası Muradxanın ruhu dolaşır, o Qafqazı ki, orda Anarın anası hər səhər tezdən durub ocaq qalayıb balaları üçün çay qaynadır, xörək bişirir. O Qafqazı ki......... Nə olsun ki ,Martvey bu sözü Aşota ünvanlayır. Elə beləcə də deyir. Ya tvoy Kafkaz........ Amma yox Qafqaz həm də Anarındır- Anarın hər şeyidir. Elə bu hisslərin təsiri ilə Anar yerindən nə vaxt sıçradığını, nə vaxt var qüvvəsi ilə Martveyin düz burnu ilə gözlərini qovuşduğu yerə zərbə endirdiyini bilmədi. Birdə onu gördü ki, Martveyin bədəni sürüşə-sürüşə divarın dibinə düşdü. İkinci gözlənilməz şey bu oldu ki, bircə dəqiqə sonra Aşot yerindən sıçrayıb var qüvvəsi ilə Martveyin döşəmədəki başına təpiklə zərbə endirdi. Zərbə o qədər qüvvətli idi ki , Martveyin başı bədənini də ardınca çəkib divara dəydi. Divardan küt bir taqqıltı çıxdı və o anda onun ağzından və burnundan qan şoralandı. Qanın rəngini görən Anar başa düşdü ki, Martvey öləcək, bəlkə də ölüb. Qalxıb Aşotun yaxasından yapışdı. var qüvvəsi ilə silkələyib:- Tı şto?-, deyə,- çığırdıTəəccübdənmi, qorxudanmı gözləri hədəqəsindən çıxmış Aşot Martveyin meyitini Anara göstərib:- Ara,- dedi,- tı ne vidiş kazyol yedva li tebya ne ubulAnar Aşotun göstərdiyi səmtə baxdı. Martveyin əlində tapança vardı. Başa düşdü ki, Aşot bircə an yubansaydı Martvey onu, bəlkə də onların hər ikisini öldürəcəkdi. O, bu tapancanı nə vaxt çıxarmışdı, hardan tapmışdı Anar görməmişdi.Bu vaxt Anarın qolları boşaldı. Aşotun yaxasını buraxdı....... Aradan on dəqiqə keçmişdi. Anar yavaş-yavaş stulun üstünə çökdü. Aşot da onun yanında oturdu. Cəmi yarım saat bundan qabaq biri əsir, o biri əsir götürən bu iki gənc indi bir- birnə söykənib oturmuşdular, susurdular. Çünki nə etmək lazım gəldiyini heç biri bilmirdi. İlk dillənən Aşot oldu:- Ara, day zakuritAnar başını yuxarı qaldırmadan cibindən “Qarabağ” ın qutusunu çıxarıb stolun üstünə qoydu. Amma Aşot heç siqaretin adını da oxumadı. Hərəsi birini yandırıb acı-acı sümürdülər. Siqaretləri qurtarana qədər heç biri dinmədi. Çünki nə etmək lazım gəldiyini heç biri bilmirdi. Həm də urus dilini çox pis bilirdilər. Bu dəfə Anar dilləndi:- Zaçem ti yevo bil ,menya spas- Ti je za Kafkaza yevo bil, za menya yeqo bilYenə hər ikisi susdu. Üstündən nə qədər keçəndən sonra Aşot çarəsiz-çarəsiz soruşdu:- Ara, şto nam seyças delat? Anar eyni çarəsizliklə:- Ne znayu ,-dediÜstündən yenə nə qədərsə vaxt keçdi. Anar ağır-ağır ayağa qalxdı. Onu görüb eyni ağırlıqla Aşot da ayağa qalxdı. Anar stol üstündəki “Qarabağ”ın qutusunu götürdü. İçindən iki dənə çixartdı. Birini özü damağına qoydu, birini də Aşota verdi. Siqaret qutusunu yenidən stolun üstünə atdı. Üzünü Aşota tutubI- Ti idi damoy, k svoim. İ ya idu damoy, k svoim. Şto budet, to budetBir an üz-üzə dayanıb düz bir-birilərinin gözünün içinə baxıb otaqdan çıxdılar.Otaqda bir stol, stolun üstündə “Qarabağ”ın qutusu, yerdə isə Martveyin meyiti qaldı.Otaqdan çıxan kimi hərəsi yüz səksən dərəcə əks tərəflərə getdilər və gözdən itənə qədər geri baxmadılar. Bundan sonra başlarına nə gələcəyini heç biri bilmirdi. Amma hər ikisi bircə şeyi bilirdi: bilirdilər, ki yenə cəbhədə görüşəcəklər. Çünki öz aralarında dil tapmamışdılar - urus dilində danışmışdılar. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.