SƏLMİNAZ ƏSƏDULLAHQIZI (1954) Poeziya, Müsabiqə, Bolus 30 Nisan 655 100 1 2 3 4 5 Səlminaz Əsədullahqızı - 1954-cü ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonunun ən böyük ellərindən olan Faxralı kəndində anadan olub. Orta təhsilini doğma kəndində alıb. 1975-ci ildə N.Tusi adına ADPU-nun filologiya fakultəsini bitirib və elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb. Səlminaz xanım hazırda dogma Faxralı kəndindəki 1 saylı ümumi məktəbdə dil-ədəbiyyat fənlərini tədris edir.Səlminaz xanım gənclik illərindən həm də bədii yaradıcılıqla da məşqul olur. Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub. “Durnalar köç edəndə…” adlı şeirlər, mənzumələr, oçerklər kitabının müəllifidir. Kitaba tanınmış yazıçı Əlisa Nicat ön söz yazıb. Aşağıda həmin ön sözü və Səlminaz xanımın bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik. Eyni zamanda, Səlminaz xanıma yeni-yeni uğurlar arzulayırıq!.. ZiM.AzSAF BİR QƏLBDƏN SÜZÜLÜB GƏLƏNBÜLLUR MİSRALARBu mənim indiyə qədər, 50 il ərzində kiminsə bu sayaq şeirlər kitabına yazdığım ilk ön sözdür. Ümumiyyətlə, Gürcüstanlı qardaş və bacılarımızın həyatı çox ibrətamizdir. Ona görə ki, vətənin Vətəndən aralı bir parçasında yaşayan qardaş və bacılarımız, xeyli çətinliklər içərisində yaşayırlar.Bəs onların doğma dillərini, adət və ənənələrini, evlərini və yurdlarını uzun əsrlər ərzində qoruyub saxlayan nədir?Ana dilinə, zəngin və parlaq folklorumuza, musiqimizə və nəhayət, RUHUMUZA qırılmaz bağlılıq.Əlbəttə, başqa səbəblər də var. Nə isə...Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səlminaz xanımın bir neçə şeiri qarşımdadır. Onları dönə-dönə oxuyuram.Bu sadə, aydın, təbii şeir nümunələri bizim auditoriyada bir cür, orda, yadellilər aləmində isə tamam başqa cür səslənir. Orda bu şeirlər məhz belə sadə, aydın və saf olmalıdır. Çünki onları oxuyan balalar, uşaqlar da beləcə saf və təmizdirlər.Onlara qəliz, mürəkkəb, anlaşılmaz şeirlər yox, bu cür təmiz, saf ana dili nümunələri lazımdır ki, dilimizi ürəklərinə, beyinlərinə həkk etsinlər. Arxamca deyənlər var, Guya dili acıyam. Amma mən xeyirxahlıq, Haqq-ədalət acıyam. Sözü üzə dəyərəm, Çünki söz gəlir haqdan. Bilin ki, bu yaxşıdır Arxadan danışmaqdan.Mən bu balaca, dörd bəndlik – 16 misralıq şeiri inci hesab edirəm. Və o, Bakıda veyillənən bir çox Borçalı şairlərinin külliyyatına dəyər. Mən bir bal arısıyam, Qəlbim bal dolu şandır. Sancmış olsam da əgər, Bilin, o da dərmandır. Tez ağrıyıb tez keçər Olmaz əsla zəhəri. Ancaq balın ləzzəti Gəzər kəndi, şəhəri.Səlminaz xanımın əlini öpüb deyirəm, nə yaxşı ki siz, sizin kimilər orada varsınız və siz olduqca da yarım milyonluq soydaşlarımızın dili, mənəviyyatı və ruhu ölməyəcək.Səlminaz xanım, sizin “Qocalar” və ya “Durnalar” şeirləriniz də eləcə poeziya inciləridir. Sadəcə, bir az tələsməyin, hər bəndin üstündə dönə-dönə əl gəzdirin, heca və qafiyələr axtarın, axtarsanız mütləq tapacaqsınız, özü də çox, Əsas məsələ odur ki, poetik hissiniz, parlaq duyumunuz var!Əlisa NİCATZƏFƏR BAYRAMINIZ MÜBARƏK OLSUN!Gözün aydın olsun, ey Ana Vətən!Zəfər bayramınız mübarək olsun.Şəhidlər qəbrini ziyarət edək,Məzarları nurlu, ruhu şad dolsun!Fişənglər atılıb göylərdə yanır,Göylər al-əlvan rəngə boyanır.Xəzərin suları ı min rəngə çalır,Zəfər bayramınız mübarək olsun!Qazilər başına gül-çiçək səpək,Bir-bir onları biz təbrik eyləyək.Bu bayram, bu zəfər sənindir deyək,Zəfər bayramınız mübarək olsun!Başını dik tutsun şəhid anasıQəlbində olsa da oğul yarası.Sağ olsun onların körpə balası.Zəfər bayramınız mübarək olsun!Qorudular yurdu sinələriylə,Bu torpaq, bu vətən mənimdir deyə.Bu gün də şad xəbər yayıldı elə,Zəfər bayramınız mübarək olsun!Torpaq var hələ də sinəsi dağlı,Düşmən caynağında qapısı bağlı.Yaşayarmı bir can bölünsə yarı,Zəfər bayramınız mübarək olsun!Tezliklə düşmənin burnu ovular,Boz qurd oğlu hünər göstərib qovar.Dwşmənin yuvası göyə sovrular,Zəfər bayramınız mübarək olsun!DÜNYAHər gəlib gedəni alır qoynuna,Necə mərhəmətli gözəlsən dünya.Hər gələn sənə bir naxış vursa,Sən də bir cənnətə dönərsən, dünya! Bir üzün ağdir, bir üzün qara, Kimiyə məlhəmsən, kimiyə yara. Kimi də əlindən gəlibdir zara, Yenə də deyirlər gözəlsən, dünya!Lərzə gəlsə altın üstünə dönər,Qeyzə gəlsən göydə ulduzlar sönər,Allahın əmriylə işini görər,Yaxşı, yaman işi görənsən, dünya! Deyirlər zəmanə tərsinə dönüb Dünya həmin dünya insanlar dönüb, Çoxusu iblisə şeytana dönüb, Sən özün hər şeyi görənsən, dünya!Terror törədilir insanlar ölür,Cəsədi tapılmır o külə dönür,Bəxt ulduzu göydə yarımçıq sönür,Sən özün şahidlik edənsən, dünya! Səlminaz, qarışma dünya işinə, Onun gəlişinə nə gedişinə. Sən də bir qonaqsan, get öz işinə, Sən elə yerində sayansan, dünya!DAĞLARKönlüm yenə qübar edib,Sənə sarı uçar dağlar.Gah sevinib, gah şadlanar,Gah qəlbimi sıxar dağlar.Duman,çiskin çəkil yoldan,Heç bilmirəm keçim hardan.Hansı yerdən, hansı yurddan,Gör kimləri sorum, dağlar!Qaranlığın gen dərəsi,Qoyun, quzu mələşməsi.Təhməzqulunun nəvəsi,Çoban Əziz hanı, dağlar!Gen olardı hey dəyəsi,Başı oğlan, qız nəvəsi.Ağır olardı nehrəsi,Anaxanım hanı, dağlar!Bəxtiyar dayı at minərdi,O dağları hey gəzərdi.Xanım yarı Güldərəndi,Onları da sorum, dağlar!Abış evinin Abış kişi,Çobançılıq idi işi.Sacayağı düşərdi üçü.Qonşuları sorum dağlar!O yerlərin gülü rəng-rəng.Döşənibdir bir xalı tək.Müjdə verə qaranquş tək.Sorduqlarım sorum, dağlar!OZANLAR OZANI, A ŞAİR NƏBİ(Şair Nəbinin yubiley günü münasibətilə)Qonaqlar gəlibdi sənin adına,Ozanlar ozanı, a şair Nəbi.Ləl, qızıl sözlərin düşübdür yada.Ozanlar ozanı, a şair Nəbi. Yüz otuz il əvvəl olub anadan,Hələ söz-söhbətin getmir aradanHaqq vergisi verib sənə Yaradan,Ozanlar ozanı, a şair Nəbi.Çoxları ad alıb, yaşadı eldə,Hörmətlə çəkilir adı hər yerdə.Sizi də tanıyır hamı hər eldə,Ozanlar ozanı, a şair Nəbi. Təhməzqulu səni çox qonaq edib,Ağır məclislərə sizinlə gedib.Elə can qoyanı bil hamı sevib,Ozanlar ozanı, a şair Nəbi.“Faxralı tək ağır elim var mənim” –Deyibsən hörmətlə, a şair Nəbim.Sevilsəydim sən tək, nə dərdim, qəmim,Ozanlar ozanı, a şair Nəbi.Səlminaz, baban tək sən yaşa, yarat,Adına bir ləkə deməsin elat.Min belə yubileyə sən elində çat,Ozanlar ozanı, a şair Nəbi.2004ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.