GÜRCÜSTAN DÖVLƏTÇİLİYİNİN SON AYLARI

GÜRCÜSTAN DÖVLƏTÇİLİYİNİN SON AYLARITÜRK SƏFƏRİ OLAYLARI

GÜRCÜSTAN DÖVLƏTÇİLİYİNİN SON AYLARI
VƏ YAXUD CON-MALXAZ ŞALİKAŞVİLİNİN ATASININ MEMUARLARI

NATO-nun Avropada Silahlı Qüvvələrinə bir vaxtlar başçılıq edən, 1993-1997-ci illər Rəislər Qərargahı Birləşmiş Komitəsinin başçısı olan, ABŞ-ın yüksək ordu generalı rütbəsindən sonra (1950-ci ildən verilmir) ikinci olan tam general (dörd ulduz) rütbəsi alan Con (Malxaz) Şalikaşvilinin adı hamıya çox yaxşı məlumdur. Oxuculara bəri başdan iki məqamı çatdırmağı özümə borc bilirəm.
Türk mətbuatından bildiyimə görə vaxtilə yüksək məqamda olan türk generallarından biri müsahibələrindən birində «Şalikaşvilini Corc Buşa mən önərdim», - deyə qeyd edib.

Con Malxaz Şalikaşvilinin həyatından belə bir epizod məlumdur: «Rəislər Qərargahı Birləşmiş Komitəsinin başçısı olanda ziyafətlərin birində həmkarları və bir nəfər nüfuzlu senator ona soyadını dəyişməyi məsləhət görür. General bunun səbəbi ilə maraqlananda onlar qısaca olaraq cavab veriblər: «Sözsüz ki, sizin soyadınız çox yaxşıdır, lakin amerikalılar onu düzgün tələffuz etməkdə çətinlik çəkirlər».

Con-Malxaz Şalikaşvili gülümsəyərək onlara belə cavab verir:
«Bu amerikalıların problemidir, mənim problemin deyildir».

Onun atası polkovnik, knyaz Dimitri İosivoviç Şalikaşvili Bakı qubernatoru, Qafqaz canişini Baş İdarəsinin rəisi və senator, «Bakinskiy İzvestiy» nəşrinin və azərbaycan dilində «Əkinçi» qəzetinin əsasını qoyan, Qafqaz dağlılarının məişəti barəsində materiallar toplayan general-leytenant Dimitri Semyonoviç Staroselskinin, ata tərəfdən isə gürcü knyazlıq nəslindən olun rus sentimentalist yazıçısı P.İ. Şalikovun nəvəsidir.

1921-ci ildə Dimitri Şalikaşvili Türkiyədən keçərək Polşaya mühacirət edir və burada polyakalman mənşəli, general-mayor, qraf Aleksandr Alekseyeviç Ridiger-Belyayevin qızı Mariya Aleksandrovna ilə tanış olur.

Dimitri Şalikaşvili ikinci dünya müharibəsi zamanı sonralar SS qoşunlarına daxil edilən gürcü
legionunda xidmət edib. Normandiyada müttəfiqlər tərəfindən əsir götürülür. Onun ailəsi 1944-
cü ilədək Varşavada qalır, sonra Almaniyaya, 1951-ci ildə isə ABŞ-a gedir. Oxuculara təqdim
etdiyimiz memuarda Dimitri Şalikaşvili üzvlərindən biri olduğu Gürcüstan nümayəndəliyinin o
dövrkü Türkiyə Böyük Millət Məclisi qarşısında təqim olunmus məqsəd və vəzifələr barəsində
söhbət açır. Gürcüstan hökuməti sözügedən qərarı erməni kommunistləri ilə mübariəzədə
məğlub olandan və 1920-ci il noyabırn 29-da Ermənistanın Sovet Respublikası kimi bəyan
ediləndən sonra qəbul edib. Ermənilər Moskvanın əmri ilə Türkiyənin kamalçılar hökuməti ilə
müqavilə bağlayır və öz dəmiryolu vasitəsii ilə dünənki əleyhdarlarını təchiz ediblər. hadislərin
bu cür inkişafından Gürcüstan hakimiyyəti narahat olmaya bilməzdi. Bu gün Gürcüstanın o
dövrkü hökumətinin bütün qorxularının özünü doğrultduğunu hamı yaxşı bilir.
Dimitri Şalikaşvilinin memuarları gürcü dilində ilk dəfə olaraq mətbuatda «Mtavari qazeti»nin
2003-cü il 5-12-19-26 aprel tarixli nömrələrində dərc olunub. Ona kimi isə yalnız bir dəfə,
1973-cü ildə Fransada gürcü mühacirlərinin «Kafkasioni» jurnalında dərc olunmuşdur.
X X X
GÜRCÜSTAN NÜMAYƏNDƏLİYİ 1921-Cİ İLDƏ TÜRKİYƏDƏ
Ankara 1921-ci il.
27 dekabr 1920


Saat 23 radələrində Gürcüstan respublikasının nümayəndəliyi əlahiddə vaqon ilə Ankaraya
getmək üçün Tiflisdən Batuma doğru istiqamət götürdü. Nümayəndə heyətinin tərkibinə onun
başçısı, təsis yığıncağının sədr müavini yoldaş Simon Qurgeniç Mdivani, hərbi müşavir,
general Eristavi, missiyanın işlər icraatçısı Aristo Cumbadze, attaşe Meliton ( Osman bəy)
Karsivadze, Ziya bəy Abaşidze, tapşırıqlar üçün iki nəfər zabit- Emuxvari və leytenant Dimitri
Şalikaşvili, əl buyruğu üçün iki əsgər daxil idi.
Karsivadze və Ziya bəy Abaşidze iki gün əvvəl Batuma yollandılar. Vaqonda çoxlu tanışlardır.
Xarici İşlər Nazirliyi şifri gətirməyi unutdu. Stanisyaların birindən tel vurduq ki, onu Batuma
göndərə idilər.

28 dekabr 1920-ci il
Saat 15 radələrində Batuma çatdıq. Ankara hökumətinin xarici işlər naziri Bəkir Sami bəyi
mehmanxanaya kimi ötürdük. O öz hökumətinin bolşeviklər yanında nümayəndəsi olduğu
Moskvadan qayıdırdı. Ankaraya yollanır. Onun yanında Tevfik bəyin oğlu və Temir Bulat
Dudarovun qardaşı oğlu vardır. Batum vağzalında Bakir bəyi fəxri karaul qarşıladı. Biz batum
vilayətinin əlahiddə komissarı Qriqol Georqadze ilə nahar etməyə getdik, axşamüstü şəhərə
yayıldıq.

29 dekabr 1920-ci il
Bütün səhərisi Cumbadze və mən mağazaları gəzirdik. Səhər Qriqol Georqadzenin yanında
nahara mən, qardaşımın yanında qaldığımdan getmədim . Bütün günü vurnuxurduq. Yol üçün
böyük əzuqə ehtiyatı aldıq və buna da Tiflisdən gətirdiyimiz əlavə olundu. Batumdan saat 18
radələrində yola düşməli idik, Tiflisdən gətirilməli olan avtomobilləri gözləyirdik,
görünmürdülər, gəmi saat 20 radələrində dənizə çıxdı. Çoxlu tanış-biliş bizi yola salmağa gəldi.
Gecə iki radio-teleqram göndərdik. Teleqramda bizim xarici işlər nazirliyinə yaxşı gəlib
çıxdığımız barədə məlumat verirdik, komissar Qriqol Georqadzeyə səmimi qonaqpərvərliyinə
görə minnətdarlığımızı bildirirdik. Bizim gəmimizi İtaliyanın «Aqordat» minadaşıyanı yola
salırdı. Güman ki, Bəkir bəyin təhlükəsizliyini təmin etmək üçün. İtalyanlar kamalçılar ilə yaxşı
əlaqədə idilər. Konstantinopola yola düşən kolonel Bodriro bizimlə birlikdə gəlir. Dəniz
gözəldir, təlatüm yoxdur.

30 dekabr 1920-ci il
Səhər tezdən Trapezunda çatdıq. Saat 12 radələrində bizim missiya Bəkir Sami bəyin oğlu
Temur Bulat ilə şəhərə qayıqlarla getdik. Sahildə fəxri karaul düzülüb. Əsgərlər cəsarətli
görünürlər, yaxşıca geyiniblər, çoxlarının isə ayaqları çarıqlıdır. Faytonla diviziya başçısının
yanına getdik, orada yarım saat qaldıq, bizə qəhvə içirtdlər, sonra isə mülki qubernatorun
sarayına getdik. Bolşeviklərin nümayəndəsi utancaq gənc elə oraya gəldi, böyük ictimaiyyəti
görən kimi özünü itirdi, hər tərəfə baş əyərək salam verdi və bir yanda oturdu. Onun kim
olduğunu bizə demədilər. Mən elə düşündüm ki, kimsə kiçik məmurdur. Quberniyadan nəsə bir
iş üçün gəlib və yad ictimaiyyətlə rastlaşanda diksindi. Hər halda düşünmürdüm ki, o Sovet
Rusiyasının nümayəndəsi idi. Sonra o qubernatorun yanına getdi və onu Türkiyənin yeni
dövlətinin yaradılması ildönümü münasibəti ilə təbrik etdi, iki dəqiqə oturdu, sonra hamıya təzim
edərək, «yoldaşları» barədə nəsə donquldandı və öz tərcüməçisi ilə birlikdə çıxıb getdi. Onun
getməsindən sonra hamı gülümsədi və zarafata başladılar.
Beş dəqiqədən sonra sarayın bayrama görə camaatın toplaşdığı həyətinə çıxdıq. Oğlan və qızlar
məktəbinin şagirdləri, əsgərlər və ictimai təşkilatlar burada idi. Qadın müəllimlər avropasayağı
geyiniblər, lakin çadralar ilə. Bir neçə gənc qədim milli türk geyimləri ilə bəzənmişdi. Hazırda
şəhərdə olanTrapezunddan Milli məclisin üzvü Türkiyənin çağdaş durumu və Türkiyə ilə
İngiltərənin həddindən artıq düşmənçilik münasibətləri barədə nitq söyləyirdi. Onun geniş
nitqindən sonra bir nəfər şagird qız çıxış edərək yeni Türkiyəni salamladı. Hərbi orkestrin
müşaiyəti ilə camaat şəhərə doğru hərəkət etdi. Biz də diviziya başçısının nahara dəvət
olunduğumuz sarayına kimi onlarla getdik. Sultan Süleymanın qəbrini görmək istəyirdik, lakin
çatdıra bilmədik. Gəmi tezliklə tərpənirdi. Mən sosialist dövlətinin nümayəndələrinin sultanın
qəbrinə əklil qoymaq üçün gedəcəkləri ilə maraqlandım. Buna görə də hamıdan çox buna cəhd
edən B. Rostomaşvilidən soruşdum. O mənə cavab verdi- Sultan Süleyman ilk inqilabçı hesab
olunur , -dedi. B. Rostomaşvili keçmiş anarxistdir. O, inqilabdan sonra vətənə qayıtdı, ölkənin
durumu ilə tanış oldu, başa düşdü ki, anarxist vaizlik ölkəyə zərər yetirir və sosialistlərə
söykəndi. Digər anarxistlər də bu cür hərəkət etdilər, lakin bir hissəsi isə milli demokratlara
da birləşdi. İndi o, Tədarük Nazirliyinin tapşırığı ilə Konstantinopola yollanır. Trapezundda
aviasiya məktəbini Fransada bitirən gənc türk zabit-təyyarəçi ilə tanış olduq. Gəmi mal ilə
yükləndi və saat 20 radələrində tərpəndi.

31 dekabr 1920-ci il
Səhər gəmi kiçik şəhər olan Kirəsund limanına yan aldı. Bəkir Sami bəy oğlu ilə Svimon
Mdivani və mən şəhərə çıxdıq. Limanda fəxri karaul dayanıb, yerli idaretməyə qonaq olduq.
Orada bizi qəhvəyə qonaq etdilər. Şəhərin mouravı onunla nahara qalmağı xahiş etdi, lakin rədd
cavabı verdik, çünki gəmi tezliklə tərpənməli idi. Yerli əhalinin nümayəndələri, o cümlədən
molla və yunan keşişi orada idilər. Səhəri dolandıq və gəmiyə qayıtdıq. Gəmini bu tərəfin də
tanındığı balaca qozla yükləyidilər. axşamüstü kiyayət qədər gözəl mənzərəli Ordu şəhərinə
yaxınlaşdıq. Sahilə çıxmadıq.Yeni il münasibəti ilə bir-birimzi təbrik edirik. Bizim missiyamız
Erməistandan gələn bir neçə amerikalı qadın və kişidən ibarət idi. Ermənistan onların tamamilə
xoşuna gəlməyib. Şübhəsiz, Bəkir Sami bəy Şövkət və Bodrero və bir də pianinoda çalmaq üçün
dəvət etdiyimiz iki nəfər italyan var idi. Onlardan biri gəminin bərbəri imiş, lakin onların hər
ikisi özlərini yaxşı aparırdı.
Kolonel Bodrero stəkanı doldurdu və İtaliya kralının, sonra Türkiyənin və Gürcüstanın sağlığını
içdi.
Bəkir bəy bizim hamımızı dəvət etdi və dedi: Növbəti yeni ildönümü mənim evimdədir. Birbirimizlə
Konstaninopolda görüşək. General Eristavi, Rostomaşvili və mən saat üç radələrinə
kimi tənbəki çəkilən otaqda qaldıq. Rostomaşvili və mən Sibirin həbsxanalarının birinə, tənha
kameraya necə düşdüyünü və otağın divarlarının səsi yox etmək üçün yapıncı ilə örtüldüyünü və
yalnız 8 aydan sonra dünya müharibəsinin başlamasını duyduğunu bizə nəql edirdi.

1 yanvar 1921-ci il
Saat 10 radələrində Samsuna çatdıq. Bizim mehmanxanadan kolonel Bodrero ilə birlikdə
İtaliyanın qeyri-rəsmi nümayəndəsi qraf Semekrin yanına getdim, mən ondan Batumdan
avtomobillərin göndərilməsini sürətləndirmək üçün İtalyan Əlaqə İctimaiyyətinə teleqram
göndərilməsini xahiş etdim. Elə burada, elə həmin mehmanxanada Ankaraya gedən bolşevik
missiyası vardır. Onun başçısı abxaz Eşbadır. Qəribə vəziyyətdir: bolşeviklər kamalçıların
müttəfiqidirlər, lakin türklər onlara hörmətlə yanaşmırlar. Səda çıxdı ki, onların avtomobillərini
əllərindən almaq istəyirdilər, lakin Bəkir bəyin gəlişi onları xilas etdi. Bolşeviklərə hər yerdə
əngəllər törədirlər. Bəkir Sami bəy yalnız ya onun, ya da bizim camaatın buraxıldığı salonda
həmişə bizimlə birlikdə oturur. Bizim aramızda çox yaxşı əhval-ruhiyyədir. Bolşeviklər öz
otaqlarında otururlar və yalnız nahar etmək üçün ümumi salona gəlirlər. Hamı bluza və
köhnəsayağı frenç geyinib. Yanlarından mauzer və ya başqa hər hansı böyük revolver asıblar.
Bizimlə onlar arasında əlaqənin yaradılması üçün leytenant Səfər bəy təyin edildi.
Nahar edən general Eristavi və mən şəhəri dolandıq. Reji (dövlət monopoliyasının) tütün
zavoduna daxil olduq. Zavodun direktoru Türkiyənin milli məclisinin üzvüdür, lakin Ankaranın
sərt iqliminə uyğunlaşa bilməyib və buna görə də burada vəzifəyə təyin olunub. Gündüz
Emuxvari Eşbadan məktub aldı. O, öz otağında görüş xahiş edir. Onlar uzun müddət söhbət
apardılar. Eşba Emuxvarinin qardaşının qətlində iştirak edib və güman ki, özünü doğruldurdu.
Bizə otaqlar yetmədiyindən Karsivadze, Emuxvari və mən qəbul otağında, tarla çarpaylarında
yatırıq.

2 yanvar 1921-ci il
Səhər mülki qubernatorun görüşündə idik. Ankaraya doğru yolu öyrənmək üçün evdə qaldım.
Nahar edən Svimon Mdivani ilə birlikdə diviziya başçısının görüşünə getdik, yaxşı görüş idi. O,
avropasayağı təhsil almış bir insandır və maraqlı şəkildə mühakimə edir. Qafqazda olan zabitlər
və əsgərlər çiyinlərində yalnız qumaşda zolaqları gəzdirdiyi bir vaxtda burada hərbi şəxslərin
yenə də paqonları vardır. Trapezundda və Girəsunda jandarmalar və polis paqonlarla gəzirdi və
hərbçilərdən fərqli olaraq heç cür əlamətləri yox idi. Yeni forma qaydaya salırlar ki, bununla da
silahın keyfiyyəti və növü yaxalıqda qeydə alınacaq.
Diviziya başçısından sonra şəhərin mouravına, burada bələdiyyə adlanır, baş çəkdik. Orada
alayarımçıq mədəni türklər vardır, onlar arasında biri fransız dilində çox qıra-qıra danışır. Şəhər
işlərində keçmiş xadim olan Svimon Mdivani şəhər təsərrüfatı barəsində mübahisəni çox uzatdı
və o cümlədən dedi: mənim üzərimə təkcə siyasi məqsəd deyil, eləcə də Türkiyəni hərtərəfli
öyrənmək də düşür.
Səhər şəhərin mouravı bizi görüşə dəvət etdi və axşam çaya qonaq etdi. General Eristavi və
mən ora getdik. Orada Avropa koloniyasının azsaylı nümayəndələri, o cümlədən Yaxın Şərqin
yardım komitəsindən iki nəfər amerikan qadın var idi. Söhbət üç gün bundan əvvəl baş verən
fransız məktəblərinin bağlanmasından gedirdi. Sonra Bəkir Sami bəyin bizə izah etdiyinə görə,
türklər bu tədbiri fransızların müraciət etdikləri, məncə Suriyada, represiyalara qarşı qəbul
ediblər. Uzun müddət burada yaşayan bir amerikan bizə nəql edir ki, bolşeviklərin vaizliyinin
yerlilər arasında mühüm təsiri vardır. Onunla fransız- levantinel mübahisə aparır və təstiq edir ki,
bolşeviklərin burada heç cür təsiri yoxdur. Bu sonuncuya daha çox inanıram. Osmanlı zəngindir,
hər şeyi tapa bilər. Yerli əhali üçün bahalaşma yalnız on dəfə artıb. Belə ki, bolşevizm üçün
zəmin hələlik kifayət qədər deyildir, biz, doğrudur, valyutanı pis xırdalamağımıza görə yaşayış
bizə baha başa gəlir. Tiflisə nisbətən, hər şey on dəfə artığınadır.
Axşam Şövkət bəy, Emuxvari və mən sinematoqrafiyaya getdik- köhnə kadrları ilə miskin bir
şeydir.

3 yanvar 1921-ci il
Şövkət bəy ilə birlikdə şey-şüy almaq üçün şəhərə çıxmışdıq. Nahardan sonra bütün missiyanın
tam tərkibi ilə Emuxvari istisna olmaqla, tütünün hazırlandığı zavoda getdik. Burada səhmdar
cəmiyyətə verilən dövlət monopoliyasıdır, tam çıxardıb daşımaq hüququ ilə. Başqa xırda
cəmiyyətlər yalnız Türkiyə hüdudları daxtilində tənbəki ilə alver edə bilərlər. Səfir Svimon
Mdivaniyə Gürcüstandan kiminsə burada gözəl qurulmuş tənbəki işini öyrənmək üçün
vasitəçilik etmək istəyində olduğunu bildirir. Bu zavodda gündəlik olaraq bir milyona qədər
papiros hazırlayırlar. Bir çox şöbələrdə yalnız və yalnız uşaqlar işləyirlər. Hava tütün tozu ilə
doludur, mexaniki olaraq, çox dəhşətli sürətlə işləyirlər, əllərinə də baxmırlar. Hər bir hərəkət
hesablanıb. İş günü -12 saat! Ağır təəssüratdır! Bu uşaqların çox hissəsi həlak olub. Bundan öncə
böyüklər işləyirdilər, lakin onları müharibəyə aparıblar və onları uşaqlar ilə əvəz ediblər.
Doğrudur, onlara Tiflisə nisbətən yaxşı muzd verirlər, lakin yaxşı işlədiklərindən, dəyir də.
Hazırda tənbəkinin çıxarılıb daşınması qadağandır. Konstantinopola da vermirlər, çünki boykot
bəyan edilib. Yaxşı papiros üçün təxminən on gün lazımdır. Bunu Bəkir bəy bilirdi və buna
görə də teleqram ilə vaxtında özü üçün də və bizim üçün də böyük ehtiyat sifariş verib.
Bəkir Sami bəy Qafqazdan Türkiyəyə köç edən, vaxtilə ünlü general Kunduxovun oğludur. O,
təhsilini Fransada alıb, bir vaxtlar Türkiyənin Peterburqdakı səfriliyində olub. Sonra isə
Tripolisdə və Trapezundda qubernator olub. O, tamamilə mədəni insandır ki, beləsi də məncə,
Türkiyədə az-azdır. Onun oğlu Şövkət bəy Macarıstanda aqronomiya fakültəsini bitirmişdir...
A xşam saat 7 radələrində şəhərin özünüidarəetməsində bayramdır. Şəhər sovetinin binası çıl-
çırağa bürünüb. Yerli sakinlər və ictimaiyyətin nümayəndələri buradadır. Yemək hər halda dadlı
deyildir, lakin on nəfərdən ibarət nəfəsli orkestr çalır. Şam yeməyinə salona endik ki, burada da
yarım saat qaldıq.
Şam yeməyi zamanı və ondan sonra da mülki qubernator, şəhərin mouravı Bəkir Sami bəy və
Svimon Mdivani arabir sözlər söyləyirdilər ki, onalın da məğz bunlardır- qubernator və mourav
gürcü missiyasını alqışladılar, Bəkir bəy bolşevizmi tənqid edirdi. Mənim yanımda Türkiyə
Xarici İşlər Nazirliyinin şöbələrindən birinin müdiri otururdu və o mənə dedi: Bu, bolşevizmin
bu cür söyüldüyü ilk sözdür! Svimon Mdivani deyirdi: Gürcüstan ilə Türkiyə arasında
mehriban qonşuluq münasibətləri qurulmalıdır, çünki bizim ümumi düşmənimiz vardır -
Şimaldan və qərbdən bolşeviklər və Avropa imperialistləri! Türkiyənin öz müstəqilliyini
qoruyub saxlamaq üçün olan qüvvə qədər Gürcüstanın gücü yoxdur, lakin böyük təcrübəmiz
vardır. Biz Rusiyanın boyunduruğu altında olduğumuzdan, bilirik, yad dövlətə tabe olmaq nə
deməkdir. Türkiyənin gücü ondadır ki, ordu və xalq nəinki iki müxtəlif ünsürü təşkil edir, hətta
bir-birinə bağlıdır. Türkiyə ilə Gürcüstanın işi təkcə özlərinin deyil, eləcə də üçüncünün də xilas
edilməsidir və Svimon Mdivani bu üçüncünün adını çəkməyi artıq hesab edirdi( bu, Azərbaycan
və Şimali Qafqaz idi).
Səfir Svimon Mdivani fransız dilini bilir, lakin o qədər də yox ki, uzun kəlmələri deyə bilsin.
Buna görə də gürcücə danışır, Aristo Cumbadze fransız dilinə tərcümə edir. Kimsə türk və daha
tez-tez isə Bakir Sami bəyin özü türkcə danışır. Buna görə məlumdur ki, sözlər qırılır və təəssüf
doğurur, çünki Svimon Mdivani yaxşı danışır.
Şam yeməyindən sonra təhsil barədə söhbət oldu. Svimon Mdivani təstiq edərək- Avropadan
hələ çox şey öyrənməliyik,- deyir. Buna da ki, Bəkir Sami bəy cavab verir: Bizim əgər biliyimiz
yoxdursa, əvəzində avropalıların əksik olduğu çox istedamız vardır.

4 yanvar 1921-ci il
General Erimstavi, Şövkət bəy, Emuxvari və mən xidmətçilərin müşaiyəti ilə atlarla gəzməyə
çıxdıq, məncə, gərək ki, romalılar tərəfindən salınan çıdır yerini ıə dambanın qalıqlarını gözdən
keçirdik. Bura dəhşətli dərəcədə bahalıqdır. Tiflisdə bu baxımdan öyrəşdik və heç nə bizi
təəccübləndirmir. Lakin bu bahalıq burada hər halda nəsə nağıldır!
Bu gün Bəkir Sami bəy Svimon Mdivaniyə dedi ki, gürcü missiyasının tərkibində Ziya bəyin
olması Ankara hökuməti üçün ürək asan olmayacaqdır. Məsələ orasındadır ki, Ziya bəy (acardır)
Batumi qəzetində «Müsəlman gürcüstan» adlı yazı yazıb. Bu yazıda o, kamalçı hərəkatını
tənqidi şəkildə müzakirə edirdi. Ziya bəy hələ yenə də Batumdadır. Oradan o, bizim
avtomobilləri göndərməlidir. Svimon Mdivani ona yazdı: Sən özün gəlmə.

5 yanvar 1921-ci il.
Bu gün məktəbləri gözdən keçirdik. Litseydə və qızlar gimnaziyasında, ticarət məktəblərində
olduq. Şagirdlər şeirlər oxuyurdular, məsələlər həll edirdilər və sair. Litseydən qayıdanda
şagirdləri dəhlizə düzdülər. Onlar nəyisə oxuyaraq sultanı mədh edirdilər. Bəkir bəy onlara
dedi:- Bu mahnını elə başa düşməlisiniz ki, indiki sultanı deyil, prinsipin özünü mədh edirik!
Şövkət bəy in sözlərinə görə kamalçılar indiki sultanın əleyhinədir və Konstantinopolu tutsaq,
taxta onun varisini çıxaracağıq,- dedi.
Litseyin binası kasıbdır, divar əvəzinə adi taxtalar ilə arası kəsilmiş otaqlardır və buna görə də o
biri otaqda nə edilirsə, hər şey eşidilir. Direktor molladır, şagirdlərin sayı azdır, bəzi sinifdə
yalnız iki nəfər şagird oturur, skamyalar köhnədir, qara lövhə solub, rəngi silinib, şagirdlərin
yazıqlaşmış baxışları vardır.
Məktəbin müfəttişi bizimlədir, o, fransız dilində kifayət qədər tez-tez danışır, bütün müəllimlər
kimi, pedantcasına və bütün türklər kimi bir az mədəni.
Litseydən qızlar məktəbinə yollandıq. Qızların hamısı avropasayağı geinmişdi, lakin üzləri
örtülmüşdü. ticarət məktəbini yenə də gözdən keçirdik və evə qayıtdıq.

6 yanvar 1921-ci il
Bəkir bəy Ankaraya doğru tələsir və artıq qalmağı daha bacarmır. Bizimkinin nə vaxt gələcəyini
bilmədiyimizdən amerikan avtomobili ilə onunla birlikdə yola düşürük. Bir neçə dəfə teleqram
göndərdik, lakin heç birinə bir cavab gəlmədi.
Dudarov bu gün hamamda idi və orada o cümlədən kiçəçi ilə mübahisə edib. Kisəçi ona deyib
ki, mən bolşevikləri gözləyirəm, mən kasıb bir adamam və bolşeviklərdən mənə lazım olan hər
şeyi alacağam.
Burada bir qədər rus qaçqını vardır. Onlardan biri keçmiş zabitdir və amerkalıların yanında
sürücü kimi xidmət göstərir. Onun dediyinə görə, sadə camaat kamalçı hərəkatına və bolşevizmə
də soyuqqanlıqla yanaşır.
Onu həyatın yalnız gündəlik məsələləri və yemək maraqlandırır. Ruslardan başqa yaşamaq
üçün yenə heç nəyi olmayan şimali qafqazlılar da vardır. Trapezundda mənə Kotsev rast gəldi, o
başqaları kimi deyildir. onun çoxlu pulu olmalıdır.
Yanvarın 4-də bolşevik missiyası Ankaraya yollandı, yalnız özünün bir üzvünü Samsunda
qoydu.
Biz kəsə yolun avtomobil üçün yararsız olduğundan dolama yol ilə gedəçəyik.

7 yanvar 1921-ci il
Sabah, səhər saat 7 radələrində çıxırıq, biri yük avtomobilidir, o biri isə yarı yük. Bütün gecəni
yığıb yığışdırırıq, hazırlaşırıq. Azuqəni arabalar ilə yolladıq, kəsə yol ilə. Bakir bəy Ankaradan
teleqram gözləyir. Şövkətin sözündən görünür ki, onun işi hər halda yaxşı deyildir, onun burada
olmadığı vaxt bolşeviklər ilə sıx əlaqənin tərəfdarı olan rəqib partiya möhkəmlənib və o,
Ankarada necə qarşılayacaqlarını daha bilmir.

8 yanvar 1921-ci il
Böyük dava-dalaşdan sonra, nəhayət, saat yeddinin əvəzinə saat onun yarısında tərpəndik.
Təxminən şəhərdən bir kilometr aralananda və kiçik yoxuşda avtomobillər çıxa bilmyəndə elə
geriyəcə qayıtdıq.
Samsuna bu gün gürcü bayrağı ilə Mikeladzenin yaxtası yan aldı. O, axşam bizimlə vaxt keçirdi.
Özü ilə bir Tiflis qəzeti gətirdi. Məmnuniyyətlə onu oxudum, halbuki, köhnə idi. Şam yeməyində
Şövkət bəylə, onun nömrəsində idim. Fransız dilində danışan onun tanışı daha bir türk də var
idi. Sabah yenə yola düşməli idik. Bir avtomobili daha güclüsü ilə dəyişdik...
Söhbət zamanı Svimon Mdivani belə bir fikir söylədi ki, Gürcüstanda nə burjuaziya vardır, nə də
proletariat, sadəcə olaraq demokratiya vardır. Tez yatdıq, sabah saat 5 radələrində oyanmaılyıq.

9 yanvar 1921-ci il
Doqquzun yarısında çıxdıq, istəyirdik 120 kilometr yol gedək və şər qarışana kimi Amasiyaya
çataq. Şosse pisdir, çala-çuxurlu, keçilməz palçıqdır. Hərdən bir avtomobildən düşürük və onu
arxadan itələyirik. Bizim üç avtomobilimiz vardır. Emuxvari yüklənmiş avtomobil ilə bir saat
əvvəl yola düşdü, lakin biz elə orada Samsundan bir az aralı ona çatdıq. Bu tərəflər dağlı, təpəli
yerdir, lakin çılmaqdır. Meşədən bir əsər-əlamət belə yoxdur. Yollarda adda-budda məntəqələr
durur. Quldur dəstələr veyillənirlər. Bundan öncə dörd nəfərlik dəstə göründü və ona qarşı qoşun
göndərdilər. Belə deyirlər ki, bu dəstələr əsasən yunanlardan təşkil olunub və onlara ingilislər
himayədarlıq edirlər. Günorta bir balaca kənd olan Şekala çatdıq. Burada başçısı kobuletli
İmnadze olan batalyon durur. Onunla tanış olduq. O, balaca olanda valideynləri Türkiyəyə
köçüblər. Gürcücə güclə danışır və Gürcüstanı çox sevir. O cümlədən o dedi: Milli ideya
müsəlmanlar arasında, gürcü müsəlmanları arasında indi dindən üstündür və əgər ciddi tədbirlər
görülməzsə hər şey tədricən ediləcək. Müsəlman hissəni çox asanca Gürcüstana birləşdirmək
mümkündür. İmnadze tamamilə mədəni bir insandır, üç il Almaniyada yaşayıb. Güman ki,
burada hərbi məktəbdə oxuyub. Yarım saat istirahət etdik və yolumuza davam etdik. Hərdən br
sərt külək əsir və soyuqdur. Yolda böyük hərəkət var, dəvə, at, qatır karvanı, arabalar. Atlar,
qatırlar yaxşı görünürlər. Yolda nadir hallarda rastımıza kənd çıxır. Bu tərəflərdə əhali
məskunlaşmayıb. Gündüz Amasiyaya çata bilməyəcəyimizdən gecəni Xavza kəndində qalmaq
qərarına gəldik. Komendantla qəhvəxanada qəlyanaltı etdik. Saat dörddə balaca kənd olan
Dibxana kəndinə getdik və gecələmək üçün artleriyaçılarla orada qaldıq. Burada batareya durur,
hamımız bir otaqda, döşəmədə yatdıq. Yüklü avtomobil Şekal yaxınlığında yoxlanıldığından
gəlməyib. Emuxvariyə öz əşyalarının bir hissəsini arabalar ilə göndərməsi üçün teleqram
göndərdik. Bizim avtomobilin sürücüsü keçmiş ağ qvardiyanın zabiti Borodindir. Bolşeviklər
missiyası Samsundan keçəndə o bizə dedi ki, məndən və mənim yoldaşlarımdan, eləcə də
amerikanlar ilə sürcü işləyən keçmiş zabitlərldən guya amerikanların Samsun yolu ilə müxtəlif
şey-şüylər göndərdiklərini, ağ qvardiyaçıların ordusuna və Rusiya dövlətinin ərazisində əmələ
gələn yeni dövlətlərə yardım etdiklərinin yazıldıbı kağızı tələb ediblər və onlara qarşı səbəb
axtarırdılar. Elə onun sözlərinə görə, bolşevik missiyasının tərkibində keçmiş ağ qvardiyaçı
zabitlər vardır. Burada bizim keçdiyimiz kəndlər arasında telefonla əlaqə yaradılıb, əsgərlər
çoxdur, ancaq yaxşı geyinməyiblər, hamısının çırıq şineli və çarığı vardır.

10 yanvar 1921-ci il
Çox dəhşətli yoldur. Xazvaya qədər dörd kilometr qalanda yolda jandarma zabiti qulluqçuları ilə
birlikdə Bəkir bəyin və bizim missiyanın şərəfinə bizi qarşılayır. Şəhərin mouravı ilə qəlyanaltı
etdik və yolunmuza davam etdik. Hərəkət nisbətən azdır və şosse burada yaxşıdır. Gün batana
kimi Amasiyaya çatdıq. Bizi birbaş şəhərin özünüidarəetməsinə apardılar ki, burada da bizi gözəl
təşkil edilmiş süfrə gözləyirdi. Nahar edəndən sonra qubernatorun yanına getdik, burada ordu
komandiri Nurəddin paşa ilə, marşal Mahmud paşanın oğlu ilə görüşdük. Gecələmək üçün olan
evə bənzəyən mehmanxanada yatdıq. Yeganə zövq- şəhər mouravının yorğanıdır.

11 yanvar 1921-ci il
Amasiyada bir gün qaldıq. Səhər tezdən arabalarla Emuxvari gəldi. Avtomobil saat 12-də özünü
yetirdi. Şəhəri gəzirik. Bir çox şey maraqlıdır. Şəhərin özünüidaretməsində qəlyanaltı və narahar
etdik. Qubernator Osman bəyin ( çərkəzdir) və Nurəddin paşanın qərargahında görüşdə olduq.
Qərargah şəhərin ən yaxşı binasında yerləşib. Bizimlə birgə daim diyar təhsil təminatçısı, fransız dilində dəhşətli dərəcədə pis danışan uzun saçlı
şair-filosof gəzir. Axşamüstü cavab olaraq Nurəddin paşa daim bizim olduğumuz
özünüidarəetməyə dəvət edir. Şəhərin mouravı Bakir bəy özününkülərin yanında yaşayır,
tanışlar arasında o, «Arşın mal alan» operettasından nökəri mənə çox xatırladır.

12 yanvar 1921-ci il
Bütün böyük yükü arabalar ilə kəsə yolla Ankaraya göndərdik. Arabaların sahibi qabardin imiş.
Ümumiyyətlə, ruslar dağı işğal edəndə çoxlu qafqazlı dağlılar buraya köç ediblər. Biz benzimizi
Nurəddin paşaya verdik, çünki onun Sivasda ehtiyatı var imiş və əvəzində orada bizə
verəcəklər. Biz bununla avtomobilləri yüngüləşdirməli oluruq. Yük avtomobilini bizə
Amasiyaya qədər verdilər və buradan Samsuna qaytarmalı idik. Qonşu Merzepun şəhərində
amerikan avtomobili var idi. Onu özümüzə yazdırdıq. Buna Samsunda amerikanlar icazə verdi.
Gördüyümüz yerlərdə onların avtomobilləri ilə istifadə edə bilərdik. Doqquzun yarısında hamı
yola düşdü. Yalnız Cumbadze, Temir Bulat, mən və əsgərlər qaldıq. Saat 2-də Merzepundan
bizim yanımıza avtomobil gəldi və biz də getdik. Getməmişdən öncə mehmanxanada haqqhesabı
tələb etdik, lakin aydın oldu ki, hər şey ödənilmişdi. Yol yaxşıdır, sürətlə gedirik. Ətraf
dağlıq, təpəlikdir, adda-budda iynəyarpaq ağacları vardır. Qar yağır, soyuqdur. Kəndlər demək
olar ki, görünmür. Saat səkkizdə Tokata çatdıq. Bir gündə 120 kiometr yol qət etdik. Şəhərə
gecə daxil olmaq gözəl idi. Tikmə daşlı bağlar boyunca, kiçik binalar yanından ilk dəfə
irəlilədik. Sonra hündür evlərin düzüldüyü, Asiyasayağı küçələrə daxil olduq. İşıq yoxdur, yalnız
bizim avtomobil işıq verir. Sərnişinlər yoxdur, arabir bizi fitlə yola salan polis rastımıza çıxır.
Sanki nağıl yuxusunun çarlığına düşmüşük. Bu nağıl uyumuş, daha doğrusu, ölü çarlıqdan başqa
bir şey olmayan Türkiyə üçün xarakterikdir.
Bizim gördüyümüz ən yaxşı kəndlər türklərin deyil, yunanların idi. Türklərin hər cür
üstünlüyünə baxmayaq mədəni və savadlı camaatın böyük faizini türklər deyil, qafqazlı dağlılar,
albanlar, ermənilər, yunanlar təşkil edirdi. Türkiyə bizim gördüyümüz belə bir mənzərəni gerb
kimi edə bilərdi- balaca eşşəkdə oturaraq yalın ayaqları ilə təpiklə onu döyəcləyən türk. Qəribə
vəziyyətdir. Türklər sanki, başqasının qanının qarışığı ilə gənc millətdir. Qədim, yüksək
mədəniyyət güşəsinə düşən millət. Onun bu mədəniyyəti daha da güclü şəkildə inkişaf etdirmək
üçün güc və qabiliyyəti olmalı idi. Həqiqətdə isə tərsinə olub. O, nəinki bunu qəbul edib, hətta
hər cür vəchlə son günlərə qədər şüurlu , istərsə də şüursuz şəkildə onu silməyə, bu
mədəniyyəti məhv etməyə cəhd göstərirdi...

13 yanvar 1921-ci il
Bir günlüyə Tokata daxil olduq. Bura Bəkir bəyin vətənidir. şəhərdə maraqlı bir şeyə rast gələ
bilmədik. Çərkəz olan və rus dilində danışan( əsrilikdə olduğundan) şəhər komenbantının
yanına getdik. Gündüz bizim yanımıza müharibədə həlak olanlar və yetimlər məktəbinin
şagirdlərini gətirdilər. Bu məktəbin hərbi orkestri vardır. Direktoru zabitdir, hamıs hərbi forma
geyinib və yaxşı görünürlər. onlara yüz lari ianə verdik. Bəkir bəyə və ümumiyyətlə, bizə böyük
hörmət etdilər. Gündüz şəhərin özünüidarəetməsinin önündə çoxlu orduya çağırılanlar toplaşdı.
Zahirən iri camaatdır. Şəhər böyükdür, şam yeməyi zamanı pəncərə yaxınqlığında orkestr çalırdı.
Belə bir sərəncam mövcuddur ki, onun əsasında da Ankaranın icazəsi olmadan bir kimsənin
Samsundan iç diyara gedə bilməz. Belə bir hal da olub ki, Tokatda diş həkimi bir xəstənin dişini
çıxartdı və əvəzində süni diş qoymalı idi. Damağı qurtarana kimi həkim nəsə bir işə görə
Sasmsuna gedib ki, onu da oradan buraxmayıblar. Yazıq adam burada dişsiz qalıb. Bunun
doğru və ya yalan olmasını bilmirəm, lakin bunu bizə qubernator söylədi. Bəkir bəyin Tokat
yaxınlığında yurdu vardır. Beş il bundan əvvəl onun evinə soxularaq onu talan edbilər və
dağıdıblar. Onun üzərinə ona görə düşüblər ki, Bəkir bəy sutlanın əleyhinə idi və Kamal paşaya
meyl edib. Bu, burada Konstantinopol hökumətinin tərəfdarlarının olduğunu bizə göstərən
yeganə haldır. Əvvəlcə bəzi kəndlər kamalçılara əsgərlər vermirdi. Bunu onunla əsaslandırırdılar
ki, müharibədən artıq beziblər. Lakin onlar hər halda bolşeviklər ilə əlaqə olacağına və hər
şeyin tezliklə sona yetəcəyinə inandılar. Son hadisəni sürücü Borodin bizə nəql etdi. Hər yerə
səda yayıldı ki, Bəkir Sami bəy Ankara hökuməti adından bolşeviklər ilə müqavilə bağlayıb və
indi hamı təccüblənib. Elə ki eşitdilər ki, nəinki müqavilə bağlayıb, hətta bolşeviklərin
düşməni imiş. Hər tərəfdən Rusiyanın necə bir dəhşətli bir durumda olduğunu nəql edirlər və
bolşeviizimi söyürlər. Amasiyada Nurəddin paşaya və qubernatora Borodin sən demə, deyibmiş
ki, Rusiya Trükiyənin sayıq düşmənidir. Tanrı müsəlmanlara deyibmiş ki, aha, Rusiyanı əlinizə
veririrk , onun cəzasını verin. Türkiyənin danəndələri toplaşdı, sərdarlar, diplomatlar,
qubernatorlar və başqaları və bütün əsr boyu cəza axtarırdılar. Lakin cəza üçün bolşeviklərin
törətdiklərinin heç yarısını uydura bilmirdilər. Bolşevizm tanrı cəzasıdır, lakin tanrı şeytanın
məsləhəti ilə hərəkət edir. Bəkir Sami bəyin özü Qafqaz xalqları konfederasiyasının
tərəfdarıdır. Tərəfdarıdır ki, güclü dövlət Rusiyaya qarşı damba yaradılsın. Gürcüstan üçün
bunun nə qədər sərfəli olmasını, bilmirəm. Güman ki, 1918-ci ilin tarixi təkrar olunacaq. Qu
quşu, xərçəng, balıqda olduğu kimi. Ermənistan Rusiyaya doğru çəkiləcək, Azərbaycan
Türkiyəyə doğru və bu tərəddüd edən məxluq ( konfederasiya) pozulana qədər Gürcüstan öz
gücünü və enerjisini bu müxtəlif ünsürlərin birləşdirilməsinə sərf etməlidir. Qafqaz, mənim
fikrimcə, yalnız kənar qüvvənin təsiri altında sıx ola bilər, lakin bunu tanrı Gurcüstandan uzaq
eləsin.

14 yanvar 1921-ci il
Tokatdan onun yarısında çıxdıq, iki avtomobil ilə. Maşın yaxşı gedir, yol əladır. Şamlibel
aşırımına (5000 fut) (ingilis uzunluq ölçüsü vahidi, 30,5 sm-ə bərabərdir. Metr sisteminin
tədbiqindən sona Rusiyada da istifadə olunurdu-M.M.) çatmamış çox soyuq düşdü, qardır.
Avtomobildən düşdük və onu itələyirik. Orduya indi çağırılanlar bizə qoşuldu və onlar da bizə
yardım etdilər. Kargin kəndində qəlyanaltı etdik. Saat 20-də Sivasa daxil olduq. Şəhərin
mouravlıq idarəsində dayandıq. Bina Tokotdakına nisbətən çox bərbad haldadır. Şövkət bəy
axşam deyirdi ki, Anadolunun şəhərləri ona görə geridə qalıb, bərbaddır ki, Kiçik Asiyaya heç
cür diqqət yetirmirdilər və bütün məsrəflər Avropa Türkiyəsinə gedirdi.

15 yanvar 1921-ci il
Sivasda qaldıq, çünki avtomobillərə nəsə oldu, onları sahmana salırlar. Şövkət və mən şəhərə
çıxdıq. Heç nə maraqlı deyildir... Soyuqluqdur, çoxlu qar yağır. Yaxın Şərqə yardım edən
amerikan komitəsinin şöbəsi Sivasdadır. Səhər şöbəinin rəisi olan qadın miss Qrefit bizə qonaq
gəldi. O burada artıq 20 ildir ki, yaşayır və müddət ərzində yalnız iki dəfə şəhərdən çıxıb. axşam
bizi çaya dəvət etdi. Şəhərin özünüidaretməsində yeməyimiz vardır və yedirdirlər, hər yerdə
olduğu kimi, pulsuz. İş daha yoxdur, çünki biz otaqlarda yaşayırıq. Burada biz buralı iki nəfər
gürcü-müsəlmanı gördük, gürcücə pis danışırlar. Lakin onları Gürcüstanda baş verən hər şey
maraqlandırır. Onlardan biri qazidir, o birisi hardasa qaymakandır. Svimon Mdivani, general
Eristavi və mən valinin və diviziya başçısının görüşünə getdik. Bu iki nəfər gürcü bizim
tərcüməçilərimiz idi. Burada bizə gürcülər tez-tez rast gəlir. Tokat və Amasiya arasında bir
quldur dəstəsi fəaliyyət göstərir və onun rəhbəri komissarı öldürərək Türkiyəyə qaçan
gürcüdür(meqrelidir) . Saat 17 radələrində amerikalıların yanına getdik. Mədəni guşəyə daxil
olmaq ürək açandır. Dörd nəfər amerikalı qadın və bir neçə amerikalı kişi. Yaxşı səliqə-sahmana
salınmış otaqldar. Yaxşı çay, sendrviçlər ilə, qənnadı məmulatları ilə, elektron işıqlandırma.
Bütün ölkədən təcrid olunmuş halda yaşayırlar. Qəzetlər və jurnalları ala bilmirlər, çünki
Türkiyə hökuməti onlara əcnəbilər ilə münasibətləri qadağan edib. Elə yaşayırlar ki, ölkədə
nəyin baş verdiyini bilmirlər. Təəssürat belədir, sanki səhrada, oazisdə( yunanca, səhrada suyun
tapıldığı və bitkilərin bitdiyi yer-M.M.) amerikalıların yanından bizi şam yeməyinə dəvət edən
abxaz Marşaniyanın yanına getdik. Yenə də mədəniyətsiz və anlaşılmaş mərasimlər.
Teleqramlar ilə duyduq ki, Türkiyənin qoşunu yunanları Bolus rayonda yunanları məğlubiyyətə
uğradıb. Məlumat verirlər ki, Gürcüstanda kommunistləri tutublar və səfərbərlik elan olunub.
Bəkir Sami bəy Svimon Mdivani ilə söhbətində dedi- məğlub olan ölkələr elə bir duruma
düşüblər ki, hər şey köhnə qaydada qalıb. Bu yazda və yaxud yayda müharibə başlayacaq...

16 yanvar 1921-ci il
Saat 9-da Sivası tərk etdik. Yüklərimiz artdı, həm də özümüzlə benzin aparırıq. Səhər çağı çox
soyuqdur. Keçidi keçdik, gözəl yerlərdir, lakin meşəlik yoxdur. Kənddə qəlyanaltı etdik.
Qeysəriyyəyə kimi çatmaq istəyirdik, lakin aşırımı keçəndə çox vaxt itirdik. Şər qarışanda
Kemerk kəndinə çatdıq. Qarşıda yenə də bizi aşırım və pis yol gözəyir. Gecə kənddə qaldıq.
Aşırımdan sonra nəzərə çarpacaq dərəcədə istidir. Kemerk böyük kənddir, məncə 2000 ailəsi
vardır. Əksəriyyəti ermənilər ilə məskunlaşılıb. İndi isə yalnız 600 ailədir. Ermənilər köçüb
gediblər, bir hissəsi Mesopotomiyaya, bir hissəsi isə dünyasını dəyişib. Onların evləri xarabaya
çevrilib, təkcə divarları qalıb. Türklər bizi əmin edirlər ki. kedərkən ermənilərin özləri xarab
ediblər. Lakin biz sobaları evin hissələrinə aid olan şübhəli odunlar ilə qalayırıq. hər yerdə
telefon və teleqraf vardır. Belə ki, yunan cəbhəsi barədə xəbərləri bilirik. Türklər yunanları çox
sıxışdırırlar. Bəkir bəy məlumatlar verir. Müharibədən öncə və müharibənin başlanğıcında
Aralıq dənizinin Kiçik Asiya sahilində hansısa sahil şəhərində qubernator olub. Dünya
müharibəsinin başlamasından iki həftə əvvəl Aralıq dənizinin hansısa admiralının başçılığı ilə
ingilis donanması şəhərə yan alıb. Admiral Bəkir bəyi gəmiyə qəlyanaltına dəvət edib.
Qəlyanaltından sonra Bəkir admiral ilə onun kayutasında olub. Admiral söz arası ona deyib ki,
çox qısa müddət ərzində böyük olaylar baş verəcək və yaxşı olar ki, Türkiyə onun İngiltərədə
sifaiş verdiyi hərbi gəmini geri çağırsın, vaxt itirmədən Türkiyəyə qayıtsınlar, yoxsa sonra gec
olacaq. Admiral buyurub ki, mən Türkiyəni çox sevirəm və buna görə də onu xəbərdarlıq
edirəm. Bəkir elə həmin an nazirliyə teteqram göndərir, lakin bu artıq gec idi. İngiltərə
Almaniyaya qarşı müharibə elan etdi və ingilis limanlarında duran bütün gəmilərə əl qoydu.

17 yanvar 1921-ci il
Qeysəriyyəyə qədər artıq 80 kilometr qaldı, onun yarısında yola düşdük. Bir az keçdik və iki
avtomobilimiz qırıldı. Birini saat 11 radələrində düzəltdilər, o birinin isə təkəri qırılmışdı,
ümidsiz oldu. Emuxvari, Temir Bulat və mən qaldıq, qalanları getdilər. Əsgərlər bizimlə
qaldılar. Yük də bizim yanımızdadır. Söz verdilər ki, Qeysəriyyəyə çatan kimi sizə avtomobil
göndərəcəyik. Azuqəmiz çoz varmızıdr, şam yeməyini yedik gecəni yaxşı keçiridik.

18 yanvar
Birinci haldır ki,- bu yolçuluq zamanı saat 10-da oyandıq. Saat 15 radələrində artıq narahat
olduq. Qeysəriyyəyə teleqram göndərdik, öyrənmək istəyirdik ki, bizimkilər gəlib və ya
gəlməyib, niyə avtomobil göndərmirlər. Heçə bir cavab yoxdur. Özümüzlə kitab yoxdur,
qəmginlikdir. Eşik soyuqdur və bayıra çıxmaq həvəsi də yoxumuzdur. Oturub mübahisə edirik,
sonra yatırıq. Bu tərəfdə qoşun görünmür. Dünən yalnız yeni çağırışçılar qrupu ötüb keçib.
Bütün qoşunlar, məncə, sahilə və ölkənin mühüm yerlərinə cəmləşdirilib. Axşam müdir gəldi,
yerli bokaul. Söz arası o, bizə söylədi ki, Kuberikdən bir neçə saatlıq məsafədən sonra gürcü
kəndləridir. gürcülər buraya müharibələrin birində köçürülüb, onun dediklərinə görə, vilayət çox
böyük vahid olduğundan ölkənin vilayətlərə bölüşdürülməsi aradan qaldırılacaq. Mutasarifət,
qaymaq - qəzalar və müdir- bokaulluq qalacaq. Bizim teleqramımıza yenə də bir cavab yoxdur.

19 yanvar 1921-ci il.
Səhərisi Qeysəriyyə qubernatorunun adına teleqram göndərdim, öyrənmək istəyirdim ki, oraya
bizim missiya gəlib, yoxsa yoxmu, bizə avtomobil və ya arabalar göndərsin. Burada nəqliyyat
vasitəsi yalnız eşşəkdir. Saat 14 radələrində cavab gəldi: Arabalar bizə göndərilib. Pəncərənin
önündə otrurmuşuq və gözlərimizi yola tikmişik, arabalar nə zaman görünəcək. Axşamüstü
Ankaradan qəzet gətirdilər. Orada yazılmışdı ki, gürcü missiyası gəlir. Belə bir fikir
söylənilmişdi ki, bu hadisə təkcə Gürcüstan və Türkiyə üçün deyil, eləcə də bütün Asiya üçün
əhəmiyyətlidir. Gürcüstan avropalı siyasətçilərdən uzaqlaşır. O cümlədən Yaponiyadan gələn
Rostomaşvili söyləyirdi ki, Yaponiyada belə bir baxış yayılıb- Asiya asiyalılar üçündür! Və
Yaponiyanı orada Şərqin keşikçisi hesab edirlər. Bu gün artıq yeməyin pulunu aldılar. Qızıl ilə
hesablayırlar və sonra kağız pula çevirirlər, arabalar görünmür.

Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: