VAQİF VƏ GÜRCÜSTAN Ədəbiyyat » Bədii Tərcümə 7 Nisan Giorgi ŞağulaşviliBu il Azərbaycanın klassik lirik şairi Molla Pənah Vaqifin anandan olmasının 300-cü ildönümüdür. Molla Pənah Vaqif Azərbaycan ədəbi düşüncəsində özünəməxsus xüsusi yer tutur. Bundan başqa o dərin lirik duyğular yaradıcısıdır. Azərbaycan ədəbiyyatşünasları onu yeni ədəbi dövrün - Azərbaycan realist poeziyasının banisi hesab edir. Elə onların dediyinə görə, Vaqif poeziyanı səmadan yerə endirdi. Bu”səma” sözündə Şərq poeziyasının ənənəvi-romantik yönümü, dini-teoloji dünyanı dərketmə və aşiqanə lirikanın ictimai institutunun tarixi məğzi nəzərdə tutulur ki, burada da poetik qavrayışın fərdi-subyektiv anlayışı itirilmiş, - şərti, lakin həddindən artıq möhkəm kanonik təsviretmə formaları ilə ümumi poetik düşüncəyə çevrilmişdir.Belə bir dururumda Vaqif poeziyasının yönümü ümumi Şərq poetik düşümcəsinin ənənəvi mühafizəkarlığın əleyhinə çıxır, eyni zamanda dövrün əhval-ruhiyyə xarakterini daşıyırdı.Bu, ümumi ədəbi xidmət onun idi, onun milli ədəbiyyat qarşısında az xidmətləri yoxdur. O, düşünərəkdən Azərbaycan poetikası üçün yad olan ərəb şeir vəzni olan əruz vəzninə arxasını çevirdi. Və əksər hallarda milli xalq vəzni olan heca vəznində, danışıq xalq dilində(eyni zamanda ədəbi hədlərə əməl etməklə) yazırdı ki, bu da onun poeziyasını bütün təbəqələrin poeziya həvəskarları üçün əlyetərli edirdi. Bu xüsusuyyətlər Vaqif poeziyasının həddindən artıq geniş əks-sədasını doğururdu və o, təkcə müsəlman ölkələrində deyil, eləcə də xristian ölkələrində də o cümlədən Gürcüstanda da ona maraq göstərən tapılırdı. Vaqif Gürcüstan ilə siyasi fəaliyyəti ilə, eləcə də poeziyası ilə əlaqədardır. Gürcüstan mövzusu Vaqifin poeziyasının xüsusu tərkib hissəsidir. Belə ki, Vaqifin bizim ölkə ilə əlaqəsini şərti olaraq belə adlandırmaq olar: Vaqifin poeziyasında Gürcüstan və Vaqif Gürcüstanda. Tarixi, eləcə də ədəbi mənbələr təstiqləyirlər ki, Vaqifi və onun poeziyasını bizdə artıq XVIII əsrin sonlarında tanıyırdılar. Gürcüstan Elmlər Akademiyası Əlyazmaları İnstitutu Fondunda mühafizə olunan bir sıra dəftərdə Vaqifin gürcü əlifbası ilə yazılmış bir neçə şeiri vardır. Vaqifin şeirlərinə şahzadə Teymurazın hazırda Rusiya Elmlər Akademiyası Sankt-Peterburq Şərq Əlyazmaları İnsitututunda qorunub saxlanılan dəftərində də rast gəlirik. Bizim şair Qriqol Orbelianinin Dağıstandan, Teymurxanşuradan (indiki Bunyaksdan) 1850-ci ildə Ğaplan Orbelianiyə yazdığl məktub heç də az maraqlı olmayan məlumat veririr:“...Sənin oğlunun fars dilini öyrənməsi məni sevindirdi. Kaş ki, keçən il onu bura gətirəydin: Qarabağlı Mirzə Hüseyn mənim yanımdadır. İran tarixini yazdırıram...Tezliklə Vaqifin burada elə bu Mirza Hüseyn tərəfindən nəşr olunan tam şeirlərini sizə bəxş edəcəyəm.(Q. Orbeliani, məktubları,II, səh.163).Vaqif şeirlərinin ilk naşiri Mirzə Yusif Nersesov Vaqif şeirinin vurğunu Mirzəcanın köməkliyi ilə 1828-ci ildə şairin ilk kitabını nəşr etdirmişdir. 1850-ci ildə isə onun 70 şeirinin daxil edildiyi və Qriqol Orbelianin xatırladığı “Vaqif və onun müasiləri” toplusu nəşr olunmuşdur. Sözsüz ki, Qriqol Orbelianiyə, Şərq poeziyası və aşıq-qaraçoxeli adlanan poeziya həvəskarı olaraq Vaqifin yaradıcılığını və şübhəsiz, onun aşiqanə lirikasını nə dərəcədə bəyənərək dəfələrlə aldlğı ləzzət də yaxşı məlum idi.Lakin Vaqif poeziyasının Gürcüstanda yayılmasının əsas səbəbini hər halda gürcü məişətinin tarixi perimetrlərində axtarmalıyıq. XVIII əsrin sonlarında Şərqin güclü siyasi-iqtisadi, istərsə də mədəni ekspansiyası o qədər güclü idi ki, gürcü məişəti də o qədər ona uyğunlaşmışdı ki, təkcə Qriqol Orbeliani deyil, eləcə də yaradıcılığında da Şərq məişətinə ideya-formal şəklində rədd cavabı verən Nikoloz Barataşvilinin özü də xanəndə Səttarın naləsini dinləməkdən çəkinmir. Növbəti əsrlərdə Vaqif poeziyasına qarşı özünün doğma vətəni Azərbaycanda olduğu kimi, onun hüdudlarından kənarlarda da maraq artmışdır. Şairin yaradıcılığı elmi cəhətdən tədqiq olundu, onun lirikası Covet İttifaqı xalqlarının dilinə tərcümə olundu, bu il isə məlum olduğu kimi, artıq Vaqifin şeirlər toplusu gürcü dilində gürcü oxucusunun ixtiyarına verildi. Gürcü-Azərbaycan ədəbi əlaqələrinin və elə Vaqifin poeziyasının daha yaxşı mənimsənilməsi üçün Gürcüstana və Tiflisə qarşı Vaqif poeziyasında əks olunan şairanə duyğu ifadəsinin heç də az olmayan əhəmiyyətə və marağa malikdir. Məlum olduğu kimi, Vaqif 1784-cü ildə diplomatik missiya ilə II İraklinin sarayında olub. Güman edilir ki, bir şair olaraq onun üçün müvafiq görüş təşkil ediblər. İraklinin sarayının ədəbi mənafelərinin geniş sahəsi buna səbəb verir. Azərbaycan şair və dövlət xadimini Gürcüstanın təbiəti, Tiflis, çar İraklinin ailəsi, gürcü qızının saflığı heyran edir. Onlara bir neçə şeir həsr edib. Bu şeirlərdən biri belədir:”Kəsrəti- hüsn ki, xoş mərtəbədir insanə, bəxş edibdir onu həqq dilbəri-Gürcüstanə” ki, burada da gürcü qızına təriflər qoşulub. Vəcdə gələn şair bütün özünün poetik saxlancını qara zülflərinin, bahar laləsi kimi yanaqlarının, qəşəng yaqut dodaqlarının, qızılgül ətirli, qüsursuz kirpik və qaşlarının qeyd-şərtsiz yaraşıq verdiyi gürcü qızının gözəlliyini vəsf etmək üçün əsirgəmir. Sözügedən bu şeiri Vaqif özünün böyük dostu və xəttat Vidadiyə göndərir. Qeyd etmək lazımdır ki, bu sözü gedən şeir “Идеал красавицы» başlığı ilə rus dilinə tərcümə olunmuş və M.F. Axundov 1855-ci ildə Zaqafqaziyanın “Zurna” almanaxında dərc etdirmişdir. Gürcü qızının gözəlliyi Azərbaycan şairinin bir daha incə qələminə tuş oldu. Bu sözügedən şeirin tərcüməsi K. Çiçinadzeyə məxsusdur. Şeirin dili həddindən artıq rəvandır, axıcıdır. Gərgin dinamiklik ilə xarakterizə olunur. Müxəmməs formasında yazılıb. Klassik formanın vacibliyi şairi şeirə daha artıq ağırlıq da, təmkinlik də, zəriflik də verməyə məcbur edib. Azərbaycan şairi kilsədən çıxan gürcü qızının əsiri olur: Naz ilə ta ol buti-ziba kəlisadan çıxar.Sərkəşü xəndanü bipərva kəlisadan çıxar,Şahdır guya, geyib diba, kəlisadan çıxar,Açıban tələt günəş asa, kəlisadan çıxar,Şölə salmış aləmə kim, ta kəlisadan çıxar.Gözəl qız şairi elə valeh edir ki, o, deyilənlərə görə gürcü qızına məhəbbətinə görə xristianlığı qəbul edən Şeyx Sənan kimi öz dinindən və məzhəbindan imtina etməyə hazırdır.Tiflis gözəllərinin işvə-nazı, qüruru və mələk kimi obrazları şeirdə anoloji olaraq həddən artıq şirin və yandırıcı Şərq çalarları ilə əhatə olunmuşdur. –“Vəh, bu bağın nə əcəb sərv-dilaraları var”.Eyni zamanda şeirdə Tiflis hamamlarının şəfqəti və möhtəşəmliyi təsvir olunur. Tiflisin kükürdlü hamamlarını, mərmər üz çəkilmiş, şırıldayan qaynar fəvvarələrini cənnətlə müqayisə edir. Elə bu şeirdə o çar İraklinin ailəsinə xeyirxahlıqlar arzulayır, Tanrıdan onu hər bir xatadan –bəladan xilas olunmasını diləyir. Vaqifin qələminə Azərbaycan, eləcə də gürcü tədqiqatçıları arasında şahzadə Leona həsr olunan əsərlər olaraq daha bir gözəl şeir məxsusdur. Lakin bu son illərdə belə bir fikir ifadə olundu ki, şeirin ünvanı Leon deyil, Yulondur. Belə bir qənaətə tədqiqatçı A.Dadaşzadə gəlir. Şeirin Leona həsr olunmamasını lap əvvəllər S. Mümtaz qeyd etmişdi. Lakin onun Yulona ünvanlandığını S. Mümtaz da hesab etməyib. Məsələ burasındadır ki, Vaqif Gürcüstana 1784-cü ildə gəlir ki, bu zamanlar da artıq Leon sağ deyildi. İkincisi də ərəb yazısı ilə “Leon” və “Yulon” sözləri bir-birinə bənzəyir. Kifayət qədər əsaslı məlumatdır. Onu da nəzərə almaq lazımdır ki, şeirdə personaj şir ürəkli, qəhrəman kimi təsvir olunur:Valinin çeşmi-çırağı, vəh nə türfə can imiş,Külli-Gürcüstan üstə sayeyi-sübhan imiş.Düşməni pamal edən sərdari-valaşan imiş,Aləmin sərdəftəri, Yulon xan imiş,Saxlasın Allah pənahında, əcəb oğlan imiş... və sair.II İraklinin övladları arasında folklorun da qoruyub saxladığı şahzadə Leon da məhz elə bu cür tanınmışdı. Şəksiz, bu məqam da “Yulonun” “Leon” kimi anlanılmasına və xronoloji, istərsə də yazılı uyğunsuzluğa imkan yaratmışdır. Sözügdən şeirdə İraklinin ailəsi tərif edilir: “Valinin ocağı böylə gün kimi taban imiş”.Burada şair-diplomatın gürcü çarına, gürcü xalqına qarşı münasibəti, onun Gürcüstana və Tiflisə bəslədiyi rəğbət hissi aydınca görünür. Şairin Şərq poeziyasının ənənəvi sözlərindən bol-bol istifadə etməklə və rəngarəngliklə bizim ölkəni tərifləndiyi şeirlər də Vaqif lirikasının üzvi bir hissəsidir və Azərbaycan-gürcü əlaqələrinin ən yaxşı nümunəsidir, Vaqifin özü isə özünün yüksək poetik istedadı ilə, lətif sözləri ilə, sərif duyğular ilə və dolğun, təcəssüm etdirici vasitələr ilə bu gün də sevimli şair olaraq qalmaqdadır. “Literaturuli Sakartvelo” qəzeti, 22 noyabr, 1968-ci il. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.