Bu, necə tərcümə, bu, nə əş'ardır? Böylə tərcüməyə hacətmi vardır?.. Bədii Tərcümə, Rusiya 21 Şubat və yaxud M.Y.Lermontovun 189 yaşlı "Dilənçi"sinin yeni - dördüncü tərcüməsi...Görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun (1814 - 1841) "Нищий" (Dilənçi) adlı maraqlı bir şeiri vardır.1830-cu ildə - şair 16 yaşında olanda yazdığı şeirlərindən biridir.Şeirin yazılması haqqında müxtəlif rəvayətlər, açıqlamalar, incələmələr olsa da, onlardan danışmaq fikrimiz yoxdur.Məqsədimiz diqqəti tərcümə məsələlərinə yönəltməkdir. Müzakirə açmaq fikrimiz də yoxdur. Yox, əgər buna ehtiyac olsa, fikirlərinizi eşitməyə hazırıq.Fikir mübadiəsi aparmaq sizlərin mənəvi haqqınızdır. "Dilənçi" şeiri cəmi 3 bənddir, abab kimi qafiyələnib,rus şeir texnikasının ənənələrinə uyğun şəkildə işlənilib.Mövzu kilsənin qabağında dilənçilik edən bir bədbəxtin həyatının bir neçə dəqiiqəsini işıqlandırır.Dilənçi adamın ürəyini ağrıdan bir görkəmdə,bir haldadır.Onun istəyi bir tikə, bir loxma çörəkdir. Əli dilənməkdən uzalı qalıb. O, insan bildiyi adamlara əl açır.Lakin bu bir tikə çörəyi də bu müqəddəs yerdə-kilsənin qapısı önündə ona çox görürlər. Onun - bu kor baxışlı dilənçinin qabına nadir hallarda qəpik-quruş atırlar.Kor dilənci kar deyil. O, qəpiyin səsini tanıyır.Bir dəfə bir nadan onun qabına istehza ilə pul əvəzinə bir qara daş parçası atır.Bu məqam 16 yaşlı gələcək şairin diqqətini cəlb edir. 16 yaşında məhəbbət oxu daşa dəyən Mişa bu təhqiramiz hadısəyə dözə bilmir.O, rus dilinin rus poeziyası üçün geniş imkanlar açan dilində öz düşüncələrini qələmə alır.НищийУ врат обители святойСтоял просящий подаяньяБедняк иссохший, чуть живойОт глада, жажды и страданья.Куска лишь хлеба он просил,И взор являл живую муку,И кто-то камень положилВ его протянутую руку.Так я молил твоей любвиС слезами горькими, с тоскою;Так чувства лучшие моиОбмануты навек тобою!(1830)Bu şeir dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilib və kitablara düşüb.Bir sıra tərcümələri ilə ədəbiyyat tariximizdə özünə yer tutan şair-tərcüməçi Eyvaz Borçalı Mixail Yuryeviç Lermontovun "Dilənçi"sini oxuculara belə çatdırıb:Müqəddəs bir kilsə önündə biriSədəqə umurdu gəlib-gedəndən.Bir sümük qalmışdı, yazıq, bir dəri,Aclığın, əzabın, dərdin içində.Onun diləndiyi - bir tikə çörək,Yalvaran gözləri bir məşəqqətdi.Kim isə ötəndə rişxənd edərək,Uzalı əlinə daş qoydu getdi.Beləcə yalvarıb sevdim dəruni,Acı göz yaşların yandı həsrətdən.Könlümün ən acı istəklərini,Beləcə aldatdın əbədilik sən....(Bax: Dünya ədəbiyyatı kitabxanası, 33-cü cild // Bakı, “Yazıçı”, 1989;M.Y.Lermontov. Seçilmiş əsərləri.Öndər nəşriyyatı. Bakı, 2005 .cəh.19. Tərcüməçi: Eyvaz Borçalı)Mənə elə gəlir ki, tərcümə alınmayıb. 16 yaşlı gəncin hiss və həyəcanları oxucunu təsirləndirmir.Azərbaycan dilində tərcümə, hər nəsnədən əvvəl, dilin axıcılığı və incəliyi ilə diqqəti cəlb etməlidir.Əlbəttə, bu fikir doğrudur ki, hər bir tərcümə orijinalla müqayisədə nöqsanlı görünür. Lakin nöqsanın faizinin az olması naminə bəzi klassik tərcümələrdə olduğu kimi, tərcüməçi yaradıcılıq nümunəsi də göstərməli, Azərbaycan dilinin gözəlliyini oxucuya hiss etdirməlidir.Həmin bu şeiri daha sonralar isə İsaxan İsaxanlı belə tərcümə etmişdir:Dayanıb kilsənin çıxacağındaSədəqə toplayır qoca dilənçi.Taqəti qalmayıb xəstə canındaİndicə yıxılıb öləcək sanki.Heykəl tək dayanıb səhərdən bəri,Dəyməyib bir içim su da dilinə.Yanından ötəndə zalımın biriQara daş parçası qoydu əlinə.Yadındamı bir vaxt durub qarşında,Diz çökdüm, yalvardım dilənçi kimi.Anlaya bilmədin, nə üçün onda,Ömürlük məhv etdin sən hisslərimi.(Bax: “Bizim lider” qəzeti, 18 iyul 2009-cu il. № 09)2014-cü ildə həmin şeiri Nəsir Əhmədli isə belə tərcümə edib:Monastr yanında durmuşdu tindəYeməksiz, içməksiz quru bir bədən.Bu müqəddəs yerdə, əzab içindəSədəqə umurdu gəlib-gedəndən.Bir parça çörəkçün gözündə kədərYazıq əl açırdı ona, gah buna.Bir də gördüm, yoldan keçən bir nəfərYastı bir daş qoydu onun ovcuna.Səndən sevgi umdum beləcə mən də,Ağladım, yalvardım, “açdım ovcumu”.“Daşla” əvəzlədin “çörəyi” sən də,Ömürlük məhv etdin ən saf duyğumu. (Bax: "26 yaşlı şairdən 26 şeir" (M.Lermontovun 200 illik yubileyi münasibətilə, Nəsir Əhmədlinin tərcüməsində, "Mütərcim", 2014, səh.18-19). Eyvaz Borçalı kimi qabil bir tərcüməçidən və tanınmış alimlər İsaxan İsaxanlıdan və Nəsir Əhmədlidən sonra bu şeiri tərcümə etmək çətin və naqolay görünsə də, mənfəətdən xali olmadığı üçün mən də "Dilənçi"ni dilləndirdim:Bir kilsənin önündəDilənirdi dilənçi.Ölü kimi diriydi,Dəhşətliydi çöhrəsi.İstəyi loxma çörək...Çoxdan dəymr dilinə.Kimsə ona gülərək ,Daş uzatdı əlinə.Eh...Sənə rəğbətimiMən göstərə bilmədim.Mən sənə diqqətimiHeç yönəldə bilmədim...Nazim NƏSRƏDDİNOVBakı. 20.02.2019.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.