Yeni kitab – mədəniyyət və humanitar elm problemlərinə yeni baxış

Yeni kitab – mədəniyyət və  humanitar elm problemlərinə yeni baxış TƏBRİK EDİRİK!..

Bu günlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru Rahid Uluselin “Elm və Təhsil” nəşriyyatında “İlğımdan Absurda, yoxsa Gerçəkdən Həqiqətə?!” adlı yeni irihəcmli kitabı çap edilib.

İdeya konseptuallığı, mədəniyyətin və humanitar elmlərin problemlərinə yeni yanaşma cəhdi ilə seçilən kitaba müəllifin dünya, ümumtürk və Azərbaycan mədəniyyətinə dair araşdırmaları, 2020-ci il Vətən Müharibəsi dövründə qələmə aldığı məqalələri, müxtəlif mövzulu polemik fəlsəfi esseləri, klassik aforizm yaradıcıları xüsusunda yazıları, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdəki (Seul, Harvard, Stokholm, Afina, Roma) çıxışları daxil edilmişdir.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma elm.info.az-a bildirib ki, kitabda Türk sivilizasiyasının təkamülü, müasir türk dövlətləri arasında siyasi-mədəni birliyin yaranması, İslam sivilizasiyasının yüksəliş və tənəzzül səbəbləri, sivilizasiyalararası dialoqa qlobal təhdidlərin ideoloji kökləri, Qərbin və Rusiyanın Qafqaz siyasətinə münasibətdə Azərbaycanın özünütəsdiq siyasəti, Qarabağ müharibəsindəki qələbəmizin tarixi və siyasi əhəmiyyəti, milli mədəniyyətimizin suveren dövlətçilik təfəkkürü ilə özünü dərk etməsi kimi aktual məsələlər araşdırılır.

Müəllif “Avesta”, “Tövrat”, “Quran”, “Bhaqavad Gita”, “Tao Te Çinq” kimi əski mətnləri, Platon, Aristotel, İohann Volfqanq Gete və Fridrix Nitsşenin klassik irsini, Fransua de Laroşfuko, Blez Paskal, Ralf Uoldo Emerson və Rabindranat Taqorun aforizmlərini, Oqyüst Rodenin monumental abidələrini dəyərləndirir. O, İmadəddin Nəsimi və Kuzanlı Nikolas, Məhəmməd Füzuli və Mikelancelo, Hüseyn Cavid və Cibran Xəlil Cibran kimi Şərq və Qərb klassiklərini müqayisəli təhlil edir, həmçinin, çağdaş Azərbaycan alimləri və filosoflarının, yazıçı və şairlərinin yaradıcılığını məhz dünya intellektual və ədəbi-bədii fikri kontekstində nəzərdən keçirir. Harmoniya fəlsəfəsi – bu araşdırmaların əsas metodoloji özəyi kimi çıxış edir.

Biz də tanınmış alim-filosof, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru Rahid Uluseli “İlğımdan Absurda, yoxsa Gerçəkdən Həqiqətə?!” adlı yeni irihəcmli kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeniyeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı

“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı"

Yeni nəşrlər, Humanitar elmlər
ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

Yeni nəşrlər, Milli Məclis, Humanitar elmlər
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyası çap ...

Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

Yeni nəşrlər, Humanitar elmlər
Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Qəzənfər Paşayevin “Xilaskarlar”ı Tehranda işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib

Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib

Humanitar elmlər, Asiya
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq ...

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçir ...

"Zirvə"
Ədəbiyyat İnstitutunun əməkdaşı Polşanın Kochanovski ad. Universitetinin el ...

Ədəbiyyat İnstitutunun əməkdaşı Polşanın Kochanovski ad. Universitetinin el ...

Humanitar elmlər
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Rəy yazın: