MÜRSƏL XIDIROV: "ANA DİLİMİZ - VARLIĞIMIZDIR!.."

  MÜRSƏL XIDIROV:  "ANA DİLİMİZ - VARLIĞIMIZDIR!.."
Akademik Mədəd Çobanovun
əziz xatirəsinə həsr olunmuş
II İnşa müsabiqəsinə


Uşaq dünyaya gəldikdə ilk növbədə valideynlərini görür və ən çox vaxtını anası ilə keçirir. Uşaq və ana arasında gözəl bir əlaqə yaranır. Körpə daim müşahidə edir. Zamanla o, sadəcə olaraq müşahidə edir. Bir müddət sonra nitqdə də özünü göstərir. Beləliklə, ana dilini başa düşə bilir.
Anamızın bizə oxuduğu həzin laylası, ana dilimizdir. Mənim ana dilim Azərbaycan dilidir, poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Məim ana dilim dosta məhəbbət, düşmənı nifrət dilidir.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyaya ən şirin dillərdən biri kimki tanıtmış, şöhrətləndirmişdir.
Ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran dildir.

Ana dili bizim varlığımız, vüqarımız, fəxr dünyamızdır.
Doğma dilim, sən ki varsan dünyada!
“Mən də varam!” - söyləməyə haqlıyam!
Anam! Ana dilim! Ana vətənim!
Mən bütün qəlbimlə sənə bağlıyam.


Dilin zənginliyi həm də onu işlədənlərdən, onların nitq bacarığından aslıdır. Biz çalışmalıyıq ki, dilimizin saflığını və gözəlliyini qoruyaq. Dilimizi inkişaf etdirib yaşatmaq, özümüzü yaşatmaqdır, tariximizi, bu günümüzü və sabahımızı yaşatmaqdır.
Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.
Dil hər millətin sərhədlərini müəyyən edir. Dil sayəsində düşünürük elm öyrənirik. Dil insanlar arasında yaxınlıq, millətin birliyini, həmrəyliyini təmin edir və gücləndirir. Dilsiz millətin yaşaması, inkişaf etməsi mümkün deyil. Bir millət hər şeyini itirə bilər, çünkü bir gün onu qaytara bilər. Amma dilini itirən bir xalq, öz kimliyini də itirib yox olar.
“Dil düşüncənin güzgüsüdür”, - deyib atalarımız. Dillə həm sənət, həm fəlsəfə yaradarıq. Nə elm, nə ədəbiyyat lal ola bilməz. Bunlar bir millətin coşub-çağlayan bulaqlarıdır.
Elmə, ədəbiyyata ana dili vasitısilə yüksəlmək mümkündür. Xalqların xarakterləri belə onların dillərində əks olunur.
Azərbaycan dili müxtəlif dövürlərdə öz gözəlliyini və şirinliyini qoruyaraq dünya dillərinə meydan oxumuşdur.
Milli kimliyimiz olan Azərbaycan dili nənə və babalarımızın bayatıları, nağıllaı, dastanları, Dədə Qorqudun dediyindən dönməyən, şərbət kimi durulmuş, yad təsirlərdən qorunmuş və kamil bir dilə çevrilmişdir.

İnsanlar cəmiyyətlə bağlı olan əlaqə quran varlıqdır.
Onların ehtiyaclarından biri də özünü ifadə eməkdir.
Bunun ən yaxşı yolu da, ana dilindən ən yaxşı şəkildə ifadə etməkdir.
Bir çox dil belə bilə bilərsiniz və çox müsbət bir haldır atalarımız demiş: nə qədər çox dil biljrsən o qədər insansan, ancaq özümüzü ən rahat hiss etdiyimiz dil bizim ana dilimiz - Azərbaycam dilimizdir!
Dil xalqın ruhunun təzahürüdür; dil onun ruhu, ruh isə onun dilidir. Öz ana dilini bilməyənlər şikəst adamlardır! (H.Əliyev)
Öz dilim yaşarsa, millətim yaşar! (B.Vahabzadə)
Yaşasın ana dilimiz!


MÜRSƏL XIDIROV,
Dmanisi (Başkeçid) Bələdiyyəsinin
Yuxarı Oruzman ictimai məktəbinin
9-cu sinif şagirdi.


ZiM.Az


Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
XƏDİCƏ OSMANOVA:

XƏDİCƏ OSMANOVA: "ANA DİLİMİZ - VARLIĞIMIZDIR!.."

Fond, Məktəblər, Müsabiqə, Qarayazı
GÜLSƏFA LAYİŞOVA:

GÜLSƏFA LAYİŞOVA: "ANA DİLİMİZ - VARLİĞİMİZDİR!.."

Fond, Məktəblər, Müsabiqə, Borçalı
GÜLCAN MİKAYILOVA:

GÜLCAN MİKAYILOVA: "ANA DİLİMIZ - VARLIĞIMIZDIR!"

Fond, Məktəblər, Müsabiqə, Bolus
NURAY ADGÖZƏLOVA:

NURAY ADGÖZƏLOVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA AZƏRBAYCAN DİLİNİN YERİ"

Fond, Məktəblər, Müsabiqə, Borçalı
GÜLLÜ AŞİROVA:

GÜLLÜ AŞİROVA: "TÜRK ƏDƏBİ DİLLƏRİ ARASINDA AZƏRBAYCAN DİLİNİN YERİ"

Fond, Məktəblər, Müsabiqə, Bolus
EMİL ƏLIYEV:

EMİL ƏLIYEV: "Ana dilimiz – varlığımızdır!.."

Fond, Məktəblər, Müsabiqə, Tiflis
LƏMAN İBRAHIMOVA:

LƏMAN İBRAHIMOVA: "Ana dilimiz - varlığımızdır!.."

Fond, Məktəblər, Müsabiqə, Bolus
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
Ana dili günümüz mübarək olsun!

Ana dili günümüz mübarək olsun!

Regionlar, Məktəblər
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir”

AzTU, Köşə yazılar
Heydər Əliyev Azərbaycan dili haqqında

Heydər Əliyev Azərbaycan dili haqqında

Prezident
“Ana dilimiz sərvətimizdir”

“Ana dilimiz sərvətimizdir”

Mədəniyyət
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Humanitar elmlər
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

MEDİA, Tiflis, Köşə yazılar
AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

AMEA Rəyasət Heyətinin geniş iclasında akademik Tofiq Hacıyevin çıxışı

"Zirvə"
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
Rəy yazın: