Laçında alternativ enerjinin iqtisadi səmərəliliyi mövzusunda təlimlər keçirilmişdir

Laçında alternativ enerjinin iqtisadi səmərəliliyi mövzusunda təlimlər keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Sərəncamından irəli gələn, həmçinin ölkə rəhbəri tərəfindən bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi barədə qeyd etdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə “Bərəkət” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurda ev təsərrüfatlarında alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı layihədə maarifləndirmə işlərini davam etdirir.

Laçında alternativ enerjinin iqtisadi səmərəliliyi mövzusunda təlimlər keçirilmişdir

Layihənin icrasında əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası yəni Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları kontekstində konkret desək Laçın və Şuşa rayonlarında yaşayış məntəqələrində yaşayış evlərinin və ictimati-inzibati binaların üstündə damüstü günəş panellərinin quraşdırılmasının iqtisadi səmərliliyinin hesablanması üzrə arayış və maarifləndirmə tədbirlər çərçivəsində təbliğat aparmaqdır.
Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə maarifləndirmə tədbirləri çərçivəsində 24 və 25 iyun tarixlərində Laçın şəhərində və Laçın rayonu Zabux kəndində “Ev təsərrüfatlarının alternativ enerjinin iqtisadi səmərəliliyi” adlı təlimlər keçirilmişdir. Təlimlərə müvafiq ərazilərdə yaşayan əhali cəlb edilmişdir.

Laçında alternativ enerjinin iqtisadi səmərəliliyi mövzusunda təlimlər keçirilmişdir

Keçirilən təlimlərdə Birliyin sədri-layihə rəhbəri iqtisad elmləri doktoru professor Niyazi Həsənov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin İdarəedilməsi Şöbəsinin müdiri Cəbrayıl Əliyev, eləcə də, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı Xüsusi Nümayəndəliyindən və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən nümayəndələr iştirak etmişdir.

Təlim iştirakçıları alternativ enerji mənbələrinin ev təsərrüfatlarında tətbiqinin həm ekoloji, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. İki gün ərzində keçirilən sessiyalar və müzakirələr nəticəsində iştirakçılar bu sahədə bilik və bacarıqlarını artırıb, yaşıl enerji texnologiyalarının geniş tətbiqinə dair praktiki tövsiyələrlə tanış olublar.

Ümumlikdə 40-dan çox insanın cəlb edildiyi təlimlərdə əhalinin maarifləndirilməsi işləri “Helind" MMC-nin direktoru Orxan Quluzadə tərəfindən həyata keçirilmişdir.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor NİYAZİ HƏSƏNOV:

Professor NİYAZİ HƏSƏNOV: "Dünyanın yaşıl olması planetimizin bütün sakin ...

İqtisadiyyat, Köşə yazılar
AZƏRBAYCANIN ZƏFƏR BAYRAMI  BÖYÜK FƏRƏH VƏ COŞQU İLƏ QEYD OLUNUR

AZƏRBAYCANIN ZƏFƏR BAYRAMI BÖYÜK FƏRƏH VƏ COŞQU İLƏ QEYD OLUNUR

Biologiya və tibb elmləri, Elmi Məqalələr
İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

Regionlar, Köşə yazılar
AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Mingəçevir Dövlət Universiteti arasında memorandum imzalanıb

AzTU
AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU
Yeniyetmələr məcburi əməyə cəlb olunmaya qarşı mübarizə sahəsində maariflən ...

Yeniyetmələr məcburi əməyə cəlb olunmaya qarşı mübarizə sahəsində maariflən ...

Regionlar, QHT
“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi yeni bir layihəyə start v ...

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi yeni bir layihəyə start v ...

QHT
“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

“İDEOLOJİ, SOSİAL VƏ ELMİ MAARİFLƏNDİRMƏ” PROQRAMI ÜZRƏ NÖVBƏTİ MÜHAZİRƏ

Digər bölmələr
QHT

QHT "İkinci nəfəs" layihəsini icra edir

QHT
“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başl ...

“Mənim gəncliyim, mənim gələcəyim” layihəsi çərçivəsində ilk təlimlərə başl ...

Regionlar, QHT
İtaliyalı alimlərlə birgə peşə təhsili üzrə təcrübənin öyrənilməsinə dair m ...

İtaliyalı alimlərlə birgə peşə təhsili üzrə təcrübənin öyrənilməsinə dair m ...

Milli Məclis, AzTU, "Zirvə", Dünya, Avropa
“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi

“Gənclər elmi və bədii ədəbiyyat işığında” layihəsi

Məktəblər, QHT
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə”

AzTU, QHT, GVİİM
Cəbhəyanı rayonlarda yaşayan əhali üçün

Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda sem ...

Qarabağ, Sosial, Elanlar, QHT
YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi

YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi

Sosial, QHT
Samuxda gənc analar üçün təlim keçirilib

Samuxda gənc analar üçün təlim keçirilib

Regionlar
Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycançılıq ideyası və milli-mənəvi inkişaf mövzusunda yeni layihənin i ...

Azərbaycan
AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir

AzTU-nun maqistri Çində keçirilmiş seminarda iştirak etmişdir

AzTU
AzTU-da dünya əhəmiyyətli layihənin təqdimatı olub

AzTU-da dünya əhəmiyyətli layihənin təqdimatı olub

AzTU
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
Rəy yazın: