Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap olunub Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, AzTU, Avropa, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı 19 июня 2025 326 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan Yazarlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü MÜŞFİQ BORÇALInın (Müşviq Mədəd oğlu Çobanovun) Mərkəzi Avropada – Çex Respublikasının paytaxti Praqa şəhərindəki "PREMIER PUBLISHING" nəşriyyatdında çap olunan nüfuzlu - İnpakt faktorlu - "Copernicus" indeksli “European Journal of Humanities and Social Sciences” ("Avropa Humanitar və Sosial Elmlər” adlı elmi jurnalının 2025-ci ildə nəşr olunan 3-cü sayında (ISSN 2414-2344) - "MOLLA PANAH VAGIF CREATION IN THE CONTEXT OF THE TIFLIS LITERARY ENVIRONMENT" ("MOLLA PƏNAH VAQİF YARADICILIĞI TİFLİS ƏDƏBİ MÜHİTİ KONTEKSTİNDƏ") adlı daha bir elmi məqaləsi işiqüzü görüb.Məqalədə görkəmli Azərbaycan şairi M.P.Vaqifin yaradıcılığı Tiflis ədəbi mühiti kontekstində öyrənilir. Qeyd olunur ki, M.P.Vaqif yaradıcılığı ilə poeziya tariximizdə Füzuli mərhələsindən sonra yeni dövr başlayır. Bu dövrü səciyyələndirən ictimai-siyasi reallıqlar var idi. Lakin həmin dövrü təkcə bu faktorlarla məhdudlaşdırmaq çətindir. Bir şair kimi Molla Pənah Vaqifi ortaya çıxaran məhz bu amillər idi. Şair klassik şeirin əsas motivi olan sevgi lirikasına təzə bir məna, təzə bir rövnəq verir. Şair, nəinki Azərbaycan xalqının, eyni zamanda qonşu gürcü xalqının da məhəbbətini qazanmış və onların da sevə-sevə oxuduqları, hörmət etdikləri sevimli poeziya sə-nətkarı olmuşdur. Vaqif qonşu gürcü xalqı arasında yalnız bacarıqlı dövlət xadimi və alovlu vətənpərvər kimi deyil, eyni zamanda məharətli bədii söz ustası kimi də şöhrət tapmışdır. M.P.Vaqifin şeirləri gürcü ziyalıları tərəfindən gürcü əlifbası ilə yazılmış şəkildə (mətn Azərbaycan dilindədir) indi də saxlanılmaqdadır. Gürcü əlifbası ilə yazıya alınmış həmin şeirlərin müəyyən bir hissəsi indi Gürcüstan EA-nın akad. K.Kekelidze adına Əlyazmaları İnstitutunda saxlanılır. M.P.Vaqif Tiflisdə olduğu müddətdə Gürcüstanın qabaqcıl adamlarından, gözəl və qəhrəman gənclərindən, buradakı təbiət möcüzələrindən məftunluqla bəhs etmişdir.Mushfıg Chobanov. "MOLLA PANAH VAGIF CREATION IN THE CONTEXT OF THE TIFLIS LITERARY ENVIRONMENT" // European Journal of Humanities and Social Sciences. 2025. №3.https://ppublishing.org/archive/publication/1523-molla-panah-vagif-creation-in-the-context-of- Biz də dəyərli həmkarımız – tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Müşfiq Borçalını yeni nailiyyəti münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.