XATİRƏ NƏBİYEVA: “ANA DİLİMİZ - VARLIĞIMIZDIR!”

XATİRƏ NƏBİYEVA: “ANA DİLİMİZ - VARLIĞIMIZDIR!” Akademik Mədəd Çobanovun
əziz xatirəsinə həsr olunmuş
II İnşa müsabiqəsinə



Yaşadığımız qədim Borçalı mahalı keçmişı və bu günü ilə fəxr ediləcək bir diyardır.
Onun buna tam haqqı da var, çünki Borçalı torpağı tarixi şəxsiyyətlər, ictimai xadimlər, alimlər, həkimlər, hüquqşünaslar, idmançılar, aşıqlar və s. yetişdirmişdir.
Həyatın hər bir sahəsində Borçalı evladları öz sözlərini deyirlər.

Əsirlər boyu müxtəlif millətlər ilə dostluq içərisində yaşasalar da, öz dinlərini, dillərini, adət-ənələrini qoruyub saxlayırlar. Borçalılar dünyanın harasında yasamalarından asılı olmayaraq, doğma yurdları ilə fəxr etdikləri kimi, Borçalıda yaşayanlar da dünyanın harasında yaşamasından asılı olmayaraq öz həmyerliləri ilə qürur duyurlar.

Borçalılıların həmişə fəxr edərək qürur duyduqları şəxslərdən biri də tanınmış türkoloq, məşhur dilçi-alim, Türk dili Qurumunun üzvü, Beynəlxalq Turan Akademiyasının və Nyu-york Elmlər Akademiyyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovdur.


XATİRƏ NƏBİYEVA: “ANA DİLİMİZ - VARLIĞIMIZDIR!”Mədəd Namaz oğlu Çobanov - 1937-ci il aprelin 11-də Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açmişdır. O uşağlığında oxumağa, öyrənməyə çox həvəs göstərmiş, orta məktəbi doğma kəndi Darvazda bitirmiş, sonra A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. İnstitutu bitirdikdən sonra doğma kəndinə qayıdıb və pedaqoji fəaliyyətə başlamışdır. Bir ildən sonra isə hərbi xidmətə çağrılmışdır. Zabitlər məktəbini bitirmiş, hərbi xidmətini şərəflə başa vurmuş və doğma yurduna qayıtmışdır. Bir il Bolnisi rayon komsomol komitəsində çalışmış, öz bilik və bacarığı ilə fərqləndiyinə görə, rayon partiya komitəsi onu irəli vəzifəyə çəkmişdir. O, rayon partiya komitəsində çalışdığı illərdə də özünü doğrulmuş, onun əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Mədəd Çobanov elə həmin illərdə, əmək fəaliyyətindən ayrılmadan həm də Azərbaycan EA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır. 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat İnstitutunda “Bolnisi rayon şivələrinin leksikası” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiyə eetmişdir. Elə həmin ildən də vaxtı ilə ali təhsil aldığı A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstutunun Azərbaycan bölməsində müəllim işləməyə başlamışdır. 1980-ci ildə dosent seçilmiş, 1992-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq disseryasiyasını müdafiə etmiş, SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. O, 1993-cü ilə isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru seçilmişdir. 1994-cü ildə Borçalıda baş vermiş məlum hadisələrdən sonra Azərbaycana köçməyə məcbur olmuşdur. Elə həmin ildən ömrünün sonuna kimi elmi-pedaqoji fəaliyyətini Bakı şəhərində davam etdirmişdir.

Professor Mədəd Çobanov Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə aid elmi tədqiqatlar aparmış, bir-birinin ardınca, “Azərbaycan antoponimyasının əsasları”, “Azərbaycanşünaslığın əsasları”, “Borçalı şivələrinin leksikası”, “Azərbaycan onomatikası”, “Borçalı toponimləri”, “Mətinin linqvistik təhlili”, “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud-Qəhramanlıq dastanı”, “Ədəbi düşüncələr”, “Dilçilik məsələri” və s. adda 80-dən çox kitab, o cümlədən, 15 monoqrafiya, dərslik və dərs vasitələri nəşr etdirmişdir.

Görkəmli alim qələmini ədəbiyyat sahəsində də sınamışdır. O, bir dramın, iki pyesin, iki povestin, onlarla hekayənin müəllifidir. Alimin əsərləri türk, rus, gürcü, özbək, ingilis və s. dillərə tərcümə olunaraq çap olunmuşdur. Həmçinin professor Mədəd Çobanovun elmi fəaliyyəti bununla bitməmişdir. O, rus və gürcü dillərindən bir neçə əsəri də Azərbaycan dilinə tərcümə etmişdir.
Alimin əsərləri görkəmli alimlər və məhşur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, həm də Türkiyə Dil Qurumunun üzvü, Beynəlxalq Turan Akademiyasının və Nyu-york Elmlər Akademiyyasının akademiki-həqiqi üzvü seçilmiş, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş, Prezident təqayüdünə layiq görülmüşdür. 1997-ci, 2002-ci, 2007-ci, 2012-ci və 2017-ci illərdə 60, 65, 70, 75 və 80 illik yubleyləri Bakıda və Gürcüstanda - öz doğma yurdu Borçalıda da təntənəli sürətdə qeyd olumuşdur. Haqqında kitablar yazılmış, məqalələr cap olunmuş, filmlər çəkilmiş, radio və televizya verlişləri hazırlanmışdır.

Görkəmli alim həmişə öz elinə, obasına çox bağlı bir insan idi. Öz hisslərini və sevincini paylaşmaq üçün tez-tez vaxtı ilə təhsil aldığı və işlədiyi məktəbə gəlib, məktəbin müəllimləri və şagirdləri ilə görüşərdi. Hər dəfə də gələndə özü ilə gətirdiyi kitablarını, eləcə də, məktəbli ləvazimatları şagirdlərə hədiyyə edərdi. Yaxşı oxuyan şagirdləri xüsusilə qiymətləndirirdi, onlara adlı təqaüdlər və Fəxri fərmanlar təqdim edərdi...
Mən özüm də həmin görüşlərdə iştirak etmişəm. Yaxşı yadımdadır, səhərdən məktəbdə xoş bir təlaş var idi. Müəllimlər öz aralarında söhbət edirdilər ki, “kəndimizin görkəmli alimlərindən, tanınmış şəxsiyyətlərindən olan Mədəd Çobanov məktəbimizə gəlir”. Doğrusu mən ilk dəfə belə bir ad eşidirdim, buna baxmayaraq çox həyəcanlı idim. Nəhayət, tanınmış alim Mədəd Çobanov gəldi. Məktəbin müəllim və şagırdləri ilə görüşdü, öz təcrübələrini bizlərlə bölüşdü. Professor sözünü bitirdikdən sonra, uşaqlığın verdiyi hiss və həyəcan ilə qabağa çıxıb dedim: - “Böyüyəndə mən də sizin kimi alim olacağam”, - bunu dedikdən sonra utanıb tez ye¬rimə keçdim. Professor gözəl nəzərlə mənə baxıb dedi: - Çox şadam ki, vaxtı ilə təhsil aldığım və ilk dəfə pedoqoji fəaliyyətə başladığım məktəbdə bu gün də savadlı bir nəsil yetişir”.

Bu gözəl sözlərə görə çox sevinmişdim. Mən çox şadam ki, belə bir insanı şəxsən gördüm və tanıdım. Bu görüşdən 9 il keçməsinə baxmayaraq, o sözlər, ağlımdan çixmayıb, yəqin ki çıxmayacaq da...

Bəli, yuxarıda da qeyd etdiyim kimi, professor Mədəd Çobanov elmi fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, gənc nəslin yetişməsində, düzgün şəxsiyət kimi formalaşmasında və ali təhsil almasında böyük rol oynamışdır. O, elimizə və elmimizə böyük tòvhələr vermiş, bir sıra alimlər də yetişdirmişdir.
Bu gün Gürcüstanın Azərbaycan dilli məktəblərində Mədəd Çobanovun yetisdirdiyi Azərbaycan dili və ədəbiyyatı müəllimləri məktəblərdə, bu şəxsiyyətdən aldıqları bilik və bacarıqları gənclərə ötürürlər.
Onlar dilimizin və ədəbiyyatımızın keşiyində dayanıblar. Elə bizim məktəbdə də Azərbaycan dili və ədəbiyyatı fənnini məhz Mədəd müəllimin yetisdiridiyi Tahirə Əliyeva tədris edir.
Onu da qeyd edim ki, Mədəd Çobanov dilimizin keşiyində dayanan alimlər və müəllimlər yetişdirməklə yanaşı, öz ailəsində də dilçi alimlər yetişdirmişdir. Onun üç evladı alimdi və atalarının bu şərəfli yolunun ləyaqətli davamçılarıdırlar. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, kəndimizin ilk qadın alimi filologiya üzrə fəlsəfə doktoru, dosent Hüsniyyə Çobanova da məhz Mədəd Çobanovun qızı və layiqli davamçısıdır.

Bizim məktəbimizdə görməmli alimin adını, əziz xatirəsini yad etmək üçün divar qəzeti hazırlayıb, məktəbin divarından asmışıq ki, dünya şöhrətli alimi gənc nəsil də tanısın. Mənə elə gəlir ki, nəinki tək Darvazın, Borçalının, bütün Azərbaycanın gəncləri Mədəd müəllimi tanımalıdırlar.
Mən, ucqar dağ kəndində böyümüş, dünya, şöhrəti qazanmış alimin həm yerlisi olmaqdan qürur duyuram.
Artıq ikinci ildir ki, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş İnşa müsabiqəsində iştirak edirəm. Əminəm ki, bu il də, ötən ilki kimi, həm müsabiqə uğurla yekunlaşacaq, həm də, elə mən özüm də nailiyyət əldə edəcəyəm, müsabiqənin qaliblərindən olacağam.
Fürsətdən istifadə edib, inşa müsabiqəsini təşkil edən insanlara öz dərin təşəkkürlərimi bildirirəm.
Tanınmış şəxsiyyətlər haqda belə inşa müsabiqələrinin təşkil olunması və tanınmış şəxsiyyətləri gənclərə tanıtmaq çox vacibdir. Keçmişini unudanlar, gələcəyə uğurla addımlaya bilməz. UNUTMAYAQ Kİ, UNUDULMAYAQ!


XATİRƏ NƏBİYEVA,
Gürcüstan,
Bolnisi bələdiyyəsinin
Darvaz kənd ictimai məktəbinin
12-ci sinif şagirdi

Fənn müəllimi:

TAHİRƏ ƏLİYEVA (TARTARAŞVİLİ)

elm.info.az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ADI DİL ƏZBƏRİ - MƏDƏD ÇOBANOV

ADI DİL ƏZBƏRİ - MƏDƏD ÇOBANOV

Poeziya, Tiflis, Borçalı, Başkeçid, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
SADİQ ZAMAN:

SADİQ ZAMAN: "Elmə, Vətənə sevgi: Professor Mədəd Çobanovun ömür salnaməsi ...

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Fəxrəddin MEYDANLI: “Adın göydən gəlib - Mədəd!..”

Fəxrəddin MEYDANLI: “Adın göydən gəlib - Mədəd!..”

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI:

ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - M ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
Nurdan yaranmışdı – nur oldu, getdi...

Nurdan yaranmışdı – nur oldu, getdi...

"Zirvə", "XXI əsrin Ziyalıları", Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Səadət BUTA:

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MƏDƏD ÇOBANOV - ZİYALI  İTKİSİ (Esse)

MƏDƏD ÇOBANOV - ZİYALI İTKİSİ (Esse)

Humanitar elmlər, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Görkəmli türkoloq və tanınmış dilçi-alim MƏDƏD ÇOBANOV vəfat edib

Gürcüstan, Borçalı, Bolus, Darvaz, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

DARVAZ KƏND MƏKTƏBİNİN ŞAGİRDLƏRİNƏ DİPLOM VƏ TƏQAÜDLƏR TƏQDİM OLUNUB

Fond, Darvaz
XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ,  ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

XEYRİYYƏ FONDU BİR QRUP TANINMIŞ ALİMİ, ZİYALINI, HƏMÇİNİN TƏLƏBƏ VƏ ŞAGİR ...

Fond, TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Borçalı, Mədəd Çobanov
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YENİ FOND YARANIB

Fond, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Mədəd Çobanov, Müşfiq Borçalı
DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

DARVAZ İCTİMAİ MƏKTƏBİNDƏ PROFESSOR MƏDƏD ÇOBANOVLA GÖRÜŞ KEÇİRİLİB

Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

PROFESSOR MƏDƏD ÇOBANOVUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ SESSİYA KEÇİ ...

Darvaz, Elanlar, Mədəd Çobanov
Rəy yazın: