Yusif Rza: RÜBAİLƏR Müsabiqə, RÜBAİLƏR 1 Ağustos RÜBAİLƏR*Gəl, gəl, gəlişində, yar, diləyim var!Gəl, ömür bağçamda sənsiz nəyim var?!Yetiş aşiqinə, sənə hədiyyəEşqinlə döyünən saf ürəyim var!*Həsrətin sinəmdən daşar, gözəlim,Kədərin köksümdən aşar, gözəlim,Hicrin könlümüzdə yaxşı ki varmış,Aşiqin bu qəmlə yaşar,gözəlim!*Sən ömrə yazılan ömürsən,gözəl,Düşün ki,ömrümdən dönürsən,gözəl,Gəl,qəlbə şö'lə saç eşqin odundan,Niyə parlamamış sönürsən,gözəl?!*Hər şuxə meyl etmə, gəl,axar su tək,Çəmənlərdə bil ki, çoxdur tər çiçək.Loğman kimi axtar, öz tayını tap,Aşiq bir yar sevsin ömründə gərək.*Adın hər nəğmədə, hər dastanda var,Hər sevda bağında, gülüstanda var,Kaş mən sənin kimi olaydım,ey gül,Sənin təmiz adın bu cahanda var!*Zaman hey dolanar, gözləməz bizi,Sular da bulanar, gözləməz bizi,Ömür günəşimiz qüruba enər,Son şəfəqlə yanar, gözləməz bizi.*Könül,selıər kimi coş, dur,bu yolda,Cəsarətlə yaşa, xoş dur,bu yolda!Həqiqət yolçusu olduq əzəldən,Ölüm də bizlərə xoşdur,bu yolda!*Deyərlər,gülərlər bir gün də mənsiz,Çiçəklər açılar çəməndə mənsiz.Qızılgül nərgizə bənzəməz heç vaxt,Mənə əvəz olmaz aləmdə mənsiz! Yusif RZAYEV, şair-tədqiqatçı, Oğuz şəhəri.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.