ELZANAMƏ, yaxud Elza Gülməmmədovanın Oğuz deyimləri

ELZANAMƏ,  yaxud Elza Gülməmmədovanın Oğuz deyimləri Müdriklik də ilahi vergidir. Olanlar olacaqlar üçün ibrət dərsidir. Keçmişindən bəhrələnməyənin gələcəyi olmur. Bu yığcam fikirlərin arxasında həyat təcrübəsi durur. İri romanlar, uzun-uzadı povestlər yazıb həyat haqqında, təbiət haqqında fikirlərini çatdıran yazıçılar, ruh oynadan misraları bir-birinə calayıb gözəl poeziya nümunələri ərsəyə gətirən şairlər sözün gücü ilə keçmişdən gələcəyə mənəvi körpü atırlar. Yazılanları cümlə-cümlə, misra-misra gözlərinə təpən oxucular görüb-götürdüklərindən şəxsi həyatında faydalanmağa çalışır, pisdən qaçmağa, yaxşıdan bəhrələnməyə can atırlar. Hər zamanın bir hökmü var. Uzaq keçmişdə adamların çoxu savadsız idilər deyə, yazılanları oxuya bilmirdilər, indi isə elinin, texnikanın inkişafı informasiya yükünü o qədər ağır eləyib ki, çoxlarının iri həcmli əsərləri oxumağa hövsələsi çatmır. İnsanlar az, yığcam, lakonik informasiyalara can atır, həyatı və fəaliyyəti üçün gərəkli olan fikri həcmcə kiçik deyimlərdən almağa çalışırlar.

Mən yetmişinci illərdə Asif Ata (Əfəndiyev) müdrikliyinin sirrini onun fəlsəfi deyimlərində görürdüm. Bir kəlmə adamın fikrini aparıb haralara çıxarmırdı ki?! O fəlsəfi fikirlərin kökündə dayanan resursların biri fəlsəfə elmi idisə, digəri Azərbaycan folklorunun lakonik janrı olan atalar sözləri idi. Bu iki qaynaq Asif Ataya MÜDRİKLİK SƏLAHİYYƏTİ verirdi.


Bu yaxınlarda bir neçə şairin, yazıçının atalar sözlərinə, müdrik deyimlərə bənzər yaradıcılıq nümunələri mətbuata ayaq açdı ki, bunun da qanını, canını lakonik fikirlər, nəticələri ifadə edən söyləmələr təşkil edir. Məsələn, Rəşad Məcidin QƏLƏMSİZ YAZILANLARI onun bütün ədəbi fəaliyyətinin fövqünə qalxdı. Yaxud Sabir Zəkullaoğlunun özünə janr kimi seçdiyi deyimlər maraqlı bir nəticə verdi: Yazılı ədəbiyyatla folkloru birləşdirən yığcam fikirlər yarandı ki, bunları da oxucudan çox vaxt tələb etmədən böyük düşüncələrə rəvac verən bədii nəsnələr saymaq olar! Belə ənənə Avropa ədəbiyyatında da mövcuddur. Fransız yazılı ədəbiyyatından alınmış müdrik fikirlərin bir qismini Cəlil Qurbanov ayrıca kitab şəklində çap etdirmişdir.

İmzasını mətbuatdan tanıdığım Elza Gülməmmədovanın çoxsaylı deyimləri bir neçə kitaba sığmır. Rastlaşdığı gündəlik həyat hadisələri üzərində quraşdırdığı, qoşub-düzdüyü MÜDRİK NƏTİCƏLƏR hər kəs üçün maraqlı görünür.

Elza Rəşad (Elza Osman qızı Gülməmmədova) Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Doğulduğu kənddə yaşamağına baxmayaraq, səsinin-sorağının mətbu orqanlardan gəlməsi, bir qələm adamı kimi gündəmdə özünə layiqli yer tutması diqqətimi çəkdi. Çünki bölgədə ədəbi ruhu saxlamaq olduqca çətindir. Düzdür, internet məkanı, sosial şəbəkələr kimin harada yaşamasından asılı olmayaraq, yazdıqlarını diqqətli oxuculara çatdırır. Lakin bölgə bölgədir, ədəbi qaynarlıqdan uzaq bir məkandır. Elə bölgə var ki, aylarla bircə dənə ədəbi tədbir keçirilmir. Bu halı bölgədə yaşayan yaradıcı bir şəxs kimi özüm də yaşayıram. Tez-tez də Bakıya ayaq döymək olmur. Yaradıcı şəxsin qadın olduğunu nəzərə alsaq, onun ev-ailə qayğıları ilə yükləndiyini də bunun üstünə gəlsək, ədəbi mühitdə dözüb dayanmasını qəhrəmanlıq saymaq olar.
Elza xanım həm də bölgənin tanınmış mədəniyyət işçisidir, internet saytları ilə əlaqə saxlayır, “Şərqin səsi” qəzetinin Oğuz bölgəsi üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərir. Bölgədə bütün qələm adamları ilə ədəbi əlaqələrini qoruyub saxlamağa çalışan Elza xanım “Qəbələnin səsi” Şairlər Birliyinin fəal üzvüdür. Elza xanımın ədəbi yaradıcılığını, qələmə aldığı aforizmləri dəyərlərindən sənət adamları onun ibrətamiz hikmətlərini “mirvari axtarmaq” kimi dəyərləndirirlər. Yazdıqlarını “Elzanamə” (üç kitabda) və “Aforizmlər” adıyla işığa çıxaran Elza xanım folklordan qaynaqlanan yazılı ədəbiyyatın gözəl nümunələrini yaratmışdır. Onun günümüzlə səsləşən bu müdrik deyimləri “Oğuznamə”ləri xatırladır. Həmkarları Elza Rəşidin (Gülməmmədovanın) kitablarında toplanmış deyimləri sözün müdrikliyinə açılan qapı sayırlar. Deyimlərin toxunduğu mövzu çaları isə genişdir. “Buta” ədəbi-bədii, elmi-publisistik məcmuəsi (2021, № 3, s.96) aforizmlərin əhatə etdiyi mövzuların heyrətamizliyinə diqqət çəkir və qeyd edir ki, müəllif “ayı, günəşi, həsrəti, hicranı, qəmi, tənhalığı, ana sevgisini, uşaq yuxusunu, döyüş itkisini, qürbəti, sadiqliyi, pərvanəni, küləyi, ildırımı, dağı, gülü, çiçəyi, qartalı, sirri, səbri, igidliyi, göy qurşağını, sevgini, ruhu, taleyi, baxtı, gözəlliyi, buludu, səmanı, Vətəni, kapanayi, meşəni, azadlığı, hürriyyəti, haramı, halalı, duyğunu, məhbəsi, təkliyi, məqamı, şöhrəti, yetimçiliyi və sairi bəzəmişdir”. Bu mövzularda ardıcıllığın gözlənilməməsinin səbəbi Elza xanımın həmin aforizmləri müxtəlif vaxtlarda qələmə alması ilə bağlıdır. Elza xanım bu gün də müdrik kəlamlarını öz Facebook səhifəsində gündəlik olaraq oxucuları üçün paylaşır.

Elza xanımın atalar sözləri ilə tən gələn, bir misqal belə fərqlənməyən deyimləri dərin düşüncə tələb etmədən oxucu tərəfindən qəbul edilir:

Çağlayan sel lilə qısılar.
Qəlbi tərk etməyən fərağın,sorağı təbibdən gələr.
Əli açıq olmayan varlı,dili ilə də səxavət göstərməz.
Saflıq yaylaqda bitən yarpız kimidir, rayihəsi azalmaz.
Hər pətəyi möhürlü olan şanda bal olmaz.
İnsanın arxasıyla şeytan gəzməsə,mələk olmağa nə var.
Tamahdan bina quran,insafı pilləkəndə yaddan çıxarar.
Kökü çürük olanın,qeyrəti sürüşkən olar.
Ömrün sonuna düşən gün,uzun olar.
Çəkisi olanla deyil, dəyəri olanla dost ol.
Elza xanımın müdrik deyimləri müxtəlif mövzulardadır, həm də bu mövzular actual, gündəm hadisələrinin nəticəsini əks etdirir. Mövzu seçimlərinə diqqət çəksək, maraqlı bir görüntü alınır. Məsələn:
Qarışqa həyatından alınanlar:
Qarışqanın boyu balaca olmağına baxma ,nizamla işə çıxmağına bax.
Qarışqanın həşarat olmağına baxma ,süşüncəsi olə qış tədarükü görməyinə bax.
Qarışqa yuvanı yarğanda qursa da ,obası torpağın üstə olar.
Yaxşı ata evladına qarışqa ilə arıdan ibrət götürməyi tövsiyyə edər.
Öz yaşamında qarışqa kimi fəal olmasan, özünə məskən qura bilməzsən.
Yaddaşa güvənən fikirlər:
Yaddaş sədaqətli it kimidir, sən uzaqlaşdıqca səni qovar, getdikdən sonra səni dayanacaqda gözləyər.
Şirin sözün arasına girən yaddaş , sözü zəqquma döndərər.
Yuxuya əl atan yaddaş , alovlu olar.
Yaddaşda qalan xəyanət , könülə bağlanıb baxar.
Od qarsan yaddaş , ağlı sarsıdar.
Yaddaşından keçən yaxşı adamı, gözündə sıx saxla.
Yaddaşın zəhləsi silahı atıb , vətəni satandan gedər.
Vətən sevgisi aşılayan deyimlər:
Öz vətənində qərib olan ölməz , kökdən qırılmış ağac kimi yıxılar.
Vətənsiz insan, limanına yan ala bilməyib, daşlara çırpılan gəmi kimidir.
Vətənsizlik sevgi ilə qüruru bir düyünə salıb itirmək kimidir.
Eşq və məhəbbət haqqında deyilənlər:
Yalan eşqi talan edər.
Sevgi yalana tabe olmaz.
Nakam sevgi kəfənə bükülüb basdırılsada, gözü yoldan yığılmaz.
Sadiqlik sönüb külə dönsə də, sönməməkdir.
Sevgiyə bükülən dərd, dərmanlı olar.
Sevginin qənimi nifrət , dostluğun qənimi xəyanətdir.
Həsrətli qolun boyuna dolanmağı, sönən ocağı yandırmaq kimidir.
Elza xanımın deyimləri içərisində mücərrəd fikirlər də mövcuddur. Belə deyimlərin məğzini tutmaq üçün bir qədər düşünmək lazım gəlir. hətta sətiraltı mənaları olan deyimlər də vardır:
Ağlayan gözdən qorxan, kədəri baxışında yandırar.
Haqq yoluna əli daşlı çıxan, qarğış içində alqışlanar.
Şövqlə bəzənib süslənən,hissdə aranar.
Sevgi köksdə köz, ürəkdə daşdır.
Könlü tox bir daş götürər, könlü ac közdə yanar.
Yarından küsən, dua edəndə əlini tərsinə çevirər.
Söz deməkdə baş olmaq, Allah kəlamından gələn sözdən cümlə qurmaqdır.
Əlbəttə, belə deyimlərin də bir mənası, yozumu vardır. Lakin Elza xanımın fikri nöqtəsinə vuran deyimləri daha çoxdur:
Keçəlin bəxti yüyürək olar, ağıllının sözü.
Yaşayış olmayan evin divarı qurum bağlayar.
Haqqa əmin olmasan, haqsızlığın dərdini çəkmə.
Yiyəsiz gözəli, abır-həyası qoruyar.
Qələm qaşın atdığı ox, gözü giryan edər.
Odda yanan sudan imdad istəyər.
Tez yanıb sönənin tüstüsü gözə görünməz.
Tənəkdə məğrurluq olsaydı qırılanda ağlayıb, içiləndə çılğınlaşdırmazdı.

Hər biri təhlil olunmağa layiq olan bu cür deyimlər daha çox oxucu kütləsi qazanır, səbəbi də odur ki, mənası böyük olsa da, mütaliəsi az vaxt götürür.
Fikrimin sonunda Elza xanıma nəyi məsləhət görərdim? Qələmə aldığı deyimləri mövzular üzrə qruplaşdırmaq vacibdir. Mövzular üzrə qruplaşmalar aparılmadığından oxşar fikirlər müxtəlif deyimlərdə özünə yer almışdır. Bundan başqa, deyimlər ələnərkən artıq görünən, mücərrəd fikirlərin üstünlük təşkil etdiyi bəzi nümunələrə yenidən baxmaq olar və bu vacibdir. Şübhəsiz, Elza Gülməmmədovanın atalar sözlərini xatırladan bu müdrik deyimləri ibrətamiz fikirlər üzərində qurulduğundan, həm də lakonikliyi ilə seçildiyindən oxucu sevgisini qazanacaqdır. Yazılı və şifahi ədəbiyyatı birləşdirən deyim (söyləmə) janrı günün tələbindən doğan bədii nümunələrdir. Qısaca deyim ki, bu janr oxucu hövsələsinə hesablanmışdır və bəzi hallarda böyük-böyük əsərlərin ifadə etdiyi fikirlərin yekunu kimi görünür.
ELZANAMƏ,  yaxud Elza Gülməmmədovanın Oğuz deyimləri Elza xanım roman, yaxud hekayə yazmamış, lakin bu nəsr əsərlərinin oxucuya aşılamaq istədiyi fikirləri qələmə almışdır.
Adama elə gəlir ki, hər bir deyim böyük bir əsərin bir cümlə ilə ifadəsidir.


Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru

ZiM.Az




OĞUZ DEYİMLƏRİ - 4


1. Məhəbbət gözəldir, gərək tacidarı olmağı bacarasan.
2. Eşq bir pirdir, əhd edib, ilqar bağlayanın ziyarəti ömür¬lükdür.
3. Haqq ilə Batilin savaşı ər savaşıdır. Gərək bağır dələsən ki, qalibiyyət qazanasan.
4. Yanan qeyrət donan heyrəti püskürdər.
5. Güzü tox adam axtaran, ədalətin yoxsul olduğu yerə ge¬dib çıxır.
6. Misradan çatınlan ocaq əsrar yerindən çiçəkləyib alışar.
7. Qabaqlanan fikir külü, duyğunu dilə gətirər.
8. Vətən sevgisi çiçək təbəssümü, qeyrət çəpəri, şəhidlik qəbir üstündən keçən xoşbəxtlik yoludur. Bunu cəhənnəmdə yanmağı sevən dərk etməz, dəyənləndirən bilər.
9. Övlad boyuna düşəndə burnuna gələn qoxu, varlığı ilə sinə yarıb çıxan həyatdan, sanki dünyanı qucağına aldıran bir qürurdur.
10. Sərkərdə kimi yetişdir ki, sevdiyin bütün
11. qəhrəmanların nişanəsini onda görüb amalına gül açdıra biləsən.
12. Vaxtı tutmaq istəyib, daş da atsan çatmazsan.
13. Vətən dərdi yaşayan yolunu haqdan döndərməz.
14. Vəbali ağır olan qarğış göz çıxarıb, yaş ilə dərd yoğurar.
15. Düşməni aciz görən düşmən qudurub üsyan edər.
16. Gözəllik tanrı verən paydır, nazını çox et ki, qarlı qışa düş¬¬mə¬yəsən.
17. Dilə gələn söz üzə şillə kimi dəyər.
18. Keçmişdə atalarımız sevəndə gözündə ildırım çaxardı, İndiki sevgilərdə heç, kibrit də alışmır.
19. Güclü zurna çaldıran yerdə, gücsüzün qanını sovurarlar.
20. Hər kəs ata adı daşıyır. Soyuq daşlar üzərində yalın ayaqla övladına çörək qazananı düşün.
21. Şüur düşüncədir, sözdərk.
22. Söz havasına köklənən naşı sözünü atmaca ilə deyər. Hər gediş.
23. Həsrətdən bükülən, varından yox olar mat qoymaz.
24. Lal suda dil açan qadın sirrini ərindən qaşqa heç kimə deməz.
25. Yolsuz könüllün çözümü sevgidə olar.
26. Qəm görməyən baş, sevincdən qızınmaz.
27. Səhralaşan sahilin darıxmağı çənnət üçün olar.
28. Şərə şahidlik edən zahid vicdanını qınında gəzdirər.
29. Şər əsən külək fələyə də yer dəyişdirər.
30. Ölüm ucuz olan yerdə su da ölü yumaqdan betər.
31. Abırsız məhkəməyə düşsə, ərdən-ərdəmlikdən danışar.
32. Qəlpə oyan torpağın bulağı qan fışqırar.
33. Sevgi kürək yandıran atəşdir, dərd bilib yanaşma, qalanı deyilmiş.
34. Dağı arana daşımasan, dünyanın necə gözəl olduğunu gör¬məzsən.
35. Söz mərdliklə deməyənin zamanına tez-tez sellər gələr.
36. Xəyalda yaşayan eşq nağıl, tez-tez baş yırğaladar.
37. Kasıbın təpikləndiyini görən xoflanar.
38. Baş yırğaladan söz ürəyə kin daşıyar.
39. Niyyət solduran kam, yaşanmn dadını qaçırar.
40. Çən düşən ümid, başa ağrı verər.
41. Vətəndə Vətənsiz gəzənin ağlına gəlməyən başına gələr.
42. Ürək daşdan olsaydı sözdən gələn ağrıya biganə yana¬şardı.
43. Hər gələn dərdi taleyin hökmünə buraxsaydıq rahat ya¬şa¬yardıq.
44. Həsrətdən üşüyən intizar sözü məchulluğa daşıyar.
45. Yazın dilini tapmasan qışda ac qalarsan.
46. Qış qalmaqal salmasaydı, heç, kimi evə yığa bilməzdi.
47. Çox şey bilənin hər işi feldən keçər.
48. Nəfsi doymayanın gözünü torpaq doyurar.
49. Ərp bağlayan ağıl düşüncəni çirkləndirir.
50. Dünənini ömründən silənin sabahı üzünü güldürməz.
51. İnsan atasız- anasız olacağını doğulduğu gündən bilsəydi böyüməzdi.
52. Ata baxışı insan işıq, ana sığalı zəfər çağrışıdır, gərək inanını zəfərində gerçəkləşdirməyi bacarasan.
53. Qartal baxış, əbədi ülfətdir, yaddan çıxmaz.
54. Könül qübbəsindən gələn təbəssüm kor dumanı da qı¬mış¬dırır.
55. Başında yaz havası olan ahılı oyundan çox olar.
56. Yad havasına oynayan ağıl, od havasında yanar.
57. Ötən illəri qaytarmağa dağın gücü çatsaydı, insanlar hamsı köçüb dağda yaşayardı.
58. Dərdlinin dərdini, ot basan cığır bilər.
59. Hər gözə baxıb sevgi axtaran, tez-tez fala baxdırar.
60. Sevgini ləyaqəti bilən başqasına bağlanmaz.
61. Özünə baıb, hamını özü kimi bilən sözündən dərz bağlayıb sözünü sümbülə deyər.
62. Şəhərlinin evinə zəmbillə, kəndlinin evinə quru ayaqla get, ona şirin söz də paydır.
63. Çin çıxan yuxu Tanrıdan nəmər gələn görüş kimidir. Gəzək göyərçin olub, əlini çiynində saxlamağı bacarasan.
64. Sevənin ürəyi titrəyər, sevilənin dizi, gərək sevgini gerçəyində saxlamağı bacarasan.
65. Sərgəndar qalan arı dodağını gülün sinəsində iməklədər.
66. Əsir düşən eşqin cihadı ruhu incidər.
67. Hər ovucda çiçəkləyən yanaq ayağı səndələyib yıxar.
68. Əql işığından məktəb almayan azadlıq gözə pərdədir, hər yer çəpər, xoşbəxt yüzdən-mindən biri kol dibində otursan azad kolun dibində ona pırsız kar çıxmaz. Sulu yağan qardan¬dır.
69. Vətən itən deyil, dara düşəndə harayna yetəndi.
70. Vətən dənli – sümbüllü zəmidir, çalış dənindən sənə də düşsün.
71. Sərvəti az adamın əlində olan millətin qeyrəti pusquda dayananar.
72. Gülə şeh ola bilmirsənsə buludu ağlatma.
73. Başı əyiləndə yanında dost axtaranın başı qaya daşına dəyər.
74. Yağı keçən yola çinar ola bilmirsənsə, tikan ol.
75. Duyğunun rəngi səhərdə dan, axşamda qürubdur. Say¬ğını sıralandır ki, duyğun öz rəngini səhərin dan yerində çıxan günəşdən götürsün.
76. Dünya qısır döngüdür, gərək yaşananda “Cəngini” çaldırmağı bacarasan.
77. Keçmişdən gələn duyğu seçilmiş xatirəni ortaya qoydurr.
78. Keşməkeşli həyat duyğunu kamankeşli edər.
79. Öz duyğusunun rəngini günəşdən alan duyğusuna sadiq olar.
80. Duyğusu içdən gələn, sözünü yerində deməyi bacarar.
81. Dərdi dağ boyda olan, dərdi nə dağla ağlayar
82. Mərdin fitnəlikdən, namərdin savaşdan başı çıxmaz.
83. Çaşa gedən başın hissindən daş asılar.
84. Başı saxlayan ürəyin yaş olmasıdır, gərək ərp bağla¬mağa qoymayasan.
85. Bəxt başda durar, Qeylü-qal ayaqda, gərək ayağını dolaş¬maqdan qoruyasan.
86. Dərd danışılmaqla, həsrət yuyulsaydı, suyunu üzünüzə vurub xilas olardıq.
87. Baxış könül naxışıdır. Ələ ala bilənə.
88. Ölən də üstünü torpaqlayanın varsa, qəm yemə.
89. Gəlin çiçəkdir, oğul şah. O çiçəyi şah evinə gətirmisənsə ürəyin bil, qoru.
90. Atanın varından yaratdığı ailələrin sayında gizlənər.
91. Oğlan düşmən çəpəri, qız səliqə təpəri, çalış fərqinə var¬mağı bacarasan.
92. Pis insan pisliyin güc mərkəzidir. Nə qədər gələcəyi yenməyə çalışsan da etdiyin pisliyi unutmayacaqlar. Heç bir pislik gerçək qədər sərt olmaz. Unutma.
93. Təməli çürük olan damın uçmağı toy-düyünə qalar.
94. Acı həyatla ölüm arasında başa gələn pislikdir, arasına çörək parası qoysan da tabutda gedəndə xatırlanacaq.
95. Keçdiyin günü unutsan da, ocağı sönəni unutma.
96. Dərdlə yüz yaşamaqdansa, keflə əlli bəsindir.
97. Məsləyi bir olana hər yer dostdur.
98. Hər çobanın pəri qızıla açası olmaz. Mərd çobanın ikinci pəri minək atın qantar qasın tutmaqdandır.
99. Solan bəfa gülü göz doldurur. Qaş göz yaşın silənin də.
100. Hicrandan xəstə düşən canına qıyar, gərək sevəndə də çox güvəndiyinini sevəsən.
101. Yağmur sağan dağ bahara təşəkkür edir.
102. Günəş öpüş göndərməsə torpaq oyanmaz, gərək alın tərinin durulduğunu zəmzəm suyunu qorumağı bacarasan.
103. Əriyən qar göldə ballaşar, əriyən dərd sözdə.
104. Baharı sevindirən güllə hallaşan bülbülün cəh-cəhi olar.
105. Dəqiqə başı əqidə dəyişənin danışığı hökkəli olar.
106. Nadanın lağı əxlaqda özündən geri qaçmayana olar.
107. Yıxılan parçalayanın hiyləsi yaltaqlıq olar.
108. Qoca yaşda həmlə edən, ilanın da quyruğunu taptalayar.
109. Qoca yaşda üsyana qalxanı öldürənəcən qaynadarlar.
110. Mələk donu geyinənin iç üzü son sözünü deyəndə açılar.
111. Prokuroru yalançı olan məhkəmənin hakimi kefdə olar, təhqiqatşısı bataqlıqda.
112. Dərd isidən söz, yaddaşın gözünü yaşardar yaşadar, bülbülün də qüssədən bezdiyi vaxt olur.
113. Duaya susayan əlin təsəllisi dərdlə yoldaş olmaqda olar.
114. Ürəkli adamın başına nə gəlsə, sözündən gələr. Çözündən güvən gözə qəhr edər.
115. Eşqini güdaza verənin qoru sağlığında çatlayar.
116. İstiqamət dəyişən hiss ürəyini təlatümə gətirər.
117. Eşqin gülzara döndüyünü görən bülbül də zənguləsini qaldırar.
118. Bayağı təbəssüm saflığın qəddini əyər.
119. Hər düşündüyünü könlünə mehman etmə, seçməyi bacaran könülünə həbiblik edər.
120. Tez-tez fikir dəyişən pula verər salamını. Pulu olmayanın zər-ziba içində gəzməyi, ətrafda ikrah hissi oyadır.
121. Daş-qaş baş ucaltsa da daxili gizlətməz, çalış sözünü qiymətli de.
122. Hər şeyə sadə baxan, aqillik yolu tutar.
123. Aqil istəmək üçün dua etmə Allahın da yazığı gələr.
124. Yuxuda danış, amma dərdi nadana etibar etmə.
125. “Mənimsən” deyib başqasına rəva eldə gülünc olar.
126. Çağladıq ötən səhəri əldən alıb, dildən sözü tutma¬maqdır.
127. Keçmişlə bu günü müqaisə etməyənin çox fikri olmaz.
128. Ümidsiz yel sevinci güman kölgəsində saxlayır.
129. Öz varlığı ilə zövq verməyən qadın, qadınlığın üz qarasıdır.
130. Düşüncə Hörmətdir, gərək ruh sağlığında qorumağı bacarasan.
131. Şimşək oyan göz zamanı dayandırır.
132. Qaş dartan gözlə qamağı şora bənzətdirər.
133. Amal məqamdır, gərək sözdə şimşəkini çaxdırmağı bacarasan.
134. Gözəl camala dustaq düşənin səhərin açılmağından xəbəri olmur.
135. Gözəl görsə, ayda öz nurunu hüsnünə yönəltmək istəyir.
136. Yer günəşə vurulmasaydı, sinəsini gülüstanı-gülüzara döndərməzdi.
137. Tez küsən barışmağın yolunu bilməz.
138. Şirin danışan dil həsrət odunda yanmaz.
139. Sevgi xətirinə bürünən, sevgisini çətrində yaşayır.
140. Küsənin halını bilən, ayrılığa imza atmaz.
141. Hər qədir bilməyəni yaddan şıxarmaq olmaz.
142. Sevməyi öyrənən, sevilməyidə öyrənər.
143. Sevdiyi qədər sevgisini qorumağa səy göstərən, Sevdiyini dağ bilər.
144. Səni dağ bilib sevənə təpə olma, eşqin qarğışı ağır olur.
145. Sevgilisi özü təni mehriban olanın laqeyidlikdən xəbəri olmaz.
146. Saxta gülüşün ağırlıq mərkəzi yalandan olar.
147. Ehtiras kino lentidir, o nə üzdən kədər, nə alnından qırış silər. Özünə özün kimi olanı seçki ayrılığın adında yanmaqdır.
148. Gözdə kədər görmək istəyənin arzusu cəm olmaz.
149. Susan sözü ürəkdəki göz yandırar.
150. Atanın vəfası ağ saçında, ananın vəfası asta danışı¬ğında olar.
151. Sədəf söz qəlb naxışıdır, əsirgəmə.
152. Sevincdən ağlayan göz yaşını duruluqdan götürər.
153. Ata vüqarda ucalıq, şöhrət də şən həyatda daşıdığın ürəkdir, döyük-tüstünü nəbzində qoru.
154. Qəlb yandırıb gelənin sevinci ürəyini vurar.
155. Su təki axanın məhəbbəti çiçək açmaz.
156. Eşqində məğlub olanın ayağ izi yalqız qalar.
157. An həyatın xoş sədasıdır. Onun qədrini bilənin vaxtı şən keçər.
158. Yersiz söz lətafətsiz su kimi yerli söz kəlamdan yara¬nan hikmətdir. Günəşdən nur ala bilməyən gündüzün gecəsi qaranlıq olar, sözündə sineri qoru, qəlbində qoru.
159. Gözəl görən gözün qibtəsi kipriyində yaşayır.
160. Çox yaxşılıq edənin gileyi yaxşıların az olmasından olar.
161. Yaxşılığın gözü kor olanın “Şükür” dediyi qədər edən o dünyaya əliboş getməz.
162. Yaxşı seir, nəbz tutub yazılan həyat tərzi kimidir. Şux ətir havanı koksdə bəstəmək istəyir.
163. Yatan bəxt qəzanı ayağa qaldırar.
164. Hər gözəldən gözəlcücərməyinə baxma, gözəldən ağıl cücərməyinə bax.
165. Gözə dəyən göz başı damsığsız əldən verər.
166. Tərbiyəsizin yaşadığı küçənin yaşamağı üzündən si¬virilib düşər.
167. Daşın dərdi olmazdı, daşla qonşu olmasaydı.
168. Zəkası ilə adını doğrulda bilənin istedadı ölçüsüz olar.
169. Səsi ilə ağlatmağı bacaranın kövrəldiyini dəryaları suyu ilə yusalar da kövrəkliyi yuyulmaz.
170. Ürək yanğı ilə sussaydı, söz ilə qəlb yandırmazdı.
171. Fikrini qətiliklə deyə bilən sınan amma əyilməz.
172. Əski özül üstündə qurulan səadət nəsilbənəsil davam edər.
173. Türkün düşmənçiliyi çörəyi dizinin üstündə olanla olar.
174. İçdən sökülən , dərddən dərdə keçib bükülər.
175. Qonağın söz üstə söz qoyması ev yiyəsini diksindirər.
176. Qoşmadan qopmayan aşıq, saz olmasada məclisi yola verər.
177. Aydın sözü kəsə deməki söz kündən kütə getməsin.
178. Şeirin dədə yolu qoşmadan, ana yolu ana yolu layladan başlayandır. Sözünü qızıldan deyən kəstiyi tikəsini yad sözünə satmaz.
179. Zirvəsi qolundan tutmayan dağa dırmaşma.
180. Dözümünü daş edənə, göydə baxıb gülümsəyər.
181. Sevdiyinə görə havalanan, deyə bilmədiyi sözə qurban gedər.
182. Başdan keçən yağışını yol başlağında başladar.
183. Sahə qalxan bayraq hər dalğasında bir qəhrəman adı dalğalandırır.
184. Şeir yazmayan ürək sovurulmuş saman kimidir.
185. Sevirəm deyənin üzünü, astara da çevirsən sevəcək.
186. Hər sevilən qız, sevənini Məcnun saymaz, gərək gözündə Məcnunluğunu xumarlandırmağı bacarasan.
187. Qəlp sözün üstündən adlamağı bacaranın xoşbəxtliyi daima olar.
188. Qəm gözü deşməyi bacaranın,səsi ötkəm çıxar.
189. Şərə qurban gedənin adı Vətənin tarixinə yazılar.
190. İntiqam andı içən fürsəti fövtə verməz.
191. Övladı qanla öləni Nuh da tufana çağırar.
192. Günü qara gələnin işi gecəsini yola vermək olar. Allah gündüzündən saxlasın.
193. Gözdə özünü cavan göstərməyə çalışan qadın, içindən qocalar.
194. Kasıb dövranı təsvir etməyə sözün gücü çatmaz.
195. Nadanlıq ayaq açıb yeriyən yerdə üz astara salanı verməyə utanar.
196. Həsrətdən üşüyəni yayın istisi isitməz.
197. Sozalan ruh hissi talanda saxlayar.
198. Qana səbr edənin qeyrətini itirilmiş sayarlar.
199. Hiylə ilə gələn xatirə kələf, kələf olar.
200. Vətənsizi naxələf adlandıranın arzusu şəhid olar.
201. Ac gözün sönməyi ölənə qalar.
202. Zalım fitnəsinə şükür deyər. Kasıb qazandığı çörətyonə.
203. Pətək dağın arısı nazını cökəyə edər.
204. Küləyin qəmzəsindən bezən dağ, dağ qardaşı ilə dərənin yerini dəyişmək istəyər.
205. Əsir torpaqda qalan dağ, duvaq altında ağlayar.
206. Əsir yurda əkilən bostanın tağı dəmdən, barı göz yaşındandır.
207. Qapısı sökülən ölkədə hamının dişi ağrıyar, Diş ağrı¬sının nə vaxt gələcəyini bilsəydik, düşmənin hiyləsini də vaxtında dərk edərdik.
208. Əsir yurdda qalan yaylağın kəfəni çiynində olar.
209. Dağ yükünü çiyninə götürənin köynəyinin çiyni tez yırtılar.
210. Fənd qarğada olar, güc qartalda.
211. Satqını övladından olan atanın vicdanı dara çəkilər, özgə dilindən yanmağa nə var. Vay ocaq başındakına.
212. Alçağı dilindən dara çək ki, alçaqlığını təntənəsində yanmayasan.
213. Qəfil gələn alov yalana əl atdırar.
214. Yıxılanı qolundan tutub qaldıran alim, elinin əlindən tutmuş kimi yaşayar. Saflığının qəddini əymə ki, qamət bükəsən.
215. İstiqamət dəyişən hiss sözünü təlatümdən götürər.
216. Gecənin təsəllisi dərd bükümlü, gündüzün təsəllisi dərman kimi olar.
217. Bayağı təbəssüm hissi acizləşdirər.
218. Dərdlə yoldaş olan təsəllisini ürək qızdırdığı adamda tapar.
219. Şirin yalan oxdan, acı həqiqət zəhərdən olar, çalış acı da olsa həqiqəti seç.
220. Felindən əl götürməyən yaltaq, yalandan əl götürməz.
221. Fəsil dəyişən dərd arası kəsməyən yağış kimidir. Çalış dərdə yaxa diddirməyəsən.
222. Koksdə dinən xoş söz xatirəsini nəmdə saxlayar.
223. Yalqızlığı qucaqlayan xatirəni heç, yağış da yumaz.
224. Könlün şadlığı könülə bükülsədə ürəyin şadlığı sevdiyi yanında olar.
225. Düz adamların döyüşü timsah kimi.
226. Həsrət dəmadəm gələn kədər kimidir. Qəhərdən boğazını, sözdə dilini qoru ki, yorulmayasan.
227. Ürək paxırında yaşayan yalan dil ucunda, dildən qo¬pan həqiqət ox ucunda yaşayar.
228. Ağlı gedənin günahı boynunda, günaha batanın tən¬behi ölümündə olar.
229. Az-az itirən çox yuxunu ərşə çəkər.
230. Vəfa sevdiyini anasından çox sevəndə olar. Anasını sevməyən Vətəni də sevməz deyiblər.
231. Vətənsiz yaşamağın necə çətin olduğunu bilən, yaşa¬mından şikayət etməz.
232. Həsrətdən qovrulan ürək dərdi saman bilib sovrular.
233. Məkrli söz ara qarışdırar, təhqirli söz tənəyə yol açar. Halal adamdan bunları gözləmə.Göyərməyən otu oraq biçməz.
234. Bəd gələn işin zavalı biliyi vurar. Kasıblığı arını, qış ar¬zusunu yazda göyərt ki, ac qalmayasan.
235. Sözü işə keçməyən qoca saqqalını bığdan arıda tutar.
236. Vətən itirənin gözünü sızıldayıb yaşayar. Vətən zirzəmisində qartalı çiçəyində başı qoru ki, sızıldamayasan.
237. Sərçədə ağıl olmasaydı o da balasını birdən-birə uçu¬rardı. Qaçanda ağıl-kamal arxasını qoruyanın ağlı uçmaz.
238. Leşə daraşan quzğunun qarğadan zəhləsi gedər.
239. Tox olsa aslanda da hal olmaz. Tox vaxtı qərar vermə.
240. Hikkəli adamın üzündə nur olmaz. Hər badə qaldır¬dığına dost demə ki, hikkəsinə qurban gedəsən.
241. Səviyyə bərabərliyi olmayan eşqin astarı üzündən baha olar.
242. Daş-kəsəkli ömrün düzə çıxmağı ömrün qışınadüşər.
243. Düz yolunu əyri tutan yoluna qayıdar, amma adı geri¬yə dönməz.
244. Qəlb deyəni ağıl desəydi, bəxt hər yazıya boyun əyməzdi.
245. Hər bir damın altında yaşayan xoşbəxt olsaydı, dəyir¬mançının (ömrü) xoşbəxtliyi un qədər bərəkətli olardı.
246. Qəlb yeyən hicran vüqarı əyər.
247. Yoxluğa öyrənmək mümkün olsaydı, həsrət qəlbdə göynək kimi yaşamazdı.
248. Elmsiz adam qaranlıq zindanda yaşayan kimi yaşayar.
249. Elm məslək piridir. Ziyarətinə gedən yaxşı yaşayar.
250. Elm zamanın verdiyi bütün qadağalara baxmayıb, nifrətin yerinə sevgi qoymaqdır. Şəfqət göstər.
251. Ruhunu sözlə çarmıxa çəkən şairin yazdığı ədalətdən olar.
252. Qəm daşıyan sevinc hədəfini sərrast vurar.
253. Həqiqəti dost bilən, düşmənin yolunu boş sayar.
254. Boş dalğalandığını bilən daığa başənı sahil daşına çır¬par.
255. Yol azan damla yarpağın qoynunda gün işığından qu¬ru¬yar.
256. Qorxu cəsarəti əsir olan yerdə mərdlik meydana çıxar.
257. Xoflu gəzənin yuxusu dərin olar, ədalət gəzənin ar¬zusu.
258. Şər həddən sərhədə gedən yol Vətənin qəlbindən bey¬ninə gedən yoldur. Qanda damla, canda son hədd Vətən! Sən¬gərini görməyən qədrini bilməz.
259. Vətən sərhəddində döyünən sərhədsiz ürəkdir, gərək dirəklərini əsa, simlərini ürək telin biləsən.
260. Aysız gecədə məzarı qazılanın.............................
261. Göyün dərdi olmasa ildırımı vuruşda, şimşəyi yağışda saxlamaz.
262. Qanla sulanan yer sadiqliyi göstərər. Sadiqlik təmiz iman¬dan gələr. Nadanlıq məqsəddən.
263. Cəsarət məqsəddir, ədalət şəfaətində saxlayana.
264. Hünərli yolun zəfəri misilsiz təpər kökdən gələr, zəfər uğrudan olar.
265. Haqqı özündə tapmamısansa, özgədə axtarma.
266. Haqq Allahu-Əkbər yoludur, çalış günəşlə bir yanıb-sönəsən.
267. Gündə bir don dəyişənin, dinin don dəyişməkdən xoşu gəlmədiyini bilməz.
268. Haqq uğrunda qılınc çəkən, nahaqdan qılıncını sın¬dırar.
269. Zülm şırağında yanan Allah ayəsinə and içər.
270. Dünya Allah kəramətindən yaranan məhəbbətdir, gə¬rək qüdrətini taleyində yaşatmağı bacarasan.
271. Yorğun iz ayağa keçməz. Yorğun söz beyinə.
272. Məhəbbət Allah əmri olmasaydı, daşı da yumuşalt¬ma¬ğa qadir olmazdı. Köz altdan gül qaldır, göz tap yandır mə¬həb¬bətini itirmək.
273. Məhəbbət Məhəbbət yaşartdıqca artan mərhumdur, gərək ruhunda qorumağı bacarasan.
274. Ağlayan başın dili susar. Gülən gözün sözü.
275. Yuxu aparan xəyal fikiri məlhulluğa sürükləyər.
276. Düşmənə yar olan imanını da aparıb gedər.
277. Yaxşı qadın kişinin ömür xörəyi, pis qadın baş bəla¬sıdır. Kaş fərmanı duz bərəkətindən gələ. Ətri də axtar.
278. Haqsızlığa dözüm göstərmək, ədalətə düşmən olmaq kimidir.
279. Dünyanın ən çətin məqalı haqlı ilə haqsızın üz-üzə gəldiyi yerdir. Nadan çox olan yerdə haqsızlıq baş alıb gedər.
280. Səadət qəmlə bacı, insan dünyanın tacıdır.
281. Qəm əzər. İnsan dözər, çalış girdabına düşməyəsən.
282. İnsan dərdlə əkiz doğulmasaydı, doğulanda ağla¬mazdı.
283. Haqsızın tərəfini saxlayan, özünü gözə soxmaq istəyər. Haq söz qiymət ver, odda yansan da yanılmayacaqsan.
284. Dünya gedər gəlməz yoludur, çalış incikliyi yana qoyub, yolunu düz tutmağı bacarasan.
285. Uzun sürən xəstəlik əzrayıl minnətidir. Gərək məhəbbətdən əl üzməyəsən.
286. İnsan eşq koləsidir. Gərək eşqini sarı simdə saxlamağı bacarasan.
287. Nadanlıq çiy süd əmib, hidayətdən çıxmaq kimidir. Ağanı aldatma ki, ömrünü küskünlükdə keçirməyə məcbur olasan.
288. Əziyyət qurdla qiyamətdən qalmasaydı, insanlar dözməzdi.
289. Şairlik vərəqdə gücə gözü oymaqdır, gərək nuru gözündən verəsən.
290. Çox halalam deyənin halallıq ortaq malı böləndə ortaya çıxar.
291. Ata sözü həyat dərsidir. Hikmətini bilənə.
292. Atalar deyən söz çəmşid camıdır, gərək sözünü gö¬türüb deməyi bacarasan.
293. Bəsirət gözü açıq olan igid öz taxtını qənaət üstündə qurub, mənasız yerə vaxt itirməz.
294. Yaxşılıq həyat nərdivanıdır. Ucaldanbaşında dayanar, enən ayağında. Çalış nərdivanın başında oturmasanda, nər¬divanın tutanı olma.
295. Xeyirxahlıq suyu olmayan yerdə meşə, bağ salmaqdır. Yığdığın var-dövlətə güvənmə! Etdiyin yaxşılığa güvən.
296. Təməl daşı düzgün qoyulanın yolu təhsildən keçər.
297. Pisliyə xitam verənin, xətasını Allah da bağışlayar.
298. Müdriklik babalardan qalan yadigardır, çalış ağlında-kamalında yaşatmağı bacarasan.
299. Öz doğmasına hay verməyən sonda özgəyə əl açmağa məcbur olar.
300. Ömür varağı çevirilənin, ümid çırağı öləziyər.
301. Başda daraq olan dərdin dərmanı Tanrıya qalar.(ölər)

302. Dərd şələdir, əzab verənindən Allah qorusun.
303. Ömür bir sayğacdır, çalış təb ocağın sönməsin.
304. Söz karvandır, ağıl sarvan, gərək sözünlə yoluna su çəkməyi bacarasan.
305. Dünya övladla gözəldir. Xoş o adama ki, nənəli, ba¬balı, oğullu, uşaqlı təntənədə yaşayır. Nağılı noğul tapmacası bal ailə.
306. Əyri kəsən qayçı düzü gördüm deməz.
307. Zalımlıq üz qarasıdır etmə! Dünyanın harasına da get¬sən səni tapacaq.
308. Odla su arasında qalıb yanan közü seçər.Yamana tuş gəlməyəsən.
309. Donu xəzəldən biçilənin it hürən tərəfdən zəhləsi gedər.
310. Sözündən dara çəkilən, sön sözünü dar ağacından deyər.
311. Haqq üçün cihada çıxan ədaləti rüşvətin əlindən alar.
312. Bəladan bəsini götürən pəs edər.
313. Aləmin necə olduğunu fırtına qopub, əsəb daşanda bilərsən. Yaxşı ailəyə ruhlar da minnətə gələr.
314. Şaırin yasdığı misradan, yorğanı kupletdən olar.
315. Qeyrətli ailədə sabahın yönü bu gündən müəyyən olunur, qeyrətsiz heç ip də tullamaz.
316. Boyada hopdurulan təzə rəngindən bilinər. Çörəyinə haram qatma.

317. İlahi iş yönləndirməsə, sənin çalışmağından fayda olmaz.
318. Hər əldən haram qapanın dərdi misqal qədər.
319. Bivecdən əhli-hallıq gözləmə.
320. Fəqirlik üzə dirəşmək deyil, fəqir də olsan qürurunu qoru.
321. Xəbisin harayına çatan, dünyaya dodaq büzdürər.
322. Dünya zalımların tərəfində olmasa, nəmi yanaqda, gözü çəndə saxlamaz.
323. Sınanılan qınanılar, kitabdan danışan inanılar.
324. Dünya həssası üzüb, laqeyidi sıraya düzən dünyadı, çox yananı çox yandırarlar.
325. Şərin ərköyünü gözəl vəsf edəni gözəl hikmət misralı¬sıdır.
326. Sözünü şumlayıb arat et de ki, sözün beh dəyərində olsun.
327. Ailə tərbiyəsini evinin dörd küncündə qorumuyanın, ailə tərbiyəsi künc olar.
328. Ustalığını aşıq Ələsgərdən almayan aşıq Alını tanı¬maz.
329. Öz tərbiyəsini ana südü kimi müqəddəs bilənin, ata çörəyi halal olar.
330. İnsanı yaşadan sevgidir. Sevgi xəyalda çiçəkləndirən məvhumdur.
331. Gələnə, gedənə dost olanın, öləniçox olar.
332. Nifaq çəni düşən sevgi gözü buludda saxlayar.
333. Hüsnündə nurun yoxdursa ruhunun da səndən zəhləsi gedəcək.
334. Əsgər yarağı ilə kişi oraq-çəkici ilə tanınar.
335. Balın yaxşısı lacıvərd dağdan toplananı. İgidin yaxşısı yağıya baş əyməyənidir.
336. Dünya iz pusan həyat təridir, gəncliyində yaxşılığını, qocalanda hörmətini qoru.
337. Hər yorulmuşam deyən yorulmaz dərd tabi olmayan yorular.
338. Fərasət sümüyü doyub ət götürmək deyil, fərasət elmdə mövqe tutmaqdır.
339. Hər ağzını yum deyilən mumlamaz, çeynəyib dillərdə şişən söz mum olar.
340. Şərə düşənə çırtıq çalan, şər gələndə heykələ dönər.
341. Vaxtını bada verənin ömrü piyada qalar.
342. Çətinə düşəndə qımıldanan işini dərinə salar.
343. Həyat bir ürək, bir ömürdən ibarətdir, laylasını eşqdən quran yanılmaz.
344. Vəziyyət qarışanda özünü haqlı sayan, ağrısını sonra çəkər.
345. Övladının gücünə arxalanan ata, hərb meydanında da qalibiyyət qazanar.
346. Aqil darda qalmazdı, insan dərdini qoyub getməsəydi.
347. Yol əylədən şeytan səbri bəxtə bağlayar.
348. Qəbir qazan qismət eşqi kəfənə bağladar.
349. Haqsıza bel bağlayanın, sözü elə car olar.
350. Ton-ton gələn dərd dildə sözü, gözdə yaşı inlədib axıdar.
351. Dostluq dəyərini yarından aralanan bilər.
352. Əhdə bürünməyin sevdasıgümanda yaşayar.
353. Yaralı sevgiyə gül olan andını sevgiyə içər.
354. Ata görməyən övladın “Ata” (özünün üstü buz bağla¬yar. Atasızlıq dərdi ağrı-acısı yığışmayan dərddir. Acını içində çək. Ata üzünə ağ olma).
355. Dünyanın bəyəndiyi köhnə paltarlı qadında tapdığı qeyrət olar.Paltarından utanan qeyrəti düşünməsədə.
356. Halallıqla yaşayan adamın üzündə bir halallıq xətti olar. Hər boynu yoğuna haqqını yrdirtmə.
357. Dünya dərya. İnsan balıq, həyat səhra, gəl çarığını geyin yaşa gəlsəməlisrindən əlini qoru.
358. Bəxtindən yarımayan ömrünü yola verib yaşayır.
359. Qısqanclıq qara keşiş olub təlaş da yaşamaqdır, gərək fikirini dolaşdırmayasan.
360. Ürək bədənin ruhlada vuruşduğu yerdir. Dərdi sovuş¬dur ki, ruhun inciməsin.
361. Dost seçəndə varı olanı yox, arı olanı seç. Var tükənər, ar hörmət qazandırar.
362. Ayrılıqdan betər, Vətənə ayaq qoyanın ayağını yandır¬maqdı.
363. Kövrələn bulud günəşə saymazyanalıq edib yağar.
364. Göz bağlayan yaş iç boğar.
365. İnsanın xoşbəxt günləri eşqinin gül olub bitdiyi günlə¬ridir. Od-ocağını qoru.
366. İlk sevgi ömür ilməsinə vurulan naxışdır, titrəsən də əlini əlindən buraxma.
367. Başında nifaq düşən bucaq kirixib çağlayar.
368. Saf adamı yun kimi tiftikləsən də yalanı üzə çıxmaz. İbadəti saf adam yalan danışmaz. Saf adam həmdə müəllimdir.
369. Səadət toz götürməyən məvhumdur, gərək aynasını cızıqdan, üz nurunu saralmaqdan qoruyasan.
370. Ruhun çəkdiyi əzab dilə sığışsaydı dil şişib nəfəsi sön¬dürərdi.
371. Xəsiz səxavətdən danışılanda əlini açıq qoyar. Varlı puldan söz düşən də gözünü açıq.
372. Qəmlə yarışa girən fikir, başda səni dumanı qa¬rış¬dırar.
373. Küskünlüyə alışanın gözü yolda qalar.
374. Torpağın insanı necə əzizlədiyini qoynunda yatan bilər.
375. Şairlik bir sevinci min sevinc edib onu tarixləş¬dir¬məkdir.
376. Kolun təəssüfü bənövşənin boynu büküklü¬yün¬dən olar.
377. Dərd ömür qayçısıdır. Təxribatçı aldatmasa ələ alın¬maz.
378. Havalı üst-başa külək neyləsin.
379. Ağlı toz basmasa ürək kirlənməz.
380. Dünyanı əymək mümkün olsaydı nəfiskar adam onu da mənimsəyərdi.
381. Çöl buzlamasa ürək soymaz.
382. Diz daşdan bərk olmasa, insanlar sevdiyinin arxasınca getməkdən yorulardı.
383. Sözü çox sayanın nəfəsi yaradıcılıqla gedib-gələr.
384. Dərddən gələn dərd ürəkdə ocaq çatıb yaşayar.
385. Həsrət laylayla uyusaydı, vüsal üçün darıxmazdı.
386. Hüsnü gözəl olan gözəlin, zikri həcdən gələr. Kaş bəxt¬sizlikdən yanmayaydı. Bəxt taxtdır, çalış enməyəsən.
387. Hər get deyənin gözü get deməz, get deyəndə qaya kimi lal olub, gözü ilə ümid qıran da var.
388. Qırılan buludun leysanı müvəqqəti olar.
389. Məzlum ruha üsyan etmə ki, təəssüfün min çalarında yaşamağa məcbur olasan.
390. Çox gözələm deyib bədirlənmə, əcəl də gələndə ətirlini seçir.
391. Çox zalımlıq etmə, çox zalımlıq edən ovçunun da bir gün özünün şikar olduğu gün var.
392. Dünya hərb meydanıdır, qələbə mübarizə aparanın.
393. Ruh çönməsə, insan tez qocalmaz.
394. Qazanca yozulan it ki, sahibini itkimi hürdürər.
395. Mələk satqın çıxmasa,şeytan üzə durmaz.
396. Vəfa sirrdir qoru, unutma! İşığında oddan üz dön¬dərdiyi vaxt olur.
397. Zəhmsiz insanın üzündə bir nur xətti olar.
398. Sevgisi nakam olan, tərsinə çevirilən bağaya da həsəd aparar.
399. Çox şax gəzmə, insanlar şax gəzəni sevməz. Şax gəzəni ovudan olmur.
400. Dərdə ömür xərcləyən nə mayıf olar, nə hayıf, çalış göz yaşı ilə ömür sürməyəsən.
401. Göy ləpir yumasa, ayrılan ağlamaz. Ayrılıq yaddaşa düşən oddur. Ürəyi daş olan yanmaz.
402. Vəfa saça düşən incə dəndir, üz güldür ki, hörüyün bəzəkli olsun.
403. Əlvida xatirə üstə yağan qardır. Meşəd ki, palıd da qanadı qırılanda ağlayır.
404. Öz ömrünə bahar olmayan, başqasının ömrünə qış gətirər.
405. Təklik qanla gələn yaradır, müalicəsini sevən bilər.
406. Hər gözələ gözəl demə, varlını varından, pullunu parasından edənə gözəl de. Gözələ qapı arasından da varsa bax ki, savabdır.
407. Dərd isidən söz göz yaşardar.
408. Bülbül qüssəsindən bezsəydi, sevgisindən əl çəkərdi. Sevgi duaya susayan təsnədir, təsəllisini dərdə bərabər tutma.
409. İstiqamət dəyişən hiss saflığa qədd əydirər.
410. Gözü açıq olmayanın, sözü başına bəla olar.
411. Gedəni ölmüş bilən, xatirəyə qayıtmaz.
412. Acıq bağır dələr, kin ürək.
413. Zəhrimar yağan üz kimi ki, xorla yağdırar.
414. Torpaq itirənin beli miskinlikdən əyilər.
415. Nursuz ayın şüası çeyil, ziyası veyil olar.
416. İldırım çaxan yurdun azadlığı ilğımda yaşayar.
417. Yarağı qeyrətdən olan qələbəni göydə qapar.
418. Azərbaycan şərqin Sultanıdır. Öz Vətənində Sultan ola bilməsən də palıdının gövdəsində yaşa, Vətəndə yaşa.
419. İlk məhəbbətini əldən verib yanılan qısqanclığı qın görməz qılınc kimi oyaq saxlayar.
420. Dodaq çox istədi ki, öz sevgisini gizli saxlasın, lakin dil imdan vermədi.
421. Sevdiyini Mədinə bilən sevgiyə pir kimi baxar.
422. Sevdiyini dərman bilənin, pəhrizi vəfadan olar.
423. Sevginin möhtəşəmi, sevdiyinə kipriyini yüyrük edib yaşayanda olar.

424. İnam dəvə yerişidir, gərək addımlamağı bacarasan.
425. Hər bir faciə bağışlanmayan səhvdir. Gərək hissini barış nöqtəsində saxlamağı bacarasan.
426. Ölüm varlığın süğutu, köləlik ölüm tabutudur. Məzlumun haqqını yeyəni torpaq da qanla boğmaq istəyər.
427. Su utanmazdı qanı su ilə yumasaydılar.
428. Öz kölgənə çox da aşiq olma, o da ağac dibindən keçəndə özünü itirir. Kaş qaranlığa düşməyəsən.
429. Ömür geri tullanmasaydı, hər kəs əkdiyinin barını dərərdi.
430. Fələk sayanı saya salmayan, öz saydığını hesablayar. Kaş gün dağı aşmaya.
431. Kədər payı çox olanın sevinci başına gün salmaz. Dözümünlə öyünmə, hər sevincə sevinmə.
432. Qismət at təpiyindədir, ömür bəxt tətiyində. Çalış namərdə əl verməyəsən.
433. Dünya nənnidir, orada iblis dəyatır, mələk də, gərək ələyindən saf çıxasan.
434. Torpaq qeyrət olmasaydı, papaq torpaq rəngdə olmazdı.
435. Qeybət qaldır, qeyrət qış sazağı, isindirib vicdanında saxlayana əhsən.
436. Papaq itirib çağır tapan papaq qoymağa utanar.
437. Nadanın papağı qeyrət dəyərində olar.

438. Varını itirmisənsə ağlama, papağını itirmisənsə ağla.
439. Ehtiyac əyməsəydi könül tavanı uçmazdı.
440. Ucuz gülüşə aldanıb ismət itirən ömrü boyu ağlayar.
441. Ağıl dammasa, başını topla deməzlər.
442. Ədalət imandan gələr, cinayət haramdan.
443. Bala dərdi ala dərddi, gərək üzüyola olasan.
444. Ümid isidənin nəfəsi tez soyumaz.
445. Övlad istinad nöqtəsidir, gərək imanın da gümanın da qorumağı bacarasan.
446. Qızılda paxır olmasa da, onun da paxırı fəlakət gələndə açılar.
447. Dil ürəyi üstələməsəydi ürək ağrımazdı.
448. Hər sözü söz edib üz açma, qaya dağla üz açsaydı milyon il bir yerdə yaşaya bilməzdi. Aydın suyu bulandıran ömrünün bulanlığın da yaşayar.
449. Yazın xətri bənövşədə, kölgənin xətri çətirdə olar.
450. Sərçənin kolda qurduğu yuva, dörd fəslin də onu qoruyacağını xatırladar.
451. Eşq şəcərədir, sevgi afət, gərək ülfətini qeyrət bəndində saxlamağı bacarasan.
452. Hər ağlayana ağladı demə, dərdinə çarə tapmayana ağladı de.
453. Bəxtinə möhnət yazılanın, həsrəti vüsalına yol açmaz.
454. Eşq sorağına çıxanın xiffəti ürəyini vurar.
455. Düşmənin corabının ilməsinə öz corabının ilməsindən hörə bilmirsənsə qalibiyyət qazana bilməzsən, ayağını yerdən üzə bilmərsən.
456. Ana qəbri yanında yatan övlad, ana ana gözünü yoldan yığmış kimidir.
457. Kəloğlunu tanımıyanın yolu namərdlikdən düşər.
458. Sözdən qaçmaq ümid çırağını söndürər. Söz vulkanında lavanın axmağını gözlə.
459. Tez yada düşən xatirə köhnə sevgiyə rəng qatdırar.
460. Alınıb-satılan sevgi Məcnunu qəhətlikdə yaşadar. Əmtəəni qeyrətsizlikdə.
461. Hər çalınan toy dastan olmaz, nağıla dönəni də var.
462. Açıq-saçıq geyinən qadın sərgiyə qoyulmuş ekspanata bənzəyər.
463. Hökmüdarı zalım olan eldə, milli dəyərlər satışa çıxarırlar.
464. Dünyanın yiyəsinin öldüyünü bilən məhək daşına da külüng çalar.
465. Atan-atana olan yerdə, donuz xasiyyət xislətini ortaya qoyar.
466. Şeytanla anlaşmayan, şeytan ola bilməz.
467. Sevdiyi ilə evlənənin cəsarəti canında olar. Közlə odlanan yanmağa çalışar.
468. Naz üz güldürər, yaz dünyanı.
469. Uydurulan dinin zalımlığı ladirilən dinə olar. Məhəmmədə doğru gedən yanılmaz.
470. Dərd təkləyənin qəmi dərdində eşələnər.
471. Qəbrin nə olduğunu tək yaşayan ölməmişdən qabaq görər.
472. Kiprik üstündə saxlanılan eşqin dayanmağı göz açılınca olar.
473. Şeytan girməsə qəlb qatı-qutu axtarmaz.
474. Ortada ayrılıq gəzməsə , insan dünyanın da dilini tapar.
475. Soyuqda verilən sual dil titrədər.
476. Könül qönçəsinə yanğın düşməsə, ürək sancmaz.
477. Darmacalda gələn sevgi vaxtı boğar.
478. İmaməsi qopan fikir, təsbeh dənələri kimi dağılar.
479. Bəxtsizin ömrü sabahı olmaqdan gecə günəş altına qoyulan qar kimi əriyər.
480. Nəhayət hüzündə yaşayan müqəddərat, ömür zamanında gələn vaxtdır, gərək sevdanıməhşərə saxlamayasan.
481. Eşq aldadıb götürülən qul yoludur. O səni güldürər də, öldürər də. Çalış güldürənə qul ol.
482. Sözdən yaralanıb qaçan qan ürəyi qançır edər.
483. Eşq köləlikdir, gərək arı kimi qanunlarına əməl edəsən. Unutmağı bacarmasanda.
484. Eşq dünyanın oynadığı min oyundur, girbabına düşdünmü, unuda bilməzsən.
485. Eşqsiz adamın üzündən bir kədər xətti keçər. Eşq olmasa dünya da gözə qırışıq görünər.
486. Sevgi ayrılıqdan güclü olmasa vüsala can atıb qalibiyyət qazanmaz.
487. Hər oğul böyüdən fəxrində yaşamaz. Namuslu qız da böyütsən oğul kimi bax.
488. Qız qanaddır, oğul dayaq, gərək müqəddəsliyində yaşamağı bacarasan.
489. Mərhəməti olmayan gəlin, düşməndəb beş qat artıq qəddar olar.
490. Sevgi aydın bulaqda qurulan tordur, gərək duruluğunu qorumağı bacarasan. Baxmasan durulub axmazsan.
491. Qəfil gələn sevgi göydən düşən üç almanı da talan edər.
492. Tər səs ruh səsidir, gərək həsrətin tərsasında götürəsən sözünü.
493. Nirx köhnə bazardan gələn təzəlikdir, gərək ələkdən keçirib, zamanın çarxında yiyələməyi bacarasan.
494. Səfərbər olunan qayğ səbri çatladar.
495. Ömür ölmüş gümandır, gərək dağarcığını arzu ilə kök tutasan.
496. Vədinə xilaf çıxanın, sevgisi qaçaraq olar.
497. İnsan nə hökmdar doğular, nə də dilənçi. Bəxtinə düşənə şükür deyəni Allah da sevər.
498. Keçmiş də, gələcək də intizardır, Baxışını yolda, qulağını səsdə saxla. Keçmişin dalınca düşənin gələcəyi uğursuz olar.
499. Unudulmaq gen dünyanın darın da yaşamaqdır. Unudulanın xəyalı ayrılıqdan acı olar.
500. Sevgi səhrada açan çiçəkdir, gərək susuzluqdan qovurulmayasan.
501. Qədirsizin qarşısına dünyanı da deyər baxmağa vaxtım yoxdur.
502. Sevgi ürəyə sevgi qatmaqdır, gərək qədərinə başəyməyi bacarasan.
503. Türklük səngərdir, irəli de hayqır ki, Vətən eşqinin fövqündə yaşayasan.
504. Unudulmaq şirin xatirəni biçib, yerinə kədər qoymaqdır. Gərək etdiyinin xatirəsini ağlında cızıb saf-çürük etməyi bacarasan.
505. Eşqindən yıxılan xatirəsindən asılar.
506. Darıxmaq unutdum demək deyil, ovutdum deməkdir. Son ayrılıq gözdən düşüb yanaqda yaşayar.
507. Göz yaşı içən dodaq küsmüş xatirəni könülə qısdırar.
508. Övladı şəhid olan ana dilini dən tutmamış sünbülə ağlayan bülbül kimi deyər.
509. Düşmənçilik su yerinə qan içməkdir.
510. Tələsik gələn arzunun ömrü gödək olar.
511. Sevgisizin yanında sevgisindən danışan günah qaxanır.
512. Sevgidə səbr olsaydı,sevgi olmazdı.
513. Dünyanı ürəyi ilə baxan yaxşı görər, gözü ilə baxan yox.
514. Dünyadan ədalət soraqlayan nahaqqa qurban gedər.
515. Haq nahaqqa əsir düşən yerdən bəraət qaçıb gizlənər.
516. Zülümdən geyindirilən donu, məzlumun ahı cırar.
517. Haqsızlığın əndazədən çıxdığı yer qiyaməti xatırladar.
518. Hərisin şəhvəti gözündən, nadanın nadanlığı sözündən yağar.
519. Ata qayğısı kəsirolmayan övlad gənclik təravətini ahıl yaşına aparar.
520. Anlamsız gələn eşq ruhda doğan günəş kimidir, gərək qoxusunu qorumağı bacarasan.
521. Çinarın yıxılması dünyanın sevgisinin yıxılması kimidir.
522. Sevgi ürək naxışıdır, gərək naxışını düzgün düzməyi bacarasan.
523. Yaşlı adama əlini qaşının üstünə qoyub baxanda, o da bir gün sənin kimi cavan idi.
524. Ömür gış üstünə gedən payız kimidir, gərək meyvələrini yazında çiçək açdırmağı bacarasan.
525. Hicran dağına çıxan göyü doğrayar, amma qırmızı geyinməz.
526. Haq-ədaələt axtaran ağzı dağa dirənəndə oyanar.
527. Nazsız gözəl duzsuz yemək kimidir, gözəl olub ürəyi yaz edə bilməyən ömrünün qışında yaşayar.
528. Qəlbi qara olanın başında qızıl gül də əksən, deyəcək kolu mənə batır.
529. Qul da olsan yolçuya qul olma, yol açana qul ol.
530. Vətənin ağrısı girov qalan torpağa sızılan al qanda olar.
531. Düzü unutma ki, əyrini paxır bassın.
532. Can dərdi istək qəlbin uzaqlığında durar. İlan kimi əlinə alma ki, boynuna dolaşıb səni boğmasın.
533. Ayrılıq eşq arasında gələn pay olmasaydı, eşqin məbədində dayanmazdı.
534. Çox kölgələnən öz kölgəsini itirər.
535. Qapısı döyülməyən evin kölgəsi əyri görünər.
536. Dərdə sinə gərənin gözü hicran təlaşlı olar.
537. Eli savaşda uduzan başı yeddi qardaşım var deyib fəxr etməz.
538. Dil altından keçən halallıq harama əl atdırmaz.
539. Dost olanda ev satanla yox, yurd alanla dost ol, Daşlı yerdən də alsa.
540. Həqiqəti tükdən nazik də görürsənsə əymə.
541. Ağlı bulanana aptekdən kömək olmaz.
542. Mərdlik sənin dağa-dərəyə boylanmağında deyil, Elin verdiyi qiymətdədəir.
543. Söz iştahla yeyilən çörək deyil,isti-isti döyülən dəmirdir, gərək suya salıb çıxarasan ki, əyilməsin, yanmasın.
544. Qarğış tutan ölməz, ölümü başqasına yozduran ölər.
545. Çox yaxşılıq edənin adını Tanrı əli ilə götürüb tarixə qoyar.
546. Dünya sığalını əsirgəyib,kötəyini bol edən dünyadır, ağıllıya dəli deyəni ömrünün sığalında yaşadar.
547. Dünya dərdi çəkənə, rahatlığı sökənə verən dünyadır. Çox abır tökmə ki, ömrünün dağalında yaşamağa məcbur olasan.
548. Haqq deyənin tikəsini kəsən, yetim kökəsində pay umar.
549. Dünya nağıldır, gərək nağılını dinləməyi bacarasan.
550. Cavanlıq karvan köçüdür, uşaqlıq çağ, gərək çağdan karvana gedən yolda gələcəyin təməlini qurmağı bacarasan.
551. Düz qurulan ailə sağlamlıq simvoludur.
552. Mürgü vuran kol sərçəyə tikan batırar.
553. İnsanın öz işığı özünə əngəl olmasaydı özünü görə bilərdi.
554. Ruh ah çəkməsə gecəni yatmağa nə var ki, yazıq balınca.
555. Sevgidən yanan, soyumuş külə şükür deyər.
556. Sevincin ömrü yaz qarı, kədərin ömrü dağ qarı, çalış sevincini qoru.
557. Ürək yük çəkəndi, ağıl dərd, çalış ruhunu cisminə yük etməyəsən.
558. Selin qədrini dəniz bilsəydi sahildə qum yox, lalələr bitirərdi.
559. Ağıllıdan gələn bəla, səfehi dəli edər.
560. Ömür bayatıdır. Əcəl boy atdıran. Vəfalı ölüm qocalıq əzab yaşatmaz.
561. Varını özünə dövlət bilməyib, ömrünü özünə dövlət bilən ömrünün təntənəsində yaşayar.
562. Hüriyyət qanana azadlıq, qanmayana küydür. Azadlıq soy-kökə verilən boydur, ağlın da öyüdündə yaşat.
563. Səhv iş tutan kişinin töhməti alnına möhür olar.
564. Saf adamın qaxandığı çörək halal olar.
565. Hallalıq səfərdir. Səfər edən haqq qazanar.
566. Vəzifə tutub dostunu unudanın fərmanını zaman verər.
567. Dəliyə aldananı şəpərdə yola salarlar.
568. Yadı qardaş tutanın gözü qapıda qalar.
569. Qardaşı olmayan bacının bir gözü ağlayanda, biri dülər.
570. Qardaş gün işığıdır. Kölgəsində yaşa.
571. Ruhu canında ölənin (ruhu) yaşı sağlığında olar.
572. Elmə bələnən ruhun şikayəti xamlıqdan olar.
573. Bəxti ləng gələnin nəfəsi əngindən çıxar, gərək bəxtinin cənginə düşməyəsən.
574. Əriyən günah tamlığa aparar, əriyən ah saflığa.
575. Ulduzu axan sükut qucağında yaşayar.
576. Bəxti ləng gələnin gözü dünyadan doymayıb gedər.
577. Sevinc ruhun pərvaz vədəsidir, gərək baxışında şölələndirməyi bacarasan.
578. Göyün sevinci ayaz vətəsində, ruhun sevinvi ilk sevgidə olar.
579. Qocalıq cavanlığa qənim olmasaydı, çöhrəni sozaltmazdı.
580. Küyə aldanan qız tez-tez güzgüyə baxar.
581. İnsan özünə baxmağı bacarsaydı dünyada göz dağı kimi yaşadığını dərk edərdi. Bir badalağa yıxılacağını unutma.
582. Varı haqq etməyən, yoxun pəncərəsindən asılar.
583. Qəribin kölgəsi də özünə qərib görünər.
584. Həsrət yorğanını üstünə çəkən öz gələcəyi yadından çıxıb, dünyanın gələcəyini düşünər.
585. Həsrət ömür şumlayandır, gərək ayrılıq od püsgürəndə hər sözü söz etməyəsən.
586. Paxılın mümkünü olsa, sevmədiyi adam üçün günəşin də qarşısınıkəsər.
587. Söz haqq vergisidir, dilindən düşürən də çalış hamı götürsün.
588. Paxıllıq ruha düşən ləkədir, gözlə görünməsə də hey ağladır.
589. Paxıllıq dincliyi pozub, ürəyi sızladan məvhumdur, edəndə edəndə ağlayar, edilən də.
590. Paxıllıq duyğunu pərək salıb, sevgini cılızlaşdıran məvhumdur. Paxıl insan nə qədər gözəl olsada gözəlliyi gözə görünməz.
591. Paxıllıq saf niyyətdən uzaqlaşmaqdır. Xoflu fikir içdə dərd göynədər.
592. Yaxşı əməl sıxılmasa, kələk yer tutmaz.
593. İblisə uyan öz əməlinə qurban gedər.
594. Ata adı övladın üst-başıdır, büstünü qəlbində saxlayıb, ad-sanını qoru.
595. Kjişilik torpaq üstə ev tikib, mərdcəsinə torpaq altda yatmaqdır. Ev tikməyənə oxunan Quranın səsi qısıq olar.
596. Xəmiri dərddən yoğrulmayandan dərd atı da qaçar.
597. Vətən sənin varlığındır. Vətənini qoruyan azadlığı ilə fəxr edər.
598. Köləlik əzik yaşamaqdır. Qula qulluq göstər ki, özünü əzik saymasın.
599. Öz inamına sarılan sal qayanı da dəlməyə qadir olar.Qayanın da özünə inamı olmasaydı küləyə sinə gərməzdi.
600. Mal-mülk çox olan evdə iynə tapılmaz.

(Davamı var)

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: